• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib

Gündəm / Cəmiyyət

20-09-2024, 11:01

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib

“Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxs əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə 10.07.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.371.549,17 manat məbləğində satınaılma müqaviləsi bağladığını 18.09.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edib.
Sözügedən Mərkəz bundan 12 gün əvvəl, yəni 06.09.2024-cü ildə “ZN TRADE” MMC ilə protez üçün kişi və qadın ayaqqabılarının alınması üzrə 144.620,8 manat, əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə isə 10.656.311,2 manat məbləğində satınaılma müqavilələri bağladığı barədə satınalmalarının internet portalına məlumatlar yerləşdirib.
Göründüyü kimi “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” 12 gün ərzində “ZN TRADE” MMC ilə ümumi dəyəri 23 172 480 manat olan üç satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, bunlar “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” ilə “ZN TRADE” MMC arasında bağlanan ilk müqavilələr deyil. Bunlara keçməzdən əvvəl MMC-nin qısa tarixini diqqətinizə çatdırmaq istərdik.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “ZN TRADE” (VÖEN 2007592551) Məhdud Məsuliyyətli Cəmiyyəti 09.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, OKSİGEN, ev 3/8, qanuni təmsilçisinin isə Kərimov Nüsrəddin Yolçu oğlu olduğu göstərilir.
Göründüyü kimi MMC 09.09.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nin keçirdiyi qapalı (otaqda) və açıq məkanlarda istifadə üçün mexaniki təkərli və mühərrikli təkərli oturacaqların satınalması üzrə 3.758.808,58 dəyəri olan tenderin qalibi olub. Sonra isə, daha dəqiqi 09.03.2023-cü ildə MMC “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nə 214.417,87 manat məbləğində təsərrüfat və dəftərxana malları alıb.
Onu da qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alından sonra ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi saatınalmaların qalibi olub. Bura Nazirliyin “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti kimi qurumları daxıldır. “ZN TRADE” MMC-dən bu qurumlardan biri yubiley mərasimlərində təbrik və xatirə məqsədilə verilməsi nəzərdə tutulan hədiyyələr, biri video və qrafik çarxların çəkilməsi işləri, bir çoxu təsərrüfat və dəftərxana malları, biri çiçəkçilik və ağacəkmə malları, biri də su nasosu alıb.
Qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alındıqdan sonra, 09.09.2022-ci ildən 18.09.2024-cü ilə qədər, yəni son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi 21 dövlət satınalmasının qalibi olub və ümumi olaraq 36 923 835 milyon manat dəyəri olan sifariş alıb.
Amma son iki il ərzində dövlətdən 37 milyon manat civarında tender udan bir MMC-nin nəinki bir rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. MMC-nin ofisi, əlaqə telefonu ətrafında araşdırma səylərimiz də boş çıxdı.
Buradan da suallar yaranır. Barəsində heç bir məlumat olmayan bu MMC-yə bu şəraiti kimlər yaradır? Təbii ki, bunu ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarmaq lazımdı. Çünki MMC ancaq bu qurumun sifarişlərini həyata keçirir. Bəs bu qurum mediada gedən bu qədər yazılara rəğmən çıxıb bir dəfə də olsa MMC-nin barəsində açıqlama vermir. Təbii ki, sənədlərdə MMC-nin hər şeyi var. Maraqlıdır, bəs özü hardadır?
Qeyd edək ki, “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir.Mərkəzin direktoru Asif Məcidovdur. Onun uzun illərdir ki, Mərkəzə rəhbərlik etdiyi bildirilir. Onun adı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işində də hallanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun Məhkəmə çağırışına əməl etmədiyinə, bilərəkdən proseslərdən yayındığına görə məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edilib.
Mərkəzin birbaşa tabe olduğu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru isə Anar Bayramovdur. O, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri vəzifəsinə təyin edilib. Buna qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. “ZN TRADE” MMC-də Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr təyin edildikdən az sonra yaradılıb. Hansı məqsədlə yaradıldığını da yuxarıdakı məlumatlar açıq aşkar göstərir.

Aktualinfo.org

Oxunub: 4 736
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

19-09-2024, 14:40

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Gündəm / Araşdırma

19-09-2024, 12:16

Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Gündəm / Araşdırma

7-03-2024, 18:37

Mərkəzi Nəbatat Bağında Günel Cəfərovaya məxsus MMC-lərlə nə kimi işlər çevrilir? – İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

22-01-2024, 11:58

Lənkəran İcra Hakimiyyətinin iş bitəndən sonra açıqladığı tenderin gizlinləri GÖRÜNDÜ...

Gündəm / Cəmiyyət

10-01-2024, 10:22

AYNA 7,6 milyonluq tenderi riskli vergi ödəyicisi olan şirkətə necə verib?

Gündəm / Araşdırma

21-12-2023, 09:32

Gədəbəydə ət satanın Bakıda udduğu gözqamaşdıran tenderlər nələrdən xəbər verir

Gündəm / Araşdırma

4-12-2023, 11:29

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

Gündəm / Araşdırma

19-10-2023, 12:33

Dövlət Sərhəd Xidməti tenderlərdə saxtakarlıqları davam etdirir - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

6-10-2023, 10:08

“Meliorasiya Elmi-Tədqiqat İnstitutu” MMC büdcə vəsaitindən səmərəli, qənaətlə istifadə edir, yoxsa… - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

25-08-2023, 12:26

72 yaşlı qadın 2,5 milyon manatlıq dövlət sifarişini necə həyata keçirəcək, ay Sahil Babayev?

Gündəm / Araşdırma

31-07-2023, 13:34

Tibbi Sığorta Agentliyindən 11 ay ərzində 20 milyonluq tender udan “ORN GROUP” kimə məxsusdu? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

17-07-2023, 09:48

İctimai Səhiyyə və İslahatlar Mərkəzində satınalma qanunları belə pozulur - BU DA FAKT!!!

Gündəm / Araşdırma

8-07-2023, 12:18

Məhkəmə Ekspertizası Mərkəzi büdcə pulunu KİMLƏRƏ ÖTÜRÜR? - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

29-05-2023, 11:06

Sumqayıtda dövlət büdcəsi saxta MMC-lər vasitəsi ilə açıq-aşkar talanır

Gündəm / Araşdırma / Cəmiyyət

8-05-2023, 15:42

Tender saxtalıqları belə ört-basdır edilir – ŞOK FAKTLAR

Araşdırma
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Sabah 23 dərəcə isti olacaq
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Hadisə
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 17:50
    İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
  • Dünən, 17:20
    Novxanıda ağaclar məhv edilərək “İlyasın kafesi” tikilir? -Videofakt
  • Dünən, 16:43
    Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
  • Dünən, 16:21
    “Onlar buna görə ağır bədəl ödəyəcəklər”
  • Dünən, 16:12
    Bu ərazilərə qar yağır
  • Dünən, 14:54
    “Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı
  • Dünən, 14:43
    Rusiyanın İrana göndərdiyi yardım sərhədimizdən keçdi
  • Dünən, 14:34
    2 yaşlı uşaq epilepsiyadan öldü
  • Dünən, 14:25
    Hörmüz tamamilə bağlandı
  • Dünən, 14:16
    Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var
  • Dünən, 13:53
    Prezidentin köməkçisi Ərdoğanın müşaviri ilə görüşdü
  • Dünən, 13:32
    Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə