• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ƏLİLLİYİ OLAN ŞƏXSƏ QULLUQ EDƏN DƏYİŞƏNDƏ İKİNCİNİN TƏQAÜD MƏSƏLƏSİ NİYƏ “DÜYÜNƏ DÜŞÜR”?

Gündəm / Cəmiyyət

21-11-2023, 10:03

ƏLİLLİYİ OLAN ŞƏXSƏ QULLUQ EDƏN DƏYİŞƏNDƏ İKİNCİNİN TƏQAÜD MƏSƏLƏSİ NİYƏ “DÜYÜNƏ DÜŞÜR”?


ƏƏSMN mənsubu Fazil Talıbov insanları onun təmsil etdiyi qurumdan narazı salır

Təyinatından dərhal sonra “islahatçı nazir” kimi cəmiyyətə təqdim olunan Sahil Babayevin gəlişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki rəhbərlərindən miras qalan problemləri, xüsusən də süründürməçiliyi, bürokratik əngəlləri əsla aradan qaldırmadı, əksinə, bir az da dərinləşdirdi. Başa düşürük, son illər Vətən müharibəsinin ağrılı nəticələri olaraq hökumətin sosialyönümlü xərcləri artıb. Amma bu o demək deyildir ki, həmin xərclər Sahil Babayevin və onun tabeliyində işləyən vəzifəli şəxslərin cibindən gedir. Bəs elə isə nəyə görə iş görəndə “qarnıağrımışlıqları” tutur? Məsələn, ayağı olmayanları yenidən yoxlayırlar ki, yeni ayaq bitib, ya yox? “Təkmilləşdirilmiş” əlilliyin qiymətləndirilməsi meyarlarında bəzi qərarlar adamın yadına xəlifə Mötəsimin Babəkə oxuduğu edam hökmünü xatırladır: “Kəsilsin! Sağ ayağı topuqdan bir qarış yuxarı, sol ayağı dizindən bir qarış aşağı…” Sanki bunlar bədənin eyni nahiyəsi deyilmiş. Elə bundansa, xalqın düşmən qarşısında əyilməyən cürətkar başını “sapı özümüzdən olan balta” ilə kəsin getsin!

Əlilliyi olan şəxsə qulluq edən adam dəyişdikdə, ikinciyə veriləsi təqaüdü ləngitmək (yaxud, ona təqaüd kəsilməsi prosedurunu bürokratik əngəllərlə uzatmaq) də elə əlilin özünə verilən təqaüdü ləngitmək kimi bir şeydir. Nə fərqi var, yeməyə çörək tapmadın, yaxud, tapdığın çörəyi qaşıqla sənə yedizdirəcək köməkdar tapmadın?

Atam – 1934-cü il təvəllüdlü Tağıyev Bəhlul Məhəmməd oğlu ümumi xəstəlik səbəbilə 2007-ci ildən etibarən I (birinci) qrup müddətsiz gözdən əlildir, 200 (iki yüz) manat məbləğində Prezident təqaüdü alır. Əmək qabiliyyətindən məhrumdur, kənar şəxsin qulluğuna ehtiyaclıdır. Ötən ilə qədər atamın qulluğunda anam dururdu və əlilliyi olan şəxsə qulluq etdiyinə görə 100 (bir yüz) manat təqaüd alırdı. Anam dünyasını dəyişəndən sonra atama bacım qulluq etməyə başladı.

Bacıma əlilliyi olan şəxsə qulluq etdiyinə görə təqaüd təyin olunması üçün müraciət etdiyimiz Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi öz növbəsində müvəkkil banka məktub göndərdi. Bu vaxt atamın əlilliyini təsdiq edən sənədlərin lazım olduğu bildirildi. Onu da qeyd edim ki, mənim atamın birinci dərəcəli qohumu kimi notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə onun adından dövlət idarələrində çıxış etmək səlahiyyətim var. Həm də məşğul olduğum jurnalistika peşə fəaliyyətimdən təmasda olduğum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbova zəng vurub məsləhətləri ilə köməklik göstərməsini xahiş etdim. O, əvvəlcə dinlədikdən sonra bildirdi ki, mənlik deyil, rəsmi məktubla müraciət et. Yenidən təkid etdikdən sonra o, məni dinləyib Binəqədi rayonundakı 4 saylı DOST Mərkəzinə yönləndirdi. 4 saylı DOST Mərkəzindən atamın adına Respublika Əlillərin Bərpa Mərkəzinə təqdim etmək üçün arayış aldım.

Eyni zamanda atamın əlilliyini təsdiqləyən arxiv arayışının tələb olunduğunu öyrəndim. Yenidən əlaqə saxladığım Fazil Talıbovun tövsiyəsi ilə ərizə yazıb DSMF publik hüquqi şəxsə müraciət edərək arxivdən lazım olan arayışın verilməsini xahiş etdim. 10 gün sonra arxivdən mənəı zəng vurub məktubu göndərəcəkləri ünvanı soruşub dəqiqləşdirdilər. Mən hətta təklif etdim ki, gəlib məktubu özüm də götürə bilərəm. Dedilər ki, yox, özləri məktubla göndərəcəklər. Beləliklə, üç aydır ki, gözlədiyim məktubu mənim ünvana göndərmirlər. Bir daha zəng vurduğum Fazil Talıbov isə ilk əvvəl özünü aramızda olmuş söhbəti sanki unudubmuş kimi apardı. Mən söhbətin detallarını xatırladandan sonra dedi ki, yenidən Nazirliyə yazılı müraciət edim. Mən ona bildirdim ki, tərəfimizdəmn bütün lazım olan rəsmi, yazılı müraciətlər edilib, iş arxiv arayışının lazım olduğu mərhələyə qədər irəliləyib. Prosesi yenidən başlamağa lüzum yoxdur, bircə qalır arxiv rəhbərliyinə arayışın bizim ünvana göndərilməsini xatırlatmaq, vəssalam. Bu halda Fazil Talıbov özünün bu məsələdə heç bir köməklik edə bilməyəcəyini dedi. Belə çıxır ki, Fazil Talıbov öz boş tövsiyələri, hərəkətsizliyi ilə insanların onun təmsil etdiyi hökumət qurumundan narazı qalmasına, hədər yerə vaxt və enerji itirmələrinə səbəb olur, bir sözlə, öz birbaşa vəzifəsindən başqa hər şeylə məşğul olur.(Deryaz.az)
ƏLİLLİYİ OLAN ŞƏXSƏ QULLUQ EDƏN DƏYİŞƏNDƏ İKİNCİNİN TƏQAÜD MƏSƏLƏSİ NİYƏ “DÜYÜNƏ DÜŞÜR”?
ƏLİLLİYİ OLAN ŞƏXSƏ QULLUQ EDƏN DƏYİŞƏNDƏ İKİNCİNİN TƏQAÜD MƏSƏLƏSİ NİYƏ “DÜYÜNƏ DÜŞÜR”?
ƏLİLLİYİ OLAN ŞƏXSƏ QULLUQ EDƏN DƏYİŞƏNDƏ İKİNCİNİN TƏQAÜD MƏSƏLƏSİ NİYƏ “DÜYÜNƏ DÜŞÜR”?

Oxunub: 2 183
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

20-11-2023, 12:38

Nazir etirazçı qaziyə zəng etdi və ŞƏRT QOYDU: `Videonu sil, kömək edək...` - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

14-11-2023, 09:18

Bərdə sakini ona əlillik dərəcəsi verilmədiyindən şikayətçidir, amma… - NAZİRLİKDƏN REAKSİYA

Gündəm / Araşdırma

26-10-2023, 09:13

Bu görüntülər Sahil Babayevin VİCDANINI SIZLATMIR? - DƏHŞƏTLİ MƏNZƏRƏ...

Gündəm / Araşdırma

14-09-2023, 12:30

“Məzun Evi”nin şefi haqda İLGİNC FAKTLAR - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

28-08-2023, 11:01

Ucar sakini buna görə şikayətçi düşüb... - MÜRACİƏT

Cəmiyyət

25-08-2023, 16:17

Həmin bina şəhid ailələri və qazilərə veriləcək - Rəsmi

Gündəm / Araşdırma

25-08-2023, 12:26

72 yaşlı qadın 2,5 milyon manatlıq dövlət sifarişini necə həyata keçirəcək, ay Sahil Babayev?

Gündəm / Araşdırma

23-08-2023, 10:28

Sahil Babayevin vəzifə verdiyi məmur oğlunun qalmaqallı keçmişi – FOTO

Araşdırma

17-08-2023, 11:45

Sahil Babayevin Şərqi Zəngəzura rəis təyin etdiyi Sənan Məmmədov yarım milyonluq avtomobil alıb-FOTOLAR

Araşdırma

28-07-2023, 08:32

Ucar sakini acınacaqlı durumda... - TƏK BU DEYİL Kİ...

Gündəm / Cəmiyyət

26-07-2023, 13:35

Qəbələdə narazılıq yaradan KİMLƏRDİR? - GİLEY

Gündəm / Cəmiyyət

23-06-2023, 16:27

Naxçıvanda qazilrin imtiyazları ləşv edilir? - Avtomobilləri əllərindən alınır....

Gündəm / Cəmiyyət

5-06-2023, 20:45

Sahil Babayevin daha bir QURBANI... - AXI NİYƏ?!

Araşdırma

11-05-2023, 07:37

Nazirliklə keçmiş işçisi arasında qalmaqal - Nə baş verir?

Araşdırma

8-05-2023, 11:03

Sahil Babayev daha bir qazini intihara vadar etdi - MƏKTUBUNDA NƏLƏRİ YAZIB?

Araşdırma
Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var
Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
Hadisə
Bu gün, 12:00
Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 09:30
Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ
13-12-2025, 18:00
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
13-12-2025, 16:30
27 yaşlı qadın abortdan sonra öldü
Son xəbərlər
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 17:38
    DİN bir sıra xidmətləri təkmilləşdirir – Layihə hazırlandı
  • Bu gün, 17:30
    DİN-dən yenilik: şəxsiyyət və sürücülük vəsiqələri onlayn veriləcək
  • Bu gün, 17:11
    Azərbaycan müğənnisi sosial platformada müzakirə olunur
  • Bu gün, 17:00
    Bu kredit təşkilatları hesabat vermədi- Cəzalandırıldı
  • Bu gün, 16:30
    Baş həkimin ölkədən çıxışına qadağa qoyuldu
  • Bu gün, 16:13
    Bravo”nun 4 marketində qanun pozuntusu aşkarlandı – MƏHKƏMƏ QƏRARLARI
  • Bu gün, 16:00
    Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi
  • Bu gün, 15:44
    Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
  • Bu gün, 15:30
    İlham Əliyev onu məhkəmə sədri təyin etdi
  • Bu gün, 15:19
    Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var
  • Bu gün, 15:01
    Prezident bu şəxsləri təltif etdi - Siyahı
  • Bu gün, 14:30
    TƏCİLİ! Bu xəstəlik Türkiyəyə də çatdı, Azərbaycanda… - “10 ilin ƏN GÜCLÜSÜDÜR”
  • Bu gün, 14:00
    Nazirin həmin videosu ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Bu gün, 13:28
    İmişlinin icra başçısı Elçin Rzayev sələfinin taleyini yaşaya bilər –Dövlətin pulun belə xərcləyir...
  • Bu gün, 13:06
    Sumqayıtda abort olunan 27 yaşlı Zərifə Əliyeva həkim səhlənkarlığından ölüb? -Video
  • Bu gün, 12:26
    DTX həbs olunan icra başçısının görünülərini YAYDI
  • Bu gün, 12:00
    Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
  • Bu gün, 11:44
    Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
  • Bu gün, 11:30
    Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK
  • Bu gün, 11:08
    “P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir – Vətəndaşlardan ŞİKAYƏT…VİDEO
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 10:30
    Pənah Hüseyn siyasətdən GEDİR?..
  • Bu gün, 10:19
    Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
  • Bu gün, 10:00
    Qızılın qiyməti ARTIB
  • Bu gün, 09:50
    Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə