• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qubada kəndli torpaqsız qalıb... - NARAZILIQ VAR...

Gündəm / Video

7-11-2024, 15:38

Qubada kəndli torpaqsız qalıb... - NARAZILIQ VAR...

Quba rayonunun ucqar kəndlərindən olan Çarxaçu kəndinin sakinlərinə qarşı qanun pozuntusu edilib və qanuni haqları olan pay torpaqları mənimsənilib. Redaksiyamıza müraciət edən sakinlər deyir ki, vaxtilə kəndin balansında olan əkinə yararlı torpaqlar bələdiyyə sədri və digər məmurlar tərəfindən qəsdən kəndin balansından çıxarılıb və qanunsuz olaraq qonşu Xaltan kəndinin balansına salınıb.

Bunu Xaltan kənd icra nümayəndəsi, aqrar islahat komissiyasının sədri Rafiq Tayibov 1995-97-ci illərdə təşkil edib. Kənd sakinləri deyir ki, bu şəxs həmin kəndin sakini olduğu üçün ərazini sonradan mənimsəmək üçün qanunsuz olaraq o kəndin balansına keçirtdirib.

Hansı ki, bu torpaqlar kənd sakinlərinə pay torpağı kimi ayrılmalı idi. Bu torpağın əvəzində isə onlara heç nəyə yaramayan, daşlı-qayalı ərazidən pay torpağı veriblər. Həmin ərazi çay yatağıdır, oraya nə yol var, nə də əkiləsi imkan. Ərazi tamamilə daş-qayalıqdan, gil torpaqdan ibarətdir. Bunları müraciət əsasında həmin kəndə çəkiliş üçün gedərkən öz gözümüzlə gördük və lentə aldıq. Kənddən 7-8 km aralıda olan bu əraziyə yalnız daşlı-qayalı çay yatağı ilə getmək mümkündür, o da yalnız UAZ maşını ilə və çayda su olmayan vaxtlarda. Bəxtimizdən çayda su az idi və UAZ-la daşlıq-qayalıq çay yatağında 1 saatdan artıq mübarizə apardıqdan sonra çalxalanmaqdan əldən düşmüş halda əraziyə çata bildik.

Sakinlər əraziyə müvafiq idarələrdən mütəxəssis də dəvət ediblər və onlar da rəsmi sənədlə rəy verib ki, bu ərazi istifadəyə tamamilə yararsızdır. Nəticədə kənd sakinləri torpaqsız qalıb. Sakinlər deyir ki, bu torpaq bələdiyyə xəritəsində qonşu kəndə verilmiş görünür, amma orada nə möhür var, nə də kiminsə imzası. Bilinmir ki, kim necə, hansı əsasla torpağı bu kənddən alıb sakinlərin qanuni almalı olduqları pay torpağına kim sahib çıxılıb.

Sovet dövründə kəndin əhalisi 500 nəfər civarında olub. Hazırda isə əhalisi 200 nəfər civarındadır. Çünki kəndlilərin əkib-becərmək üçün torpağı yoxdur və dolanışıqları çox ağırdır. Bu səbəbdən kənd sakinlərinin çoxu kənddən köçüb başqa yerlərə gedir. Kənddə boş qalmış evlər çoxdur. Cəmi 25-30 evdə yaşayış var.

Qeyd edək ki, kənddə nə qaz var, nə tibb məntəqəsi, nə internet, nə də yol var. Dağ-dərə arası ilə kəndə gedən təhlükəli yol o dərəcədə daşlı-qayalı və darmadağın vəziyyətdədir ki, onu yol adlandırmaq mümkün deyil. Yalnız UAZ və Niva markalı maşınlar bu yolu birtəhər gedə bilir. Onlar da 1-2 gedişə xarab olur. Buna görə də rayon mərkəzindən bu kəndə maşın 70 manata aparır.
Qış dövründə isə bu yolla gedib gəlmək mümkün deyil. Hər hansı bir xəstəni təcili olaraq rayon mərkəzinə çatdırmaq saatlarla vaxt aparır və böyük xərc tələb edir.
Kəndin heç bir dolanışıq yeri yoxdur, yalnız həyətlərində bir neçə meyvə ağacı, toyuq-cücə, bir iki heyvan saxlamaqla birtəhər vəziyyətdən çıxırlar. Kənd sakinləri ölkə başçısından və müvafiq dövlət orqanlarından öz qanuni haqlarının təmin edilməsini, onların pay torpaqlarının verilməsini xahiş edirlər.

Qeyd edək ki, kəndin yaxınlığında 30 hektar yararlı torpaq sahəsi var, lakin onu da sakinlərə vermirlər ki, bura Xaltan kəndinin örüş yeridir. Bu yer qanunsuz əməliyyatdan əvvəl bu kəndin balansında olub. Həmin ərazi hər ailəyə cəmi 1 hektar ayrılmaq şərtilə bütün kənd sakinlərinə kifayət edər.

Kəndin həyat şəraiti ilə yerində tanış olduqda başa düşmək olur ki, əgər sakinlərin əkin torpağı qaytarılmasa tezliklə kənd boşalacaq, sakinlər oradan köçməyə məcbur olacaqlar.

Qanuna görə, kənd sakinləri əkinə yararlı pay torpağı ilə təmin olunmalıdır. Lakin bu qanun bu kəndə şamil edilməyib. Və sakinlər hələ də öz pay torpaqlarını ala bilməyiblər.
Vəziyyətlə ətraflı şəkildə hazırladığımız reportajda tanış ola bilərsiniz.

Qeyd edək ki , Analoq.az olaraq adıçəkilən kənddə çəkiliş apararkən Quba rayonu Xaltan kənd bələdiyyəsinin sədri Budaq Şixnəsirli ilə əlaqə saxlayıb münasibət öyrənmək istəsək də buna nail ola bilmədik.(Analoq.az)

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Oxunub: 3 367
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

14-10-2024, 14:54

İcra nümayəndəsi ilə bələdiyyə sədri ƏLBİR OLUB... - Torpağı da satdılar, yaşıllığa da qənim gəliblər...

Gündəm / Dünya

28-09-2024, 15:55

Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

25-06-2024, 10:46

Bələdiyyə sədri vətəndaşın torpağın ələ keçirərək SATIB... - İTTİHAM VAR...

Gündəm / Araşdırma

1-06-2024, 09:54

Samuxda sakinlərin TORPAQ QALMAQALI - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

4-05-2024, 14:14

Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Gündəm / Araşdırma

30-04-2024, 11:11

Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...

Gündəm / Araşdırma

11-04-2024, 12:01

Zərdabın icra başçısı CAMAATA ZÜLM EDİR... - ÖZBAŞINALIQ!

Gündəm / Araşdırma

27-02-2024, 17:54

Şahlıq kəndinin sakinlərindən ŞOK QƏRAR: Kəndimizin adı QULLAR OLSUN... - "Kəndin adı Şahlıq olsa da, qul kimi yaşayırıq"

Gündəm / Cəmiyyət

21-02-2024, 09:56

Saatlıda camaatı narazı salan kimlərdir? - MÜRACİƏT

Gündəm / Cəmiyyət

2-11-2023, 13:44

Təptəzə başçıya lap yeni problem... - Sakinlər narazılıq edir...

Gündəm / Araşdırma

28-08-2023, 17:30

Lənkəranda Şəhid ailələri digər sakinlərlə ÜZ-ÜZƏ QOYULUR... - Bu, belə İLK FAKT DEYİL...

Gündəm / Video

25-07-2023, 14:22

İcra başçısının müavini əhalinin otlağında qanunsuz nar bağı salıb... - ÖZBAŞINALIQ!

Gündəm / Cəmiyyət

25-06-2023, 17:40

Cəlilabadda camaatın torpağı ZƏBT OLUNUB - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

20-06-2023, 08:01

Neftçalada sakinləri üsyana KİM SÖVQ EDİR? - NARAZILIQ VAR...

Cəmiyyət

16-05-2023, 08:35

Xaçmazın bu bələdiyyəsini yoxlasalar... - İTTİHAM VAR!

Araşdırma
Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var
Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
Ankara Liseyində valideynlərdən niyə pul yığılır?
Nəsimi rayonunda qarajı obeyktə çevirməyə hansı məmur icazə verib? -Videofakt
Hadisə
Bu gün, 12:00
Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Bu gün, 09:30
Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ
13-12-2025, 18:00
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
13-12-2025, 16:30
27 yaşlı qadın abortdan sonra öldü
Son xəbərlər
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 17:38
    DİN bir sıra xidmətləri təkmilləşdirir – Layihə hazırlandı
  • Bu gün, 17:30
    DİN-dən yenilik: şəxsiyyət və sürücülük vəsiqələri onlayn veriləcək
  • Bu gün, 17:11
    Azərbaycan müğənnisi sosial platformada müzakirə olunur
  • Bu gün, 17:00
    Bu kredit təşkilatları hesabat vermədi- Cəzalandırıldı
  • Bu gün, 16:30
    Baş həkimin ölkədən çıxışına qadağa qoyuldu
  • Bu gün, 16:13
    Bravo”nun 4 marketində qanun pozuntusu aşkarlandı – MƏHKƏMƏ QƏRARLARI
  • Bu gün, 16:00
    Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi
  • Bu gün, 15:44
    Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
  • Bu gün, 15:30
    İlham Əliyev onu məhkəmə sədri təyin etdi
  • Bu gün, 15:19
    Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var
  • Bu gün, 15:01
    Prezident bu şəxsləri təltif etdi - Siyahı
  • Bu gün, 14:30
    TƏCİLİ! Bu xəstəlik Türkiyəyə də çatdı, Azərbaycanda… - “10 ilin ƏN GÜCLÜSÜDÜR”
  • Bu gün, 14:00
    Nazirin həmin videosu ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Bu gün, 13:28
    İmişlinin icra başçısı Elçin Rzayev sələfinin taleyini yaşaya bilər –Dövlətin pulun belə xərcləyir...
  • Bu gün, 13:06
    Sumqayıtda abort olunan 27 yaşlı Zərifə Əliyeva həkim səhlənkarlığından ölüb? -Video
  • Bu gün, 12:26
    DTX həbs olunan icra başçısının görünülərini YAYDI
  • Bu gün, 12:00
    Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
  • Bu gün, 11:44
    Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
  • Bu gün, 11:30
    Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK
  • Bu gün, 11:08
    “P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir – Vətəndaşlardan ŞİKAYƏT…VİDEO
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
  • Bu gün, 10:30
    Pənah Hüseyn siyasətdən GEDİR?..
  • Bu gün, 10:19
    Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
  • Bu gün, 10:00
    Qızılın qiyməti ARTIB
  • Bu gün, 09:50
    Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə