• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məmmədli bələdiyyəsinin səhv qərarı sakinləri üzüzə qoyub - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

21-02-2024, 19:21

Məmmədli bələdiyyəsinin səhv qərarı sakinləri üzüzə qoyub - NARAZILIQ VAR...

Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası, mərhum prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilir. Həmin vaxtlarda dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində, eyni zamanda Avropa Şurasının təklifləri nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq bələdiyyə institutu yaradılır. Qeyd edək ki, yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir formasıdır ki, bu forma onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirməyə imkanı verir. Bundan əlavə, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirən qurumdur.

Düzdür, ötən illər ərzində bir çox bələdiyyələr öz fəaliyyətləri nəticəsində seçici etimadını qazansalar da, bəzi bələdiyyələr isə yerli sakinlərin inamsızlığını, hədsiz nifrətini və s. qazanmışlar. Buna da əsas səbəb, məhz onların fəaliyyətsizliyi və üzərinə düşən vəzifələrinin öhdəsindən lazımınca gələ bilməmələri olmuşdur. Bəli, KİV nümayəndəsi olaraq indiyə kimi bir çox bələdiyyələrin qanundan kənar fəaliyyətləri ilə bağlı silsilə tənqidi məqalələr yayımlamışıq və baş verənlərlə bağlı aidiyyatı qurumları lazımınca da məlumatlandırmışıq. Faktdır ki, belə bələdiyyələrdən biri də, vaxtilə mərhum Vaqif Nəbiyevin sədrlik etdiyi Abşeron rayonu Məmmədli bələdiyyəsi olmuşdur. Çünki, illər öncə bu bələdiyyənin rəhbərliyi tərəfindən elə bir formada qanunsuzluqlara qol qoyulur ki, bu yöndə atılan addımların “ağrı-acısı” ilə, bu gün də bir çox şəxslər üzüzə qalmaqdadırlar. Qeyd edək ki, Tağıyeva Nuranə Bəylər qızı 2004-cü ildə Abşeron rayonu Məmmədli bələdiyyəsindən torpaq sahəsi alır və o, aldığı torpaq sahəsini bağışlanma yolu ilə oğlu Nurlan Paşa oğlu Tağıyevə və qızı Əfsanə Paşa qızı Rzayevaya verir. Çox keçmir ki, hər iki şəxs Məmmədli bələdiyyəsinin “tora saldığı” şəxslərdən olurlar. Məsələn, bir neçə ildir ki, olmazın problemə düçar olan və bu gün də qeyd olunan problemin həllinə nail ola bilməyən Nurlan Tağıyevin və Əfsanə Rzayevanın gundemxeber.az xəbər portalının redaksiyasına ünvanladıqları video-müraciətə diqqət yetirdikdə bəlli olur ki, hər iki şəxsin üzüzə qaldıqları problem də olduqca ciddi problemlərdən biridir. Belə ki, Nurlan Tağıyev və Əfsanə Rzayeva Abşeron rayonu Məmmədli bələdiyyəsinin əməllərindən Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi müraciət edib, “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 23.05.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv olunması” barədə qərar qəbul olunmasını xahiş edirlər. Hər iki şəxs iddianı onunla əsaslandırırlar ki, Abşeron rayonu, Məhəmmədi kəndində onların adına, yəni iddiaçı Rzayeva (Tağıyeva) Əfsanə Paşa qızının adına 0,017 (ha) reyestr nömrəsi 308013137203 və Tağıyev Nurlan Paşa oğlunun adına 0,0175 (ha) reyestr nömrəsi 308013137202 torpaq sahələri var. Həmin torpaq sahələrində inşa olunan tikililərin əsas giriş- çıxış yolu olan dəmir darvazaların qarşısında qeyri-qanuni tikinti işləri həyata keçirilmiş və hal-hazırda həmin tikilinin içində heyvan alqı-satqısı ilə məşğul olurlar.Təqribən iki metr hündürlüyündə olan tikilinin içində heyvan alqı-satqısı ilə məşğul olmaq hüquqi baxımdan yolverilməzdir. Çünki, tikili yol kənarında və yaşayış evlərinin yaxınlığında yerləşir. Belə bir səbəbdən də, heyvanların mələşmələri, səsküy salmaları və s. ətrafda narahatçılıqlar yaradır ki, bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur. Bundan əlavə, yəqin ki, heyvan alqı-satqısı ilə məşğul olmaq üçün aidiyyatı dövlət qurumlarından alınmalı olan hüquqi sənəd də yoxdur. O halda sual oluna bilər ki, nəyə görə hüquq-mühafizə orqanları, bələdiyyə qurumu, RİH əməkdaşları və s. tərəfindən belə bir qanunsuz fəaliyyət növü ilə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görülmür? Bəlkə zamanı çatmayıb?

Qeyd olunan torpaq sahəsi Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən 23 may 2014-cü il tarixdə, Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan 175 kvm. və ya 0.0175 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə 05/118 saylı qərar qəbul edilir. Diqqət yetirmək lazımdır ki, həmin torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşir. Bundan əlavə, həmin sahə ümumi istifadədə olduğundan, iddiaçıların mülkiyyətində olan evlərin darvazasının qarşısını kəsdiyindən, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri qaydalarına riayət edilməsinə imkan vermədiyindən, bələdiyyənin qərarı qanunsuz hesab olunmalıdır. Bütün bunlara baxmayaraq, Sumqayıt İnzibati Məhkəməsinin 27.09.2023-cü il tarixli, 2-1(118)-4122/2023 nömrəli qərardadı ilə bu iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Belə olan halda iddiaçılar qərardan apellyasiya şikayəti verib, iddianın mümkün sayılmamasına dair qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edirlər.

İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırırlar ki, məhkəmələrdə aylarla, illərlə vaxt itirməmək üçün bələdiyəyə müraciət etsələr də, onlar bələdiyyədən imtina cavabı alırlar. Bütün bunlara baxmayaraq, hər iki şəxs əlverişsiz inzibati akt barədə, yəni “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq məlumatlandırılmırlar. Həmin Qanunun tələblərinə əsasən ilk növbədə, inzibati icraatı aparan inzibati orqan icraatın maraqlı şəxslərini məlumatlandırmalı idi. Belə bir addım atılmadığından, hazırkı qərardad ləğv edilməli və iş icraata qəbul olunmalıdır. Faktdır ki, hazırkı iş üzrə iddiaçının əsas tələbi Məmmədli Bələdiyyəsinin 23.05.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv edilməsindən ibarətdir. Məhkəmə isə müddətin ötürülməsi səbəbi ilə iddianın təmin olunmasını mümkün hesab etməmişdir və çıxarmış olduğu qərardadında qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 27 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, hal-hazırda mübahisə predmeti olan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 23.05.2014-cü il tarixli, 05/118 saylı qərarı- 27 dekabr 2022-ci il tarixli məktubla təqdim edilmiş və iddiaçılar da həmin vaxtdan qeyd olunan qərardan xəbərdar olmuşlar. Bütün bunlara baxmayaraq, bələdiyyə qərarı məhkəmədə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün, qanunvericilikdə təsbit olunmuş 30 gün müddətin ötürüldüyü vurğulanmışdır.

Onu da bildirək ki, iddiaçılar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı da iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər və Orucov Yaqub Hüseyn oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, giriş-çıxış darvazasının qarşısında tikilmiş daş çəpərin sökülməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkləmə isə belə bir iddia tələbi əsasında araşdırma aparıb lazımi qərarını qəbul etmək əvəzinə onu qeyd edirr ki, ilk öncə bələdiyyə qərarı ləğv olunmalıdır, daha sonra isə çıxarışın ləğvi ilə bağlı iddiaya baxılmalıdır. Belə olan halda iddiaçılar Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 2014-cü il 27 may tarixli, 05/118 saylı qərarının ləğv edilməsi barədə bələdiyyəyə ərizə ilə müraciət etsələr də, Bələdiyyə tərəfindən onlara cavab verilmir.

Təəssüf doğuran hal odur ki, Nurlan Tağıyevin və Əfsanə Rzayevanın adına olan torpaq sahələrində inşa olunan tikililərə məxsus çıxış yolu, Yaqub Orucov adlı şəxs tərəfindən inşa olunmuş tikili ilə bağlansa da, hər iki şəxsin üzüzə qaldığı problemlə bağlı bu gün də lazımi araşdırmalar aparılmır. Bir sözlə, Məmmədli Bələdiyyəsi lazımi addımını atmır, Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi isə, məhz cavabdehlərin maraqlarına uyğun qərarlarını elan ediblər. Belə bir səbəbdən də, Nurlan Tağıyev və Əfsanə Rzayeva bu gün də getgəldədirlər. Qeyd edək ki, hər iki şəxs üzüzə qaldıqları belə bir problemlə bağlı xeyli müddət bundan öncə Ali Məhkəməyə müraciət etmişlər. İnanırıq ki, bu məhkəmə instansiyasında Sumqayıt İnzibati Məhkəməsindən və Sumqayıt Apellyasiya Məhkəməsindən fərqli yanaşma ortaya qoyulacaq və ədalətli qərar da çıxarılacaq.
Bəli, bütün bunları qeyd etməkdə başlıca məqsədimiz Nurlan Tağıyevə və Əfsanə Rzayevaya məxsus belə bir problemin varlığını ictimailəşdirməkdir və aidiyyəti dövlət qurumlarının diqqətini, məhz bu problemin varlığına yönəltməkdir. Ümidvarıq ki, indiyə kimi ölkə vətəndaşlarına “ayı xidmət” göstərənlər, bəlkə bu yazı yayımlandıqdan sonra “qış yuxusu”ndan ayıldılar və başları üzərində o böyük Yaradanın qüdrətini hiss edib, hər iki şəxsə məxsus bu problemi aradan qaldırmağa çalışacaqlar. Odur ki, həm gözləyək, həm də izləyək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

GundemXeber.Az

Oxunub: 2 849
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

2-02-2024, 16:47

Prezident "Dövlət ehtiyatları haqqında" Qanunu təsdiqlədi

Gündəm / Araşdırma

17-01-2024, 13:32

Bələdiyyələrin qeyri-real SƏLAHİYYƏT TƏLƏBİ: - “Kifayət qədər maliyyəsi və kadr bazası olmayan....”

Gündəm / Siyasət / Cəmiyyət

28-11-2023, 12:17

Xankəndidə Qarabağ Universiteti yaradılır - Sərəncam

Gündəm / Siyasət

17-11-2023, 15:35

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Gündəm / Cəmiyyət

12-11-2023, 08:01

Azərbaycanda Konstitusiya Günü qeyd edilir

Gündəm / Siyasət

7-09-2023, 15:00

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC yaradılır

Gündəm / Cəmiyyət

4-09-2023, 20:43

BU DA TƏZƏ ÇIXDI: Vətəndaşlara əlavə problem yaradılır... - AXI NİYƏ?!

Gündəm / Araşdırma

23-08-2023, 08:31

“Dörd aydan artıqdır ki, biz bələdiyyələr hesablarımızdan heç bir əməliyyat apara bilmirik” - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

18-08-2023, 11:50

Binəqədi Bələdiyyəsinin “müqavilə bazarı“ – Sənədlər necə saxtalaşdırılır?

Gündəm / Cəmiyyət

7-08-2023, 18:40

İcra başçıları büdcəni talamaqla məşğuldur - Ekspertdən İTTİHAM

Gündəm / Cəmiyyət

21-07-2023, 18:34

Naxçıvanın statusu da REFERENDUMA ÇIXARILIR? - İLGİNC İDDİA

Gündəm / Siyasət

4-07-2023, 18:55

Prezident bu tədbirin iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Gündəm / Cəmiyyət

8-06-2023, 13:29

Xətaidə başçı yerində deyil deyə... - NARAZILIQ VAR!

Cəmiyyət

1-06-2023, 08:31

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Gündəm / Hadisə

25-05-2023, 11:28

“Ölkəmizdə media azadlığı təmin olunur” - İnam Kərimov

Araşdırma
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
RASİM GÜZDƏKDƏ AT OYNADIR
Hadisə
5-06-2025, 09:29
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
29-05-2025, 12:36
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
29-05-2025, 10:06
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı yeni xəbər
27-05-2025, 12:46
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
26-05-2025, 15:27
Azərbaycanda həbs edilmişdi, ölkəsinə təhvil verildi
22-05-2025, 10:00
Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi
Son xəbərlər
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Dün, 13:25
    “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
  • Dün, 11:38
    Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
  • Dün, 10:09
    Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
  • 6-06-2025, 12:47
    İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
  • 6-06-2025, 11:44
    Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
  • 6-06-2025, 11:22
    Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
  • 6-06-2025, 10:48
     “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
  • 6-06-2025, 09:27
    Təzəpir məscidində bayram namazı qılınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə