• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?

Gündəm / Araşdırma

19-12-2024, 09:44

BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?

Bakıda mağazaların birində kiloqramı 4.59 manata "Şəfəq" sosiskaları satılır. 1 kiloqram sosiska hazırlamaq üçün lazım olan toyuq ətinin dəyəri təxminən 6-8 manatdır. İstehsal və daşınma xərclərini də nəzərə alsaq, 10 manatdan aşağı satılması məntiqsiz olan bu ət məhsullarının niyə bu qədər ucuz olduğunu satıcılardan soruşduq.

Satıcılar söhbət zamanı bildirdilər ki, "Şəfəq" sosiskasını istehsalçı şirkətdən 2.50 manata götürürlər. Qiyməti ucuz olduğundan alıcıların ən çox aldığı da elə bu məhsuldur.

Mağazadakı müştərilərin də rəyini öyrənirik. Dedilər ki, "Şəfəq" sosiskası ucuz olduğu üçün ən çox satılan firmadır.

Satıcılar öz aralarında buna "pişik sosiskası" da deyirlər. Məhsulun üzərində istehsalçı haqqında bu məlumatlar var: "Ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şosesi 129, istehsalçı şirkət fiziki şəxs Məmmədov R.-ya məxsusdur".

Alıcılarla söhbətimiz zamanı daha ilginc məlumat əldə etdik. Bildirdilər ki, "Şəfəq" sosiskasından da ucuz olan "Səfa Mərvə" sosiskaları var.

Bu sosiskanın kiloqramı topdansatışda 2 manatdır. Mağazalar isə alıcılara 3 manata təklif edirlər.

Ucuz qiymətə satılan bu məhsulların keyfiyyət problemi ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun rəyini öyrənməyə çalışdıq.

O bildirdi ki, Azərbaycan hökuməti biznes qurumları üçün son dərəcədə rahat şərait yaradıb, lakin bu şəraitdən sui-istifadə edənlər var: "Biznesə toxunmaq olmaz, biznesi yoxlamaq olmaz. Kim nə satısa, satsın, yoxlanılmır. Hətta ölkədə it ətinin də satışı qadağa deyil. Biz dəfərlərlə açıqlama vermişik ki, bəzi heyvan ətlərinin satışı qadağan edilsin. Təsadüfi deyil ki, DİN regionlarda xəstəlikdən ölmüş, murdar olmuş heyvan ətlərinin Bakıya daşınmasının ifşa edir. "Leş Tofiq" üzə çıxdı. Hansı ki, ona azadlıq da verdilər. Yəqin ki, işlərini də davam etdirir. Bu cür ucuz sosiska və kolbasalar mənşəyi məlum olmayan, utilizasiya olunmalı olan ətlərdən hazırlanır. Yaxud toyuqdursa, müəyyən xəstəliklər səbəbindən qırılan toyuqlardan və yaxud satışa çıxarılmayan, vaxtı keçmiş toyuqlardan istifadə edilir. Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəsizliyinə nəzarət edir. Keyfiyyətə heç kim nəzarət etmir".

E. Hüseynov bildirdi ki, məhsulların keyfiyyətinə nəzarət edən dövlət orqanı yoxdur: "Belə bir ucuz, keyfiyyətsiz məhsulu istehsal etmək istəyən şəxs Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisini çağırıb, məhsula baxış keçirməsini təmin etməli və satışa çıxarmalıdır. Ümumiyyətlə, məhsulların keyfiyyətinə nəzarət edən dövlət orqanı olmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik olmalıdır və bu işlərə nəzarət olmalıdır. Əlbəttə, biz tərəfdarıyıq ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsın. Lakin malın ucuzluğu da onun keyfiyyəti haqqında informasiya verir. Bu cür satılan məhsullar heç də arzuolunan deyil. Hökumət biznes qurumları üçün şərait yaradıb, istehlakçı hüquqları arxa plandadır, böyük təhlküə altındadır. Təsadüfi deyil ki, bu ilin sentyabrından cənab Prezident istehlakçı hüququnu qoruyan dövlət orqanının Prezident Adminstrasiyasına tabe olması barədə qərar verdi. Həmin qurum İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarıldı. Düşünürəm ki, bu sahədəki problemlər həllini tapacaq".

Ekspert əlavə etdi ki, bu vəziyyətin həllini qanunlarda axtarmaq lazımdır: "Normal sosiska 11-12 manatdan aşağı olmamalıdır. Üzərində TŞ (texniki şərt) yazılan sosiskaları almaq lazım deyil, çünki müəssisənin özünün müəyyən etdiyi standartdır. Üzərində AZS yazılıbsa, bu o deməkdir ki, standartlaşdırma idarəsi tərəfindən təsdiq olunub. İstehlakçılar buna diqqət etməlidir".

Sitat.info

Oxunub: 4 995
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Dünya

30-10-2024, 14:35

İndi “Səhliyalı”nın məhsulunu NİYƏ YEYƏK Kİ? - Saxta və ya keyfiyyətsiz malları idxal etdiyinə görə...

Gündəm / Araşdırma

16-09-2024, 09:52

Bakıda `QayMaq Premium Qida` SAXTAKARLIĞI... - "Sabahın məhsulu" BU GÜN SATIŞDA...

Gündəm / Cəmiyyət

31-08-2024, 15:06

Yunanıstandan gətirilən bu yağ zeytundan hazırlanmır - Diqqət, TƏHLÜKƏ!

Gündəm / Araşdırma

23-08-2024, 15:58

Bu məsələ Məcnun müəllimi maraqlandırmırsa... - Yayda ət bahalaşırsa, qışda gör, nə olacaq...

Gündəm / Araşdırma

20-05-2024, 17:20

«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Gündəm / Cəmiyyət

16-03-2024, 16:02

Təhməzovun “OVQAT”I NİYƏ KORLANMIR? - İLGİNC İDDİALAR...

Gündəm / Araşdırma

6-03-2024, 21:46

Bakıda şadlıq saraylarında fantastik menyu qiymətləri - 350, 400, 450...

Gündəm / Araşdırma

1-03-2024, 16:27

“Xaricdən alınan benzin əhaliyə 2 dəfə baha satır” – Ekspert qiymətləri açıqladı

Gündəm / Siyasət

22-01-2024, 17:21

65 min manata satılan mobil nömrələri kimlər alır? - İLGİNC

Gündəm / Cəmiyyət

18-01-2024, 12:31

“Oliqarx məmurlar ucuz yağ və piyi kərə yağı adı ilə əhaliyə satır” - FAKT BUDUR!

Gündəm

16-01-2024, 20:33

Quzu ətinin qiyməti adamı MƏLƏDİR... - Ekspert danışır...

Gündəm / Araşdırma

4-12-2023, 14:23

“Kral” NİYƏ SATILMIR? - İLGİNC

Gündəm / Araşdırma

30-10-2023, 17:36

“Su qiyməti”nə satılan duru yağların ENDİRİM KAMPANİYASI - “Mağaza sahibləri ilə təchizatçılar arasında...”

Gündəm / Araşdırma

26-10-2023, 20:12

UCUZ ÖLÜM ELƏ BUDUR: 1 manatlıq dönər... - AXI NİYƏ?

Gündəm / Cəmiyyət

16-05-2023, 20:30

AQTA “Vosmoy” bazarında satılan 8 manatlıq ətlərə NƏZARƏT EDİRMİ? - ARAŞDIRMA

Araşdırma
Tovuz MMTİB-dən yaşıllaşdırma işləri üzrə 35 minlik satınalma
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir? - VİDEO
Reklam Agentliyi bələdiyyə sədrinin müavinindən mebel alır: Əsəd Əzizov kimdir?-ARAŞDIRMA
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Paşinyan Simonyana toy hədiyyəsi kimi vəzifə verir?
"Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
Hadisə
12-08-2026, 19:00
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
8-08-2026, 11:47
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
5-08-2026, 14:39
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
3-08-2026, 11:17
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
3-08-2026, 10:45
Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 11:23
    "Qızılbaş Group" MMC-nin vergi borcu var
  • Bu gün, 11:00
    FUAD İBRAHİMOV VƏ ORXAN ƏLİZADƏNİN ÇİRKİN MÜLKİYYƏT TƏLƏSİ: Vətəndaşın Mülkünü Zorla Əlindən Almaq İstəyən Məmurlar
  • Bu gün, 10:37
    "Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
  • Bu gün, 09:42
    Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
  • Bu gün, 09:21
    Tovuz MMTİB-dən yaşıllaşdırma işləri üzrə 35 minlik satınalma
  • Bu gün, 09:01
    Deputat QHT-si getdi, məmur QHT-si gəldi:qrant islahatının yeni modeli
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə