• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ümidimiz AQTA-yadırsa... VAY BİZİM HALIMIZA... - MALƏSƏF...

Gündəm / Cəmiyyət

25-09-2024, 19:36

Ümidimiz AQTA-yadırsa... VAY BİZİM HALIMIZA... - MALƏSƏF...

Keyfiyyətsiz ətlərdən dönər satışı, bazarlarda keyfiyyətsiz məhsulların satılması, küçələrdə ət kəsimi, qida zəhərlənmələri, ölkəyə gətirilən məhsulların təhlükəsizliyi deyə düşünərkən 2017-ci ildə ölkə başçısı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılması ilə bağlı fərman verdi. Adətən yeni agentliklər yaradıldığı zaman cəmiyyət, toplum sevinir ki, yeni yaradılan agentlik bu sahədə olan problemləri aradan qaldıracaq. Ancaq yaradılan agentliklər ya topluma zərər verir, ya da yerində sayır.
Məsələn; BNA yaradılanda da sevinmişdik. Elə səlahiyyətlərinin alınıb Bakı Şəhər İcra Hakimiyyətinin balansına veriləndə də sevindik… Sadəcə o sevinməklə bu sevinməyin arasında böyük fərq vardı. BNA, sözün əsl mənasında cəmiyyət tərəfindən özünə nifrət yaratmış bir qurum idi. İndi də BNA-nın xalatını geyinmiş AQTA var. Monitorinqlər aparan, monitorqinlərin nəticəsini mətbuata səthi açıqlayıb, dərinə getməyən AQTA... Məsələn; deyilir ki, “filan şirkətin istehsal etdiyi filan partiya dondurma təhlükəlidir”. Bu dondurmalar mağazalardan yığılırmı? Və yaxud bazarlarımıza təhlükəli ətlərin daxil olmamasına AQTA zəmanət verirmi? Ümumiyyətlə, AQTA 6-7 illik fəaliyyət dövründə nəsə yaxşı iş edibmi?

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yarananda “Azad İstehlakçılar” birliyi çox rahat nəfəs aldı. Biz düşünürdük ki, daha bizim cəmiyyətin problemi olmayacaq, istehlakçılar qida məhsulları barədə problemlə üzləşməyəcəklər və s. 2009-cu ildə İqtisadiyyat nazirinin yanında Antinsar və Bazara Nəzarət Dövlət Xidməti yarananda da keçirmişdi. Ümumiyyətlə, dünyanın bütün istehlakçı hüquqlarını müdafiə edən təşkilatları istəyir ki, onlara şikayətlər daxil olmasın. O zaman özlərini xoşbəxt və rahat hiss edə bilirlər. AQTA yarananda da biz belə düşünmüşdük. Lakin çox təəssüf problemlər kökündən həll olunmadı…"

Bu barədə Bizimyol.info xəbər portalına “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov danışıb. Eyyub Hüseynov bildirib ki, AQTA-nın strateji məqsədlərindən biri Azərbaycan mallarını xarici Avropa bazarına çıxarılmasıdır. Ekspert deyir ki, AQTA-ya qədər Azərbaycanın bir neçə məhsulu qoz-fındıq ləpələri, balıq və balıq məhsulları Avropa bazarına çıxarılırdı. Rusiya bazarı ilə işlər görüldü. Amma hökümətin iqtisadi siyasəti üçün lazım olan nöqtələrə gəlib çata bilmədilər.

“AQTA-nın fəaliyyət istiqamətlərindən biri də, heyvanlar dünyaya gələndə birkalanması və izlənməsi idi. Heyvanlar üzərində aparılan işlər, baytarlıq dərmanları və s. Heyvanların bir informasiya bazası yaradılır. Küçə ət kəsimi məsələsi həll olunmalı idi. Bunu bacarmadı. AQTA istehlakçılarla və mətbuatla ciddi işləyə bilmədi ki, insanların inamını qazansın. Bu səbəbdən də, insanlar küçədə kəsilmiş heyvanlara üstünlük verirlər. Heyvanların identifikasiya məsələsi ilə bağlı hədəflərə nail olunmayıb.

Əlbəttə, bazarda müəyyən dəyişiklik oldu. Uzun illər bazarlarda plastik bidonlarda satılan, insanları zəhərləyən şərablar yox oldu.

AQTA-nın əsasnaməsinə baxsaq görərik ki, AQTA malların təhlükəsizliyini təmin edir. Lakin keyfiyyət məsələsi qalıb. Keyfiyyətlə heç kəs məşğul olmur. Amma unutmamaq lazımdır ki, təhlükəsiz mal həm də keyfiyyətsiz ola bilər. Təhlükəli mal insanı bir anda öldürür, keyfiyyətsiz mal tədricən. Apteklərdə növbəyə düzür insanları, orta ömrünü qısaldır və s. Bu səbəbdən də AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır. AQTA keyfiyyətə də nəzarət etməlidir”-deyə ekspert bildirib.

Eyyub Hüseynov əlavə edib ki, AQTA-nın cəld reaksiya mexanizmi yoxdur: “Əgər təhlükəli mal satılırsa, 1003-ə zəng vurduğun an gəlib onu dərhal yoxlamaq imkanları yoxdur. Ümumiyyətlə, hökümətin yetərsiz siyasətinin nəticəsidir ki, AQTA bu funksiyalara malik deyil.

Bu da çox çatışmayan bir cəhətdir.

AQTA elə bir sənəd tərtib etməlidir ki, o sənədi insanlar görəndə fikirləşsin ki, “bəli, bu məhsulu qorxmadan istehlak etmək olar”. Belə bir sənəd də mövcud deyil. Əvvəllər sertifikat anlayışı var idi, indi o da yoxdur”-deyən ekspert təklif edir ki, AQTA bir sənəd müəyyən etməlidir, istehlakçı da o sənədi əldə edəndə ürəyi rahat olsun.

Eyyub Hüseynov deyir ki, AQTA-nın əsasnaməsində bu sənədin istehlakçılar üçün çox vacib olması ilə bağlı məsələ nəzərdə tutulmayıb. Ekspert qeyd edib ki, murdar olmuş heyvanların əti, at və eşşək ətinin Bakıya daşınması 20 ildən çoxdur ki, davam edir. AQTA bunun kökünü kəsə bilməyib.

“AQTA çoxlu pul xərclənən müasir laboratoriyalar qurub, amma laboratoriyaların funksional və çevik işləməsi göz qabağında deyil. Məsələn; mən bir neçə il öncə AQTA-nın laboratoriyasına xammal verdim. Anonim qaba tökərək, verdim və dedim ki, bunun xam olub-olmadığını mənə bildirin. O sənədlər indi də məndədir. Yazıb verdilər ki, süd turşuları bu qədər, filan turşular bu qədər. Dedim ki, bunun altına nə olduğunu yazın ki. Nə qədər dedim yazmadılar. Belə bir ekspertiziya kimin nəyinə lazımdır? Biliksiz istehlakçıya nəticə lazımdır. AQTA-nın laboratoriyaları heç olmasa istehlakçı təşkiları üçün, fərdi istehlakçılar üçün tam təmannasız qapısını açmalıdır. Bu da yoxdur”-deyə ekspert bildirib.

Eyyub Hüseynov vurğulayıb ki, AQTA yaranan zaman hər kəs fərdi kənd təsərrüfatının çox inkişaf edəcəyini və fərdi təsərrüfatla məşğul olan insanların öz mallarını Bakı bazarına çıxara biləcəklərini düşünsə də, biz görürük ki, istehsal təsərrüfatları böyük qurumlarda birləşir, böyük bağçılıq təsərrüfatı əmələ gəlir, böyük fermerlər əmələ gəlir. Lakin fərdi təsərrüfatlarda olan insanların texnoloji qaydalarla bağlı o qədər zəif bilikləri var ki, o öz mallarını yetişdirib və bazara çıxara bilmirlər ki, onlar da öz əməklərinin nəticəsindən istifadə etsin.

Ekspert deyir ki, AQTA nın nəzarəti “meyvəli” bazarında cəmləşib. Böyük təsərrüfatlar malları ora gətirirlər. AQTA-nın icazəsi olmadan Bakı bazarına heç bir mal daxil ola bilməz. Lakin fərdi təsərrüfatlarla məşğul olan insanlar ora daxil ola bilmir. Orada böyük alverçi qrupu var. Eyyub Hüseynovun fikrincə, AQTA elə bir iş aparmalıdır ki, fərqli fərdi təsərrüfatlar inkişaf eləsin. Çox təəssüf ki, bu da yoxdur.

“AQTA-nın uğurlu cəhətlərindən biri texniki bazasının gücləndirilməsi hesab oluna bilər. Lakin həmin texniki baza cəmiyyətdə öz müsbət nəticələrini göstərmir. Azərbaycan vətəndaşları uzun ömürlülər siyahısında 190 ölkə arasında 115-ci yerdədir.

Azərbaycanda zəhərlənmələrin statistikası dünya göstəricisindən 1400 dəfə az göstərilir. Zəhərlənmələrin qeydiyyatı məsələsi də AQTA-nın saytında yerləşsə də, zəhərlənmə necə əmələ gəlir və bunu kim qeydiyyata alır kimi məsələlər qaranlıq olaraq qalır”-deyə Eyyub Hüseynov bildirib.

Ekspert vurğulayıb ki, AQTA-nın ən ciddi problemi istehlakçıların inamını qazana bilməməsidir. Elə məhz buna görədir ki, insanlar küçə kəsiminə üstünlük verir və dönərxanalarda tərkibi naməlum, təsadüfi dönərlər alır.

“AQTA elə bir iş aparmalı idi ki, bütün istehlakçılar onun köməkçisinə çevrilməli idi. Çox təəssüf ki, AQTA buna da nail ola bilməyib. Bir sözlə, nəzəri cəhətdən çox görünən, nəticədə praktik cəhətdən çox az iş görülüb. AQTA-nın gömrük məntəqələrində laboratoriyaları olmalıdır. AQTA biznes inkişafına ciddi dəstək verməlidir və biznesmenlərdən AQTA-nın yükləri gecikdirməsi və ekspertizanın gecikdirilməsi kimi şikayətlər də gəlir…”

Oxunub: 4 440
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

13-08-2024, 10:32

AQTA-nın nəzərinə: Burda insanları ZƏHƏRLƏYİRLƏR... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

6-06-2024, 19:37

AQTA sahibkarı 2 maddə ilə cərimələdi – İş məhkəməlik oldu

Gündəm / Araşdırma

31-05-2024, 17:19

AQTA əhalini infarkt edib: Qoşqar Təhməzlinin göz yumduğu öldürücü yağlar ölkəni dünya lideri etdi...

Gündəm / Cəmiyyət

29-04-2024, 10:56

AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!

Gündəm / Araşdırma

21-02-2024, 18:44

AQTA və Qida Təhlükəsizliyi İnstitutunun tenderlərini qurumun rəsmilərinə bağlı şirkətlər udur - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

19-01-2024, 18:35

AQTA-nin bahalaşmaya verdiyiniz töhfə

Gündəm / Cəmiyyət

17-11-2023, 14:11

AQTA buralara GÖZ GƏZDİRƏCƏKMİ? - ÖZBAŞINALIQ!

Gündəm / Araşdırma

26-10-2023, 20:12

UCUZ ÖLÜM ELƏ BUDUR: 1 manatlıq dönər... - AXI NİYƏ?

Gündəm / Araşdırma

13-10-2023, 12:32

AQTA-dan GERİYƏ ADDIM: "Wolt Azərbaycan"la bağlı qərar dəyişdi - NƏ BAŞ VERDİ Kİ?

Gündəm / Cəmiyyət

16-09-2023, 10:40

Qida təhlükəsizliyimiz bu adama əmanətdir... bu adam da... - İDDİA

Gündəm / Araşdırma

17-08-2023, 18:57

AQTA yoxsa Wolt - rəsmi `YALAN` kimindir? - AKTUAL

Gündəm / Cəmiyyət

15-08-2023, 11:32

Görün, AQTA-nın tenderlərini davamlı udan şirkət kimə bağlıdır - Bəs qanun nə deyir?

Gündəm / Cəmiyyət

3-07-2023, 17:29

AQTA “Yeganə”nin təşkilati hüquqi formasını niyə gizlədib? - Külli miqdarda vergi borcu...

Gündəm / Siyasət

7-06-2023, 16:36

Prezidentdən AQTA ilə bağlı FƏRMAN

Gündəm / Cəmiyyət

24-05-2023, 16:44

Azərbaycan İrandan idxal edilən bu məhsullara QADAĞA QOYDU

Araşdırma
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Sabah 23 dərəcə isti olacaq
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Hadisə
Bu gün, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
Bu gün, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 13:11
    "Al Araby" telekanalının Tehrandakı ofisinə raket zərbəsi endirilib
  • Bu gün, 12:27
    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
  • Bu gün, 12:20
    Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
  • Bu gün, 12:15
    FAKTİKİ HAVA: Ölkə ərazisində intensiv yağışlar davam edib, dağlıq ərazilərə qar yağıb
  • Bu gün, 11:11
    Antonelli "Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi olub
  • Bu gün, 11:04
    Səudiyyə Ərəbistanına son sutkada 12 PUA hücumu olub
  • Bu gün, 11:00
    Yaponiya hərbçisi Çinin Tokiodakı səfirliyinə qanunsuz şəkildə daxil olub
  • Bu gün, 10:56
    "Formula 1" üzrə Yaponiya Qran-prisinin başlama saatı qəzaya görə dəyişdirilib
  • Bu gün, 10:49
    Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
  • Bu gün, 10:41
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
  • Bu gün, 10:34
    İrana endirilən zərbələr nəticəsində 226 şagirdlə 55 müəllim həlak olub Region
  • Bu gün, 10:30
    Azərbaycan Basketbol Liqasının XX turunda bu gün bir oyun keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə