• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Gündəm / Araşdırma

20-04-2024, 17:09

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Biləcəri qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzalı istiqamətində fəaliyyət göstərən 91 nömrəli avtobus xəttinin bəzi sürücüləri hər gün səhər və axşam bu avtobusdan istifadə edən sərnişinlərə əsəb, stress, hətta həyati təhlükə yaşadırlar. Nəqliyyat vasitəsinin tutumu az, ödəniş sistemi nağd və öz müdiriyyətinin təyin etdiyi yetərsiz qrafik üzrə hərəkəti özü ilə ciddi problemlər gətirir.
Belə ki, sürücü nəqliyyat vasitəsini ürəyinin istədiyi şəkildə idarə edir; digər avtobuslarla ötüşür, dar küçələrdə sürəti artırır, "yavaş sür" deyən kişi, qadın, uşaq, böyük - fərq etmir, hamısına sürücü kimi yox, "lotu" kimi cavab verir. Verilən cavablardan biri də "filan yerdə saxlamayacağam, kim düşəcəksə, burda düşsün!" və ya "mən nə edim, qrafik belədir, tələsirəm, tez düşün!" "Yaxşı edirəm, belədir!", "İstəmirsənsə, düş, get!" kimi cavablar verilir. Hətta bəzi sərnişinlərə qarşı "səninlə sonuncu dayanacaqda söhbət edərik!" kimi təhdidkar ritorikalardan istifadə edilir. Avtobusun içində müşahidə kameraları olmasına rəğmən, sürücü ona məhəl qoymur: telefonla danışır, siqaret çəkir, bağırır, sərnişinlərə kobud şəkildə "hərbi komanda"lar verir, dar küçələrdə qazın "belinə oturub", bir də ürəyi istəyən yerdə saxlayır.

91 nömrəli avtobusdan istifadə edənlər, bu halla çox yaxından tanışdırlar. Biləcəri sakinləri 91 nömrəli avtobusun bəzi sürücülərinə "yavaş sür" deməyə çəkinir. Sürücü sərnişinin üzərinə dartınır, hətta hərəkət zamanı başını döndərib, insanlarla "razborka"ya girir, "söhbət çürüdür". Dərd odur ki, dəfələrlə tutulan iradlara, şikayətlərə rəğmən, həmin "lotu sürücü"lər yenə eyni avtobus xəttində və eyni ritorika ilə fəaliyyətinə davam edir.

Qeyd olunan avtobus xətti və onun "ağa nəzərəm, belə gəzərəm!" təfəkkürlü sürücülərinin əməlləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizimyol.info xəbər portalına bildirilib ki, bu istiqamətdə araşdırma aparılıb, tədbir görüləcək.

Mərkəzdən uzaq və qəsəbədaxili fəaliyyət göstərən bu növ avtobuslar nə üçün hələ də kart sisteminə keçid etmir? Sürücülərin sərnişinlərə qarşı belə aqressiya göstərməsinə səbəb nədir? Vaxt qrafiki niyə çarəsiz xəstəliyə çevrilib? Hər "yoldan keçən"i işə götürüb, günlük yüzlərlə vətəndaşın həyatı bir anda onlara necə əmanət edilir?

Bizimyol.info yaranmış biabrçı vəziyyətin əsas səbəbləri və onun məntiqli həll yolları istiqamətində nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyevlə söhbətləşib.

"Azərbaycanda ilk kartla ödəniş sistemi 2015-ci ildən "BakuBus" avtobuslarından başlayıb və daha sonra şəbəkə genişlənib. İndi 2007 avtobusdan təqribən, 300-də kart sistemi yoxdur. Bəzi avtobuslarda bu sistemi quraşdırmaq fiziki olaraq mümkünsüzdür, onlar xətdən çıxarılmalıdır. Bu il ərzində yüz elektrobus şəbəkəyə qoşulacaq. O zaman həmin məsələ də öz həllini tapmış olacaq.

Digər məsələ ondan ibarətdir ki, daşıyıcıların biznes modeli köhnədir. Ötən il verilən önəmli qərarlardan biri, lisenziya müddətinin hüquqi və fiziki şəxslər bir ildən yeddi ilədək uzadılması idi. Yəni əvvəl bir lisenziya ilə bir il fəaliyyət göstərə bilirdinizsə, indi yeddi il fəaliyyət göstərə bilərsiniz. Bu, önəmli bir qərardır və onun davam olaraq da bugünədək çalışılmış plan sistemi dəyişilərək, "Brutto" müqavilə"lərə keçilməlidir. Brutto müqavilə odur ki, hər km-ə görə dövlət subsidiya edir. Həmin subsidiyalardan sonra daha sərt tələblər olacaq. Həmçinin bilirik ki, ölkəmizdə ciddi sürücü qıtlığı var. Bunun bir səbəbi də əməkhaqqının az, sahənin isə olmasıdır. Bunun aradan qaldırılması üçün brutto xərc müqavilələrinə keçilməlidir. Beləliklə, sürücülərin əməkhaqqı artırıldıqdan sonra bu sahəyə maraq da artacaq.

Stresi azaldan səbəblərdən biri də ayrılmış avtobus zolağı şəbəkəsidir. Avtobus sürücüsünün öz yolu olduqdan sonra bu sahəyə sürücülərin meyli də artacaq. Hətta düşünürəm, bu istiqamətdə qadın sürücüləri də cəlb etmək lazımdır. Beləliklə, ümumi olaraq, həm gender bərabərliyi və ictimai nəqliyyatın keyfiyyətinə təsir edən amillərdən biri olar.

Bu məsələlər sistemli və mərhələli şəkildə icra olunmalı, amma dayanmamalıdır. Burada yarımçıqlığa yol verilməməlidir. Bir qərar verilirsə, onun ardınca bununla əlaqəli olan digər qərarlar da verilməlidir. Nəticə olaraq, ictimai nəqliyyatın keyfiyyətli olması üçün bu sahəyə pul ayrılmalıdır. Həmin vəsait sahibkar və ya dövlət tərəfindən də ayrıla bilər. Beləliklə, keyfiyyət artacaq və bu da həmin sahəyə olan meylliliyi gücləndirəcək.

Həmçinin, bununla əlaqəli olan məsələlər - tutalım, hər bir avtobus dayanacağa gəlirsə, səkinin, dayanacağın, özünün vəziyyəti, avtobusun harada yerləşməsini göstərən tətbiqdəki inteqrasiya məsələləri də öz həllini tapacaq.

Qeyd olunan aqressiyanın kökü nədən qaynaqlanır? İnsanlar bir plan qurur və artıq o plana yetişməyəndə, hirslənirlər. Sürücü nəzərdə tutulmuş qrafik üzrə hərəkət edə bilmədikdə danlanırsa, o da aqressiyaya səbəb olur. Bu səbəblərin aradan qaldırılması yönündə qərarlar verilməli və icrası təmin olunmalıdır" - deyə, nəqliyyat üzrə ekspert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Oxunub: 5 772
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Video

16-03-2024, 11:30

Azərbaycanda insanlar daha çox taksi, avtobus, yoxsa metrodan istifadə edirlər? - VİDEO

Gündəm / Hadisə

6-03-2024, 10:30

Yol qəzalarının əsas səbəblərindən biri də telefondan istifadədir

Gündəm / Hadisə

15-02-2024, 21:38

Avtobuslarda bank kartı ilə ödəniş mümkün olacaq

Gündəm / Cəmiyyət

22-01-2024, 18:36

Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR... - ETİRAZ VAR...

Gündəm / Araşdırma

31-10-2023, 08:17

Gəncədə nəqliyyat ÖZBAŞINALIĞI... - Buraların bir yiyəsi yoxdur?

Cəmiyyət

20-10-2023, 22:28

Ödənişli yoldan necə istifadə edəcəyik? - Qaydalar+Video

Gündəm / Araşdırma

19-10-2023, 11:35

`Geri dönməyən` avtobuslar, `tənha` və işəyaramaz ödəniş terminalı... - Avtovağzalda nə baş verir?

Gündəm / Araşdırma

12-10-2023, 20:54

Avtobus yox, metro dolu: ”Bakıda tramvaya ehtiyac var” - AKTUAL

Gündəm / Araşdırma

3-10-2023, 09:56

Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib - NARAZILIQ VAR...

---

10-07-2023, 08:17

"Sürücüləriniz 'hoqqa çıxarır', cənablar..." - "Sürücüyə deyəndə..."

Gündəm / Siyasət

5-06-2023, 10:47

“Xoca-Həsən İKF” MMC-yə qarşı iddia

Gündəm / Hadisə

18-05-2023, 21:07

Dayanacaqlardan yoxa çıxan milyonlar: Sərnişinlər küçədə qalmalıdır? - HƏQİQƏTƏN DƏ...

Gündəm / İqtisadiyyat

17-05-2023, 17:47

Nazirlik taksi şirkətlərinə XƏBƏRDARLIQ ETDİ

Gündəm / Cəmiyyət

12-05-2023, 16:42

“Xocəsən” metro stansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verildi

Araşdırma

11-05-2023, 18:57

Sərnişindaşıma şirkətlərindən Baş nazirə müraciət: Böhran yaşayırıq - NARAZILIQ VAR!

Araşdırma
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bakı və Azərbaycan Yepiskopu Aleksiy (Smirnov) vətəndaşın hüquqlarının bərpası əvəzinə, əksinə olaraq vətəndaşın hüquqlarını əlindən almaq istəyir.
Fərid Əhmədov “Tubzon”u Əhəd Abdiyevə həvalə etdi - Nə dəyişəcək?
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Hadisə
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
Son xəbərlər
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 15:46
    Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
  • Bu gün, 15:20
    Peskov türk dilini necə öyrənməsindən danışdı
  • Bu gün, 12:28
    4 ayda 52 min şəxs işlə təmin olunub
  • Bu gün, 11:41
    Ordular hazır vəziyyətə gətirildi: ABŞ-İran savaşı hər an başlaya bilər
  • Bu gün, 11:02
    İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?
  • Bu gün, 10:30
    Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
  • Bu gün, 09:23
    “Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
  • Dünən, 18:52
    “Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
  • Dünən, 18:12
    114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
  • Dünən, 17:27
    “Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
  • Dünən, 16:54
    Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə