• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...

Gündəm / Araşdırma

13-02-2025, 16:30

Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...

Bir məktubun iziylə...

Bu yaxınlarda redaksiyamıza Zaqatalada yaşayan bir qrup şəxslər tərəfindən müraciət daxil olmuşdur.Müraciətlə tanış olarkən bir çox məqamlarla bağlı şübhələr yarandığı üçün dərin araşdırmalar aparmaq zərurəti ortaya çıxdı.Etiraf etməliyik ki, vətəndaş şikayətlərində bəzi hallarda şişirtmələrə və qeyri obyektivliye yol verilməsi hallarına rast gəlinməsi də araşdırmaların aparılmasını vacib edir.Ənənəvi olaraq ,sosial və iqtisadi problemlərindən, rastlaşdıqları rüşvətxorluq və məmur özbaşınalıqlarından şikayət edən vətəndaşlarımızın bizə ünvanladıqları müraciət fərqli idi.Onlar bölgədə günü-gündən nüfuzdan düşən ,fəaliyyətsizliyi ilə yadda qalan və " ölü quruma" çevrilən Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının yeni rəhbərliyindən narazılıqlarını ifadə edirdilər. Baş verənləri dərindən araşdırmaq məqsədi ilə Zaqatala və ətraf rayonlarda kı mənbələrimizə müraciət edərək bir çox dəqiqləşdirmələr apardıq.Bu zaman ortaya çıxan nəticələri dəyərli oxucularımızın və YAP-ın siyasi elitasının diqqətinə çatdırmağı özümüzə borc bilirik.Məlumat üçün bildirək ki, vaxtilə YAP Zaqatala rayon təşkilatına Habil Qurbanov adlı şəxs rəhbərlik edib. Onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyası nəinki Zaqatalada, hətta ətraf bölgələrdə də böyük nüfuz qazana bilib. Rayon və respublika səviyyəsində keçirilən bütün tədbirlərdə iştirak edən partiya rəhbərliyi və üzvləri əhali arasında yüksək nüfuz sahibi olublar.Bir neçə il bundan qabaq dünyasını dəyişən Habil Qurbanovdan sonra YAP-ın Zaqatala rayon təşkilatına Fərid Ramazanov adlı cavan kadr təyin olunur.Bu təyinata qədər heç bir siyasi fəaliyyəti ilə tanınmayan, 1990-cı il təvəllüdlü gənc sədr Yeni Azərbaycan Partiyasının rayonda və ətraf bölgələrdə nüfuzdan düşməsi üçün əlindən gələni edib və buna qismən nail olub.YAP-ın Zaqatala təşkilatı " ölü quruma" çevrilib və tarixi zərurətdən doğaraq dünya şöhrətli siyasətçi Heydər Əliyevin yaratdığı siyasi qurumun xalq arasında reytinqi getdikcə aşağı düşür .Heç kim inkar edə bilməz ki ,vaxtilə Yeni Azərbaycan Partiyası Ulu Öndərin rəhbərliyi altında ümumxalq partiyasına çevrilə bilmişdir.Bu gün isə partiyada kök salmış bəzi işbazların, bürokratların yarıtmaz fəaliyyəti nəticəsində xalqdan uzaqlaşma meylləri qabarıq şəkildə görünməkdədir.Aldığımız məlumatlara görə ,Fərid Ramazanov rayon çapındakı tədbirlərə dəvət alsa da ,davranışları və danışıq tərzi ilə ətrafdakıların qınaq obyektinə çevrilir.Hansı siyasi quruma rəhbərlik etdiyinin fərqində olmayan " cavan oğlan " tədbirlər zamanı nitq söyləmək üçün sözləri bir-birinə calamaqda belə çətinlik çəkir. Bu acınacaqlı mənzərə isə rayon ziyalılarının və ağsaqqallarının o cümlədən, YAP tərəfdarlarının diqqətindən yayınmır .Adı Araz kurslarının nurçuları cərgəsində hallanan Fərid Ramazanov YAP-ın təşkilat sədri kimi əlamətdar günlərdə tədbirlərin keçirilməsinə embarqo qoyub.Uzun illərin ənənəsi hesab olunan belə tədbirlər YAP ilə xalq arasında körpü rolunu oynayıb.Yeni sədr isə daha da irəli gedərək özünü kreativ rəhbər kimi göstərməyə çalışır.Məsələn ,2 fevral Gənclər günü Zaqatala rayonunda qeyd edilməyib. Hansı ki ,keçmiş sədr Habil Qurbanovun vaxtında bu tip tədbirlər təmtəraqla qeyd edilərdi.Və bu tədbirlərə böyük sayda gənclər cəlb olunardı.Fərid Ramazanov isə buna ehtiyac durmayıb.Baş verənlər bununla yekunlaşmır.Kütləvi tədbirlərdə Azərbaycan bayrağının tədbir iştirakçıları tərəfindən əldə dalğalanması ənənəsi də yoxa çıxıb.Əcəba , balaca ölçülü üçrəngli bayrağımızın uşaq və gənclərimizin əlində dalğalanması kimləri narahat edir? ...
Şəhidlərimizin anım tədbirlərində YAP sədrinin ayaqlarını aralayaraq duruş forması sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib.Bəzən açıq söyüşlərə də rast gəlmək mümkün olur.İnternet və sosial şəbəkələr üzərində aparılan araşdırmalar zamanı dəqiqləşdirə bilmədiyimiz daha bir məqam diqqətimizi cəlb etdi.Əhali arasında yayılan söhbətlərə görə Fərid Ramazanov 44 günlük Vətən müharibəsinə çağırılan zaman ustalıqla yayına bilib.Bəlkə də ,rayon ictimaiyyətindən uzaqlaşmaq səbəblərindən biri də bu ola bilər.
Əldə etdiyimiz və dəqiqləşdirilməmiş məlumatlara görə Fərid Ramazanovun sədr təyin olunmasında YAP-ın mərkəzi aparatındakı Araz Salmanov adlı şəxsin xidmətləri var. Aldığımız məlumatlara görə ,bu şəxs Əhliman Tağıyev vasitəsilə Tahir Budaqov cənablarını aldada bilir.Bu təyinatın hansı maraqlar çərçivəsində baş verdiyini araşdırılmasını YAP rəsmilərinin ixtiyarına buraxırıq.
Zaqatala rayonunda araşdırma apararkən daha bir xoşagəlməz halın şahidi olduq.Rayon mərkəzində yerləşən Xocalı soyqırımı abidəsində Heydər Əliyevin adı qeyd olunmuş tabloda " H" hərfinin olmaması diqqətimizi cəlb etdi.Təsəvvür edin ki, həmin hərfin yerinə bərpa olunması üçün 2 həftə müddətində rayonun başbilənlərinə etdiyimiz telefon zəngləri heç bir nəticə vermədi. Nəhayət, məsələni ictimailəşdirəcəyimizi bildirdikdən sonra ,nöqsan aradan qaldırıldı. Bütün rayon rəsmilərinin gündəlik istifadə etdiyi yolun kənarında baş verən biyabırçılığı ya heç kim görməyib, ya da görmək istəməyib. Rayon rəsmilərini başa düşdük ,işləri çox ola bilər , bu və digər səbəblərdən nöqsanı görməyə bilərlər...
Heydər Əliyev ənənələrini yaşatmağa borclu olan və Yeni Azərbaycan Partiyasının " çörəyini yeyənlər " hara baxırlar?...( Yazdıqlarımızın sübutu aşağıdakı fotolardadır.)
Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...
Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...

YAP-ın namizədi kimi Zaqataladan deputat seçilən Asif Əsgərov hara baxır ???

Asif Əsgərov rayonda Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın nüfuzunun günü-gündən aşağı düşməsini görmürmü? Zaqatala rayonundakı ictimai -siyasi vəziyyətə dərindən bələd olan Asif Əsgərov bu bölgədə partiyanın yaradıcılarından olan Əsgər Məmmədov, Rəfail Məcidov,Hacıməmməd Ramazanov ,Məlahət xanım və digərlərinin unudularaq " kənara atılmasını" görmürmü?Əldə etdiyimiz məlumatlara görə, keçirilən tədbirlərə əsasən Tahir Məmmədov adlı şəxs çağırılır. Burada məqsəd odur ki ,sədrin nitq qabiliyyəti olmadığı üçün bu adamın nitq qabiliyyətindən istifadə olunur.YAP-ın sıralarının genişləndirilməsi və gənc nəslin ictimai-siyasi proseslərə cəlb olunması üçün rayonda heç bir iş görülmür. Ulu Öndərin irsinin öyrənilməsi üçün UNEC Zaqatala filialında İdarəetmə kollecində heç bir fəaliyyət həyata keçirilmir. Sonda daha bir mühüm məqama toxunmaq istəyirik.Bəzi rayonlarda yerli məmurların yarıtmaz idarəçiliyinə etiraz əlaməti olaraq vətəndaşlar tərəfindən müxtəlif etirazlar həyata keçirilir.Bu zaman yerli və xarici düşmənlərimiz baş verənlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edirlər.Bu yaxınlarda İmişlidə baş verənləri misal gətirə bilərik.Maraqlıdır,Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrləri və partiyanın sıralarında olan ağsaqqallar ,ziyalılar haradadırlar? Etiraz edən kütlənin qarşısına həmin rayonda nüfuza və hörmətə sahib olan ağsaqqalların və ziyalıların çıxması adət-ənənələrimizdən və dövlət ərkanından irəli gələn nümunə deyilmi? Bu bir daha sübut edir ki, bilərəkdən və bilməyərəkdən YAP-ın idarəetmə sisteminə cəlb olunan insanlar nəinki ehtimadı doğrultmurlar ,hətta ictimai-siyasi vəziyyəti gərginləşdirən faktor kimi ortaya çıxırlar.YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov kimi. Biz qısa müddət ərzində apardığımız araşdırmalarımızın nəticəsi olaraq bu yazını qələmə aldıq .Məqsədimiz ,Ulu Öndərin adı ilə bağlı olan və Ali Baş Komandanımızın sədrlik etdiyi partiyada mövcud olan neqativ və xoşagəlməz halların aşkara çıxarılmasına yardımçı olmaqdır.Yeni Azərbaycan Partiyasının inkişafına və genişlənməsinə kömək etmək əvəzinə başları müxtəlif "qara-qura " işlərə qarışan "Yapçılara "qarşı mübarizəmiz davam edəcək.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir...
Araşdırma qrupu

Oxunub: 2 849
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

11-02-2025, 16:32

Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...

Gündəm / Cəmiyyət

27-12-2024, 12:23

Zaqatalanın Mazıx kəndini"zibil poliqonuna"çevirənlər kimlərdir?..-Şikayət

Gündəm / Araşdırma

17-08-2024, 12:27

“Azər Badamov bizə lazım deyil, deputat olaraq nə edib?“ - Seçicilər narazılıq edir

Gündəm / Araşdırma

24-07-2024, 11:28

Asif Əsgərov Zaqatalaya YAD ADAM DEYİL... - Seçicilər isə deyir ki...

Gündəm / Hadisə

7-05-2024, 19:34

Ana və iki övladı dönərdən zəhərləndi

Gündəm / Cəmiyyət

21-02-2024, 09:56

Saatlıda camaatı narazı salan kimlərdir? - MÜRACİƏT

Gündəm / Siyasət

15-02-2024, 14:16

Mübariz Əhmədzadə milyonları nə ilə qazanıb? - On beş ildə talanan, istismar olunan Zaqatala...

Gündəm / Hadisə

10-02-2024, 11:11

Məktəblilərin ölümünə səbəb olan Emin həbs edildi

Gündəm / Araşdırma

21-12-2023, 15:36

QHT rəhbərlərini hakimiyyətə qarşı narazı salan vəzifə sahibləri kimlərdir? - FOTO FAKT

Gündəm / Araşdırma

21-09-2023, 10:46

Naxçıvanda `YENİ XAN DÖVRÜ`... - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

7-09-2023, 14:40

Zaqatalada 200 minlik ŞÜBHƏLİ TENDER - İLGİNC

Gündəm / Cəmiyyət

2-08-2023, 21:01

Zaqatala Rayon İcra Hakimiyyətinin kotirovka sorğusu - LƏĞV OLUNDU

Gündəm / Araşdırma

3-06-2023, 17:55

Zaqatala da ekologiya ya vurulan ziyan – KİMDİ CAVABDEH

Gündəm / Cəmiyyət

20-05-2023, 11:20

Vüqar Qurbanovun vüqarı Zaqatala Xəstəxanasında necə qorunur?

Gündəm / Araşdırma

17-05-2023, 10:28

TAMARA NURƏLİYEVA ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASINI BAZARA ÇEVİRİB? – İDDİA

Araşdırma
“Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
“Lombard №1” faizləri özbaşına hesablayıb
Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi:Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü
İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
Hadisə
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
5-02-2026, 14:15
Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT
4-02-2026, 14:42
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı
4-02-2026, 14:20
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb
4-02-2026, 12:46
Rüşvət almaqda ittiham olunan sabiq hakim barədə qərar verilib
Son xəbərlər
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:23
    ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • Bu gün, 18:10
    Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
  • Bu gün, 17:42
    “Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
  • Bu gün, 17:16
    “Universal hospital” insanları belə zəhərləyir…-Videofakt
  • Bu gün, 16:22
    Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
  • Bu gün, 16:03
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Bu gün, 15:52
    İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
  • Bu gün, 14:58
    Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
  • Bu gün, 14:33
    Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
  • Bu gün, 14:17
    Lamiyə Vəliyeva rekorda imza atdı
  • Bu gün, 13:57
    Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?
  • Bu gün, 12:33
    Oftalmologiya kafedrasında dosent və tədris işləri üzrə müdir müavini Vəfa Məmmədova PREZİDENTƏ MÜRACİƏT ETDİ
  • Bu gün, 12:29
    “Lombard №1” faizləri özbaşına hesablayıb
  • Bu gün, 12:08
    Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi:Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü
  • Bu gün, 11:43
    İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
  • Bu gün, 11:30
    Bu şəxslər YAP sədrinin müavini olmaq üçün hərkətə keçdi-ŞOK İDDİA!-ŞOK ADLAR...!
  • Bu gün, 11:14
    “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlər çalışır-Rəsmi məlumat
  • Bu gün, 10:20
    Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/FOTOFAKT
  • Bu gün, 09:47
    ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə