• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Sosial yardım kəsilib deyə 4 uşağım məktəbə gedə bilmir” - GİLEY

Gündəm / Araşdırma

26-10-2023, 20:33

“Sosial yardım kəsilib deyə 4 uşağım məktəbə gedə bilmir” - GİLEY

“7 sot pay torpağımız var. Onun 6 aylıq ödənişini etmişik. Amma deyirlər ödənişləri ardıcıllıqla etməlisiniz. Bir sözlə, bizə 6 ay “stop” qoyulub. 4 məktəbli uşağımın xərcləri o sosial yardıma baxırdı”.

Bu sözləri “Qafqazinfo”ya Lənkəran rayonu, Girdəni kəndi sakini İftixar Fətdayev deyib. Vətəndaşın sözlərinə görə, 2016-cı ildən bəri sosial yardım təyin edilən ailəsinin ödənişi artıq 6 aydır ki, kəsilib.

İ.Fətdayev onlara qoyulan şərtin qanunsuz olduğunu düşünür: “Bunun maliyyə sanksiyası və yaxud cəriməsi olmalıdır. Bu isə cəzadır, sanki cinayət etmişik. 583 manat sosial yardım alırdıq. May ayında müddəti bitdiyi üçün müraciət etdik və belə oldu. Sosial yardımla ailəmin, uşaqlarımın xərclərini ödəyirdim. 4 uşağın məktəbli forması, məktəb ləvazimatlarını almaq üçün imkan edə bilmədik. Uşaqlar da buna görə dərsə gedə bilmir”.
“Sosial yardım kəsilib deyə 4 uşağım məktəbə gedə bilmir” - GİLEY

Vətəndaş bildirir ki, oktyabrın 12-də Lənkəran şəhərində əmək və əhalinin sosial müdafiəsi nazininin müavini Anar Əliyevin də qəbulunda olub: “Binanın divarına vurulan cədvəldə aylar üzrə ödənişin miqdarı qeyd edilib. Həmin cədvəldə də 6 aylıq ödəniş haqda məlumat var. Avqust ayında ödənişi edərkən qəbzi də almışıq. Həmin vaxt orada mənə dedilər ki, ödənişi birdəfəlik etsəniz də, DSMF tərəfindən aylar üzrə bölünür. Mənə əvvəlcədən belə olacağını desəydilər, ödənişi birdəfəlik etməzdim”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuza cavab olaraq bildirdi ki, adıçəkilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün 2023-cü il sentyabrın 22-də elektron qaydada müraciət edib: “Müraciətdə ailənin üzvünün Fətdayeva Aysel Şöhrət qızının adına torpaq pay mülkiyyəti olduğu qeyd olunur. Torpaq pay mülkiyyətinə malik şəxslər buna görə ən azı 6 ay ardıcıl olaraq sosial sığorta ödənişləri apardıqdan sonra ünvanlı sosial yardım üçün müraciət edə bilərlər.

Aysel Fətdayevanın adına olan torpaq pay mülkiyyəti ilə bağlı olaraq isə müraciətdən əvvəlki 12 ay ərzində sığorta ödənişi edilməyib. Bu səbəbdən də ailəyə yardım təyinatından imtina qərarı verilib. Yalnız imtina qərarı verildikdən sonra əvvəlki 6 aylıq dövr üzrə birdəfəlik qaydada sosial sığorta ödəniş edilib.

Lakin qanunvericiliyə əsasən, ailə torpaq pay mülkiyyətindən 6 ay ardıcıl olaraq sosial sığorta ödənişi etdikdən sonra ünvanlı yardım üçün müraciət edə bilər”.

Oxunub: 8 510
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

26-10-2023, 08:44

“Sosial Müdafiə Fondundan mənə deyirlər ki, get iş tap işlə” - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

7-09-2023, 12:40

İsmayıllı sakini ÇƏTİN DURUMDA - GİLEY

Araşdırma

1-09-2023, 09:00

“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...

Gündəm / Cəmiyyət

30-08-2023, 17:05

Tovuz sakinini KİM İNCİDİR? - GİLEY

---

29-08-2023, 21:59

"İndi Əmək Müfəttişliyi bizə 4 min manat cərimə yazıb" - GİLEY

Gündəm / Cəmiyyət

28-08-2023, 16:22

Goranboyda xəstə vətəndaş ÇƏTİN DURUMDA... - Xəstəsənsə, mütləq ölməlisən?

Gündəm / Cəmiyyət

28-08-2023, 11:01

Ucar sakini buna görə şikayətçi düşüb... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

9-08-2023, 09:00

Şəki sakini haqqının tapdandığını deyir... - GİLEY

Gündəm / Cəmiyyət

22-07-2023, 11:39

Ağsu sakini haqsızlıqla ÜZ-ÜZƏ... - MÜRACİƏT

Cəmiyyət

14-07-2023, 20:58

İyulun pensiya ödənişi yekunlaşdı

Gündəm / Araşdırma

31-05-2023, 12:20

“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir...” - MÜRACİƏT

Gündəm / Cəmiyyət

30-05-2023, 09:36

Sınıq-salxaq maşına görə sosial yardım ala bilmir - Vətəndaş NƏ ETSİN?

Video

18-05-2023, 13:25

"5 övladım var, sosial yardım ala bilmirəm, NECƏ DOLANIM?" - VƏTƏNDAŞ ŞİKAYƏTİ

Araşdırma

17-05-2023, 07:16

Vətəndaş haqqını bərpa edə bilmir... - GİLEY

Cəmiyyət

15-05-2023, 12:00

Ucar sakini nazirdən GÖRÜŞ İSTƏDİ - "Üç ay sosial yardımı aldıqdan sonra..."

Araşdırma
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT
Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir? - video
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb
Hadisə
Dünən, 13:38
Sürdüyü maşında öldü
1-07-2026, 14:57
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:22
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 19:00
    Starmer xələfini mürəkkəb beynəlxalq vəziyyət barədə xəbərdar edib
  • Dünən, 18:30
    Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
  • Dünən, 18:00
    Telefon fırıldaqçılarının əsas "silahı" açıqlandı: Bu üsul niyə həmişə işləyir?
  • Dünən, 17:30
    Bəzi yerlərdə külək güclənəcək
  • Dünən, 17:00
    Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
  • Dünən, 16:14
    “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə