• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Gündəm / Cəmiyyət

19-10-2024, 21:55

Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “ŞaurmaN1” işinin yeni detalları üzə çıxıb.

Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir. Məsələ burasındadır ki, “ŞaurmaN1” Bakı şəhərində Nizami 81 ünvanında Natiq Sadıqovun rəhbərliyi altında ilkin fəaliyyətə başlayıb. Atası Eldəniz Sadıqovun keçmişdə pivəxana kimi işlətdiyi məkanın profilini dəyişən N.Sadıqov bu işdə özünü doğrultmur. Bir tərəfdən də o zamanlar N.Sadıqovun atasının Türkiyədəki müalicəsinə böyük pullar sərf etməsi Natiq Sadıqovu və biznesini tam iflas həddinə çatdırır. Bu müddətdə həm atasının müalicəsi, həm də digər xərcləri üçün yaxın münasibətdə olduğu Aqil Babayevə pul üçün müraciət edən N.Sadıqovun Aqilə 800 min manata yaxın borcu yaranır. 2010-cu ildə N.Sadıqov Nizami 81 ünvanındakı obyekti sataraq borclarını ödəmək fikrinə düşür. Bu vaxt Aqil Babayev bir dost kimi ona borca görə narahat olmadığını, obyekti işlətməsini məsləhət görür, hətta “ŞaurmaN1” şəbəkəsini böyütmək üçün ona maddi dəstək göstərəcəyini bildirir. N.Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır. Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edir (bu toplantı haqqında növbəti yazımızda geniş məlumat verəcəyik). Aqil Babayev Natiq Sadıqovun həyat tərzində olan bəzi yanlışlıqları, səhvlərini görərək həm şərik, həm də böyük qardaş kimi ona məsləhət verib və danlayır. Bildirib ki, belə işlərdən əl çəkməsə qurduğu biznesə maneə yarana bilər. Onu həm də ətrafında puluna göz dikən, adını dost qoyan şəxslərdən uzaqlaşdırmaq istəyirdi. Görünür, bu, Natiq Sadıqova xoş gəlmir və Natiq Sadıqov və Aqil Babayev arasında münasibətlər 2018-ci ildən daha da kəskinləşməyə başlayır. Onlar arasında son telefon mesajlaşmasında isə N.Sadılqov A.Babayevə səhvlərini etiraf edib yalvararaq bağışlanmasını xahiş edir. İyun ayının 6-da olan bu yalvarışıdan iki gün sonra isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evində 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlakları ələ keçirilmişdir. Onların qanunsuz hərəkətlərinə göz yumulması, araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyini bir qədər də artırmış, artıq onlar Aqil Babayevi 150 000 manat müqabilində öldürülməsi barədə planlar qurulmuş və bununla bağlı da müvafiq sübutlar hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Ən maraqlı məqam ondan ibarətdir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra müəyyən şəxslər Bakı şəhəri, ”Ağ şəhər” adlanan ərazidə yığışaraq Aqil Babayevin öldürülməsi barədə qərar qəbul etmişlər. Burada bütün məqsəd Aqil Babayevin 9 000 000 (doqquz milyon) manat pulunu, bahalı avtomobillərini, bağ evlərini, qızıllarını və digər əmlaklarının qaytarılmasının qarşısının alınmasıdır. Buna qədər də N.Sadıqovun Aqil Babayevə qarşı xain planları olub. Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) ŞAURMA №1 nömrəli əmtəə nişanına hüququnun təsbit edilmiş həmin sertifikat verilmişdir. Söhbətin dövlət qurumu tərəfindən təsdiq edilmiş rəsmi sənəddən getdiyini nəzərə alsaq, Məhərrəmovun şəxsi razılığı olmadan kiminsə bu sənədə dəyişiklik edə biləcəyini heç ağlına belə gətirməyib. Əmtəə nişanı hüququ Natiq Sadıqovun xalasıoğlu Teymur İmaməliyevin adına qeydiyyatdan keçib.Eyni zamanda, həm buraxılış tarixi, həm də reyestr nömrəsi C.Məhərrəmovun hüquqları ilə eyni idi. Belə çıxır ki, eyni sənəd eyni vaxtda iki müxtəlif hüquqi şəxsə verilib. Amma bu baş verə bilməz, elə deyilmi? Sonra mən bu hekayənin dolaşıqlığını açmağa başladım və nəticədə İmamverdiyevin başqasının əmtəə nişanının mənimsənilməsi ilə bağlı sövdələşməsinə nail olan fırıldaqçılıq və saxtakarlığın mürəkkəb texnologiyasını üzə çıxardım. Sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzasını saxtalaşdırıb. Bundan sonra o, Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahiblik barədə saxta sənəd alıb. Daha sonra İmamverdiyev özünə yaxını Səbuhi Əliyevi şərik tapır və ona yenidən mülkiyyət şəhadətnaməsi verib. Lakin artıq bu dəfə gözlənildiyi kimi, notarius vasitəsilə. Və bir müddət sonra Səbuhi Əliyev də notarius vasitəsilə həmin sənədi İmaməliyevin özünə yenidən rəsmiləşdirib. Saxta sənədi “yuyaraq” və bununla da əqli mülkiyyətin “qanuni” sahibinə çevrilən, özünü toxunulmaz hiss edən Teymur İmaməliyev bir şeyi nəzərə almayıb ki, pullardan fərqli olaraq, rəsmi sənədlərin “yuyuluması” daha çətindir.
Bundan əlavə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Madriddə (İspaniya) yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli ŞAURMA №1 nömrəli əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib. Həmçinin bu hüququn 2023-cü ilin oktyabr ayının sonuna qədər Belarus, Çin, İran, Qazaxıstan, Ukrayna və Rusiya ərazisində də tanındığı təsdiqlənib. Bu sənədlərin məzmunu heç bir şübhə yeri qoymur ki, “təşəbbüskar” Teymur İmaməliyev nəinki mənimsənilmiş əqli mülkiyyət hüququnu itirəcək, həm də ola bilsin, sənəd uydurmaq və dövlət zəmanəti altında olan əmlakın mənimsəməsinə görə bir neçə ilə qədər azadlığınından məhrum olacaq.(Yenixeber.org)

İkinci hissə...

Oxunub: 3 256
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-10-2024, 08:34

Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları: maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Gündəm / Araşdırma

10-09-2024, 20:00

Nəcməddin Sadıqovun qaynı ilə İsfəndiyar Axundovdan maddi ziyan tələb edir - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

3-09-2024, 17:46

Beyləqanda müəmma: Zahid Sadıqov idarə rəisi təyin olunub? - İdarə rəisi olmaq uğrunda mübarizəyə isə...

Gündəm / Araşdırma

4-06-2024, 10:05

"Qarant" Kredit təşkilatı vətəndaşın qızılını qaytarmaqdan imtina edir - ŞİKAYƏT

Gündəm / Araşdırma

3-04-2024, 20:31

Nazirlər Kabinetinin vəzifəli şəxsi ilə “Göyçay-Şərab” ASC arasında MƏHKƏMƏ qalmaqalı - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

29-03-2024, 16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Araşdırma

14-03-2024, 18:57

MİDA rəhbərinin qardaşı işdən çıxarıldı - FOTO

Gündəm / Araşdırma

23-02-2024, 18:55

Keçmiş şöbə rəisi DGK-nı niyə məhkəməyə verib? – Ədalət Mehdiyevlə qurum arasındakı çəkişməsinin təfərrüatları

Gündəm / Cəmiyyət

31-01-2024, 10:26

Cəlilabadın ƏRKÖYÜN MƏMURU da var imiş... - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

30-01-2024, 09:20

Fuad Sadıqov nazir olmaq "sevda"sına düşüb? İDDİA

Gündəm / Cəmiyyət

18-01-2024, 10:06

Elxan Nəcəfov kimdir: Ustadına kəm baxan “şəyird”, yoxsa Naxçıvan MR Təhsil naziri? - İLGİNC GƏLİŞMƏ...

Gündəm / Araşdırma

13-01-2024, 10:00

KTN-də yarımçıq islahat: Fuad Sadıqov nazirin birinci müavini olmağa hazırlaşır?

Gündəm / Cəmiyyət

20-10-2023, 18:17

Nəcməddin Sadıqovun qaynı ilə tikinti maqnatı arasında qalmaqal (TƏFƏRRÜAT)

Gündəm / Cəmiyyət

18-10-2023, 22:14

Nəcməddin Sadıqovun qaynı ilə tikinti maqnatı arasında qalmaqal - DETALLAR

Cəmiyyət

17-05-2023, 22:01

“12-Cİ İMAM” İŞİNDƏ NÖVBƏTİ ŞOK! - “Zərərçəkmiş”: “Hətta Qafqaz Müsəlmanları İdarəsinin cavab verə bilmədiyi suallara belə, Aqil Babayev cavab verib”

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
Hadisə
25-10-2025, 11:21
Tibb Universitetində dosentlərin işbirliyinə Qanun yol vermədiyi halda kimlər yol verir - TƏFƏRRÜAT
11-10-2025, 10:08
Bakı metrosunda ölüm
10-10-2025, 16:14
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
27-09-2025, 15:26
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
26-09-2025, 19:02
İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
Son xəbərlər
  • 15-10-2025, 14:36
    GÜZDƏK QƏSƏBƏ SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN QARDAŞLARIN ARXASINDA KİM DAYANIR?
  • 10-10-2025, 14:46
    XƏBƏRDARLIQ
  • 29-09-2025, 00:30
    Görəsən "niyə yurdunuza köçmürsünüz"-deyə məcburi köçkünləri təhdid edən təxribatçılar bu Laçın sakininin imdad diləməsindən xəcalət çəkirlərmi?
  • 11-09-2025, 06:45
    Vaqif Əlisoyun təxribatçılara son sərt cavabı
  • 7-09-2025, 12:16
    HAMI ÖZ YURDUNA QAYIDACAQDIR!
  • 5-09-2025, 09:52
    Özünü jurnalist sayan , çəkdiyi və paylaşdığı vidiolarla , məcburi köçkünləri təhqir etdirən Səidə Bəkirqızına , ona dəm tutanlara bu vidio ilə deyirəm
  • 7-08-2025, 14:41
    QANLI SOVET İMPERİYASI YENİDƏN XORTLAYACAQ?
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • Bugün, 17:45
    Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
  • Bugün, 17:16
    AYNA-nın 100 oyunu var bir sürücünün pulunun başında - Jurnalist AYNA-nın radar “surpriz”ini ortaya çıxardı VİDEO
  • Bugün, 15:32
    Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
  • Bugün, 15:16
    Astaranın “Əjdaha” Direktor və Müavini (Sarkastik məqalə)
  • Bugün, 11:26
    Balakən icra hakimiyyətində əməliyyat zamanı saxlanılanlar korrupsiyada şübhəli bilinirlər
  • Bugün, 11:05
    Rektoru vəzifədən azad olunaraq Gəncə Dövlət Universitetinin bağlanır
  • Bugün, 10:35
    Son model lüks avomobili olan Hikmət Əliyev
  • Bugün, 09:59
    “New Med” klinikasında sertifkatsız həkimlər çalışır
  • Bugün, 09:24
    Rafiq Quliyev qanunsuz tikintilərə hansı şərtlərlə icazə verir? -Video
  • Dün, 23:07
    Nüfuzlu şəxslərin adından sui-istifadə edən Emil Hacıyevə "dur" deyən tapılacaqmı?!
  • Dün, 19:31
    Şirvan şəhər mərkəzi xəstəxanasında pasiyentdən əməliyyat üçün belə pul alınır-Videofakt
  • Dün, 17:56
    Dədə Qorqud qəsəbəsinin sakinləri şikayəti: Artıq xəstəlik tapmışıq-Video
  • Dün, 17:26
    Bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin edilib - SİYAHI
  • Dün, 17:08
    Nəsimi rayonunda “Pilot İnşaat-A” MTK vətəndaşın evini dağıdıb
  • 28-10-2025, 19:15
    Ayaz Hümbətov pasiyenti səhv əməliyyat edib
  • 28-10-2025, 18:20
    FHN-nin bağladığı “Padişah” restoranın fəaliyyətinə hansı məmur icazə verib?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə