• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tovuzun düşmənlə ÜZBƏÜZ KƏNDLƏRİ... - REPORTAJ

Gündəm

24-10-2023, 10:42

Tovuzun düşmənlə ÜZBƏÜZ KƏNDLƏRİ... - REPORTAJ


Tovuzun Koxanəbi kəndi dağların qoynunda, meşəliklə əhatə olunmuş çox gözəl bir yerdədir. Lakin illər uzunu bu meşəlik kəndin kabusu olub. Yamaclar, talalar düşmən üçün asan hədəfə çevrilib. Əvvəllər sərhəd bölgələrində atəşkəsin pozulması haqda Müdafiə Nazirliyinin yaydığı hər iki xəbərdən birində Koxanəbinin adı çəkilirdi desək, şişirtmə olmaz. Kəndin üst tərəfi – Ermənistandır. Can, mal itkisi təhlükəsindən, tükənməyən həyat çətinliklərindən bezmiş sakinlərin bir qismi artıq evlərini tərk edib. Bir vaxtlar 50-dən artıq ailə yaşayan Koxanəbidə 20-dək ev boşalıb.

Kənddə qalanlar isə sosial qayğılarla çarpışmaqda davam edirlər. Onlar bütün çətinliklərə sinə gərərək, keçmiş firavan günlərinin qayıdacağına ümid edirlər.

Camaatın başlıca problemi içməli sudur. Kimi dindirirsənsə, bundan danışır. 81 yaşlı Əntiqə Əhmədova su sarıdan çox korluq çəkdiklərini deyir:

“Suyumuz yoxdu. Bircə bulaq var kəndin başında, əvvəllər qablara doldurub daşıyırdıq. İndi növbə yaradılıb, hərə bir gün şlanqını taxıb məhəlləsinə gətirir. 10-11 gündən bir növbə sənə düşür. O da heç qablarımzı doldurmağı çatdıra bilmirik. Məcburuq, maşınla gətirdək. Sahə suvarmaq üçün isə heç vaxt suyumuz olmayıb. Deyirlər, kənddə artezian qazılsa, su çıxar. Əvvəl gəlib-gedən olurdu, kömək olurdu. Heç nədə gözümüz yoxdu, bircə suyumuz gəlsə, təsərrüfatımızı saxlaya bilsək, dolanışığımız düzələr. Kəndli nə ilə dolanmaldı ki? Gərək əkə-becərə, məhsul götürə…”

Təsərrüfatlarda dəmyə torpaqlarda kartof, qarğıdalı əkməyə üstünlük verirlər. Məhsul yalnız yağışdan asılı olur. Düzdür, koxanəbililərə Qızıl Ulğun deyilən Kürətrafı ərazilərdə pay torpaqları ayrılıb, amma ora kənddən 50-60 kilometr aralıdır. Bu səbəbdən istifadəyə yaramır.

Sakinlər suyla bağlı problemlərinin həlli üçün bir neçə dəfə şifahi müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, xahişlərini kəndə görüşə gələn icra hakimiyyəti rəhbərlərinə, deputatlara da çatdırıblar. Hamı söz verib, amma hələ nəticə gözləyirlər.

Digər dağətəyi kəndlər kimi, Koxanəbi camaatının da dədə-babadan əsas məşğuliyyəti maldarlıqdır. Su çatışmazlığı burda da öz sözünü deyir: həm insanlar, həm mal-qara eyni bulağın ümidinə qalıblar. Ancaq heyvan saxlamağın başqa çətinliyi var: kəndin ətrafı minalandığından, adamlar bu məşğuliyyətdən çox vaxt gəlir əvəzinə ziyan qazanırlar.

Kəndlilər indiyədək yüzədək malın ya minaya düşdüyünü, ya da erməni tərəfə keçdiyini söyləyirlər. 87 yaşlı Şamoy Hüseynov dağları göstərərək deyir:

“O hündür meşələr var ha, ora girmək qeyri-mümkündür. Odun lazım olanda da aşağılardan pulla alırıq. Meşəyə qalxmırıq. Müharibədən sonra meşə yandırılmasa, ordan minanın kökünü kəsmək olmayacaq. Bizdən düz Ağdamın (Tovuz rayonunun Ağdam kəndi – red.) Ağgölünə qədər hamısı minadı. O qədər mal qalıb bu meşələrdə, heç kim dalınca getməyib. Partlayanı partlayıb, itəni itib. Qonşumun bir gündə 5 inəyi, 1 camışı keçdi o tərəfə, tövləsi boş qaldı. Ona görə, bir inəyin də olsa, gərək qabağında durub otarasan”.

Şamoy kişi özü həyətində toyuq-cücədən başqa daha heç nə saxlamır. İki dəfə inəkləri minaya düşdəndən sonra qalan heyvanlarını aparıb bazara satıb.

Gülşən Məmmədova şəhid anasıdır. Övladı Birinci Qarabağ müharibəsində kəndin ilk şəhidi olub. Ağbirçək ana da dolanışığın çətinliklərindən, cavanların kəndi tərk etməsindən narahatdır:

“Örüşümüz var üzü Dondar kəndi tərəfə. Səhər 6-dan aparıb ötürürük malı, axşam özü gəlir. Gəlməyəni sahibi gedib axtarır. Oralarda heyvan yazqabağı 2-3 ay girələnir. Sonra ot quruyur. Mal da insan ha deyil, başa düşsün ki, gördüyü yaşıllıqlar minalıdı. Qaçıb düşür minaya, özü də ölür, bizi də ziyana salır. Keçən il qonşumuzun iki danası elə getdi. Biri ordaca qaldı, o biri yaralı qayıtdı. O da öldü, heç əti yeyilmədi. İmkansızlıq üzündən camaat, ən çoxu da cavanlar çıxıb gedirlər, kənd boşalır, qalır biz qocalara. Əvvəllər həm də o meşənin meyvəsi ilə dolanırdıq. Başımızın üstü hamısı zoğal meşələridi. Dərib gətirib mürəbbə bişirirdik, satırdıq. İndi bişirməyə bir kilo zoğal tapa bilmirik. Zoğal yenə var e, amma meşə əlçatmazdır”.

Koxanəbi kəndində ciddi rabitə problemi də var: üç böyük mobil şəbəkədən heç birinin dalğasını tutmaq olmur. Kənd sakinləri telefonla əlaqəni yalnız evdə internetə qoşularaq, “WhatsApp” üzərindən yarada bilirlər. İnternet kəsiləndə, ya işıq sönəndə kəndin üstündə açıqlıq yerə çıxıb addım-addım gəzməlisən ki, görəsən, harda zəif dalğanı tuta bilirsən.

Koxanəbinin qəribə özəlliklərindən biri də burada indiyədək məktəbin olmamasıdır. Kənddə ərazi nümayəndəliyi, bələdiyyə olsa da, heç qurumun inzibati binasına rast gəlmək mümkün deyil. Bələdiyyənin keçmiş sədri Rafiq Əhmədov deyir ki, məktəb binasının tikintisi 1992-ci ildə plana salınmışdı, amma sonrakı hadisələr həmin layihənin icrasına imkan vermədi.

“Bizim heç vaxt məktəbimiz olmayıb. 1992-ci ildə onun yerini müəyyən etdilər, layihəsini hazırladılar. İşə başlamaq ərəfəsində ara qarışdı. İndi kənddə məktəb yaşlı 30-40 uşaq var. Onlar da 2 kilometr yarım uzaqlıqda Əsrik məktəbinə gedirlər. Gedib-gəlməkli 5 kilometr edir”– keçmiş sədr bildirir.

Ötən ildən isə kəndə marşrut xətti açılıb. Hər gün səhər saat 8-də, günorta 12 və axşamtərəfi 4-də mikroavtobus gəlir. Sakinlər rayon mərkəzinə, uşaqlar isə məktəbə bu marşrutla gedib-gəlirlər. Nümayəndəliyin işçiləri isə Əsrik kəndində otururlar.

Koxanəbinin ən ağır günləri geridə qalıb – 44 günlük müharibədən sonra atəş səsləri kəsilib. Amma müharibə yaraları qalıb. Kəndin altı şəhidi olub, onlardan ikisi qadındır və hər ikisi öz həyətində iş gördüyü yerdə gülləyə tuş gəlib.

Kənd sakinləri danışırlar ki, bəzən adi günlərdə də vıyıldayan güllələrin əlindən həyətə çıxmaq mümkün olmayıb, amma yas məclisləri vaxtı heç kim heç kimə atmayıb. Toylarda isə bu gün də güllə səsi eşitmək mümkündür. Lakin bu nə toyu dağıtmaq, nə də kimisə vurmaq məqsədi daşıyır. Bir mahnı yarımçıq kəsiləndə, yaxud toy tez dayandırılanda qarşı postdan havaya güllə atır, ya qışqıraraq etirazlarını bildirirlər. Erməni mövqeləri kənddən yuxarıda yerləşir, ona görə ordan səs tez yayılır.

“Oğlumun adı Rüfətdi, – kənd sakini Şəlalə Əhmədova dəfələrlə baş vermiş əhvalatı nəql edir. – Çox olub ki, uşağı çağıranda onlar da ordan bağırışıblar ki, “ay Rüfət, ay Rüfət, maman çağırır”. Təmiz də bizim dildə danışırlar”.

Gülşən Məmmədova da həmkəndlisinin sözlərini təsdiq edir:

“Bu saat çıxım, bərkdən uşağı çağırım, hay verəcəklər. O gün uşağa səslənirik ki, görsün heyvanlar hardadı. Ordan soruşurlar ki, keçilərimi axtarırsız? Amma özləri gözə dəymirlər. Qorxurlar, yəqin. Onların da canı ətdən deyilmi?”

Bütün bunlara baxmayaraq, Koxanəbi sakinləri indiyədək baş verənlərin fonunda, hətta rəsmən sülh bağlanacağı təqdirdə əvvəlki münasibətlərin bərpa olacağına inanmırlar. Onlar ermənilərin bu kəndə verdiyi zülümlərin hələ uzun müddət unudulmayacağını deyirlər. Amma müharibənin yaralarını sağalda bilmək üçün özümüzünkülərdən kömək umurlar.

İlham Mustafa - Pressklub.az

Oxunub: 5 069
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

3-10-2023, 12:20

Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

Gündəm / Cəmiyyət

5-09-2023, 12:39

Naxçıvan səhiyyəsində TOTAL BAHALAŞMA - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

29-08-2023, 08:57

Zərdabın icra başçısı PAPAĞI GÜNƏ YANDIRIR... - Nə varlığı bilinir, nə də yoxluğu...

Gündəm / Cəmiyyət

23-08-2023, 22:39

"Neftçalanın su problemi həll olunub, amma işsizlik davam edir" - Mayak qəsəbəsindən video reportaj

Gündəm / Cəmiyyət

14-08-2023, 17:57

Bir Biləsərin də dərdini bilələr... - NARAZILIQ VAR!

Gündəm / Araşdırma

8-08-2023, 16:25

Astarada Sım adlı kənd də var: Görəsən, başçı bilirmi? - "Havası var, qazancı yox..."

Gündəm / Video

5-08-2023, 13:18

Qubada vətəndaş havanı da rahat uda bilmir... - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

3-08-2023, 19:23

Qızıl mədəninə yaxın kəndin sakinləri: “Bura yağış qıpqırmızı yağır” - VİDEO

Gündəm / İdman

1-08-2023, 07:56

İsmayıllıda bu kəndin sakinləri SUSUZLUQDAN YANIR - MÜRACİƏT

Gündəm / Cəmiyyət

27-07-2023, 13:17

"Heç kim baxmır, adını da qoyublar ki, dövlət tərəfindən pul ayrılmır" - GİLEY

Gündəm / Cəmiyyət

22-07-2023, 12:13

Quba kimi səfalı məkan... amma sakinlər CƏHƏNNƏM ƏZABINDA... - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

18-07-2023, 18:17

`Azəriqaz`ın bu camaatla NƏ ƏDAVƏTİ? - Onların şikayətinə məhəl qoyan yoxdur...

Gündəm / Araşdırma

30-06-2023, 13:20

Zaur müəllimin Xaçmazdan xəbəri varmı? - NARAZILIQ VAR...

Dünya

28-06-2023, 20:04

Zaxarova: “Moskva atəşkəsin pozulması hallarının artmasından narahatdır”

Gündəm / Cəmiyyət

1-06-2023, 10:33

Tovuzun icra başçısı `şələsini yerə qoyub` QAZİLƏRLƏ SAVAŞIR... - AXI NİYƏ?!

Araşdırma
DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
Hadisə
Dünən, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
Dünən, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 15:52
    DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Bu gün, 15:17
    18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət FOTO
  • Bu gün, 14:59
    Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
  • Bu gün, 13:53
    Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Bu gün, 13:25
    Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
  • Bu gün, 13:21
    Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama
  • Bu gün, 12:43
    İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
  • Bu gün, 12:17
    Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir
  • Bu gün, 11:42
    Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
  • Bu gün, 10:32
    “İlyasın Kafesi” ilə bağlı şikayətlər bitmir – “Menyu yoxdur”
  • Bu gün, 09:59
    Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -FOTOLAR
  • Bu gün, 09:14
    Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili - Chevrolet Camaro - Nömrəsi daha bahadır - FOTO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə