• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

28-02-2025, 12:14

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR


Hələ 2019-cu ilin fevralında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılanda qurumdan mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi.
İcra Hakimiyyətindən onu da əlavə etmişdilər ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Maraqlıdır bu qurum ötən beş il ərzində paytaxtımızda görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarəti necə həyata keçirib? Əvvəlki illəri deyil, götürək sonuncu, 2024-cü ili. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma bir neçə mərhələlərdən ibarət olur ki, birincisi satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsidir. Qanuna görə satınalan təşkilat növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinə təqdim edildikdən sonrakı 5 (beş) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (NK) növbəti ilin dövlət büdcəsinin layihəsinə uyğun olaraq satınalan təşkilata aid dövlət büdcəsinin göstəriciləri və xərclərinin bölgüsü barədə məlumatları satınalan təşkilata göndərir və satınalan təşkilat həmin məlumatlar əsasında 5 (beş) iş günü ərzində (büdcədən maliyyələşməyən satınalan təşkilat cari ilin oktyabr ayının 25-dən gec olmayaraq, növbəti il üçün müəyyən etdiyi tələbata uyğun) ilkin satınalma planını hazırlayaraq təsdiq edir və portalda yerləşdirir.
Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.11.2023-cü ildə 2024-cü ildə alınacaq malların və xidmətlərin satınalma planlarını açıqlayıb. Buraya il ərzində alınacaq malların və xidmətlərin satınalması üzrə 13 açıq tender, 2 kotirovka sorğusu daxil edilib. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü il ərzində dövlət satınalmalarının vahid internet portalına 7 açıq tender və 2 kotirovka sorğusunun yekunlaşdırıldığı barədə məlumat yerləşdirib.
Qeyd edək ki, tenderin yekunlaşdırılması və qalibin açıqlanması hələ müqavilənin bağlanılması anlamına gəlmir. Qanunla tender yekunlaşdıqdan sonra təchizatçılara gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) verilir. Qanunla müəyyən edilmiş müddətdən sonra qalib təchizatçı ilə müqavilə bağlanılır və satınalmalarının vahid portalında dərc edilir.
Amma dövlət satınalmalarının vahid internet portalında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü ildə bağladığı müqavilələr barədə heç bir məlumat yoxdu. MMC-nin satınalma planlarına daxil etdiyi 6 açıq tendr barədə isə ümumiyyətlə heç bir məlumat yoxdu. Niyə? Burada Azərbaycan qanunları işləmirmi?
Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2024-cü ildə yekunlaşdırdığı və milyonlarla manat dəyəri olan bir neçə açıq tender diqqətimizi çəkdi.
MMC Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üzrə 28.02.2024-cü ildə 01.08.2024 -cü ildə yekun vurub və 1.429.000,06 manat təklifi ilə “AZ.ARXİTEKTURA” MMC-nin qalib olduğunu açıqlayıb.
MMC satınalma planlarında 2024-cü ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması üzrə açıq tender müsabiqəsinə 12.12.2024-cü ildə başlayıb və “VEST-LTD” QSC ilə 37.230.105,82 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 16.01.2025-ci ildə açıqlayıb. Artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq müqavilənin bağlanıb, bağlanmaması barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl elektron media sözügedən QSC-nin 10 milyon (elektron mediada 21 fevralda yayılan məlumatlarda 11 891 188.48 manat olub, Vergi Xidmətinin məlumatında son günlər QSC-nin vergi borcunu qismən azaltdığı göstərilir ) manatdan çox vergi borcu olduğu barədə məlumat yaymışdı. Rəsmi, Dövlət Vergi Xidmətinin informasiya bazasında yer alan məlumata görə, QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur. Əvvəl “Vest LTD” MMC olan şirkət sonradan təşkilati-hüquqi forması dəyişdirərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilib. Qeyri rəsmi məlumatlarda “Vest LTD” QSC-nin mediada “tender kralı” kimi tanınan Ramazan Mirzəyevə məxsus olduğu deyilir.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2024-cü ildə yekun vurduğu iki tender isə nəqliyyat və xüsusi texnikaların satın alınması ilə bağlıdır. Bu məqsədlə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 16.07.2024-cü ildə yekunlaşdırdığı kommunal təyinatlı texnikaların satın alınması üzrə olan açıq tenderdə 31.400.007,68 manat təkliflə “AZ-TEX-IMPORT” MMC qalib seçilib. Nəqliyyat və xüsusi texnikaların satın alınması üzrə 24.07.2024-cü ildə yekunlaşmış tenderdə də “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 7.212.000 manat təkliflə “AZ-TEX-IMPORT” MMC-ni qalib seçib. Göründüyü kimi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 8 gün ərzində xüsusi texnikaların alınması üzrə “AZ-TEX-IMPORT” MMC ilə ümumi dəyəri 38 612 007 manat məbləğində müqavilə bağlamağı nəzərdə tutub.
Qeyd edək ki, “Az-Tex-İmport” şirkəti 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 22 610 manat, hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 290-da yerləşir. Şirkətin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur. Ondan əvvəl şirkəti Samir İbadullayevin qardaşı İlkin İbadullayev təmsil edib. “Az-Tex-İmport” MMC həm də Sumqayıt Texnologiyalar Parkının rezident şirkətidir. Açıq mənbələrdə şirkət və qanuni təmsilçiləri haqqında heç bir məlumata rast gəlinmir.
Amma dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Az-Tex-İmport” MMC 2020-ci ildən başlayaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Məzil Kommunal Təsərrüfatı Birliklərinin nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə keçirdiyi dəyəri 10 milyon manatdan çox olan 10 müqavilə bağlayıb. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin yekunlaşdırdığı satınalmanı da nəzərə alsaq Bakı şəhər İcra Hakimiyyətinin son 4 ildə nəqliyyat və xüsusi texnikaların alınmasına 50 milyon manatdan çox dövlət vəsaitinin xərclədiyini görmüş olarıq. Belə olan halda bir neçə gün əvvəl Bakıya yağan qarı niyə kommunal qurumların texnikası deyil, elə BŞİH-İn açıqlamaında deyildiyi ki, qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.
Aktualinfo.org xatırladır ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Abit Sadıq oğludur. Bu o, Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu. Dövlət tərəfindən İcra Hakimiyyətinə şəhərdə abadlıq, təmir-tikinti işləri üçün ayrılmış vəsaitlər artıq Abit Əliyevin əli ilə paylanır. Yəni, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC heç bir iş görmür, sadəcə Bakı şəhər İcra Hakimiyyətindən pulu alıb, başqasına sıfariş edir. Bu da qurumun heç də dövlət vəsaitlərinin səmərəli istifadəsinə nəzarət üçün yaradılmadığını, şəxsi məqsədlərə xidmət üçün istifadə edildiyinidən xəbər verir.(aktualinfo.org)

Oxunub: 3 256
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

24-02-2025, 09:42

Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var

Gündəm / Araşdırma

22-02-2025, 14:28

"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq

Gündəm / Cəmiyyət

22-02-2025, 10:22

 Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER

Gündəm / Cəmiyyət

20-01-2025, 11:33

Tender kralı Hacı Ramazana 32 milyonluq tender verildi

Gündəm / Araşdırma

17-01-2025, 17:05

Hacı Ramazanın şirkəti 32 milyon manatlıq tenderi uddu

Gündəm / Dünya

13-12-2024, 15:23

Şirvan şəhər İcra Hakimiyyətində qanunu bilmirlər, yoxsa saya salmırlar?

Gündəm / Cəmiyyət

11-12-2024, 09:53

Salyanın icra başçısının fəaliyyəti ARAŞDIRILIR... - İLGİNC İDDİA

Gündəm / Araşdırma

17-09-2024, 18:08

Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?

Gündəm / Cəmiyyət

5-08-2024, 12:09

Abit Əliyev işini yarımçıq görmüş şirkətlə yenidən niyə anlaşıb? - İcazə verin, şübhələnək...

Gündəm / Araşdırma

22-05-2024, 10:15

Naftalanda da dövlət büdcəsinə BELƏ ŞƏRİK ÇIXIRLAR... - BU DA FAKT!!!

Gündəm / Cəmiyyət

3-04-2024, 13:49

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə işbirliyində olan şirkətlər dövlətə nə qədər ziyan vurur

Gündəm / Cəmiyyət

18-01-2024, 13:18

“Xezer Construction”un gördüyü iş budursa... - BİR ARAŞDIRAN OLSA...

Araşdırma

8-01-2024, 17:27

Daşkəsən "DAĞ" yeridir, BACARANA PULLU BAĞ YERİDİR... - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

7-12-2023, 17:24

Gəncədə TENDER MÜƏMMASI... - BU NƏDİ BELƏ?!

Gündəm / Siyasət

20-09-2023, 21:47

BŞİH 400 minlik inzibati bina tikir – Layihıni icra edəcək sirli şirkət kimindir?

Araşdırma
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir?
AAYDA-də islahat başladı: İlham Əzimov vəzifəsində qalacaqmı?
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
Hadisə
12-04-2026, 14:00
Ötən gün Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
5-04-2026, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:35
    Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
  • Bu gün, 11:58
    Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
  • Bu gün, 11:00
    Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib
  • Bu gün, 10:00
    UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
  • Bu gün, 09:00
    Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
  • Dünən, 18:34
    TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
  • Dünən, 18:09
    “Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA
  • Dünən, 17:30
    Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO
  • Dünən, 16:38
    Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
  • Dünən, 15:50
    Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi
  • Dünən, 15:32
    Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir?
  • Dünən, 14:54
    AAYDA-də islahat başladı: İlham Əzimov vəzifəsində qalacaqmı?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə