• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və müsavatçı Emin Hüseynin ortaq əməlləri… - 44 yaşlı təhsili olmayan qadına Gürcüstandan necə ali təhsil diplomu aldılar….

Gündəm / Dünya

9-08-2023, 09:40

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və müsavatçı Emin Hüseynin ortaq əməlləri… - 44 yaşlı təhsili olmayan qadına Gürcüstandan necə ali təhsil diplomu aldılar….

Təhsil naziri Emin Əmrullayev nə üçün bu saxta diplomu təsdiq elədi…. 
Bu saxtakarlığı Sumqayıt Məhkəməsi niyə görmədi...?  
Əlahəzrət faktlar üzünə durur, cənab Vüqar Qurbanov...  
Haqqında bəhs edəcəyimiz, hazırda Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri Elnarə Arif qızı Məmmədova haqqında onu qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qobustan rayonu, Qobustan şəhəri, Şikar Şükürov küçəsi, ev  3, mənzil 2 ünvanda qeydiyyatda olan bu xanım gənclik illərində yeməkxanalarda, yas məclislərində “povır”- aşbazlıq edirmiş. Həmin vaxt, Qobustan Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn Elnarə ilə tanış olur. Və sonradan  Emin Hüseyn Astara Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə  təyin olunarkən, heç bir ali və tibbi təhsili olmayan Elnarə Məmmədovanı özü ilə Astaraya aparır və Astara Mərkəzi Xəstəxanasının Kadrlar şöbəsinə müdir təyin edir. 
Bir müddət sonra, daha doğrusu, 2015-ci ildə Astara sakinləri baş həkim Emin Hüseynin rüşvətxorluğu, korrupsiya və s əməlləri barədə  dövlət orqanlarına şikayət ərizələri yazırlar. Belə olan halda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2 MİLYON MANAT MƏNİMSƏMƏDƏ adı hallanan, bu qalmaqallı baş həkimi Astaradan çıxarıb, Qobustan Mərkəzi Xəstəxanasına baş həkim təyin edir. Və Emin Hüseyn Astaraya apardığı Elnarə Məmmədovanı yenidən özü ilə Qobustan Mərkəzi Xəstəxanasına gətirərək Kadrlar şöbəsinə müdir təyin edir. 
Bəli, Emin Hüseyn ilə Elnarə Məmmədova Qobustan Mərkəzi Xəstəxanasında həkimlərin adına kredit götürmək, rüşvət müqabilində xəstələrə təqaüd üçün saxta sənədlər vermək adı ilə pul yığmağa başladılar. 
Medianın yazdığına görə, Emin Hüseyn Qobustanda işləyərkən hətta həkimləri və xəstələri təhqir edirdi. 
Sözün qısası, yenə Emin Hüseyndən şikayətlər dövlət orqanlarına yönəldi. Və nəticədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu dəfə “dostu”nu Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin etdi. Amma.... Əmması odur ki, Emin Hüseyn bu dəfə Elnarə Məmmədovanı özü ilə Şamaxıya apara bilmədi. Və Qobustan Mərkəzi Xəstəxanasına yeni təyin olunan baş həkim.... Qurban Kərimov heç bir ali və tibb təhsili olmayan Elnarə Məmmədovaya deyir ki, sənin haqqında rayon rəhbərliyi mənfi fikirdədir, ərizəni yaz, işdən çıx. Amma Elnarə Məmmədova işdən çıxmaq  haqqında ərizə yazmaq istəmir. Belə olan halda Mərkəzi Xəstəxananın baş həkimi Qurban Kərimov Əmək Məcələsinin 70-C maddəsi ilə Elnarə Məmmədovanı işdən azad edir. 
Sonra bir müddət işsiz qalan Elnarə Məmmədovanı kimsə başa salır ki, Sumqayıt məhkəməsinə müraciət elə. Və nəticədə məhkəmə Elnarə Məmmədovanın iddiasını təmin edərək onun barəsindəki ƏM-nin 70-C maddəsini ləğv edərək, onu işinə bərpa edir. Amma burada bir nüans var, onu mütləq  qeyd etməliyik. 
Belə ki, TƏBİB-in rəhbərliyi Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminə tapşırmışdı ki, məhkəməyə etiraz etməyin, qoy Elnarə Məmmədova işinə qayıtsın və tezliklə başqa işə gedəcək... Həqiqətən belə də oldu. Və bir müddət sonra Elnarə Məmmədova Səkinə Sadıqovanın direktor olduğu Sumqayıt Tibb Mərkəzində kadr şöbəsinin müdiri vəzifəsinə təyinat aldı. Bir neçə gün şadyanalıq edildikdən sonra keçmiş aşbaz Elnarə Məmmədova Sumqayıt boyda böyük bir şəhərin Səhiyyə Mərkəzində saxta diplomla kadrlar şöbəsində rəis vəzifəsini icra etməyə başladı. Yəni, əmrlə rəis vəzifəsinə təyin olundu. Həmin dəqiqədən etibarən, Sumqayıt Səhiyyəsinin qara günləri başladı. TƏBİB-in yanlış addımları Sumqayıt Səhiyyə Mərkəzində işləyən zəhmətkeş həkimlərin hər birinin çətinliklə qarşılaşmasına yol açır. Özünüz fikirləşin, uzun illər təhsil alaraq, həkim adını qazanmış şəxslərin kadr anketlərini saxta diplomlu bir şəxs qəbul etsin. 
İndi gəlin görək, bu adi təhsili olmayan xanım necə saxta diplom əldə edib. Deməli, əslən Gürcüstandan olan Emin Hüseyn dostu Elnarə Məmmədovaya 30.09.2019-cu il tarixdə Gürcüstan Millenium Universitetindən HEM 000141 saylı diplom alıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Biznes, Hüquq və Sosial Elmlər ixtisası istiqamətində Biznesin idarəedilməsi  ixtisas dərəcəsi üzrə verilən diplomun ekvivalentini təsdiq edib. 
Konkret olaraq təhsil naziri Emin Əmrullayev 2021-ci ildə diplomu təsdiq edib və qeydiyyat nömrəsi də 022109-dur. İndi gördünüzmü, 1977-ci il təvəllüdlü Elnarə Məmmədova 2019-cu ildə, yəni 42 yaşında necə saxta diplom alıb. Və bu saxta diplomu Təhsil Nazirliyi təsdiq edib. Yaxşı bütün bunları bildik. Bəs görəsən Sumqayıt Məhkəməsinin hakimləri işi araşdıranda görmədilər ki, bu xanımın heç bir ali təhsili yoxdur, Gürcüstandan aldığı diplom isə saxtadır..? Əlbəttə, Gürcüstandan saxta diplom alan da, TƏBİB-lə bu məsələni razılaşdıranda və s Emin Hüseyndir. 
Onu da qeyd edək ki, Elnarə Məmmədovanın qızının həyat yoldaşı Ozal da, hal-hazırda Qobustan xəstəxanasında işləyir. Ozaldan əlavə Elnarə Məmmədovanın qızı Mayanın və oğlu Valehin də Qobustan Tibbi Mərkəzdə adları işçi kimi gedirdi. Onlar ölü canlar kimi saxlanılaraq yalnız və yalnız məvacib alırdılar. 
Emin Hüseyn Şamaxıya gedəndə onları işdən azad etdi. Amma kürəkəni Ozal hal - hazırda Qobustan Tibbi Mərkəzdə şöbə müdiri vəzifəsində çalışır. 
İndi gördünüzmü, Emin Hüseyn TƏBİB-dəki dostlarına nə qədər arxayın olubsa, adi təhsili olmayan aşbazı Kadr şöbəsinə müdir təyin edib. 
Sözün qısası, TƏBİB-in rəhbəri Vüqar Qurbanovun sayəsində, Elnarə Məmmədova hazırda Səkinə Sadıqovanın rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzində KADRO məsələlərinə baxır. Biz isə öz növbəmizdə Elnarə Məmmədovanın iş vaxtı əlində tutduğu 10.000 manatın kimə məxsus olduğunu və rüşvət kimi kimdən alındığını, həmin puldan Səkinə Sadıqovaya nə qədər çatdığını isə növbəti yazımızda dərc edəcəyik. İndi isə, üzümüzü TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova və onun Sumqayıtdakı ən yaxın adamı olan Səkinə Sadıqovaya tutaraq deyirik ki, sizinlə əlahəzrət faktlar danışır...Bu dəfə yaman yerdə axşamlamısınız... Ardı var...
P.S. Onu da qeyd edək ki, Emin Hüseyn Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri olub.

Gündəlik Bakı

Oxunub: 5 550
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-07-2023, 11:53

TƏBİB sədri yola salınır - Yerinə isə o təyin edilir...

Gündəm / Araşdırma

27-07-2023, 14:05

TƏBİB sədri Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzini Nurəngiz Bəşirovaya nəyin müqabilində tikdirib

Gündəm / Cəmiyyət

13-07-2023, 19:12

Bura xəstəxanadır, yoxsa kiminsə ÖZƏL OBYEKTİ? - Dİ GƏL, AYIRD ELƏ...

Gündəm / Cəmiyyət

4-07-2023, 08:20

TSEK bazarında Eldar Abbasov monapoliyası - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

22-06-2023, 18:33

Nərimanov Tibb Mərkəzində ailə biznesi - TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?

Gündəm / Cəmiyyət

15-06-2023, 15:57

NAZİR ÇIXIŞ YOLUNU, yoxsa ÇIXIŞ QAPISINI SEÇƏCƏK? - durum kifayət qədər gərgindir...

Gündəm / Araşdırma

14-06-2023, 08:22

Buralar nəinki mərkəz deyil... heç tibbə aidiyyatı yoxdur! - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

10-06-2023, 10:13

“Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır” - Zaqatala səhiyyəsi NİYƏ BATIR?

Gündəm / Araşdırma

2-06-2023, 14:14

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi AÇILDI – ÖZƏL

Gündəm / Hadisə

24-05-2023, 07:41

Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə VƏFAT ETDİ

Gündəm / Cəmiyyət

20-05-2023, 11:20

Vüqar Qurbanovun vüqarı Zaqatala Xəstəxanasında necə qorunur?

Gündəm / Araşdırma

17-05-2023, 10:28

TAMARA NURƏLİYEVA ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASINI BAZARA ÇEVİRİB? – İDDİA

Gündəm / Cəmiyyət

16-05-2023, 17:39

Nazirdən “Son zəng”lə bağlı - Açıqlama

Araşdırma

10-05-2023, 09:54

Barəsində cinayət işi var... amma İŞİNİN BAŞINDADIR... - BU NECƏ OLUR?

Cəmiyyət

9-05-2023, 13:22

“Sumqayıt Tibb Mərkəzi”ndə NƏ İŞLƏR ÇEVRİLİB... - İLGİNC İDDİALAR...

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
Hadisə
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
12-07-2025, 10:11
Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO
3-07-2025, 10:04
Bilgəh çimərliyində boynu sınan gənc öldü
30-06-2025, 18:41
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
Son xəbərlər
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Dün, 19:13
    Avropa İttifaqının “Meta” ilə söz savaşı - Kimdir haqlı?
  • Dün, 18:44
    DÖVLƏT AĞSTAFADA “YATIB”, HÜQUQ SUSUR, QANUNLAR TAPDANIR VİDEO
  • Dün, 17:56
    “Özsüt” də həşaratlara qarşı hansı tədbir görülür?
  • Dün, 17:22
    "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
  • Dün, 16:31
    Port Baku KFC-də müştərinin sifarişinə köhnə toyuq verilib?
  • Dün, 15:53
    Şəki Tibb Kollecində Elmira Hacıyevanın tender oyunu
  • Dün, 12:49
     Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə