• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İş yerlərində qadınlara bu güzəştlər edilməlidir!

Gündəm / Cəmiyyət

28-05-2024, 11:57

İş yerlərində qadınlara bu güzəştlər edilməlidir!

Milli Məclisin mayın 24-də keçirilmiş iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev işləyən, uşağı olan qadınların qayğılarla yüklənərək çətinlik çəkdiklərini əsas gətirərək Əmək Məcəlləsinə onların işə bir saat gec gəlib, bir saat tez getməsi ilə bağlı maddə salınmasını təklif edib.

Təklif sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bildirilir ki, bu, kişi və qadın işçilər arsında ayrı-seçkilik yarada bilər.

Bəs, ümumiyyətlə əmək qanunvericiliyində qadınlar üçün güzəştlər nəzərdə tutulubmu? Varsa, bu güzəştlər nədən ibarətdir?

Əvvəlcə ondan başlayaq ki, Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilmir. Qanunvericiliyə görə, kollektiv müqavilələrdə qadınların əmək şəraitinin yaxşılaşdırılması da nəzərdə tutula bilər.

Məcəlləyə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılmasından imtina oluna, həmçinin işə qəbul olunarkən onlara sınaq müddəti tətbiq edilə bilməz. Onların əmək müqavilələrinin işəgötürən tərəfindən ləğv edilməsi də qadağandır. Hamilələr, həmçinin uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar attestasiyaya və sertifikasiyaya cəlb olunmur. Belə qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Digər bir güzəştə görə isə hamilə və yaşyarımadək uşağı olan və ya üç yaşınadək uşağını tək böyüdən qadınlar üçün iş vaxtının müddəti 36 saatdan çox olmamalıdır. Həmçinin qadının xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, işəgötürən ona natamam iş vaxtı müəyyən etməlidir.
Ətraflı

Natamam iş vaxtı hüququ hamilə və ya on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara da şamil olunur. Onlar, eyni zamanda, gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız yazılı razılıqları olduğu halda cəlb edilə bilər.

Qanunvericiliyə görə, tibbi rəyə uyğun olaraq hamilə qadınlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən, qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Qadınlar başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əməkhaqqı saxlanılır. Həmçinin uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır. Bu səbəblərə görə əməkhaqqının azaldılması qadağandır.

Qadınlara məzuniyyət günlərinin sayı ilə bağlı da güzəşt tətbiq edilir. Belə ki, əsas məzuniyyətlə yanaşı, 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir.

Həmçinin ikiaylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin əlavə və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 16 yaşınadək uşağı olan qadınlara isə 14 gün müddətinə ödənişsiz məzuniyyət verilə bilər. Bir sıra kateqoriyadan olan qadınlar məzuniyyətə çıxma vaxtına görə də fərqlənirlər. Belə ki, 14 yaşınadək iki və daha çox uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına məzuniyyət onlar üçün əlverişli vaxtda təyin oluna bilər.

Qadınlara hətta iş yerlərində yük qaldırmaları ilə bağlı məhdudiyyət də var. Belə ki, 16-18 yaşlı qadınlar tərəfindən başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması qadağandır. Həmçinin yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır.

Oxunub: 5 809
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

4-04-2024, 22:23

Nizami rayon bələdiyyəsinin sədri ilə Dövlət Xidməti arasında narazılıq -Məhkəməyə üz tutdu

Gündəm / Cəmiyyət

15-03-2024, 16:47

Pensiyaçılara ildə iki dəfə əlavə müavinətin verilsin! - Komitə sədri

Gündəm / Cəmiyyət

8-03-2024, 00:38

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Gündəm / Cəmiyyət

6-03-2024, 15:49

Atalar da uşaqlara görə əmək pensiyaları ala biləcək - Şərtlər açıqlandı

Gündəm / Araşdırma

6-02-2024, 18:49

“Statistika Komitəsi nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır” - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

18-01-2024, 16:39

Bakı Sağlamlıq Mərkəzi ilə Əmək Müfəttişliyi arasında nə baş verir? - İLGİNC

Gündəm / Cəmiyyət

21-12-2023, 17:10

İşçilər nədən üzvü olduqları Həmkarlar ittifaqlarının iclaslarına dəvət olunmurlar? - Nədən onların iştirakı olmadan, onlar barədə qərarlar qəbul edilir?

Gündəm / Cəmiyyət

15-12-2023, 19:19

2024-cü ilin qeyri-iş günləri AÇIQLANDI

Gündəm / Araşdırma

13-11-2023, 18:21

Akif Çovdarovu həbsdən, 31 deputatı iclasdan azad edən 65 yaş... - İLGİNC

Cəmiyyət

7-11-2023, 11:23

Bu şəxslərin maaşlarının artırılması TƏKLİF EDİLİR

Gündəm / Siyasət

12-10-2023, 12:26

İlham Əliyevin adına Qarabağda şəhər salınsın - TƏKLİF

Gündəm / Cəmiyyət

5-10-2023, 21:58

"Qurman Plyus" 25 min cərimələnə bilər! - İşçiləri əmək müqaviləsiz işlədib?

Gündəm / Siyasət

21-09-2023, 18:47

Nərimanov adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Cəmiyyət

25-08-2023, 16:17

Həmin bina şəhid ailələri və qazilərə veriləcək - Rəsmi

Gündəm / Cəmiyyət

2-08-2023, 12:35

Ekspert `Bahar Enerji` Əməliyyat Şirkəti rəhbərliyini UYARDI - "Con Harkinsin diqqətinə..."

Araşdırma
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Hadisə
24-06-2026, 16:22
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 18:29
Yeniyetməni şantaj etdi, intihara sövq etdi… – TUTULDU
Son xəbərlər
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 12:42
    Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
  • Dünən, 11:35
    Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
  • Dünən, 10:59
    Sumqayıtda məşhur restoran cərimələndi – qanunsuz qoşulma faktı aşkarlandı
  • Dünən, 09:43
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Dünən, 09:19
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 08:59
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • 25-06-2026, 19:00
    Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində iştirak edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə