• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarabağ veteranı İcra Hakimiyyətindən öz evini geri istəyir - NARAZILIQ VAR!

Gündəm / Araşdırma

5-06-2023, 18:51

Qarabağ veteranı İcra Hakimiyyətindən öz evini geri istəyir - NARAZILIQ VAR!

Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Rafiq Quliyevin vəzifəsi nazir və ya komitə sədrləri ilə müqayisədə o qədər böyük olmasa da, lakin onu oliqarx məmur hesab etmək olar. Xətai rayonu, Cavanşir küçəsində Rafiq Quliyevə məxsus iki obyekt fəaliyyət göstərir. Yuxarısı "Qarabağlılar 19" adlı çay evi, aşağısı maşınyuma məntəqəsi olan obyekt 24 saat fəaliyyət göstərir. Çay evi uzun müddət əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərsə də, ərazidə yaşayan insanların ciddi etirazından sonra fəaliyyətini qismən məhdudlaşdırdı. Maşınyuma məntəqəsindən 24 saat gələn səslər isə artıq insanları ciddi şəkildə nevroz edib. Məhz bu səbəbdən evlərindən köçmək istəyənlərdə var. "102" xidmətinə, Xətai rayon 36-cı polis bölməsinə edilən rəsmi müraciətlərə isə sadəcə baxılmır. Çünki, Rafiq Quliyevin obyektlərinə nəzarət edən İnitqam adlı qohumu hər kəsə təzyiq edə biləcək imkana sahibdir. Əslində o qədər də böyük çapı olmayan bir məmurun insanlara bu qədər zülm etməsi diqqəti ölkə prezidentinə tərəf yönəldir. Sakinlər inanır ki. bu ölkədə Rafiq Quliyevə dur deyən tapılacaq."

"DogruXebər.az" bildirir ki, saytların yazdığına görə bu sözləri hələ 2019-cu ildə Hacı Bakir Həsənli öz Facebook hesabında paylaşıb. Və nə təsadüf ki, elə həmin ilin noyabr ayında Rafiq Quliyev həmyerlisi və keçmiş rəhbəri Razim Məmmədovun yerinə - Xətai rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildi.

Elə icra başçısı təyin olunur-olunmaz da barəsində "pravda.az" və digər medialarda məlumatlar yayımlandı ki, Rafiq Quliyev Xətai rayonu ərazisindəki bir çox yaşıllıqları məhv edib, yerində özünə obyektlər inşa etdirir. Həmçinin N.Tusi küçəsindəki yarmarkanı ləğv edib, yerində avtotəmir sexləri açıb və sair...

Bir yandan da Ağ Şəhər proyektinə düşən binəva sakinlərin evlərinin düzgün qiymətləndirilməməsinə və razılıqları olmadan sökülməsinə etiraz səsləri də səngimir...

Eh... hələ bu harasıdır?!

Rafiq Quliyevin gəlişi ilə Xətai rayonunun əksər ərazilərində, olur-olmaz yerlərində yaşıllıq ağacları məhv edildi, həmçinin qanunsuz tikintilərin sayı sürətlə artdı. Özü də saytların yazdığına görə Rafiq Quliyev bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin əli ilə həyata keçirir.

Yeri gəlmişkən, Rafiq Quliyevin İcra başçısı təyin edildiyi ərəfədə bir sayt onun barəsində tərif dolu bir yazı yazıb və həmin yazıda "Rafiq Quliyevin rəhbərliyi altında Xətai rayonunda xeyli dəyişikliklər edildiyi"dən bəhs edilir. Amma, görünür müəllif "tərifləyim" deyərkən, bir gerçəyi etiraf edib - "Xətai rayonunda həyata keçirilən ciddi dəyişikliklər rayon sakinlərinin rəyinin Rafiq Quliyevin icra başçısı təyin olunmağından yanadır."

Bəli, rayon sakinləri və "DogruXeber.az" da daxil olmaqla bir çox saytlarda məhz bu "dəyişikliklər" - məhv edilmiş yaşıllıq zolaqları, yerlərində tikilmiş çayxanalar, dükanlar, çoxsaylı qanunsuz tikintilər barəsində mütəmadi olaraq məlumatlar yayımlanıb və yayımlanmaqdadır. Nə də olsa Rafiq müəllimə bu cür fəaliyyətinə görə "gözün üstə qaşın var" deyən yoxdur.

Yeri gəlmişkən, Qarabağ veteranı olduğu deyilən Rafiq Quliyev başqa bir Qarabağ veteranını - birinci və ikinci vətən müharibəsi iştirakçısı Həbiyev Əhli Həbulla oğlunu da nəinki özündən, nəinki uğrunda illərlə döyüşdüyü vətənindən, hətta özünün dediyinə görə bu dünyadan, bu həyatdan belə o qədər narazı salıb ki, Əhli Həbiyev özünün dediyinə görə intihara belə cəhd edib.

Bu barədə "Kanal14" YouTube kanalımızda canlı yayımlanan "Kamalın zamanı" proqramında danışan Əhli Həbiyevin Xətai rayonu Turşu küçəsi Ağ şəhər ev 4, mən 2 ünvanındakı - Ağ şəhər proyektinin planına düşmüş mənzilinin ədalətli dəyərləndirilmədiyini və onun razılığı olmadan İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ağır texnikalar gücünə sökülməsindən bəhs edib. Əhli Həbiyevin iddiasına görə ev içindəki əşyalarla birlikdə məhv edilib və bugünə qədər də nə evinin ədalətli qiymətini nə də evində qalan pulunu, qızılını, iki qızının cəhizlərini - ümumiyyətlə evinin heç bir əşyasını geri ala bilmir.

Əhli Həbiyev bildirir ki, bu barədə dəfələrlə Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quliyevə və Prezident Adminstrasiyasında çalışan bəzi məsul şəxslərə rəsmi də, şəxsən də məlumat verib, köməklik istəsə də bütün cəhdləri uğursuz olub.

Daha ətraflı aşağıdakı videoda:

"DogruXeber.az"

Oxunub: 7 770
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

3-06-2023, 12:45

Qarabağ veteranı məmurların qurbanına çevrilib - AXI NİYƏ?!

Gündəm / Siyasət

31-05-2023, 11:09

“Xətai İcra Başçısını Həbsə Aparan Yalanı”… Sakinləri Qıcıqlandıran Cavab -DE-FAKTO

Gündəm / Cəmiyyət

26-05-2023, 10:46

Xətai rayonunda ağacların məhv edilməsi üçün “KREATİV ÜSUL” – FOTO

Gündəm / Cəmiyyət

26-05-2023, 08:11

Daş karxanaları və qum-çınqıl sexləri əsl cinayət yuvasıdır… - O qədər oğlanlar daş karxanasından gedib deputat, icra başçısı olublar ki

Gündəm / Cəmiyyət

25-05-2023, 11:59

Ziyəddin Əliyev məni öldürtmək istəyirdi - icra başçısının yaxın dostundan ciddi İTTİHAM+VİDEO

Araşdırma

24-05-2023, 13:40

Masazırda gözlənilən YOXLAMA: Abdin Fərzəliyev milyonçu icra nümayəndəsini niyə qurban verir?

Araşdırma

23-05-2023, 11:53

Arif Qasımov vəzifədə deyil... AMMA GÜCÜ VAR... - DETALLAR

Cəmiyyət

23-05-2023, 08:27

Masallıda meşə qalmayıb: Hərə əlinə bir balta götürüb... - NAZİRLİK İSƏ...

Cəmiyyət

19-05-2023, 07:41

Baba Rzayev qanunların ÜSTÜNDƏ OTURUB? - Bunun BAŞQA ADI YOXDUR...

Gündəm

13-05-2023, 11:57

Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

9-05-2023, 09:45

Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ... - NƏZARƏTSİZ QALIBLAR...

Araşdırma

8-05-2023, 19:04

Xətainin icra başçısı hansı qanunlarla işləyir? - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

8-05-2023, 15:18

Rafiq Bayramov AZADLIQDA (YENİLƏNİB)

Gündəm / Video

6-05-2023, 10:44

“50 qəpik”i “Stolovaya” çevirən “Cakı” indi də yol kəsir… - VİDEO

Araşdırma
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Şah İsmayıl Xətaiyə Bakı necə sökdürülür
Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - Qəbz də verilmir... - VİDEO
Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi - FOTOLAR
İcra başçısı niyə yalan danışır? – Fotolar
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
Hadisə
Dünən, 14:39
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
3-08-2026, 11:17
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
3-08-2026, 10:45
Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
2-08-2026, 10:50
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
1-08-2026, 16:32
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
1-08-2026, 12:42
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 14:49
    “Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
  • Bu gün, 13:11
    Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
  • Bu gün, 12:52
    29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər
  • Bu gün, 12:22
    Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
  • Bu gün, 11:32
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
  • Bu gün, 11:04
    Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə