• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” –3 milyonluq gübrə ilə

Gündəm / Cəmiyyət

25-11-2024, 15:44

Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” –3 milyonluq gübrə ilə

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satın alınmas üzrə 29.08.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “ABA TRADING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3.388.151,09 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Məlumat qurum tərəfindən satınalmalarının vahid internet portalında 20.11.2024 -cü il tarixdə dərc edilib.
Qeyd edək ki, internet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı paytaxtımızın yaşıllaşdırılmasına məsul Birliyin 3 milyon manatdan çox müqavilə bağlamaq istədiyi “Aba Trading” MMC -nin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABA TRADING” (VÖEN: 1403363701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.03.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 191210.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV 3 MKR, ev 5, m. 21, qanuni təmsilçisi kimi isə Əlizadə Bəxtiyar Əli oğlu qeyd olunub.
Rəsmi məlumatlardan da göründüyü kimi MMC 2016-cı ildə yaradılıb. Satınalmaların internet portalında MMC-nin “Bakı Metropoliteni” QSC-nin yaşıllaşdırma işlərinin satın alınması üzrə 136.887,67 manat dəyərində bağladığı müqavilədən başqa məlumat yoxdu. Sözügedən MMC analoji işləri harada görüb? Bu MMC Qanunvericiliyin tələbinə uyğun olaraq 3 milyon manat dəyərində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə satınalan təşkilata nə kimi sanədlər təqdim edib? Eyni zamanda, satınalma predmeti üzrə satınalma müqaviləsinin icrası üçün MMC-nin maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı qanunla müəyyən edilmiş qaydalara əməl edilibmi? Təbii ki, yox.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Birliyin müstəqil balansı olsa da Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir. Yəni pulları İcra başçısı Eldar Əzizov ayırır. Eldar Əzizov da pulları haralara ayırır?
Hələ 2021-ci ildə Eldar Əzizovun təşəbbüsü ilə paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməsinə başlanılmışdı. Həmin dövrdə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən bəzi küçə və prospektdə yerləşən binaların sakinlərinə gül dibçəkləri də paylamışdılar. Bu təşəbbüs sonradan niyə dayandı və paylanmış gül dibçəklərinə ayrılan pullardan heç kimi xəbəri olmadı.
Eldar Əzizov indi də yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satın alınması adı altında fəaliyyət sahəsi bəlli olmayan bir şirkətdən qiyməti 3 milyon manatdan çox olan müqavilə bağlamaq istəyir.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Mirdamət Seyidova gəlincə. Onun gəlirləri başqa yerlərdəndi. Nə çoxdu Bakı şəhərində “başı” kəsiləsi ağaclar. O, öz maddi maraqlarına görə əsl mütəxəsisləri işdən kənarlaşdıraraq, yaşıllıqdan başı çıxmayan qeyri ixtisas sahiblərini birliyə işə götürür. Mirdamət Seyidov bilərəkdən sahələrdən işçilərin işə davamiyyət tabelini yığışdirdı ki, işçilər qol çəkəndə onun üçün saxlanılan ölü canları görməsinlər.Bunlar isə mediada Mirdamət Seyidov haqqında yazılanlardır. Görsənən odur ki, Mirdamət Seyidov gübrə və pestisitləri Bakı şəhərində kəsilən ağacları yenidən yaşıllaşdırmağa alır.(aktualinfo.org)

Oxunub: 4 625
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

20-11-2024, 10:39

“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?

Gündəm / Araşdırma

31-10-2024, 16:41

DSX-nın “DC GROUP” MMC-dən aldığı avtoşinlərin keyfiyyətinə zəmanət varmı - İLGİNC FAKTLAR...

Gündəm / Araşdırma

25-10-2024, 08:54

“SAFFİRA PLUS” MMC Sumqayıtı cəmi iki nəfərlə “yaşıllaşdırır” – Onların biri Zakir Fərəcovdu, bəs digəri…

Gündəm / Araşdırma

19-09-2024, 14:40

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Gündəm / Araşdırma

19-09-2024, 12:16

Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Gündəm / Cəmiyyət

31-05-2024, 15:20

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin sahibi kimdir? -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

10-01-2024, 10:22

AYNA 7,6 milyonluq tenderi riskli vergi ödəyicisi olan şirkətə necə verib?

Gündəm / Araşdırma

21-12-2023, 09:32

Gədəbəydə ət satanın Bakıda udduğu gözqamaşdıran tenderlər nələrdən xəbər verir

Gündəm / Cəmiyyət

14-12-2023, 15:07

Ermənilərin dağıtdığı Kəlbəcəri Mahir Abbaszadə də milyonlara sökdürür – Həmkarının əli ilə

Gündəm / Araşdırma

19-10-2023, 12:33

Dövlət Sərhəd Xidməti tenderlərdə saxtakarlıqları davam etdirir - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

4-10-2023, 10:32

Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

Gündəm / Cəmiyyət

23-08-2023, 14:22

Penitensiar Xidmətin müəssisələrinə şübhəli xidmətlər göstərən MMC-lər kimə məxsusdur - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

31-07-2023, 13:34

Tibbi Sığorta Agentliyindən 11 ay ərzində 20 milyonluq tender udan “ORN GROUP” kimə məxsusdu? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

29-05-2023, 11:06

Sumqayıtda dövlət büdcəsi saxta MMC-lər vasitəsi ilə açıq-aşkar talanır

Gündəm / Araşdırma / Cəmiyyət

8-05-2023, 15:42

Tender saxtalıqları belə ört-basdır edilir – ŞOK FAKTLAR

Araşdırma
DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
Hadisə
Dünən, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
Dünən, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 15:52
    DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Bu gün, 15:17
    18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət FOTO
  • Bu gün, 14:59
    Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
  • Bu gün, 13:53
    Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Bu gün, 13:25
    Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
  • Bu gün, 13:21
    Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama
  • Bu gün, 12:43
    İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
  • Bu gün, 12:17
    Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir
  • Bu gün, 11:42
    Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
  • Bu gün, 10:32
    “İlyasın Kafesi” ilə bağlı şikayətlər bitmir – “Menyu yoxdur”
  • Bu gün, 09:59
    Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -FOTOLAR
  • Bu gün, 09:14
    Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili - Chevrolet Camaro - Nömrəsi daha bahadır - FOTO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə