• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Marketdən agentliyə: Zaur Mikayılov Bakını 90-cı illərə qaytarıb...

Gündəm / Cəmiyyət

2-10-2024, 15:14

Marketdən agentliyə: Zaur Mikayılov Bakını 90-cı illərə qaytarıb...

Elə ki "Azərsu" ASC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verildi, əhalinin qara günləri başladı. Bu agentliyin fərsizliyinə görə Bakının hər yerindən su ilə bağlı şikayətlər kütləviləşdi. Görünür ki, müəssisə böyüyəndə və səlahiyyətləri çoxalanda fəaliyyəti kiçilirmiş. Çünki ASC-dən dövlət agentliyinə qədər imkanları artırılan bir qurumun ortaya qoyduğu iş bundan ibarətdir: əvvəlcə, yayın cırhacırında millət iki həftə susuz qaldı, sonra da şəhərin müxtəlif ərazilərindən hər dəfə sakinlərin şikayətləri eşidilməyə başladı. Elə son olaraq, Xətai rayonu, Süleyman Vəzirov küçəsində 700-dən çox ailənin su üsyanı qeyd edilə bilər. Əhali küçəyə çıxaraq etiraz aksiyası keçirmişdi və məlum olmuşdu ki, sutkada 2 saat su görürlər. Məsələ ondadır ki, tək Xətai ilə problem həll olsaydı, nə varıydı... Axı "Azərsu" Agentliyin nəzdinə veriləndən paytaxtın su problemi 90-cı illəri xatırladır.
Anaxeber.info-ya verilən məlumata görə, bu səriştəsizlik və bacarıqsızlığın səbəbi agentliyin sədri Zaur Mikayılovun son dövrlər peşəkar, təcrübəli işçiləri kütləvi şəkildə ixtisara salmasıdır. Xəbərə görə, onları ya əvəzləyən olmur, ya da naşı, bu sahəni yüksək səviyyədə bilməyənlər işə götürülür. Z. Mikayılovun ixtisarlara getməsinin, xeyli sayda işsizlər ordusu yaratmasının səbəbi izah edilmir. Bəzi ehtimallara görə, qurum rəhbəri özünə komanda formalaşdırır və yaxın adamlarını öz ətrafına toplayır. Onlar isə təcrübəli keçmiş əməkdaşların yerini doldura bilmirlər. Çünki ixtisara düşənlər mütəxəssis idilər. Məhz elə problem də buradan qaynaqlanıb. Nəticədə indi Bakının su təsərrüfatında bərbad bir vəziyyət yaranıb.
Bu azmış kimi, Zaur Mikayılovun əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib. Yeni təyin edilən aparat rəhbəri isə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.
Bu xəbərin üzərindən bir neçə gün keçmədən ortaya çıxdı ki, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.
Ümumiyyətlə, Zaur Mikayılovun rəhbərliyi altında şəhərin su təsərrüfatı idarəolunmaz haldadır. Hətta keçmiş korrupsioner Qorxmaz Hüseynovun dövründə belə hallar yaşanmazdı. Bəli, o milyonlar silirdi, "Azərsu" ASC hesabına biznesini genişləndirirdi, amma ən azından suyun verilişində primitiv problemlər yaranmazdı. İndisə gah Xətaidə, gah Əhmədlidə, gah hansısa MTK-da vətəndaşlar toplaşaraq susuzluğa etiraz edirlər. Bu da yarıtmaz idarəçilikdən irəli gəlir. Çünki həm də Zaur Mikayılovun özü bu sahənin mütəxəssisi deyil. Onun karyerasına nəzər yetirəndə bunu görmək mümkündür və qətiyyən su təsərrüfatına aid olmayan məmurdur. Bütün sahələr öz peşəkarını tələb edir. Zaur Mikayılovun bioqrafiyasına baxanda isə aydın olur ki,
1999–2009-cu illərdə telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb.
2009–2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub.
2016–2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. Adıçəkilən şirkət "Paşa Holdinq"in strukturuna daxildir.
2018–2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
05 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Beləliklə, onun hansı sektorlarda çalışdığı, sonradan necə meliorasiya və su sahəsinə rəhbər gətirilməsi bəlli olur. Hər halda, karyera yüksəlişində işlədiyi yerlərin çox ciddi təsirləri olub. Üstəlik, Mikayılov Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsinin məzunu olub. Yəni biznesi idarə etmək üçün əvvəlki işlədiyi yerlərdə olması anlaşılandır - Port Baku, marketlər şəbəkəsi və sair...
Amma su təsərrüfatı biznes deyil, dövlətin strateji strukturlarından biridir və əhalinin içməli su təchizatında bəsit problemlər olmamalıdır. Axı üzü 2025-ci ilə gedirik, süni intellektdən, elektrik maşınlardan, müasir texnologiyalardan danışırıq. Ancaq sonra xəbər çıxır ki, şəhərin hansısa nöqtəsində su gəlmir, ya da fasilə ilə verilir, yaxud su borusu partlayıb təmir gedir. Sivil dünya artıq belə kustar məsələləri keçmişdə buraxıb.
O baxımdan Dövlətin Su Ehtiyatları Agentliyi hələ ki ən pis işləyən qurumlardan biri kimi ad çıxarmaqdadır. Amma heç vaxt gec deyil və yaxşı tərəfdən fərqlənmək mümkündür...

Teref

Oxunub: 5 254
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

1-10-2024, 11:00

YASAMALDA “YEZİT” PEYDA OLUB – İnsanlar yas məclisini yola verməyə su tapmır...

Gündəm / Cəmiyyət

19-08-2024, 13:50

Süleyman Mikayılov “KRAL”la necə razılaşdı? -İLGİNC

Gündəm / Araşdırma

6-08-2024, 11:41

“Sahil-S İnşaat” MTK-nın əlində əsir-yesir qalan vətəndaş... - KİMSƏNİN GÜCÜ YETMİR?

Gündəm / Araşdırma

29-06-2024, 12:15

Zaur Mikayılov dövlət qurumunu ata mülkü kimi idarə edir -VİDEO

Gündəm / Araşdırma

14-06-2024, 18:44

Dövlət Su Ehtiyatları Agentliyində BÖYÜK İXTİSAR ANONSU...

Gündəm / Cəmiyyət

7-06-2024, 11:14

Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi

Gündəm / Araşdırma

10-05-2024, 09:12

Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Gündəm / Araşdırma

14-12-2023, 13:10

“Azərsu”da İmran Abbasov talanı: İcra başçısının qardaşı Zaur Mikayılovla əlbirdi? – VİDEO

Gündəm / Araşdırma

10-11-2023, 21:12

"Uşaqlar səhər su tapmırlar ki, üzlərini yuyub dərsə getsinlər" - GİLEY

Gündəm / Siyasət

11-09-2023, 20:04

Prezident "Azərsu"ya 12 milyon manat ayırdı - SƏRƏNCAM

Gündəm / Cəmiyyət

6-09-2023, 08:59

“Azərsu” 10 manatlıq şirkətdən yarım milyonluq beton alır

Gündəm / Cəmiyyət

23-08-2023, 09:24

120 milyon dollarlıq binası olan `Azərsu`nun ölkəsinin gələcəyi: susuzluq, quraqlıq... - AXI NİYƏ?!

Gündəm / Araşdırma

1-08-2023, 11:55

`Sahil-S İnşaat` MTK-nın sakinlərinin dərdi bitmək bilmir... - NARAZILIQ VAR!

Gündəm / Siyasət

19-07-2023, 20:50

"Azərsu"nun yığılmış zərəri 8 milyard manatı keçib: - Qurum niyə zərərlə işləyir?

Gündəm / Cəmiyyət

20-06-2023, 12:05

Ruslan Ağamirzəyev Zaur Mikayılovla işləmək istəmədi... - Kəmaləddin Heydərov ona YENİ VƏZİFƏ VERDİ

Araşdırma
Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
“Rahat” marketdə “tarakanlar”da satışa çıxarıldı? -Fotofakt
Hadisə
Bu gün, 12:00
Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 09:30
Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ
13-12-2025, 18:00
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
13-12-2025, 16:30
27 yaşlı qadın abortdan sonra öldü
Son xəbərlər
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 13:28
    İmişlinin icra başçısı Elçin Rzayev sələfinin taleyini yaşaya bilər –Dövlətin pulun belə xərcləyir...
  • Bu gün, 13:06
    Sumqayıtda abort olunan 27 yaşlı Zərifə Əliyeva həkim səhlənkarlığından ölüb? -Video
  • Bu gün, 12:26
    DTX həbs olunan icra başçısının görünülərini YAYDI
  • Bu gün, 12:00
    Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
  • Bu gün, 11:44
    Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
  • Bu gün, 11:30
    Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK
  • Bu gün, 11:08
    “P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir – Vətəndaşlardan ŞİKAYƏT…VİDEO
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 10:30
    Pənah Hüseyn siyasətdən GEDİR?..
  • Bu gün, 10:19
    Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
  • Bu gün, 10:00
    Qızılın qiyməti ARTIB
  • Bu gün, 09:50
    Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?
  • Bu gün, 09:30
    Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ
  • Bu gün, 09:00
    Müdafiə Nazirliyi əhaliyə çağırış etdi
  • 13-12-2025, 18:00
    Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
  • 13-12-2025, 17:30
    Bazar günü Bakıya sulu qar yağacaq
  • 13-12-2025, 17:00
    İrəvan məktəblərində şagirdlərə tam qadağa
  • 13-12-2025, 16:56
    Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
  • 13-12-2025, 16:34
    Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
  • 13-12-2025, 16:30
    27 yaşlı qadın abortdan sonra öldü
  • 13-12-2025, 16:08
    “Lux İnternational Hospital”dan şikayət: 4300 manat pulu aldılar müalicə etmədilər…
  • 13-12-2025, 15:36
    Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
  • 13-12-2025, 14:51
    Kollecdə qalmaqal: Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - VİDEO
  • 13-12-2025, 14:13
    Erməni prezident müsəlman liderlərlə nələrdən danışdı...
  • 13-12-2025, 13:26
    Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə