• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Gündəm / Araşdırma

16-05-2024, 13:56

“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

“Qızım Yeganə Çələbiyeva anadangəlmə hidrosefaliya xəstəsidir. Doğulandan 2-3 ay sonra səhhətindəki fəsad artıq xarici görünüşünə də yansıyırdı. Həkimə müraciət etdik. Onlar da diaqnoz qoydular ki, uşaqda yüksək kəllədaxili təzyiq var. O illərdən başladıq müalicələrə. Təbrizə də, Rusiyaya da aparmışıq, amma bizə müsbət bir cavab verən olmayıb. Doğulduğum Ağdaş rayonu Qaradağlı kəndində Kəmalə adlı bir həkim var. O qızımın xəstəliyini qismən də olsa müalicə etdi. O zaman heç işləmirdim. Möcüzə nəticəsində qızım göydə Allahın, yerdə onun sayəsində sağ qaldı və yaşamına davam etdi”
“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Bunu Moderator.az-a açıqlamasında Ağdaş rayonu Qaradağlı kənd sakini Ceyhun Çələbiyev deyib. O daha sonra bildirib ki, dövlət fiziki-qüsurlu övladına pensiya təyin edib.
“O vaxt heç əlillik qrupları yox idi. Azyaşlı kimi ona pensiya ayırdılar. 10 ildən çox uşağa pensiya verildi. 2020-ci ildə, pandemiya ərəfəsində komissiya vaxtı idi. Yaxınlaşıb rayon komissiyasından keçdik, Bakıya müraciət etdik amma imtina gəldi ki, əlavə müayinə və müalicəyə ehtiyac var. Bundan sonra Uşaq Nevroloji xəstəxanasına getdik. Bu xəstəxanada qızıma əqli zəiflik diaqnozu da qoydular. Biz yenidən rayona qayıtdıq. Rayonumuzdakı psixoloq bizə bildirdi ki, psixiatrik xəstəxananın cavabını almalısınız. Buna görə də xəstəxanada yatmalıdır. Mingəçevir yaxın olduğuna görə ora yaxınlaşdıq. Qızımın bədən quruluşu assimmetrikdir. Birtərəfi o biri tərəfindən fərqlidir. Rafael həkim xəstəyə baxanda ilk sözü bu oldu ki, uşağın pensiyasını niyə saxlayıblar?! Sağ olsun, o bizi müayinə etdi. Yenidən Bakıya müraciət etdik, amma bu dəfə də imtina gəldi. Yaxınlaşdıq Mingəçevirə. Bir daha ətraflı müayinə, müalicə etdilər və qızımı xəstəxanada yatızdırdılar. Yenidən kağız verdilər, yenə də Bakıya müraciət edəndə pensiya üçün müraciətimizə imtina cavabı gəldi. Rayon psixoloqu mənə dedi ki, siz gərək Maştağa Psixiatriya xəstəxanasının kağızını alasız. Maddi sıxıntım ucbatından Maştağaya gedə bilmədim. 1 dəfə gedib qayıtmaq məsələsi olsaydı bunu bacarardım. Amma 10-15 gün gedib-gəlmək lazım idi. Bunun üçün maddi vəsaitim yox idi. İşsiz idim, öz avtomobilimlə gündəlik taksi kimi çalışıb, çörək pulumu qazanırdım. Sonra sıxıntılarım oldu, əlimdəki maşınımı da satıb gəldim Bakıya işləməyə. Burada olduğum müddətdə imkanlaşdırıb qızımı Maştağa Psixiatriya xəstəxanasına apara bildim. Qızımı bir müddət orada yatdı. Bu dəfə qızım üçün pensiya müəyyənləşdi. Ona 3-cü qrup ömürlük pensiya təyin olundu. 2023-cü ilin oktyabr ayının sonlarından pensiya bərpa olunub. Mən bir valideyn olaraq bacardığım qədər uşağımın 3 il ala bilmədiyi halal pensiya pulunu almağa çalışıram. Bu müddətə qədər aradan 3 il vaxt keçib. Gözlədim ki, yəqin almadığımız pensiyanı yenidən bizə verərlər. Gördüm ki, 250 manat puldur. Rayon pensiya idarəsinə yaxınlaşdım. Dedilər ki, yəqin sizə düşmür. Dedim axı necə ola bilər? Biz dəfələrlə müraciət etmişik, onlar imtina ediblər. Biz də axı boş oturmamışıq, onu müalicə-müayinə etmişik. Bu artıq onların səhvidir. Gəlib yerində müayinə-müalicə edərdilər, baxardılar ki, uşaq həqiqətən də xəstədir. Xəstə ilə maraqlanmadıqları bir yana, üstəlik pensiyanı ödəmirlər! Həkimlər deyir ki, 6 ay müddətində pensiya bərpa olunsaydı siz həmin məbləği ala bilərdiniz. Məntiqsiz bir ifadədir! Uşaq əgər fiziki qüsurludursa, 3 ildən sonra uşağa pensiya təyin olunubsa, 6 aydan sonra necə əlilliyi olmaya bilər?! Onlar nə dediklərini özləri də bilmir! Mən o müddətdə övladımı müalicə etdirə bilməmişəm. 250 manat pensiya verilir, o pulla da 3 il ərzində yığdığım borcları qaytarıram, övladımı müalicə etdirə bilmirəm. Səhiyyə Nazirinə, Dövlət Sosial Müdafiə Fondunun sədrinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə məktubla müraciət etmişəm. Onlardan da müsbət bir cavab gəlməyib. Ən son çıxış yolum onları məhkəməyə verməkdir. Bilirəm ki, sona qədər haqlıyam. Mənim tələbim və istəyim budur ki, bərpa olunmuş bu pensiya dayandırıldığı vaxtdan yenidən bərpa olunsun. Anadangəlmə fiziki-qüsurlu olan qızımın 3 il pensiyasını kəsiblər. Mən vaxtında müraciət etmişəm, siz imtina etmisiz. Gedib uşağa da baxa bilərlər. Bakıya da gətizdirə bilərəm. Mən Bakıda kirayədə qalıb icarəyə götürdüyüm maşınla taksi kimi fəaliyyət göstərirəm. Ailəm isə məndən uzaqda Ağdaşda, Qaradağlı kəndində qalır” deyə şikayətçi bildirib.

Oxunub: 5 143
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

11-04-2024, 20:11

Ağdaş sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir - NAZİRLİKDƏN ŞİKAYƏTÇİDİR

Gündəm / Araşdırma

10-04-2024, 16:48

“Baku Medical Plaza” adlı QƏSSABXANA... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

30-03-2024, 11:28

"Bəs, bu adamın iş qabiliyyəti yoxdursa, nə ilə dolansın?" - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

1-03-2024, 15:30

Saxta yolla ömürlük pensiya almaq istəyirdi, pulundan oldu... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

21-02-2024, 22:11

Naxçıvan sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir - "Bu nə deməkdir? Bu, necə qanun-qaydadır?!"

Gündəm / Cəmiyyət

28-11-2023, 12:21

Balakən sakini ÇƏTİN DURUMDA... - "Arada qohumlar kömək edirlər..."

Gündəm / Cəmiyyət

2-11-2023, 12:15

16 yaşlı Türkanənin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur - FOTO

Gündəm / Cəmiyyət

25-10-2023, 13:07

Nəvələrindən imtina edən nənədən ŞOK AÇIQLAMA – “Qızım atalığı ilə münasibətdədir”

Siyasət / Araşdırma

9-09-2023, 14:32

Ağcabədi sakini NARAZILIQ EDİR... - "Həkim məsləhət gördü ki..."

Araşdırma

28-07-2023, 08:32

Ucar sakini acınacaqlı durumda... - TƏK BU DEYİL Kİ...

Gündəm / Cəmiyyət

22-07-2023, 11:39

Ağsu sakini haqsızlıqla ÜZ-ÜZƏ... - MÜRACİƏT

Cəmiyyət

14-07-2023, 20:58

İyulun pensiya ödənişi yekunlaşdı

Gündəm / Cəmiyyət

22-06-2023, 08:19

Rüşvət vermədiyi üçün II qrup deyil, III qrup əlillik statusu verildi – NAXÇIVAN SAKİNİ ETİRAZ EDİR

---

19-05-2023, 15:27

a

Hadisə

9-05-2023, 18:04

"Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin" - Türkan Gündüzün atası

Araşdırma
“Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
Maştağada Faiqin Tikinti Özbaşınalığı Adil Vəliyev niyə göz yumur ?
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
Hadisə
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
Son xəbərlər
  • Dünən, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 19:12
    Eldar Əzizov öz yerinə Elgin Həbibullayevi hazırlayır? - Detallar...
  • Dünən, 18:43
    “Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 18:02
    SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
  • Dünən, 17:36
    Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
  • Dünən, 12:24
    BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
  • Dünən, 11:01
    Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
  • 12-05-2026, 18:28
    Maştağada bəzi küçələrdə çömçəquyruqlar "at oynadır" - VİDEO
  • 12-05-2026, 18:18
    Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı
  • 12-05-2026, 17:58
    AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
  • 12-05-2026, 17:18
    “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
  • 12-05-2026, 16:43
    Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə