• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gələn il kimsə PAMBIQ ƏKMƏYƏCƏK... - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Araşdırma

16-10-2024, 10:24

Gələn il kimsə PAMBIQ ƏKMƏYƏCƏK... - NAZİRİN NƏZƏRİNƏ...

Azərbaycanda pambıq istehsalı ilə məşğul olan fermerlər problem içində olduqlarını deyirlər.

Onların sözlərinə görə, son 7 ildə pambıqçılığa qeyri-neft sektoru sahəsi kimi milyonlarla vəsait xərclənsə də, gəliri xərclərini qarşılamır.

2017-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən, xam pambıq istehsalı 500 min tona çatdırılmalı idi.

Statistik göstəricilər isə bunun əksini deyir. Yəni 2022-ci ildə ölkə üzrə 104 min hektar ərazidən 322 min ton məhsul əldə edilib: 178 min ton əskik. Hətta 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min hektar azalsa da, istehsal həcminin 72 faiz artdığını bildirirlər.

Fermerlər isə ildən-ilə həm məhsuldar torpaq, həm iqlim, həm də keyfiyyətli toxum, pestisid problemlərindən dolayı yüksək məhsuldarlıq əldə edə bilmədiklərini deyirlər.

7 ildir ki, pambıq əkib-becərən Şahmurad İmanov Saatlı rayonunda bu il 10 hektar icarəyə götürdüyü torpaqda əkin apardığını deyir.

Onun sözlərinə görə, xərclərin çoxluğundan dolayı fermerlər zavodlarla müqavilə bağlamaq məcburiyyətində qalırlar:

“Hər il məhsuldarlıq fərqli olur. Bir hektara ən yaxşı halda 4-5 ton məhsul yığırıq. Normalda 3-3.5 ton olur. Zərərvericilər həddən artıq çoxdur. Davamlı pestisidlərlə mübarizə də effekt vermir. Xərclərin yarısını keyfiyyətsiz pestisidlər tutur. Pambıqçı olaraq ziyanvericilərlə əlbəyaxayıq. Torpaqları belə icarəyə götürürük. Əkinə yararlı torpaqların hektarı 400-500 manat arasında dəyişir”.

Fermer deyir ki, məhsuldar torpaqları şirkətlər götürüb deyə heç icarəyə torpaq da tapmaq olmur:

“Suvarmaya görə də illik 100 manat ödəyirik. Toxumu, pestisidi, gübrəsi baha. Bir kisə gübrə 30 manata, bir kiloqram toxum 5,50 manatdır. Tək kombaynın alışına yarım milyon qiymət deyirlər. Texnika heç əlçatan deyil. Əkindən yığıma qədər fermerlərin xeyli xərci olur ki, bunu da özü edə bilmir. Zavodlarla müqaviləyə əsasən bütün xərcləri onlar çəkir və məhsul yığımında xərclər hesablanıb ödənilir. On hektara 20 min manat xərcim çıxacaq. Hər tondan 120 kiloqram nəmliyə görə çıxırlar. Yekunda 35-40 ton məhsul qalarsa yarısı, bəlkə daha çox şirkətə borc olaraq çıxılacaq”.

“5 manat subsidiya artımı qalxan xərclər fonunda azdır”

Fermer deyir ki, ilbəil artan xərclər gəlirləri üstələdiyindən onları çətin vəziyyətdə qoyur. Son iki ildə isə yanacaq artsa da, subsidiyanın qiyməti qalxmayıb.

Dövlət tərəfindən isə pambığın hər kiloqramına 19 qəpik subsidiya ödənilir. Yəni tonu 190 manat hesablanır. Hazırda zavodlar tərəfindən isə bir ton birinci növ pambığın alıcılığı 800 manat, ikinci növ 780 manat, üçüncü növ 740 manat, dördüncü növ isə 700 manata hesablanır.

Növbəti il üçün Kənd Təsərrüfatı Nazirliyi subsidiya ödənişlərini müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələr üçün məhsulun tonunu 210 manat, digər sahələr üçün isə 195 manat məbləğində nəzərdə tutub. Ancaq belə artımlar əksəriyyət fermerlərin qazancına ciddi təsir etmir. Çünki sahələrin çoxu müasir suvarma sistemləri ilə təchiz edilməyib.

“Yanacaq çox qalxdı. Texnika hər hektar sahəni 200 manata yığır. Ötən il hektarını 50 manata şumladığımız sahə üçün bu il 70 manat tələb olundu. Xərclər qalxır, ancaq məhsulun subsidiya və alış qiyməti qalxmır. Müasir suvarma sistemləri ilə təchizat zəifdir. Kəndimizdə 100 hektar pambıq sahəsinin əksəriyyəti selləmə su ilə suvarılır. Bu sahələrə də subsidiyanı cüzi artırırlar. Toxumlar isə illik dəyişdirilir. Əvvəllər bir ağacda 8-10 çiyid vardırsa, indi 5-6 çiyiddir ki, bu da çəkiyə təsir edir. 5 manat subsidiya artımı qalxan xərclər fonunda azdır”, – deyə Şahmurad İmanov pambıqçıların üzləşdiyi problemləri sadalayır.

“Zavodlar istehsal etdiyi məhsulu sata bilmədiyindən yığılıb qalır”

Dediklərinə görə, artan xərclər fonunda bəzi fermerlər pambıq əkinini dayandırmaq məcburiyyətində qalır. İllərdir ki, Kürdəmirin Şilyan kəndində pambıq əkən Qaçay Əliyev bu il əkini dayandıranlardandır.

Ötən il 25 hektar əkin fonunda bu il torpaq tapa bilməyən fermer Zərdab rayonunda pambıq sahələrində aqronom kimi çalışır.

Deyir ki, nəinki xərclər çoxdur, hətta pambığın dünya bazarında alıcılıq qiyməti də zəifdir deyə zavodlarda yığılıb qalıb:

“Yağıntılı olmasaydı, məhsuldarlıq normal olardı. Yağıntılı hava, şəraiti pestisidlərin vaxtında vurulmamasına maneə oldu. Ona görə orta hesabla hər hektara 35 sentner məhsul toplanılır. Ötən il də 25 hektar sahəmdən eyni məhsuldarlığı götürdüm. Bu il həm kənd təsərrüfatı məhsullarında, həm yanacaqda bahalanma oldu, həm də zavodlar istehsal etdiyi mahlıcı sata bilmədiyindən yığılıb qalır. Satış qiymətləri, subsidiya normal qalxmalıdır ki, pambıqçılara dəstək olsun. 25 hektar pambıq sahəsindən ancaq çörəyimi çıxartdım”.

“Pambıqçılıq xərcləri qarşılayacaq gücə malik fermer üçün sərfəli olar. Yəni yaxşı torpaq sahələrinə, əlçatan, keyfiyyətli aqrotexniki qaydalarına sahib olarsa, sərfəli olar. Ancaq fermerlər o xərcləri qarşılamaqda əziyyət çəkir, şirkətlərdən asılıdırlar. Şumdan tutmuş pambıq yığan texnikayadək hansı birini alsın? Toxum, pestisid, gübrə və digər xərclər var. Çox maddi vəsait lazımdır. Normal şəkildə bir hektara 1700-2000 manat xərc çıxır. Suvarma ciddi problemdir. Öncə müasir suvarma sistemləri ilə problem həll olunmalıdır. Satış və subsidiya əsaslı qaldırılmalıdır”, – deyə o qeyd edir.

Normadan artıq texnika, xərclənən milyon vəsaitlər…

Bu il Azərbaycanın 24 rayonu üzrə ümumilikdə 103 min hektar sahədə pambıq əkilib.

Ötən il isə 93 722 min hektar sahədən 276 min ton pambıq yığılıb. Bu il də təxmini eyni məhsuldarlıq gözlənilir. Fermerlərin problemləri fonunda ekspertlər dövlət büdcəsindən pambıqçılıq texnikası üçün ayrılan vəsaiti normadan artıq hesab edir. Son iki ildə 300 milyon manat güzəştli kredit pambıqçılıq texnikasına ayrılıb.

Bir milyarddan artıq isə ümumi xərclər edir. İki il öncənin statistik rəqəmlərinə əsasən ölkədə 512 pambıqyığan kombayn var ki, bu da normadan çox artıqdır.

Ölkədə 100 min hektar pambıq sahəsi üçün 350 pambıqyığan kombayn və 1050 traktor yedəyi yetərlidir. İldə isə xam pambıqdan, pambıq lifi və ipliyindən gələn gəlir 200 milyon manat etmir.

Hazırda dünya bazarında pambığın bir kiloqramının qiyməti 1.63 dollardır. İki il öncə isə qiymət iki dəfə baha idi.

“Pambıqçılıq makroiqtisadi baxımdan sərfəli deyil”

Kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəsirli deyir ki, pambıqçılıq ölkənin iqlim şəraitinə uyğun kənd təsərrüfatı bitkisi deyil.

Onun sözlərinə görə, zəhmət və xərci çox pambıqçılıqdan gələn gəlir ölkənin kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına olan idxal tələbatından dəfələrlə aşağıdır:

“Sovet dövründə pambıqçılıq məcburi idi. Rusiya daşıyıb apardığı neft-qaz gəlirinin 20 faizini bu ölkədə pambıqçılığın inkişafına yönəltdi ki, məcburi məşğuliyyət olsun. Ancaq bilmirlər ki, Özbəkistanın Səmərqənd şəhərindəki zavodlarda göndərilən pambığın heç on faizi istifadəyə yararlı olmurdu. Mən həmin pambıq tayalarının tüstüləndiyinin şahidiyəm. Çünki bizim ölkədə istehsal olunan bir ton pambığa 160 kq lif çıxır. Halbuki digər ölkələrdə bu 400-500 kiloqramdır. Azərbaycan pambığının keyfiyyəti aşağıdır, alan yoxdur. Türkiyə tək alırdı. O da böyük zəlzələdən sonra zavodların əksəriyyəti bağlandı. Ötən il istehsal olunan pambıq əldə qalıb”.

Ekspert hazırda heyvandarlığın pambıqçılığa qurban verildiyini deyir:

“Pambıqçılıq makroiqtisadi baxımdan da sərfəli deyil. Tutaq ki, illik pambıqdan 150- 200 milyon dollar gəlir varsa, digər kənd təsərrüfatlı mənşəli ərzaq məhsullarına 3-4 milyard dollar vəsait xərclənir. Əvvəllər bu 1.5-2 milyard dollar idi. Bu il 4 milyarda yaxınlaşıb. Tələbat çoxdur. Ancaq strategiya səhv qurulub. Hansı ki heyvandarlıq, yem, örüş sahələrini fermerlərin əlindən alıb pambıq sahələrinə qurban verilib. Buna görə Azərbaycan bunun əziyyətini çəkir. Ət, ağartı məhsulları bahalaşır. İstehsal azalıb, idxal ümidinə qalmışıq. Əslində, pambıqçılıqdansa yem bazasının artırılmasına, heyvandarlığın inkişafına, örüş sahələrinin, ərzaq buğda əkinin artırılmasına fikir vermək lazımdır. İdxal asılılığını təcili yarıya qədər azaltmaq lazımdır”.

“Ölkədə məqsədli pambıq “pripiskası” var”

O, ölkədə pambıq sahələrinin suvarılmasında da ciddi problemlər olduğunu qeyd edir.

Müasir suvarma sistemlərini fermerlər üçün əlçatmaz sayır, selləmə suvarma isə torpaqları şoranlaşdırır. Ölkədə məqsədli pambıq “pripiskası” prosesini istisna etmir:

“Pambıq susevən bitki olduğundan yay ərzində ən azı 3-4 dəfə suvarılmalıdır. Ölkədə isə ciddi su çatışmazlığı var. Müasir suvarma sistemi isə ölkə fermerinə əlçatmazdır. Əks halda selləmə suvarma metodu isə torpağı şoranlaşdırır, zərərli duzlar torpağı sıradan çıxarır. İndi drenaj şəbəkələri olmadığından pambıq sahələrində ciddi şoranlaşma gedir. Bizim ölkədə keyfiyyətli, məhsuldar pambıq istehsalı olmayıb. 80-ci illərdən isə etibarən pambıq “pripiskası” formalaşdı. İstifadə olunmayan Azərbaycan pambığının əvəzinə pul tələb olunurdu. Guya yüksək istehsal adı ilə dövlət dotasiya verir. Bu sistemlə “pripiska” başladı və sonu da xeyli vəzifəli şəxslər həbsləri və intiharları ilə nəticələndi. Bu istehsalı artırmaq məqsədi güdürdü”.

“Subsidiyanın verilmə forması və məbləği məhsuldarlığa mənfi təsir edir”

Akif Nəsirli normadan artıq texnika alışını və az subsidiya məbləğini də korrupsiya məqsədinə xidmət etdiyini deyir. Üstəlik, hesab edir ki, bu ilki məhsuldarlığın ilk mərhələsi məhv olduğundan yığım prosesi gecikib, məhsuldarlıq isə aşağıdır:

“Pambıqçılıq üçün normadan artıq texnikanın dövlət vəsaiti hesabına alışı çox geniş korrupsiya imkanlarını göstərir. Subsidiyanın verilmə forması və məbləği məhsuldarlığa mənfi təsir edir. 25 faizi şumlanma üçün nağdlaşdırır. Yəni az məbləğ. Qalan 75 faizi fermer kartında qalır. Kənd Təsərrüfatı Nazirliyinin seçdiyi şirkətlər tərəfindən lazım olan məhsullara görə mənimsənilir. Həmin şirkətlər, zavodlar, sahibkarlar arxayındır ki, bu 75 faiz vəsait onundur. Ona görə ən keyfiyyətsiz, ucuz, qeyri-məhsuldar toxum, herbisid, pestisid alıb baha fermerlərə satır. Builki mövsümdə çiçəklənmə dövründə qurdlar həddən çox oldu. Çoxsaylı mübarizə tədbirləri də nəticə vermədi. İlkin məhsuldarlıq keyfiyyətsiz preparatların güdazına getdi. Pambıq yığımı ona görə gecikib. Əksər rayonlarda birinci yığım “sovka”nın (pambığa zərər verən kəpənək qrupu – red.) qurbanı oldu. Ona görə yüksək məhsuldarlıq gözlənilən deyil”.(dia-az.info)

Oxunub: 2 035
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

7-10-2024, 13:55

"Zavod məni aldatdı, 3 ton PAMBIQ SAHƏDƏ MƏHV OLUR" - SAHİBKAR FƏRYAD EDİR

Gündəm / Cəmiyyət

24-09-2024, 09:27

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Cəmiyyət

29-08-2024, 16:25

Sabirabadda fermerlər narahatdır: Pambıq sahələrinə sovka yayılıb, Nazirlikdən isə xəbər yoxdur...

Gündəm / Araşdırma

21-05-2024, 18:39

Məcnun müəllim, fermerlər DAD DEYİR... - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Araşdırma

20-05-2024, 11:17

`Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR

Gündəm / Cəmiyyət

6-05-2024, 13:36

Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

12-03-2024, 17:01

Məcnun müəllim BUNLARI BİLSƏ YAXŞIDIR... - "Emal müəssisələri məmurlara yaxın olan adamların əlindədir..."

Gündəm / Araşdırma

23-11-2023, 11:11

Məcnun müəllimin buralardan XƏBƏRİ VARMI? - Diqqət

Gündəm / Cəmiyyət

17-11-2023, 21:13

Azərbaycanda 800 min manatlıq pambıq yoxa çıxıb: - "Palçığın içində..."

Gündəm / Cəmiyyət

31-10-2023, 19:38

Pambıq "oyun"una qurban gedən heyvandarlıq - Yem baha, örüş yeri satılıb, ət istehsalı azalıb...

Gündəm / Cəmiyyət

19-10-2023, 14:04

ÇAY BAZARI KİMİN İNHİSARINDADIR? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

6-09-2023, 13:21

"Pambıq respublikası"nda statistika var, pambıq yoxdur... - Susuzluq və əkinin gecikməsi pul "aparır"

Gündəm / Araşdırma

5-08-2023, 17:07

Azərbaycanda bitki yağları istehsalı niyə kəskin azalıb - Qiymətlərdə nə gözlənilir?

Gündəm

1-07-2023, 19:33

“Paşa Holdinq”ə bağlı məşhur şirkət milyonlarla zərər edib - Kürü satır...

Gündəm / Cəmiyyət

8-05-2023, 14:29

Anar Hüseynova ittiham: “40 min manata yaxın subsidiya alsa da…”

Araşdırma
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
RASİM GÜZDƏKDƏ AT OYNADIR
Hadisə
3-07-2025, 10:04
Bilgəh çimərliyində boynu sınan gənc öldü
30-06-2025, 18:41
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
12-06-2025, 09:15
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
5-06-2025, 09:29
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Son xəbərlər
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Dün, 14:35
    Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
  • Dün, 14:11
    Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
  • Dün, 13:13
    DYP radarlarla bağlı müraciət yaydı
  • Dün, 12:11
    Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
  • Dün, 12:04
    Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
  • Dün, 10:24
    Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
  • Dün, 09:34
    Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
  • Dün, 09:09
    Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə