• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH

Gündəm / Siyasət

14-10-2024, 17:06

Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH

 
Kolonializm dünya tarixinin ən iyrənc, çirkin səhifələrindən biridir və təəssüflə qeyd edək ki, bu gün demokratiya, insan hüquqları və azadlıqldan dəm vuran dövlətlərin əksəriyyəti bu “yolu” keçib. Milyonlarla insanın qətli, yerli xalqların min illər boyu yaşadıqları ərazilərdən qovulması, rezervasiyalara yerləşdirilməsi hesabına dövlət qurub inkişaf etdiriblər. Bu gün də fövqəldövlət olmağa iddialıdırlar.

Yenixeber.org: Bu sıraya özünü “sosial, ekoloji, demokratik dövlət” kimi dünyaya sırımağa çalışan Norveçi də daxildir. Özünü insan hüquq və azadlıqlarının müdafiəsi kimi qələmə verməyə çalışan bu ölkə Fransa, ABŞ, Niderland və s. ölkələrdən heç də geri qalmır. Onun da keçmişi “qara ləkələrlə doludur və imici çoxdan korlanıb. Yəni, insan hüquqlarının müdafiəsi sahəsində “etalon” kimi dünya miqyasında formalaşan imici hər zaman reallıqla uyğun gəlmir.

Bəli, bu gün Norveçdə yerli xalqların, xüsusən də samilərə qarşı münasibət, hüquqlarının pozulması pik həddə çatıb. Lakin rəsmi Oslo bir dəfə də olsun buna reaksiya verməyib. Əksinə, onların hüquqları pozulmaqda davam edir. Norveç rəsmi olaraq samiləri ölkənin yerli xalqı kimi tanıyır, lakin bu tanıma real hüquqların təminatını vermir. Ölkə Konstitusiyasının 108-ci maddəsində də bu öz əksini tapıb. Lakin bu hüquqların praktikada həyata keçirilməsində əhəmiyyətli boşluqlar mövcuddur. Norveç hökuməti son onillikdə yerli xalq olan samilərin hüquqlarını ardıcıl olaraq pozmaqla məşğul olub. Samilərin tarixi, assimilyasiya və dövlətlərin təzyiqi şəraitində hüquq və mədəni kimliklərinin qorunması üçün mübarizələri ilə xarakterizə olunur. XV-XVI əsrlərdə Norveç, İsveç və Finlandiya əhalisinin sami torpaqlarına ekspansiyası kolonizasiyanın ilk dalğasını başlatmış, və bu, yerli xalqların torpaq və təbii sərvətləri istifadə etmə hüquqlarını məhdudlaşdırıb. XVIII və XIX əsrlərdə Norveç, "norveçləşmə" siyasəti ilə samilərin mədəniyyətini sıxışdırıb, onların övladları yalnız Norveç dilində təhsil almış, ənənəvi mərasimləri qadağan edilib. Bu proses, samilərin ənənəvi iqtisadi fəaliyyətlərinə də mənfi təsir göstərmiş, torpaqlarının ekspropriasiyasına səbəb olub. Buna baxmayaraq, samilər mədəniyyətlərini qorumağa davam edib, XX əsrdə hüquqlarının bərpası üçün təşkilatlanmağa başlayıb.
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH

Ölkə Konstitusiyası və 1990-cı ildə Norveç tərəfindən ratifikasiya olunmuş Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar və xalqlar barədə, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar" haqqında Konvensiyası kimi beynəlxalq müqavilələrə əsasən statusları da daxil olmaqla, milli və beynəlxalq səviyyədə tanınırlar. Lakin hüquqlarının tanınmasına baxmayaraq, yerli xalqlar bir sıra ciddi problemlərlə, o cümlədən torpaq hüquqlarının pozulması, mədəni və linqvistik təzyiqlər və sosial-iqtisadi bərabərsizliklərlə üzləşirlər. Norveçdə samilər tarixi olaraq Sami Laplandiyası adlanan ərazidə yaşayır, bu da şimal bölgələri olan Nurlann, Troms və Finnmarkı əhatə edir. Əhalinin siyahıyaalmasına görə, samilərin sayı təxminən 80,000 nəfərdir, bunun əhəmiyyətli bir hissəsi - 40,000 nəfər - Norveçdə yaşayır.

2023-cü ildə Norveç hökumətinin hesabatına görə, samilərin 75%-i etnik mənsubiyyətlərinə, cinsiyyətlərinə və yaşayış yerlərinə görə ayrı-seçkilik yaşadıqlarını bildirib. Sami gənclərinin isə 95%-i cəmiyyətin onların mədəniyyətinə qarşı qərəzli olduğunu hiss edir. Mənfi stereotiplərlə və rasist ifadələrlə də mübarizə aparmalı olan samilərə qarşı xüsusən də sosial mediada bu hallar daha geniş yayılıb. Samilər tez-tez diskriminasiya ilə üzləşən milli azlıqlardan biridir, xüsusilə də qadınlar və uşaqlar bu cür hallara daha çox məruz qalırlar. Tədqiqatlar göstərir ki, Şimali Norveç əhalisinin 11%-i milli azlıqlara, o cümlədən sami millətinə qarşı mənfi münasibət bəsləyir.

Samilər bu gün dil və mədəni kimliklərini itirmək riski ilə üzləşirlər. Hökumət sami məktəblərini və dilin bərpası proqramlarını dəstəkləsə də, sami dilinin daşıyıcılarının sayı davamlı olaraq azalır. Xüsusilə gənclər assimilyasiya proseslərinin güclü təsirinə məruz qalaraq, ənənəvi mədəniyyət və dildən uzaqlaşmağa başlayırlar.
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH

Yerli xalqlar Norveçin qalan əhalisi ilə müqayisədə daha yüksək işsizlik və yoxsulluq səviyyələri ilə qarşılaşırlar. Bu, xüsusən də ənənəvi təsərrüfat metodlarının iqlim dəyişikliyi və sənaye genişlənməsi səbəbindən daha az davamlı olduğu uzaq bölgələrdə daha kəskin şəkildə görünür. Müasir səhiyyə və təhsil xidmətlərinə məhdud giriş də vəziyyəti daha da pisləşdirir.
Bundan əlavə, samilərin hüquqlarının pozulması yalnız torpaq məsələləri ilə məhdudlaşmır. Samilər mütəmadi olaraq gündəlik həyat səviyyəsində və institusional mühitdə diskriminasiya və qərəzli münasibət ilə üzləşirlər. Bu, tibb və sosial xidmətlərin çatışmazlığı, eləcə də kütləvi informasiya vasitələri tərəfindən yayılan stereotiplərdə özünü göstərir.

Norveç təhsil və media sahələrində də assimilyasiya siyasətini davam etdirir. Xüsusilə gənclər assimilyasiya proseslərindən daha çox təsirlənir, ənənəvi sami mədəniyyəti və dəyərlərindən uzaqlaşırlar. Bu, Norveç hökumətinin kolonial siyasətini davam etdirdiyini və yerli xalqların mədəniyyətini sistematik olaraq məhv etdiyini göstərir.

Norveç samilərin ənənəvi torpaqlarında sənaye layihələrinə üstünlük verərək yerli xalqların hüquqlarını ardıcıl olaraq görməzdən gəlir. Bu yanaşma Norveçin beynəlxalq öhdəliklərinə baxmayaraq, samilərin hüquqlarına qarşı açıq şəkildə etinasızlığını nümayiş etdirir. Məsələn, 2022-ci ildə Fosen Vind layihəsi çərçivəsində tikilmiş külək elektrik stansiyaları, Norveçin samilər üçün həyati əhəmiyyətli olan torpaqları qorumamaqla bağlı öhdəliklərini pozduğunu sübut edir. Bu layihə çərçivəsində Avropanın yeganə yerli xalqı olan samilər iqlim dəyişikliyi və öz ənənəvi ərazilərində külək elektrik stansiyalarının tikintisi ilə bağlı yeni bir təhlükə ilə üzləşdilər. Norveç dövlət şirkəti olan "Fosen Vind" ümumi gücü 1057 meqavat olan altı ədəd külək elektrik stansiyası inşa edib ki, bu da samilərin ənənəvi fəaliyyəti olan maralçılığa mənfi təsir göstərir. Fosen Vind külək elektrik stansiyaları layihəsi zamanı, Norveç Ali Məhkəmənin qərarına baxmayaraq, samilərin ənənəvi maralçılıq fəaliyyətləri üçün istifadə etdikləri torpaqlarda tikintiyə icazə verib. Ali Məhkəmə külək turbinlərinin samilərin mədəniyyət hüquqlarını pozduğunu təsdiqləsə də, hökumət bu stansiyaların sökülməsi üçün heç bir tədbir görməyib. Bu hadisə Norveçin iqtisadi maraqları yerli xalqların hüquqlarından üstün tutduğunu açıq şəkildə göstərir.
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH

Fosen Vind layihəsi kimi genişmiqyaslı sənaye fəaliyyətləri, samilərin ənənəvi torpaqlarında həyata keçirildikdə, yalnız onların həyat tərzini təhlükəyə atmır, həm də mədəni irsinin sistematik şəkildə məhv olunmasına səbəb olur. Hökumətin bu cür layihələrdə yerli xalqların səsinə qiymət verməməsi, onun kolonial mentalitetini açıq şəkildə ortaya qoyur. Hidroelektrik stansiyaları və digər infrastruktur layihələri, samilərin mədəniyyətinin və sosial strukturlarının zərərinə çalışaraq, bu xalqın ən fundamental hüquqlarını gözardı edir.

Bu cür sənaye layihələrini dəstəkləməklə Norveç hökuməti koloniya siyasətini davam etdirir. İnsan hüquqları haqqında verdiyi vədlərə baxmayaraq, hökumət yerli xalqların mədəni və iqtisadi əsaslarını məhv etməkdə iştirak edir.

Norveçdə yerli xalqların torpaqlarına qarşı təcavüz yalnız sənaye sahələri ilə məhdudlaşmır. Norveçin su resurslarının genişləndirilməsi və hidroenergetika layihələri, samilərin yaşadığı və onların ənənəvi fəaliyyətləri ilə məşğul olduğu ərazilərdə ətraf mühitə ciddi ziyan vurur. Torpaqların su altında qalması, otlaq sahələrinin məhvi, və ənənəvi balıqçılıq sahələrinin deqradasiyası bu layihələrin birbaşa nəticəsidir. Sami aktivistləri bu layihələrə qarşı dəfələrlə çıxış etmiş, lakin hökumət onların hüquqlarını nəzərə almadan bu layihələri həyata keçirib.
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH

Norveç hökumətinin yerli xalqların hüquqlarına qarşı laqeyd münasibəti yalnız bu gün deyil, tarixən də mövcud olub. 1970-ci illərdə Norveçin Su Resursları və Enerji İdarəsi Alta-Kautokeino su sistemi üzərində hidroelektrik stansiyası inşası planlarını irəli sürdü. Bu layihə sami kəndi Masi-nin su altında qalmasına gətirib çıxaracaqdı, amma hökumət yerli əhalinin etirazlarına məhəl qoymadı. 1979-cu ildə təbiət müdafiəçiləri hökumətə qarşı məhkəmə iddiası qaldırdılar. Etirazlar genişmiqyaslı oldu, sami aktivistləri aclıq aksiyaları keçirdilər.

Etirazlar o qədər güclü idi ki, sami aktivistləri aclıq aksiyası keçirtdi, buna baxmayaraq, hökumət layihəni tam dayandırmadı və bəndin tikintisi başa çatdırıldı. Bu hadisə Norveç hökumətinin yerli xalqların torpaq hüquqlarına qarşı sistemli təcavüzkar siyasətini nümayiş etdirən açıq sübutlardan biridir.

Beləliklə, Norveçin insan hüquqları sahəsindəki öhdəlikləri, yerli xalqlar, xüsusən də samilər qarşısında durduğu ikiüzlülük və sistematik ayrı-seçkiliklə kölgələnir. Hökumətin bu məsələlərdəki ikiüzlülüyü, yalnız müsbət imicini qorumağa yönəlmiş bir siyasət olduğunu açıq şəkildə göstərir. Yalnız beynəlxalq diqqət və cəmiyyətin geniş dəstəyi ilə, Norveçin insan hüquqları sahəsindəki real vəziyyəti dəyişmək və yerli xalqların hüquqlarını bərpa etmək mümkündür. Bu, Norveçin mədəni müxtəlifliyinin və insan hüquqlarının əsl qiymətini qorumaq üçün həyati əhəmiyyət kəsb edir.(Report)

Oxunub: 4 292
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

11-10-2024, 11:14

Təxribatın əsl üzü: "Freedom House"un Bakıya qarşı çirkin oyunları - ZİBİLƏ DÜŞMÜŞÜK...

Gündəm / Araşdırma

27-06-2024, 19:12

Xaricdən gətirilən yağı bölüb Azərbaycan adı altında satırlar - BU NƏDİ BELƏ?!

Gündəm / Siyasət

15-06-2024, 06:30

Bu gün Milli Qurtuluş Günüdür

Gündəm / Siyasət

14-06-2024, 14:34

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Gündəm / Araşdırma

1-06-2024, 00:28

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Gündəm / Araşdırma

1-06-2024, 00:15

Tütün hər il 8 milyondan çox insanı öldürür

Gündəm / Siyasət

16-05-2024, 17:10

Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Gündəm / Cəmiyyət

31-12-2023, 00:30

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Gündəm / Siyasət

21-11-2023, 23:37

Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

Cəmiyyət

23-10-2023, 15:21

“CAMEX” istehlakçı hüquqlarını NECƏ POZUR? - TƏFƏRRÜAT

Dünya

20-10-2023, 15:26

Kayzi Pyer: “Biz fransız neokolonializmi ilə mübarizə aparırıq”

Gündəm / Siyasət

8-07-2023, 18:49

Prezident İlham Əliyev Sərəncam imzaladı

Gündəm / Cəmiyyət

8-06-2023, 14:27

“Avrora” MMC “Best Managed Companies” müsabiqəsinin qalibi seçilib

Gündəm / Hadisə

25-05-2023, 11:28

“Ölkəmizdə media azadlığı təmin olunur” - İnam Kərimov

Gündəm / Hadisə

8-05-2023, 10:51

Azərbaycan tarixinin ən böyük əfvi - 801 məhkum

Araşdırma
"Verteba” klinikasın tibb təhsili olmayan həkimlər işləyirmiş - ADLAR
Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
Vidadi İsayevdən "kadr islahat"ları - "Kənd sovetləri"nin müavinləri işdən çıxarıldı...
“Yaşıl Bağ” restoranında tikintiyə hansı məmur icazə verib?
Tanınmış aparıcının həyat yoldaşına 2,4 milyonluq sifariş (FOTO)
ATU-də İddialar: Rektor Yaşar Ömərov Haqqında Şok Faktlar Nazir təyinatı ilə bağlı iddialar və xəyanət ittihamı
Hadisə
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
15-03-2026, 12:00
Ağcabədidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
7-03-2026, 11:00
46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
6-03-2026, 10:00
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Son xəbərlər
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 16:41
    "Verteba” klinikasın tibb təhsili olmayan həkimlər işləyirmiş - ADLAR
  • Bu gün, 15:57
    Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
  • Bu gün, 12:48
    "Avrora" bizə zəhərli qidalar yedirir? - Diqqətli olun! -VİDEO
  • Bu gün, 12:08
    AQTİ Qoşqar Təhməzlinin şirkətindən 42 min manatlıq tələ alır
  • Bu gün, 11:39
    Vidadi İsayevdən "kadr islahat"ları - "Kənd sovetləri"nin müavinləri işdən çıxarıldı...
  • Bu gün, 10:56
    “Yaşıl Bağ” restoranında tikintiyə hansı məmur icazə verib?
  • Bu gün, 10:35
    Xaçmazda narazılıq dalğası böyüyür – sakinlər Elnur Rzayev-dən gileylənir İDDİA
  • Bu gün, 09:34
    Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub
  • Bu gün, 09:11
    Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – FOTOLAR
  • Dünən, 19:00
    Sahib Məmmədov “Azəriqaz” ın yalanını İFŞA etdi – Foto
  • Dünən, 18:37
    Tanınmış aparıcının həyat yoldaşına 2,4 milyonluq sifariş (FOTO)
  • Dünən, 18:12
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
  • Dünən, 17:32
    Saleh Məmmədovdan qalma komandaya DAHA BİR İTTİHAM... - SƏN DEMƏ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə