• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanda xanım vəkil bir ailəni belə soydu: Aksion filmlərin yaşanmış ssenarisi – REPORTAJ

Gündəm / Cəmiyyət

22-05-2024, 13:42

Azərbaycanda xanım vəkil bir ailəni belə soydu: Aksion filmlərin yaşanmış ssenarisi – REPORTAJ

Tovuz rayon Qovlar kənd sakinləri olan Hüseynovlar ailəsi bəlkədə Azərbaycanın kriminal hadisələr statistikasında ölkədə ən böyük soyğuna məruz qalan insanlardır.
Adamların başına gələnlər film formatında ssnerailəşdirilib lentə alınsa bunun ən həyəcanverici və dramatik soyğun filmlərindən biri olacağına əminəm. Ailə bir neçə il bundan əvvəl həbsə düşən övladlarının hüquqlarını qorumaq üçün Sevil Hacıyeva adlı bir xanım vəkillə tanış olurlar. Hüquqi prosedurların başlanması üçün Hüseynovlar ailəsi bu vəkillə müqavilə bağlayaraq onun hesabına pul köçürməyə başlayır. Tanışlığın ilk dönəmlərində ölkənin hüquq-mühafizə və məhkəmə sistemində yüksək postlarda çalışan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu göstərərək özünü nüfuzlu vəkil kimi imitasiya edib ailənin böyük etibarını və etimadını qazanan Sevil Hacıyevanın vəkillik statusu sonradan bu ailənin gəlini olacaq qədər dramatik nöqtələrə yüksəlir. Onun bu ailənin gəlini olmasını niyə dramatik ifadə ilə nəql etməyimizin səbəblərini isə daha sonra təfərrüatlı anlayacaqsınız. Hüseynovlar ailəsinin övladlarına vəkillik edən Sevil Haciyeva qısa müddət ərzində ailənin 476 min manat vəsaitini və bütün mülklərini ələ keçirir.
Sevil Hacıyeva daha sonra Hüseynovlar ailəsinin həbsdə olan oğlu Rahib Hüseynovla elə həbsxanada nikah bağlayaraq yeni bir mərhələnin təməlini atır. Bu nikahın onun tez bir zamanda azadlığa çıxması üçün zərurət olduğunu əsas göstərən xanım vəkil Rahib Hüseynovun adında olan əmlakları ələ keçirməyə başlayır. Eyni zamanda Sevil Hacıyeva Hüseynovlar ailəsinin digər mülklərini – Bakı şəhərindəki mənzillər, fermer təsərrüfatı və bir neçə nəqliyyat vasitəsini onlara satdıraraq pullarını övladlarını azadlığa çıxartmaq üçün müxtəlif hüquq mühafizə və məhkəmə sistemində çalışan vəzifəli şəxslərə vermək adı ilə mənimsəyir.
Ətraflı
Bu qədər var dövlətlərinin, pullarının ələ keçirilməsindən sonra Məhkəmə Hüseynovlar ailəsinin hər iki övladının 9 il müddətində həbs edilməsi barədə qərar çıxarır. Amma Sevil Hacıyeva bu mərhələdə qərarın apelyasiya məhkəməsində ləğv ediləcəyini deyərək ailəni sakitləşdirməyə müəffəq olur. Və bu mərhələdə bacısı qızı Teymurova Seva İkram qızını Hüseynovlar ailəsinə Bakı Apelyasiya məhkəməsinin keçmiş sədri İman Nağiyevin köməkçisi kimi təqdim edərək yenidən onlardan külli miqdarda pul ələ keçirib. Appelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövcud həbs qərarını qüvvədə saxladıqdan sonra isə Hüseynovlar ailəsi bu müddət ərzində aldadıldıqlarını dərk edərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edir. Müraciət əsasında vəkil Sevil Hacıyeva barəsində AZ Res CM-nin 178.4-cü maddəsi ilə cinayət işi açılır. 2 ilə yaxın davam edən istintaq araşdırmalarından sonra Sevil Hacıyeva Hüseynovlar ailəsini bir neçə mənzili və aldığı pulun bir hissəsini geri qaytaracağına əmin edərək onları öz şikayət iddialarından geri çəkilməyə razı salır. Həmin razılıq 13 oktyabr 2023-cü il tarixində Bakı şəhəri 11 saylı notariat ofisində baş tutur. Tərəflər arasındakı bu rəsmi barışıqdan sonra Sevil Hacıyeva barəsində açılan cinayət işinin icrasına da xitam verilir. Amma anlaşıldığı kimi Vəkil Sevil Hacıyeva Hüseynovlar ailəsinə vədd etdiyi nə mənzilləri nə də vəsaiti geri qaytarmır.
Lətifə Hüseynovanın sözlərinə görə, vəkilləri olmuş Sevil Hacıyeva ailənin həbsdə olan, həmçinin onunla nikahda olan oğlu Rahib Hüseynovla görüşərək ona DTX-ya məsul vəzifəyə işə girmək ərəfəsində olduğunu əsas gətirərək nikahı sonlandırmaq zərurətinin yarandığını bildirir. Və beləliklə xanım vəkil Haciyeva Hüseynovlar ailəsi ilə arasında olan son bağlantısından da bu yolla qurtulmuş olur.
Hüseynovlar ailəsinin həbsdə olan iki oğlu həbs müddətlərinin bitməsinə 2 il qalmış ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamı ilə öz azadlıqlarına qovuşur. Övladlarını bu illər ərzində həbsdən azad etmək üçün ahıl ana-atanın çıxdığı bu dramatik yolun sonunda isə onların 476 min manat nəğd pulu, Bakı şəhərində yerləşən 3 mənzili, milyonlarla qiyməti olan fermer təsərrüfatları, 3 avtomobili, sahibkarlıq təsərrüfatının bütün texnikaları və torpaq sahələri əllərindən çıxır. Hazırda bir zamanlar böyük varidat sahibi olan İsmayılovlar ailəsi baxımsız bir mənzildə kirayə qalır. Hələ bütün bunlar azmış kimi İsmayıl Hüseynovla Sevil Hacıyevanın bacısı qızı olan Seva Teymurova arasında bağlanan borc müqailəsinə görə vəsaitin 70 faizi İsmayıl Hüseynovun əmək pensiyasından tutulur.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu xanım vəkil barəsində Xaçmaz RPŞ-nin istintaq bölməsində də cinayət işi açılıb, istintaq davam edir. O, 10 iyun 2023-cü il tarixində Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən İmran Bahadırova məxsus bağ sahəsinə gedərək ona hücum edib və müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bənzər hadisə 2 ay sonra 8 avqust 2023-cü ildə də təkrar baş verib. Bu dəfə Sevil Hacıyeva yenidən həmin bağ sahəsinə gedərək İmamverdiyev İsmət Tahir oğluna hücum edib və həmin şəxsə də müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla əlaqədar olaraq AZ Res.CM-nin 128-ci maddəsi ilə cinayət işi açılıb. Barəsində cinayət işi davam edən Sevil Hacıyeva şahidlərə müxtəlif təzyiq və təkliflər edərək onları öz ifadələrini dəyişdirməyə təhrik edir.
Qeyd edək ki, sözügedən Sevil Hacıyeva bu müddət ərzində ölkəni tərk etməyə cəhd etsə də, polis əməkdaşları onun hava limanından çıxışını əngəlləyib. Xaçmaz RPŞ-də Sevil Hacıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Amma istintaqın yekunlaşması ərəfəsində Xaçmaz rayon məhkəməsi rayon polis şöbəsinin bu qərarını ləğv edib.(7Times.az)

Oxunub: 3 959
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

15-05-2024, 14:36

Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır? - ETİRAZ VAR...

Gündəm / Araşdırma

1-04-2024, 15:05

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir - Ailəsi yenidən məhkəməyə üz tutdu

Gündəm / Araşdırma

29-03-2024, 14:03

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Gündəm / Araşdırma

20-02-2024, 12:24

"Elgizin reklam etdiyi Benjamin həkim gözümü kor etdi..." – Qazi anasının başına gələnlər...

Gündəm / Cəmiyyət

28-12-2023, 17:49

Azərbaycanda daha bir azyaşlı ƏRƏ VERİLİR

Gündəm / Cəmiyyət

21-12-2023, 12:06

"Oğlumun xatirəsinə bulaq düzəltmək adı ilə pulumuzu alıb..." - Şəhid ailəsindən İDDİA

Gündəm / Siyasət

8-11-2023, 13:23

İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar

Gündəm / Cəmiyyət

2-11-2023, 08:14

Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan qazinin hüququna “ölüm” oxudu

Gündəm / Araşdırma

26-10-2023, 17:00

Ombudsman (Aparatı) niyə dövlət orqanlarına “əmioğluluq” edir?

Gündəm / Araşdırma

16-09-2023, 12:40

Suraxanıda BAZAR AÇAN KİMDİR? - İLGİNC İDDİA

Gündəm / Cəmiyyət

14-07-2023, 18:39

Milyonları talayan Barış Demirin “bəraət taktikası”: - “BIN GROUP”un sahibindən ağlasığmaz fənd

Gündəm / Cəmiyyət

1-07-2023, 17:56

Vəkil zərərçəkmişi TƏHDİD EDİR? - İLGİNC İDDİA

Gündəm / Cəmiyyət

6-06-2023, 17:35

Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...

Gündəm / Cəmiyyət

17-05-2023, 12:09

Azərbaycanda OLAY: Quduzluğa yoluxmuş qoyunları kəsib ailəsinə qonaqlıq verdi

Hadisə

9-05-2023, 18:04

"Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin" - Türkan Gündüzün atası

Araşdırma
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
AAYDA-nın iki idarə rəisi quda oldu - “Meridian park luxure”də bahalı toy
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Kəmaləddin Heydərov qalmaqallı “Qurtuluş-93” rəhbərinin otelini bağladı - BUNA GÖRƏ...
Hadisə
12-04-2026, 14:00
Ötən gün Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
5-04-2026, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 15:44
    “Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
  • Bu gün, 15:10
    Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
  • Bu gün, 14:25
    Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
  • Bu gün, 13:36
    Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
  • Bu gün, 12:58
    Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
  • Bu gün, 12:21
    “Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
  • Bu gün, 11:32
    Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
  • Bu gün, 11:08
    Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
  • Bu gün, 10:22
    Akademik Zərifə Əliyevanın anım günüdür
  • Bu gün, 10:08
    İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
  • Bu gün, 09:38
    Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
  • Bu gün, 09:04
     “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə