• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ramin İsayevin həbsdə saxlanması dövlətçiliyimizə vurulan zərbədir – TƏRCÜMEYİ-HAL

Gündəm / Cəmiyyət

2-02-2024, 13:22

Ramin İsayevin həbsdə saxlanması dövlətçiliyimizə vurulan zərbədir – TƏRCÜMEYİ-HAL


Yəqin ki, tam əksəriyyət ötən 12 il 6 ay ərzində SOCAR AQŞ-də baş direktor vəzifəsində çalışan, Harvard Universitetində ali təhsil alıb, bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vuran, Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçən İsayev Ramin Əli oğlunun həbs olunması ilə bağlı müəyyən məlumatlara malikdir. Unutmaq olmaz ki, Ramin İsayev heç də sıradan bir şəxs deyil və onun həbs olunmasının heç bir hüquqi əsası yoxdur. Artıq yeddinci aydır ki, bu şəxs qanunsuz olaraq həbsdə saxlanır və barəsində qaldırılan cinayət işi ilə bağlı irəli sürülən itihamlar öz təsdiqini tapmır. Hətta, Ramin İsayev günahsız olduğunu faktlarla, əsaslı sübutlarla ortaya qoymağa da çalışır. Qeyd edək ki, bu şəxs neft sənayesi üzrə peşəkar mütəxəssisdir və əgər bu şəxsin potensialından lazımi səviyyədə istifadə olunarsa, o halda dövlətimiz və xalqımız onun bilik və bacarığından daha çox faydalana bilər. Çünki, Ramin İsayev xalqını sevən, dövlətinə bağlı olan bir şəxsdir. Onu da qeyd edək ki, SOCAR AQŞ-nin sabiq baş direktorunun həbsdə saxlanması, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, bütövlükdə dövlətimizin və xalqımızın maraqlarına vurulan zərbədən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq, bu şəxsin həbs olunması ilə bağlı sifarişi verən maraqlı qüvvələr, hələ də onun həbsdə saxlanması üçün “dəridən-qabıqdan” çıxmaqda davam edirlər. İnanırıq ki, gün gələcək, haqq-ədalət öz yerini tapacaq və o halda bu şəxsin günahsız olduğu sübuta yetiriləcək. İndi isə, bu şəxsin tərcümeyi-halı, həyat və fəaliyyəti və s. haqda məlumatları geniş ictimaiyyətin diqqətinə təqdim edirik:
Ramin İsayevin həbsdə saxlanması dövlətçiliyimizə vurulan zərbədir – TƏRCÜMEYİ-HAL

Isayev Ramin Əli oğlu 1972-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zərkənd kəndində anadan olmuş, 1989-cu ildə ölkəmizdə keçirilən fizika fənni üzrə olimpiadanın qalibi olmuş, Bakı Dövlət Universitetinin fizika fakültəsinə imtahansız qəbul olmuş və həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuş, aspiranturada təhsil almış, 1996-1998-ci illərdə Praqa İqtisadi Tədqiqatlar və Doktoral Təhsil Mərkəzində çalışmış, 2000-2001-ci illərdə Harvard Universitetində İctimai idarəetmə ixtisası üzrə magistr təhsili almış, 2016-2018-ci illərdə Massaçusetts Texnologiya İnstitutunda (MİT) biznes, texnologiya magistri dərəcəsini əldə etməyə nail olmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində mühazirələr oxumuş, bir neçə dərsliyin müəllifi olmuş, minlərlə tələbənin Azərbaycanda və xarici ölkələrdə mütəxəssis kimi hazırlanmasında yaxından iştirak etmişdir. Ramin İsayev Norveçdə Statoil şirkətində Birinci vitse-prezidentin müavini, 2002-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin göstərişi ilə ARDNŞ Bakı Neft Emalı zavodunda Baş direktorun müavini vəzifəsinə təyin olunmuş, sonralar isə Britaniya-Almaniya birgə şirkəti olan “KCADEUTAG” şirkətinin Xəzər regionu üzrə meneceri, 2008-ci ildən 2020-ci ilədək "SOCAR-AQŞ" MMC-nin Baş direktoru, 2021-2022-ci illərdə Dövlət Vergi Xidməti rəisinin müşaviri vəzifələrində işləmişdir.
Ramin İsayev neft-qaz sənayesinin hər bir sektoru üzrə dünya səviyyəsində hazırlıq keçmiş yeganə azərbaycanlıdır. Ölkəmizdə neft və qaz istehsalını stabilləşdirmək və artırmaq sahəsində onun konkret təklifləri var. Bunun üçün MİT alimi Cey Forresterin əsasını qoyduğu Work Design-problem həlletmə üsulu tətbiq ediləcək.
Ramin İsayev 2001-ci ildə Norveçin dövlət neft şirkəti Statoil (indiki Equinor)  şirkəti üçün Dayanıqlı İnkişaf hesabatını hazırlayıb və CAR-da, Yohannesburqda keçirilən Yer Sammitində təqdim edib. Ramin İsayev Dayanıqlı İnkişafın nəzəri əsaslarını bizneslər üçün hazırlamış şəxslərdən biridir. Bu mənada, o, Dayanıqlı İnkişaf və İnkişafın nəzəriyyəsi və tətbiqi sahəsində ölkədə və beynəlxalq aləmdə faydalı çox işlər görə bilər. Azərbaycan COP-29 tədbirinə 2024-cü ildə ev sahibliyi edəcək və Ramin İsayev bu Sammitin uğurları üçün çox işlər görə bilər. Belə ki, Ramin İsayev ölkədə ilk şirkət rəhbəri olub ki, rəhbərlik etdiyi şirkət həm BMT Qlobal Sazişinin Lider Şirkəti elan edib (2019-cu ildə BMT Baş Qərargahında), həm də WBCSD (Dayanıqlı İnkişaf üzrə Ümumdünya Biznes Şurasının) üzvü seçilmişdir. WBCSD üzvləri Microsoft, Amazon, Apple, BP və sair Fortune-500 şirkətləridir.
        4.Ramin İsayev Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçmişdir (dünyaca məhşur alim Con Stermanın yanında). Yaşıl Enerjinin həm fizikasını, həm texnologiyasını, həm də iqtisadiyyatını mükəmməl araşdıran mütəxəssislərdəndir. Ramin İsayev məhşur fizik İoffe və Smil ilə birlikdə iki kitab üzrə işləyib: 1) Enerjinin Fizikası; 2) Enerjinin İqtisadiyyatı. Ramin İsayev bərpa olunan enerji sahəsində və hidrogen iqtisadiyyatı sahəsində dünyanın ən qabaqcıl tədqiqatlarını Azərbaycana cəlb edə bilər. Elmi - tədqiqat potensialı isə həm biznesin, həm də ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir.

5. Ramin İsayev Yarımkeçiricilər və Süni Zəka sahəsində də xüsusi hazırlığa malikdir və dünyanın ən öncül mərkəzləri ilə sıx əlaqələrə malikdir. Bu olduqca vacib sahələrin Azərbaycanda yaradılmasında ciddi rol oynaya bilər. Yarımkeçiricilər neft və qaz qədər  gəlirli bir sahədir. Azərbaycan 1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi zəhməti sayəsində, yarımkeçiricilər sahəsində dünyada iki əsas mərkəzdən birinə çevrilmişdi. Digər mərkəz isə, indi dünyaca məşhur olan Silikon Vadisidir (ABŞ, Kaliforniya Ştatı). Süni zəka isə mühüm gələcək dövr texnologiyasıdır. V.Putin deyib: “Süni zəka sahəsində öndə olan dövlət gələcəkdə dünyada əsas söz sahibi olacaq”. Azərbaycan bu sahədə özünün layiqli öncül yerini tuta bilər. Ramin İsayev MİT, Harvard, Stanford kimi universitetlərlə sıx əlaqələrindən istifadə etməklə, Azərbaycana yeni sərmayələr və mütəxəssislər cəlb edə bilər. Ramin İasyev MİT məzunu, TSMC (Taiwan Semiconductor Manufacturing Company) Prezidenti Morris Chang ilə şəxsən tanış və dostdur. Ramin İsayev əsasən ən qabaqcıl texnologiyalar sahəsində tədqiqat, təhsil və istehsal işləri qurmaq sahəsində dünya səviyyəli bir mütəxəssisdir.(Gundemxeber)
Araşdırmamız davam edəcək, mövzu diqqətimizdədir.

Oxunub: 4 995
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

2-11-2023, 08:35

Yanında OLİQARX BƏSLƏYİR... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

16-10-2023, 11:04

Bərdədə vəziyyət heç də ürəkaçan deyil... - Sakinlər şikayət etməkdən də yorulub...

Gündəm / Araşdırma

3-10-2023, 08:23

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri

Gündəm / Araşdırma

29-09-2023, 13:40

Əmrahovların ipoteka maxinasiyası

Gündəm / Siyasət

28-09-2023, 11:18

Vardanyan həbs edildi - Rəsmi - Video

Gündəm / Siyasət

21-09-2023, 18:17

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə yenidən görüş keçiriləcək

Gündəm / Siyasət

21-09-2023, 17:55

Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Gündəm / Cəmiyyət

22-08-2023, 15:49

9 saylı məktəb direktorunun vəzifə xatirinə uydurduğu yalanlar - AXI NİYƏ?!

Gündəm / Cəmiyyət

17-08-2023, 15:45

Məktəb direktoru ilə bağlı İŞ BÖYÜYÜR... - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

15-08-2023, 16:19

Vidadi İsayevin başı necə qarışıbsa... - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

15-07-2023, 12:55

Bu il hansı vəzifəli şəxslər HƏBS OLUNUB? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

5-07-2023, 10:18

“SOCAR-AQŞ”nin sabiq baş direktoru həbs edildi - TƏFƏRRÜAT

Gündəm / Hadisə

23-05-2023, 21:55

Göyçayın icra başçısının həbsdə olan köməkçisi bəraət alaraq azadlığa çıxıb

Cəmiyyət

22-05-2023, 12:45

Vidadi İsayevin TOPDAĞITMAZ SƏRVƏTİ... - VƏ İLGİNC QOHUMLUQLARI...

Araşdırma
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Sabah 23 dərəcə isti olacaq
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Hadisə
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 17:50
    İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
  • Dünən, 17:20
    Novxanıda ağaclar məhv edilərək “İlyasın kafesi” tikilir? -Videofakt
  • Dünən, 16:43
    Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
  • Dünən, 16:21
    “Onlar buna görə ağır bədəl ödəyəcəklər”
  • Dünən, 16:12
    Bu ərazilərə qar yağır
  • Dünən, 14:54
    “Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı
  • Dünən, 14:43
    Rusiyanın İrana göndərdiyi yardım sərhədimizdən keçdi
  • Dünən, 14:34
    2 yaşlı uşaq epilepsiyadan öldü
  • Dünən, 14:25
    Hörmüz tamamilə bağlandı
  • Dünən, 14:16
    Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var
  • Dünən, 13:53
    Prezidentin köməkçisi Ərdoğanın müşaviri ilə görüşdü
  • Dünən, 13:32
    Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə