• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir

Gündəm / Cəmiyyət

6-11-2024, 13:00

Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir

Sabah, Sumqayıt Apellyasiya Məhkəməsidə Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin tərəf olduğu məhkəmə prosesi davam etdiriləcək. Hakim Zaur Məmmədovun sədrliyi ilə ötən ayın əvvəlinə təyin edilən proses sabiq deputatın vəkilinin istəyi ilə təxirə salınmışdı. İddiaçı, şabranlı sahibkar Mansur İbrahimov məhkəmənin növbəti dəfə təxirə salınmasını ona qarşı törədilən sərhədsiz qanunsuzluğun mümkün qədər daha çox uzadılmasına xidmət etdiyini açıqlamışdı.

Demişdi ki, sabiq deputat Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətinin əsassızlığı bilir, buna baxmayaraq məqsədli şəkildə məhkəməyə müraciət etməklə vaxt qazanır: “Bu adam məhkəməyə müraciət etmək hüquqdan sui-istifadə edir, üstəlik hər bir məhkəmə prosesinin də mümkün olan bütün vasitələrə əl atmaqla uzadır. Ötən gün keçirilən proses də istisna olmadı. Bu dəfə də məhkəməyə vəkilinin atasının ölümü ilə bağlı məlumat veriblər. Əsassız yerə, məhkəmə prosesini uzatmaq üçün çoxsaylı belə məlumatlar verdiklərindən, vəkilinin atasının ölüm xəbərinə də inanmıram. Ona görə də müvafiq araşdırılma tələbi ilə məhkəməyə rəsmi qaydada müraciət etmişəm.

Ramiz Mehdiyevin kürəkəni İlhamın məqsədi mənə məxsus olan, illər öncə ələ keçirdiyi torpaqlarımdakı bağlarda əkdiyim ağacların meyvəsini yığıb satmaq, külli miqdarda vəsaiti ələ keçirməkdir: “Bu adam məhkəmələrə heç bir əsası olmayan vəsatətlər, iddialar verməklə hüquqdan sui-istifadə edir. Günü-günə, ayı-ilə calayırlar ki, bağlarımdan meyvələri yığıb satsınlar. Azərbaycan məhkəmələrindən öz maraqlarının təmin edilməsi üçün bu şəkildə istifadə edir. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti də məhz buna xidmət edir. Sadəcə bu yolla vaxtı uzadır ki, bağlarımda bacardıqca çox qalıb meyvələri talasınlar. Tonlarla gilası, almanı, armudu və ən müxtəlif meyvələri mənə məxsus bağlardan oğurlayıb, satırlar. Bütün bu oğurluqlar vaxt uzadılması hesabına baş tutur. Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə mənim iddiama baxılarkən qarşı tərəf dəqiq bilirdi ki, haqsızdır, məhkəməni uduzacaq. Daha Ramiz Mehdiyev də vəzifədə deyil ki, məhkəmə sədrlərinə zəng edib kürəkəni üçün istədiyi hökmü, qətnaməni verdirə bilsin. Ona görə də məhkəmədə vəkili bir-birindən əsassız, iş üçün heç bir əhəmiyyət kəsb etməyən vəsatətlər verirdi.

Təsəvvür edin, vəsatətlərdən biri təsisçinin prosesə dəvət olunması, digəri zəbt olunmuş torpaqların yerləşdiyi bələdiyyə sədrinin prosesə çağırılması, daha biri mənim şikayətlərim üzrə başlanmış cinayət işindən sənədlərin tələb olunması ilə bağlı idi. Həm də hər 3 vəsatətlə bağlı prosesin təxirə salınmasını, yenidən vaxt qazanmalarına şərait yaradılmasını istəyirdilər. Məhkəmə hər 3 vəsatəti araşdıraraq əsassız olması səbəbindən rədd etdi. Buna qədər də təyin olunan 3 proses İlhamın vəkilinin təqdim etdiyi vəsatətlər və xahişlər səbəbindən baş tutmamışdı. Hər dəfə bir səbəblə prosesin təxirə salınmasını xahiş edirdilər ki, bağlarda meyvə yetişsin, yığıb satısınlar! Bütün güclərini prosesin maksimum uzanmasına səfərbər etmişdilər. İndi də Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verməklə bağlarımdan çıxmalarını ləngitməyə çalışırlar”.

Onun sözlərinə görə, proses süni şəkildə, hüquqdan sui-istifadə edilməklə uzandıqca zəbt olunan bağları Mehdiyevin kürəkəninin nəzarətində qalır və bağlardakı ağacların meyvələri yığılaraq satılır, böyük gəlir də müvafiq olaraq onun cibinə gedir.

Ramiz Mehdiyevin kürəkəni deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində sahibkar Mansur İbrahimova məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib. Bu haqda sahibkarın dediklərindən sitat: “Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında 5 aya yaxın araşdırma aparıldı. Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli №006-247661222 saylı məktubun icrası ilə əlaqədar qoyulmuş suallar Ağır cinayətlərin istintaqı şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun və “Turaz” MMC-nin icraçı direktoru Zahir Ələskərovun iştirakı ilə araşdırıldı. “Turaz” MMC-nin Şabran rayonu ərazisində istifadə olunan torpaq sahələri GPS aləti vasitəsilə ölçüldü və həmin sahələrin kimin mülkiyyətində olması barədə məlumatların - xəritə üzərində cizgiləri və mülkiyyətçilərin adlı siyahısı tərtib olundu. Bilindi ki, Mehdiyevin kürəkəni mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Hazırda 83 hektarın 52 hektarlıq bağ hissəsi ilə bağlı iddiaya baxılır. DİN-in bu araşdırmasına qədər, 2020-ci ilin sentyabrında Şabran Rayon Məhkəməsində mənim Mehdiyevin kürəkəninə qarşı zəbt olunmuş bağ torpaq sahələrimin geri qaytırılmasına dair iddiama baxılıb şikayətim təmin olunmuşdu. Məhkəmə qaydasında qət olunmuşdu ki, sabiq deputat mənim torpaqlarımdan çıxarılmalıdır.

Mehdiyevin kürəkəni həmin qətnamədən apellyasiya şikayəti verdi. Şikayətə hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxıldı, İ.Əliyevin şikayəti qanunsuz və əsassız olduğundan rədd edildi. Sabiq deputat bu dəfə Ali Məhkəməyə şikayət verdi və işin kommersiya xarakterli olmasını əsas gətirməklə kommersiya instansiyasına verilməsini tələb etdi. Bütün bu şikayətlər, qarşılıqlı iddialar hüquqdan, qanunlardan sui-istifadə, sırf məhkəmələrin süni şəkildə uzadılmasına xidmət edən addımlardır.

Məhkəmələrin gedişində sabiq deputatın ətrafı açıq şəkildə deyirdi ki, məhkəmələri özləri uzadırlar ki, vaxt udsunlar, zəbt olunan torpaqların mümkün qədər çoxu onların istifadəsində qalsın. Hər ötən il mənim torpaqlarımda əkib-becərdiyim ağaclardan meyvələri yığıb satır, külli miqdarda gəlir əldə edirlər. Buna görə də heç bir əsası olmayan şikayətlərlə məhkəmələri uzadırdılar. Sabiq deputatın Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia da bu qəbildən idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Almaz Süleymanova onun bu şikayətini də rədd etdi. Vaxt, zaman isə gedir. İllərdir ki, zəbt olunan torpaqlarımı Azərbaycan dövləti mülkiyyətimə qaytara bilmir. Mehdiyevin kürəkəni bu gün də özünü qanunlardan üstün bilir”.

Mansur İbrahimov bildirmişdi ki, 2011-ci ildə Mehdiyevin kürəkəni Kərim Məmmədov və Məhəmməd Balaqadaşov vasitəsilə onunla tanış olub. O zaman sabiq deputat ona şəriklik təklif edib. Şərti də bu olub ki, o, sərmayə qoyacaq, Mansur İbrahimov isə şirkətin genişlənməsini təmin edəcək:

“Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, kürəkənin təklifi ilə razılaşmalı oldum. İttiham olunan şəxs “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı. Çünki sabiq deputat vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdılar. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim. Ümumiyyətlə, mənə maaş belə verilmirdi. kürəkən cibində deputat mandatı qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də Mehdiyevin kürəkəninin özbaşınalığı ilə bağlı şikayət etməmişdim. 2019-cu ilin avqustunda sabiq deputat mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram, digər sahələrdə işimi genişləndirərəm. Lakin ittiham olunan şəxs alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlə bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var. Bundan başqa, Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. O, həmin məbləği mənə ödəməlidir. Sumqayıt Kommersiya Məhkəməsində kürəkənə qarşı iddia tələbim bu olmuşdu ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir”.

Musavat.com

Oxunub: 2 368
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

9-09-2024, 18:42

Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

3-09-2024, 12:24

Ramiz Mehdiyevin qızı Oksford Məktəbindəki payını istəyir - QALMAQAL

Gündəm / Araşdırma

12-07-2024, 14:32

“Rabitəbank” iş adamından və vəzifəli oğlundan nə istəyir? - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

31-05-2024, 15:47

“Bağlarımdan meyvələri yığıb satırlar, pullar Mehdiyevin kürəkəninin cibinə gedir” – şabranlı sahibkar ETİRAZ EDİR

Gündəm / Araşdırma

15-05-2024, 15:20

“Azəriqaz” “AAAF İnşaat”ı məhkəməyə verdi

Gündəm / Siyasət

6-05-2024, 18:20

Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

17-04-2024, 18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Gündəm / Cəmiyyət

16-04-2024, 19:00

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

Cəmiyyət

29-03-2024, 14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Gündəm / Araşdırma

16-02-2024, 16:36

Səfər Mehdiyevin qohumu olan polkovnik DGK-ni məhkəməyə verdi - İşdən niyə çıxarılıb?

Gündəm / Cəmiyyət

25-01-2024, 19:29

Keçmiş şirkət direktoru Ramiz Mehdiyevin xanımını yenidən məhkəməyə verdi - DETALLAR

Gündəm / Cəmiyyət

6-11-2023, 18:35

Apelyasiya instansiyası da Hacı Salayevin xüsusi ittihamını qüsurlu saydı - RƏDD ETDİ

Gündəm / Cəmiyyət

25-09-2023, 17:16

Həbsdə olan sabiq hakimin yenidən məhkəməsi başladı - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

18-08-2023, 09:35

“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlu ilə ÇƏKİŞMƏDƏ - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

2-08-2023, 19:52

Binəqədi RİH vətəndaşa QARŞI... - İŞ MƏHKƏMƏDƏDİR

Araşdırma
Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
“Rahat” marketdə “tarakanlar”da satışa çıxarıldı? -Fotofakt
Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir
Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?
Hadisə
13-12-2025, 18:00
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
13-12-2025, 16:30
27 yaşlı qadın abortdan sonra öldü
13-12-2025, 09:30
Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı- Video
12-12-2025, 18:00
Kamran Əsədova cinayət işi açıldı - TƏFƏRRÜATLAR
12-12-2025, 17:30
Ucarda canavarlar kəndə hücum edib
12-12-2025, 12:00
Sabiq icra başçısı VƏFAT ETDİ
Son xəbərlər
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 13-12-2025, 18:00
    Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
  • 13-12-2025, 17:30
    Bazar günü Bakıya sulu qar yağacaq
  • 13-12-2025, 17:00
    İrəvan məktəblərində şagirdlərə tam qadağa
  • 13-12-2025, 16:56
    Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
  • 13-12-2025, 16:34
    Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
  • 13-12-2025, 16:30
    27 yaşlı qadın abortdan sonra öldü
  • 13-12-2025, 16:08
    “Lux İnternational Hospital”dan şikayət: 4300 manat pulu aldılar müalicə etmədilər…
  • 13-12-2025, 15:36
    Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
  • 13-12-2025, 14:51
    Kollecdə qalmaqal: Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - VİDEO
  • 13-12-2025, 14:13
    Erməni prezident müsəlman liderlərlə nələrdən danışdı...
  • 13-12-2025, 13:26
    Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
  • 13-12-2025, 12:38
    Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
  • 13-12-2025, 12:00
    Afiq İsmayılovun rəhbəri olduğu Sumqayıtda 34 saylı məktəbdə nə baş verir?
  • 13-12-2025, 12:00
    Rafael Hüseynovun məsələsi qapanıb! - VHP-dən AÇIQLAMA
  • 13-12-2025, 11:30
    Azərbaycan çempionatında 15-ci tur başlayır - AFİŞA
  • 13-12-2025, 11:00
    Bu gün axşam güclü külək başlayacaq - XƏBƏRDARLIQ
  • 13-12-2025, 10:43
    “Rahat” marketdə “tarakanlar”da satışa çıxarıldı? -Fotofakt
  • 13-12-2025, 10:30
    Azərbaycanda kolbasa yeyənlər ARTIB
  • 13-12-2025, 10:19
    Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir
  • 13-12-2025, 10:00
    Sertifikasiya növbəsi diplomatlara çatdı - Kimlər imtahandan kəsiləcək...
  • 13-12-2025, 09:54
    Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?
  • 13-12-2025, 09:30
    Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı- Video
  • 13-12-2025, 09:00
    Əmisi təkzib etdi: İtkin balıqçılar tapılmayıb - VİDEO
  • 12-12-2025, 18:00
    Kamran Əsədova cinayət işi açıldı - TƏFƏRRÜATLAR
  • 12-12-2025, 17:30
    Ucarda canavarlar kəndə hücum edib
  • 12-12-2025, 17:00
    Dayanacaq olmadığı üçün yağışın altında avtobus gözləyirlər - AYNA-dan AÇIQLAMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə