• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fürsətcil Ermənistan - sanksiyalardan necə yan keçilir? - ŞƏRH

Gündəm / Siyasət

23-10-2024, 15:58

Fürsətcil Ermənistan - sanksiyalardan necə yan keçilir? - ŞƏRH

 
Ermənistanı forpostuna çevirməyə çalışan Qərb ona istədiyi addımı atmağa, hətta Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməməsinə belə göz yumur.

Mediada yer alan xəbərlərə görə, Ermənistan Rusiya-Ukrayna müharibəsi və Qərbin sanksiyaları fonunda növbəti dəfə beynəlxalq qalmaqalın mərkəzinə düşüb. İkili oyun oynayır, nə Qərbə yox deyir, nə də Rusiyadan uzaqlaşır. Sözdə Rusiyanın himayəsi altında olan təşkilatlardan uzaqlaşdığını bəyan edir, əslində isə onunla hərtərəfli əlaqələrini günbəgün artırır.

Sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edir, əslində isə bunun əksini həyata keçirir. Daha çox qazanc və mənfəət əldə etməyə çalışır, Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Və nəhayət ki, "Euronews" telekanalı da buna yer ayırıb. Bəs Qərbin reaksiyası niyə ortada yoxdur? Erməni lobbisinin təsiri altında olan Avropa parlamenti və digərləri Azərbaycan əleyhinə qətnamə və bəyanatlar səsləndirmək əvəzinə, Ermənistana da təpgi göstərsə yaxşı olardı. Amma çətin ki, bunu müşahidə edə biləcəyik.

"Euronews" telekanalının bununla bağlı araşdırmasında bildirilir ki, Ermənistan münaqişədə birbaşa iştirakçı olmasa da, onun Rusiya ilə iqtisadi əlaqələri tənqid obyektinə çevrilib. Xüsusən də, malların yenidən ixracı və sanksiya altında olan şirkətlərlə beynəlxalq bazar arasında ticarətə yardım etməsi bu tənqidlərə rəvac verib.
Fürsətcil Ermənistan - sanksiyalardan necə yan keçilir? - ŞƏRH

Telekanal doğru olaraq qeyd edib ki, rəsmi İrəvanın Rusiya ilə iqtisadi münasibətləri, Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra xüsusilə çiçəklənib. Rusiya iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, ötən il bu rəqəmin 7,4 milyard dollara çatdığını bəyan edib. Bu ilin birinci yarısında bu göstərici 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Hazırkı templə davam edərsə, o zaman ticarət həcminin ilin sonuna qədər 14-16 milyard dollara çata biləcəyi təxmin edilir.

Ticarət dövriyyəsinin ciddi şəkildə artması Ermənistanın Rusiyanın Qərb sanksiyalarından yan keçməsinə imkan yaradan yenidən ixrac mərkəzi statusundan istifadəsi kimi şərh oluna bilər.

Ermənistanın geosiyasi sahədə mühüm rola yüksəlməsi dolayısı ilə Rusiyanın sanksiyalar şəraitində iqtisadi dayanıqlılığını gücləndirib. Ölkə, əlbəttə ki, öz maraqlarını irəli çəkməyə diqqət yetirir, lakin bu dinamika Rusiyanı təcrid etməklə bağlı qlobal səylərin pozulmasına dair narahatlıq doğurur.

Yenidən ixraca icazə verməklə və güclü ticarət əlaqələrini dəstəkləməklə Ermənistan Rusiyaya qadağan olunmuş mallara və texnologiyalara davamlı çıxış təmin edərək sanksiyaların təsirini yumşaltmağa kömək edir. Ermənistan Moskvanın sanksiyalardan yan keçməsində mühüm alətə çevrilib, o cümlədən ölkə Rusiyanın qiymətli daşlarının və qızılının yenidən ixracı ilə məşğul olur.
Fürsətcil Ermənistan - sanksiyalardan necə yan keçilir? - ŞƏRH

"2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur", - telekanal qeyd edib.

Ermənistanın Rusiya ilə sıx əlaqələri diqqətdən kənarda qalmayıb, lakin Qərbin reaksiyası nisbətən təmkinli olaraq qalır. Pərdə arxasında yaxşı təşkil olunmuş lobbi səyləri görünür və ehtimal ki, nüfuzlu elitalar tərəfindən həyata keçirilir. Bununla yanaşı, böyük PR və kommunikasiya şirkətləri tərəfindən dəstəklənir.

Bildirilib ki, Ermənistanın Rusiyayla ticarətinin artması sayəsində stimullaşdırılan iqtisadi artımı dolayısıyla Ukraynada müharibə ilə subsidiyalaşdırılır.

Eyni zamanda, diplomatik arenada Ermənistanın baş naziri Nikol Paşinyan, xüsusən də Ukraynada münaqişə başladıqdan sonra Rusiyadan nümayişkaranə şəkildə məsafə saxlamağa çalışır.

"Ermənistanın diplomatik səylərinin həqiqətən səmimi olduğunu, yoxsa qlobal qeyri-sabitlikdən, xüsusən də davam edən müharibə kontekstində faydalanmağa yönəlmiş təfriqəçi manevrlər olduğunu müəyyən etmək getdikcə çətinləşir", - məqalədə vurğulanıb.
Fürsətcil Ermənistan - sanksiyalardan necə yan keçilir? - ŞƏRH

Qeyd edək ki, "Euronews" bundan əvvəl Ermənistanla bağlı daha bir qalmaqallı xəbər dərc etmişdi. Bir müddət əvvəl aparılan araşdırmalarla bəlli olub ki, İrəvan Rusiyaya kimyəvi maddələrin tədarükündə sanksiyalardan yan keçmə sxemində bir həlqə olub. İspaniya hakimiyyəti Rusiya üçün nəzərdə tutulmuş böyük bir partiya kimyəvi maddələri ələ keçirib. Bunların arasında kimyəvi silah üçün prekursorlar ola bilər. Polisin məlumatına görə, Rusiya şirkəti Ermənistanda olan şirkətlər də daxil olmaqla saxta firmalar vasitəsilə mürəkkəb tədarük sxemi təşkil edib. Telekanalın qeyd etdiyi kimi, bu ölkə tranzit məntəqəsi kimi çıxış edərək Ukraynada müharibə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalardan yan keçməyə kömək edib.

Əlavə edilir ki, Ermənistan bu cür sxemlərə cəlb olunmasına, risklərə baxmayaraq Rusiya ilə sıx iqtisadi əlaqələri qoruyub saxlayır. Bu yaxınlarda Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Mərkəzi Asiya və Qafqaz üçün tədarük adı altında sanksiya tətbiq edilmiş malların Aİ-dən Rusiyaya daxil olduğu saxta tranzit sxeminə görə narazılığını bildirib. Lakin Ermənistanı əsas iştirakçı kimi qeyd etməyib. Ermənistan Ukraynada müharibə hesabına qazanc əldə edir və Rusiya Federasiyasına Qərb sanksiyalarından yan keçməyə kömək edir.

Bütün bunlara isə bir ad qoymaq olar – fürsətcil Ermənistan. Yenə də Qərbin susqunluğunu müşahidə edirik. Həm ABŞ, həm də Avropa sanksiyalarını görməzdən gələn Ermənistana heç bir təzyiq göstərilmir. Belə getsə, Ermənistan qadağan olunan digər malların tranzitində əsas ölkəyə çevriləcək, plasdarm rolunu oynayacaq.(Report)

Oxunub: 3 774
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

30-09-2024, 20:19

İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə

Gündəm / Dünya

11-09-2024, 20:19

Şarl Mişel: Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir

Gündəm / Cəmiyyət

13-06-2024, 16:15

“Lexsus”, “Honda” və “Mazda”nın Bakı nümayəndələri Rusiyaya GİZLİ maşın satır? - ARAŞDIRMA

Dünya

30-05-2024, 13:24

Şolts da Kiyevin Rusiyanı Qərb silahları ilə vurmasına razıdır

Gündəm / Siyasət

11-05-2024, 16:25

Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Gündəm / Dünya

7-05-2024, 13:06

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Gündəm / Cəmiyyət

1-03-2024, 22:45

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

Gündəm / Dünya

19-01-2024, 10:45

“Rusiya Aİ-nin Ermənistanda möhkəmlənməsinə laqeyd qalmayacaq” - Görünəni odur ki...

Gündəm / Dünya

22-12-2023, 14:49

Kreml qorxur və qorxudur: - “Rusiya dağılacaq”

Gündəm / Dünya

22-12-2023, 10:03

Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib - Görünəni odur ki...

Gündəm / Dünya

6-12-2023, 06:34

Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır -Əgər belə davam edərsə...

Gündəm / Cəmiyyət

27-09-2023, 13:40

Tiflisdə “rəngi inqilab” Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər - Ekspert danışır

Gündəm / Cəmiyyət

11-09-2023, 17:00

Rusiyanın yardımı niyə iki gündür Xankəndiyə çatdırılmır? - Bərdədə gözləyən yük...

Gündəm / Siyasət

25-07-2023, 17:34

Rusiya-Qərb riyakarlığı: Qarabağda və Ukraynada - ŞƏRH

Gündəm / Cəmiyyət

19-05-2023, 20:47

"Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək" - Ərdoğan

Araşdırma
İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
Hadisə
Bu gün, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 16:30
    Azərbaycanda yağışlı hava sabah da davam edəcək
  • Bu gün, 16:00
    İsrail ordusu sutka ərzində İranda 120-dən çox hədəfə hücum edib
  • Bu gün, 15:00
    "Xatəm əl-Ənbiya": ABŞ ordusu F-35 qırıcısının pilotunu xilas edə bilməyib
  • Bu gün, 14:00
    İranın hava məkanı daha bir həftə bağlı qalacaq
  • Bu gün, 13:30
    Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
  • Bu gün, 13:00
    Ukrayna dronları LUKOIL neft emalı zavoduna zərbə endirib
  • Bu gün, 12:00
    Zori Balayan ölüb
  • Bu gün, 11:30
    İran dronları Küveytin neft sektoru kompleksinə zərbələr endirib
  • Bu gün, 11:00
    Tehran sakinləri: “İran gözlərimizin qarşısında məhv edilir”
  • Bu gün, 10:30
    İranda vurulan qırıcının digər pilotu da xilas edildi
  • Dünən, 16:04
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • Dünən, 15:26
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə