• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

15-06-2024, 11:21

"Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!

"İran İslam Respublikasının Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin müəllimi İxtiyar Bəxşinin fars dilindən Azərbaycan dilinə tərcümə edib AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədliyə hədiyyə etdiyi, Məmmədlinin isə üzünü bəzəyib nəfis şəkildə çap etdirdiyi və akademik dostların "Azərbaycan dilçiliyinin ilk abidəsi", "dilimizin qrammatikası ilə bağlı ilk əsər" deyib barıtını bol etdikləri “Məzhər-üt-türki” kitabını (və ya kitab formasında təqdim olunan cızma-qaranı), görəsən, Dilçilik İnstitutunun əməkdaşları niyə öz ailə-uşaqlarından, xüsusən yeniyetmə övladlarından gizlədirlər?" Dia-az.İnfo xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Qrammatika", hətta "mükəmməl dərslik" adlandırdıqları kitabı adam öz ailə-uşağından niyə gizlətsin ki?!
Qədim tarixə malik monumental dil abidələrimiz dura-dura bu qəbildən olan həqarət dolu qurama kitabları şah əsəri kimi sırımağa çalışaraq, İsfahan lotusundan qurtarmamış bizi Ərdəbil lotusunun cənginə salmaq istəyənlərin məqsədi nədir?!
"Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!

Qrammatika dedikləri bu 3-4 qəzet məqaləsi həcmində sistemsiz cızma-qaraya göz atdıqda adam dəhşətə gəlir. Ona görə yox ki, əsər mənasızdır, dayazdır, ana dilimizin qrammatikasının bəsit, qıt və əcaib təqdimatıdır, ona görə ki, Bəxşinin feilinə uyaraq bunu kitab şəklində çap edib bizə həzm etdirmək niyyətinin olmasıdır. Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar.
Neçə əsrlər bundan əvvvəl fundamental, layiqli və ciddi dil abidələrimiz olduğu halda, belə cızma-qaraya dilimizin və dilçiliyimin möhtəşəm abidəsi demək özünəhəqarət deyilmi?! Kitab formasına salınıb bəzədilən idbar sözlər yığınına akademikin birini də elmi redaktor yazıblar ki, "elmi" təsiri bağışlasın. Molla Cimcimin küçədə vurduğu laqqırtıya istinadən dilimizin fars dilindən əmələ gəlməsini (-dı,-di, -du, -dü morfoloji şəkilçimiz də farsın imiş?!) iddia edən Ərdəbil lotusunun lüzumsuz cızma-qarası niyə bizim dövlətimizin vəsaiti hesabına çap olunub təbliğ edilməlidir?! Hətta müftə olsa belə! Məntiqi və praqmatik yanaşma çox həqiqətləri üzə çıxarır.
Qrammatik cəhətdən sistemsiz, dini-ideoloji və pozuculuq cəhətdən sistemli olan yazı guya türk dilini farslara öyrətmək məqsədilə yazılıb, özü də Nadir Şah dönəmində-filan. Elementar səviyyədə tarixi bilənlərə məlumdur ki, o dövrdə Səfəvilər xanədanında türk dili vacib ünsiyyət dili idi, hətta sarayda yazışmaların dili farsca olsa da, başlıca ünsiyyətin qızılbaş türkcəsində olduğunu Şah Abbas sarayında yaşamış italyan səyyah Pietro della Valle də dostu Skipanoya yazdığı məktublarında etiraf edirdi. Vallenin özünün Şah Abbasla türk dilində maraqlı dialoqları olmuşdur. Valle yazırdı ki, ordu, əsasən, türk əsilli qızılbaşların əlində idi və s.
404 il bundan əvvəl (1620) italyan aristokrat Pietro della Valle dilimizin mükəmməl qrammatikasını yazmışdır. 2020-ci ildə həmin əlyazma məhz ilk dəfə olaraq Azərbaycan dilçiləri tərəfindən dilimizə tərcümə edilib tədqiq olunmuş və çap edilmişdir. Özlərinin adı olmadığı üçün o möhtəşəm abidəni görməzdən gələn və yeni-yeni vəzifələr, titullar, pullar fəth etmək həvəsində olan akademik yeyimcillər dilimizi fars dilinin yedəyinə verməyə, morfologiyamızın, əsasən, feillərin zaman mənasızlığından, leksikamızın söyüşdən ibarət olduğunu isbat etməyə çalışan, yazılma tarixi ehtimallara əsaslanan bu cəfəngiyyatı ictimaiyyətə XVIII əsr "şedevr"i kimi sırımaqdan hansı məqsədi güdürlər?! Həmin şəxslər "tarixi" deyib tarixi naməlum olan bu molla "cadu-pitisi"ni öz yeniyetmə övladlarının, nəvələrinin dərslik kimi qəbul edib oxumalarını rəva görürlərmi?!
Akademik mühit bir-birini o qədər tərif edib ki, başları tamamilə itib. Sən demə, tərifdən, mədhiyyədən də keflənmək olurmuş!
Görəsən, Allah sizi hidayət edəcəkmi?!
Qeyd: Dövlətin pulunu israf edib "şedevr" kimi təqdim olunan cızma-qaradakı qeyri-etik söz və ifadələri yazıya gətirmək mümkün deyil..."

Oxunub: 5 254
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

13-06-2024, 12:47

İsa Həbibbəyli, Nadir Məmmədli,.. LÜTFƏN DURUN! - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

10-05-2024, 13:55

"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Gündəm / Araşdırma

30-04-2024, 10:32

"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

Gündəm / Araşdırma

5-04-2024, 11:19

"Akademikanə kefin ləzzəti bambaşqadır..." - Dilçi alim İsa Həbibbəylini TOPA TUTDU!

---

14-02-2024, 17:04

Şöbə müdiri işdən çıxarıldı, narazı qaldı - NƏ BAŞ VERİB?

Gündəm / Cəmiyyət

18-01-2024, 09:16

Jurnalist Şamil Vəliyev vəfat etdi

Gündəm / Cəmiyyət

10-01-2024, 20:38

Elmlər doktoru şöbə müdirini məhkəməyə verdi, həbsini istəyir - AMEA-da yeni qalmaqal

Gündəm / Araşdırma

1-12-2023, 07:41

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

Gündəm / Cəmiyyət

11-11-2023, 12:10

Əliheydər Ağakişiyev vəfat etdi - FOTO

Gündəm / Siyasət

4-10-2023, 12:33

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər

Gündəm / Cəmiyyət

23-09-2023, 09:30

“Məni ailəmlə birgə yataqxanaya göndərirlər ki...” - Professor şikayətçidir

Gündəm / Araşdırma

16-09-2023, 16:30

Akademik vicdansızlığın pik həddi... - ETİRAZ

Gündəm / Cəmiyyət

14-09-2023, 09:00

"Onlar cəmiyyəti murdarlayan şarlatanlardır" - ETİRAZ

Gündəm / Cəmiyyət

1-09-2023, 15:07

AMEA robot-tozsoran, əl qurudan alır - 199 min manatlıq müqavilə

Gündəm / Araşdırma

21-07-2023, 08:47

Nazir müavini öz qaynanasını İctimai Şuraya seçdirdi

Araşdırma
“Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
Maştağada Faiqin Tikinti Özbaşınalığı Adil Vəliyev niyə göz yumur ?
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
Hadisə
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
Son xəbərlər
  • Bu gün, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:12
    Eldar Əzizov öz yerinə Elgin Həbibullayevi hazırlayır? - Detallar...
  • Bu gün, 18:43
    “Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 18:02
    SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
  • Bu gün, 17:36
    Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
  • Bu gün, 12:24
    BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
  • Bu gün, 11:01
    Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
  • Dünən, 18:28
    Maştağada bəzi küçələrdə çömçəquyruqlar "at oynadır" - VİDEO
  • Dünən, 18:18
    Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı
  • Dünən, 17:58
    AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
  • Dünən, 17:18
    “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
  • Dünən, 16:43
    Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə