• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...

Gündəm / Araşdırma

2-07-2024, 20:38

İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...

Azərbaycan Elm və Təhsil Nazirliyinin(ETN) təhsil sistemində apardığı islahatlar ölkə cəmiyyətinin istər ziyalı, istərsə də sadə təbəqəsi tərəfindən birmənalı qarşılanmır. Çünki təhsil sisteminə gətirilmiş yeni tədris proqramlarından tutmuş, öyrətmə üsullarına, davranış qaydalarına qədər, əksər prinsiplər özünü doğrultmur. Bir zamanlar səviyyəsinə görə çox yüksəklərdə dayanan Azərbaycan təhsili bu gün iməkləyən uşaq obrazına bənzəyir...

Fikri əsaslandırmaq üçün ali məktəblərə qədər mövcud olan təhsil ocaqlarının, xüsusən də ümumi təhsil məktəblərinin hazırki nəticələrinə diqqət yönəldək.

Dərsə davamiyyət, nizam-intizam qaydaları, psixoloqların fəaliyyəti və s. ümumi təhsil məktəblərində demək olmaz arzuolunan səviyyədədir. Tez-tez xəbərlərdə hansısa məktəbdə müəllim-şagird münasibətlərinin kobud şəkildə pozulması, şagirdlər arasında dava-dalaş, hətta bıçaqlanma hadisəsi, eləcə də, direktorla müəllimlər arasında çəkişmə halları yayımlanır. Əlbəttə, bütün bu hallar təhsilin ümumi səviyyəsinə ciddi zərbə vurur və bu nüanslar aidiyyəti qurumların, o cümlədən, təhsil ekspertlərinin daimi nəzarətində olmalıdır... Əslində, sadalanan neqativ hallar ayrı-ayrılıqda hərəsi bir yazının mövzusudur. Odur ki, bu yazıda bu istiqamətə çox zaman ayırmırıq.

Əvvəla, təhsilimizi axsadan problemlərdən biri müəllimlərin 65 yaşında məzuniyyətə göndərilməsidir. Təsəvvürə sığışmır ki, 40 ildən çox öyrətmək peşəsi ilə məşğul olan, hər il eyni proqramları, bilikləri təkrarən tədris edə-edə özü də təkmilləşən, uzun illər uşaqların arasında gün xərcləyən və onların müxtəlif olan daxili aləmlərini, xarakterlərini öyrənən, dillərini başa düşən bir müəllim-psixiloqu müdriklik çağında – 65 yaşında “sən yararsızsan” deyib, necə məzuniyyətə yollamaq olar?.. Müəllim fiziki işlə məşğul olmur ki, 65 yaşdan sonra qüvvədən düşsün, əksinə, zehni, düşüncəsi kamillik səviyyəsinə çatır. Bizlər öz dövrümüzdə xeyli sayda qocaman müəllimlərdən dərs almışıq ki, bu gün də o biliyin, zəhmətin bəhrəsini görürük. Həm də onlar şagirdlərə kurikulum-murikulum(tapmaca) öyrətmirdilər, elm öyrədirdilər. Nəticə də göz qabağında idi – adi kənd məktəblərində təkcə ali məktəblərə qəbul faizi 50-dən aşağı düşmürdü. Amma indi o faizi sadəcə xəyal etmək olar(barmaqla sayılacaq qədər orta məktəbləri və liseyləri çıxmaq şərtilə). Bu gün orta məktəblərin tədris yükünün ağırlığı əsasən repetitorların üzərinə düşür. Niyə? Çünki bu günün müəlliminə, sosial qayğılar baxımından, evdə muzdla dərs öyrətmək sərf edir... Bunun yaşa dəxli yoxdur haa!..

Yaş senzi ilə bağlı fikri belə yekunlaşdıraq: Necə olur ki, 80 yaşında deputat millətin, ölkənin müqəddəratını həll edən qanunlar qəbul edə bilir, amma həmin yaşda olan müəllim hansısa fənni təbliğ edə bilmir? Əgər 65 yaşdan sonra beyin inkişafdan qalırsa, belə çıxır ki, 75-80 yaşlı beynin damarları çoxdan quruyub.

Digər bir ziddiyyətli məqam müəllimlərin özlərinin imtahan olunmasıdır. Yəni, Elm və Təhsil Nazirliyi 2022-ci ildən təhsilverənlərin sertifikatlaşdırılması imtahanları keçirdir, müəllimlərin biliyini, öyrətmə qabiliyyətini yoxlayır. Əcaba, 30 ildən üzü bəri pedoqoji fakültələrdən məzun olan müəllimləri bu dövlətin ali məktəbləri yetişdirmirmi? Görəsən, Elm və Təhsil Nazirliyi bu addımla müstəqil Azərbaycanın ali təhsil müəssisələrini şübhə altına alır, yoxsa “tələbələr öz bilikləri ilə ali məktəblərə qəbul olunmayıblar” məntiqilə qəbul imtahanı keçirdən dövlət qurumunu(TQDK)?..

Bu sayaq davranışla ETN, xüsusən də nazir Emin Əmrullayev 30-40 illik peşə bacarığına, təcrübəsinə malik olan bütün müəllimlərə etibar etmədiyini ortaya qoyur. Bəlkə problem “yenilik” adıyla təhsil sistemimizə dürtüdülən proqramlardadır? Axı, bü gün imtahana cəlb edilib, testdən kəsilən müəllimlər 20-30 il əvvəl savadlı şagirlər yetişdirirdilər. İndi nə baş verdi – həmin müəllim, həmin məktəb, həmin mühitdə, gendə, qanda böyüyən uşaqlar... Deməli, problemi başqa yerdə axtarmaq lazımdır – məsələn, tapmacaya bənzər təhsil proqramlarında!

Mən demirəm savadı-biliyi olmayan pedoqoji diplomlu şəxs şagirdlərə dərs versin, deyirəm ki, onları əvvəlcədən məktəblərə buraxmamaq lazımdır!.. Yolunu ETN özü axtarıb tapsın.

Gələk əsas məsələyə: Müəllimləri imtahana dəvət edən, onları sual-cavaba çəkən ali təhsil idarələrində çalışanlar özləri çoxmu savadlıdır?.. Götürək, elə Dağlıq Şirvan Regional Təhsil İdarəsini(DŞRTİ), bu idarədə çalışanları!.. Sübut fikrin gücüdür, - deyibən, isbata keçək!

Aşağıda təqdim etdiyimiz “Bildiriş” (müəllimin adını yazmağa hələlik ehtiyac duymuruq) Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən 2023-cü ildə bir ibtidai sinif müəlliminə göndərilən “sertifikatlaşdırılma imtahanına qeydiyyat prosesi”nə dəvətdir. Elm və Təhsil Nazirliyinin o boyda regionu təmsil edən idarəsinin tərtib elədiyi bildirişi diqqətlə oxuyun. Görün, yazılan cümlələri başa düşüb, kimsə “bildiriş” adlı bu göndərişin təlimatına əməl edə bilər?.. Azərbaycanın zəngin dilini, orfoqrafiyasını, qrammatikasını bu qədər rəzil günə qoymaq bir ali təhsil idarəsinin mahiyyətcə faciəvi durumundan xəbər verir.

İlk cümləyə fikir verin: “Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı 20 iyun 2023-cü il tarixində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə müzakirədir...”
Çox versiyalar üzərində düşünəndən və bildirişin ikinci cümləsinə istinad etdikdən sonra, belə nəticəyə gəlmək olur ki, DŞRTİ bu müəmma dolu cümlə ilə, guya, müəllimi imtahanla bağlı aparılan qeydiyyat prosesinin müzakirəsinə çağırır.

İkinci dahiyanə cümlə: “Qeydiyyat prosesinə gecikən şübhəlilər imtahan zalına buraxılmayacaq...”
Bu cümləni yazan şəxs ya özü əvvəllər müstəntiq işləyib, ya da cümləni ona diqtə edən adam hüquq-mühafizə orqanları ilə əlaqəlidir. Əks təqdirdə, qeydiyyata gecikən müəllimə “şübhəli” gözü ilə baxılmazdı.

Növbəti tilsimli cümlə: “İmtahana gələrkən sənədləri təmirlə gətirməyiniz tələb olunur...”
Bu cümləni açmaq üçün ensklopedik biliyə malik baş da yetməz... “Sənədləri təmirlə” gətirməyi tələb edən təhsil idarəsi bu dəfə tikinti şirkəti kimi çıxış edir. Belə çıxır ki, təqdim olunacaq sənədlərin hər hansındasa cırıq, deşik, ləkə varsa, müəllim onu usta kimi yamayıb, boya ilə təmir edəndən sonra idarəyə təqdim etməlidir... Bəli, belə yerdə doğrudan da “bişmiş toyuğun gülməyi gəlir”.

“- şəxsiyyəti təsdiq edən sənəd (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya xidmətinə verilmiş icazə vərəqəsi)” cüməsində isə hərf səhvidir ki, əvvəlki cümlələrə baxanda, bunu professor cümləsi saymaq olar. Əslində “Miqrasiya xidmətinə” yox, “Miqrasiya xidmətindən” yazılmalıdır.

Sonuncu cümlənin açmasını isə ETN-nin, DŞRTİ-nin, təhsil ekspertlərinin və oxucuların ixtiyarına buraxırıq, çünki çox ağır fəlsəfə var bu cümlədə: “- şəxsi səhifənizdə test imtahanı iştirakınız imtahan tarixi, saatı və məkanın qeyd olunduğu hissədən çıxarış”.
İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...

Beləliklə, cənab təhsil səlahiyyətliləri!
Təkcə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin timsalında, belə görünmür ki müəllimlərdən imtahan götürənlərin özlərini də imtahan etmək gərəkdir?!. Yuxarıda gördüyünüz “Bildiriş”i alan müəllim və onun kimi minlərcə həmkarı, ən azından, dilimizə uyğun cümlə də qura bilir, fikirlərini ifadə də edə bilir. Unutmaq lazım deyil ki, müəllimlərin təcrübəsindən istifadə etmək təhsilimizə uğur gətirə bilər, nəinki onları yanıltmac tipli suallarla imtahan edib, təhsildən, tədrisdən uzaqlaşdırmaq!

Seymur ƏHMƏD,
Becan.az

Oxunub: 3 700
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

28-06-2024, 10:48

"Önümüzdəki tədris ili, təhsil sistemi ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməlidir" - ÇAĞIRIŞ

Cəmiyyət

15-06-2024, 13:56

Kollecdən verilən açıqlamada deyilir:

Gündəm / Araşdırma

29-05-2024, 20:00

Bu şəxslərin vəzifə maaşlarındakı əlavələrdə - Məhdudiyyətlər aradan qaldırıldı

Gündəm / Araşdırma

17-05-2024, 11:17

Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

24-04-2024, 10:53

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Gündəm / Araşdırma

5-12-2023, 20:05

`Təhsil Mafiyası` qarşısında aciz buraxılan valideynlər... - NƏ ETMƏLİ?

Gündəm / Araşdırma

30-11-2023, 18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Cəmiyyət

14-11-2023, 14:57

Emin Əmrullayev nazir postundan gedir

Gündəm / Cəmiyyət

18-10-2023, 09:38

Burda nə qayda var... nə də qanun... - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

6-10-2023, 11:01

Abşeronda təhsil sisteminə ƏL GƏZDİRİLMƏLİDİR... - Belə olmaz axı...

Gündəm / Araşdırma

1-10-2023, 09:46

Bu şəxslər imtahan verəcək

Gündəm / Araşdırma

6-09-2023, 14:50

“DİM-in test hazırlamaq səlahiyyəti ƏLİNDƏN ALINMALIDIR” - ÇAĞIRIŞ

Gündəm / Siyasət

27-07-2023, 15:14

Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Cəmiyyət

22-05-2023, 07:47

Bu gündən MİQ-ə elektron sənəd qəbulu başlayır

Cəmiyyət

15-05-2023, 10:24

Birinci siniflərin məktəb seçiminə başlanılır

Araşdırma
Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
“Rahat” marketdə “tarakanlar”da satışa çıxarıldı? -Fotofakt
Hadisə
Bu gün, 12:00
Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 09:30
Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ
13-12-2025, 18:00
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
13-12-2025, 16:30
27 yaşlı qadın abortdan sonra öldü
Son xəbərlər
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:26
    DTX həbs olunan icra başçısının görünülərini YAYDI
  • Bu gün, 12:00
    Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
  • Bu gün, 11:44
    Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
  • Bu gün, 11:30
    Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK
  • Bu gün, 11:08
    “P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir – Vətəndaşlardan ŞİKAYƏT…VİDEO
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 10:30
    Pənah Hüseyn siyasətdən GEDİR?..
  • Bu gün, 10:19
    Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
  • Bu gün, 10:00
    Qızılın qiyməti ARTIB
  • Bu gün, 09:50
    Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?
  • Bu gün, 09:30
    Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ
  • Bu gün, 09:00
    Müdafiə Nazirliyi əhaliyə çağırış etdi
  • 13-12-2025, 18:00
    Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
  • 13-12-2025, 17:30
    Bazar günü Bakıya sulu qar yağacaq
  • 13-12-2025, 17:00
    İrəvan məktəblərində şagirdlərə tam qadağa
  • 13-12-2025, 16:56
    Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
  • 13-12-2025, 16:34
    Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
  • 13-12-2025, 16:30
    27 yaşlı qadın abortdan sonra öldü
  • 13-12-2025, 16:08
    “Lux İnternational Hospital”dan şikayət: 4300 manat pulu aldılar müalicə etmədilər…
  • 13-12-2025, 15:36
    Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
  • 13-12-2025, 14:51
    Kollecdə qalmaqal: Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - VİDEO
  • 13-12-2025, 14:13
    Erməni prezident müsəlman liderlərlə nələrdən danışdı...
  • 13-12-2025, 13:26
    Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
  • 13-12-2025, 12:38
    Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
  • 13-12-2025, 12:00
    Afiq İsmayılovun rəhbəri olduğu Sumqayıtda 34 saylı məktəbdə nə baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə