• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sabiq rəis aldadılaraq FHN-dən işdən çıxarıldığını iddia edir: - "Nazir mənə diplom vermişdi..."

Gündəm / Siyasət

11-03-2025, 15:48

Sabiq rəis aldadılaraq FHN-dən işdən çıxarıldığını iddia edir: - "Nazir mənə diplom vermişdi..."

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun fəxri fərman və fərqlənmə diplomları ilə təltif etdiyi sabiq rəis qanunsuz olaraq işdən çıxarıldığını iddia edib.

Qaynarinfo-nun məlumatına görə, FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin sabiq rəisi Faiq Ağalarov özü və idarənin xeyli sayda əməkdaşının aladadılaraq işdən çıxarıldığını bildirib.

"2009-cu ildən 2023-cü ilin sonlarınadək FHN-nin Maddi-Texniki Təchizat İdarəsində işləyərək əmək fəaliyyəti ilə məşğul olmuşam. 30 iyul 2009-cu ildə İdarənin ümumi şöbəsinin iş icraçısı vəzifəsinə, 2 oktyabr 2013-cü il tarixdə həmin şöbənin mütəxəssisi vəzifəsinə, 23 iyun 2014-cü il tarixdə şöbənin rəisi vəzifəsinə təyin edilmişəm. 30 oktyabr 2023-cü il tarixində FHN-lə bağlanmış əmək müqaviləmə xitam verilib və idarənin ümumi şöbəsinin rəisi vəzifəsindən azad edilmişəm.

Maddi-Texniki Təchizat İdarəsində işlədiyi dövrdə hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişəm, əksinə dəfələrlə nazir Kəmaləddin Heydərov tərəfindən fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunmuşam. Maddi-Texniki Təchizat İdarəsi nazirliyin tərkibində olsa da, dövlət qulluğuna aid edilməyən mülki bir idarə olub. Artıq bir neçə il idi ki, nazirlik tərəfindən Maddi-Texniki Təchizat İdarəsinin də FHN-nin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçirilməsi üçün lazımi sənədləşdirilmə işləri aparılırdı. Bu sahədə də idarənin ümumi şöbəsinin rəisi kimi fəal iştirak etmiş, tələb olunan sənədlərin hazırlanması prosesinə rəhbərlik etmişəm. 2023-cü ilin oktyabr ayından təmsil etdiyim idarənin əməkdaşları da dövlət qulluqçusu kimi qeydiyyata alınmağa başladı. Dövlət qulluğuna keçmək reallaşdıqdan sonra nazirliyin aidiyyət qurumlarının vəzifəli şəxsləri tapşırdılar ki, idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazsınlar".

O bildirib ki, həmin vaxt əksər işçilər öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazmaqdan ehtiyat edib, bu tələbi yerinə yetirməyiblər:

"Belə olan halda, nazirliyin aidiyyəti idarəsinin vəzifəli əməkdaşları idarəyə gələrək, iclas keçirtdilər və bir daha bildirdilər ki, Maddi-Texniki Təchizat İdarəsi nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçdiyi üçün idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə, həmçinin yenidən dövlət qulluğu hesab edilən həmin işə qəbul edilmələri barədə ərizə yazmalıdırlar və nazirin tapşırığı ilə bütün işçilər əvvəlki iş yerləri və vəzifələrində qalaraq, əmək fəaliyyətlərini davam etdirəcəklər və heç kəs işdən kənarlaşdırılmayacaq. Bu iclasın gedişi idarəmizin əməkdaşları tərəfindən səs yazısı formasında qeydə alınıb və həmin səs yazısı da var".

Faiq Ağalarov əlavə edib ki, bundan sonra idarənin bütün əməkdaşları 2023-cü ilin oktyabr ayının sonlarında öz xahişləıri ilə işdən azad edilmək barədə birinci və yenidən həmin işə qəbul edilmə barədə ikinci ərizəni yazaraq, nazirliyin kadrlar şöbəsinə təqdim ediblər:

"Bu əsasla da, idarənin əməkdaşlarının işdən azad edilməsinə və dekabr ayından başlayaraq, təxminən 120 əməkdaşdan əksəriyyəti elə həmin ay, yəni bir neçə gün ərzində yenidən işə qaytarılmasına başlanıldı. Qalan hissəsi isə sonrakı aylarda əvvəlki və ya öz arzuları ilə nazirliyin tərkibində başqa işlə təmin edildilər. Bu proseslər bir neçə ay davam etdiyindən aldadılaraq işdən azad edilən əməkdaşlar nazirliyin yerləşdirməsini gözləyirdilər və vaxtaşırı xatırlatma ərizəsi ilə nazirliyə müraciət edirdilər. Buna baxmayaraq, idarənin bir necə əməkdaşının, o cümlədən ümumi şöbəsinin rəisi kimi mənim FHN-də vəzifəmizə geri qaytarılması təmin edilməyib".

Keçmiş rəis bildirib ki, dəfələrlə ərizə və teleqramlarla nazirliyin rəhbərliyinə müraciət etsələr də, hər qəbulda da işlə təmin ediləcəkləri bildirilsə də, tələbləri icra edilməyib. O, işdən azad edilməsindən bir ilə yaxın bir müddət keçdikdən sonra artıq anlayıb ki, nazirlik onu işlə təmin etmək istəmir. Belə olan halda rəsmi ərizə ilə FHN-nə müraciət edərək, bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının ona verilməsini tələb edib. 2024-cü ilin noyabr ayının 29-da əmək kitabçası nazirliyin Kadrlar İdarəsi tərəfindən ona qaytarılsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin verilməsi təmin edilməyib.

Sabiq rəis bu barədə məhkəməyə müraciət edib. Bir neçə gün əvvəl keçirilən prosesdə onun iddiası tələb edilməyib. Səbəb kimi isə işdən çıxarılması ilə bağlı müddətin keçməsi göstərilib.

Qeyd edək ki, FHN-nin Kadr siyasəti Baş İdarəsinin rəisi general Sevda Şirinova və Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovdur.

Oxunub: 3 145
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

31-07-2024, 18:57

Qoca vaxtında `BÜDCƏ YORĞALIĞI`: Pulu belə yeyərlər... - ÖZ ƏLİN... ÖZ BAŞIN...

Gündəm / Cəmiyyət

14-06-2024, 17:59

Nazir Kardiologiya Cəmiyyətinin sədrinə yüksək vəzifə verdi - ƏMR

Gündəm / Araşdırma

14-02-2024, 15:09

Kəmaləddin Heydərov polkovniki İŞDƏN ÇIXARDI - ƏMR

Gündəm / Cəmiyyət

12-02-2024, 17:37

Məşhur polkovnikin yerinə rəis təyin olundu - ƏMR

Gündəm / Araşdırma

9-09-2023, 10:20

FHN-də nazirin NÖVBƏTİ HƏDƏFİ: `TUZ QƏŞƏM`...

Araşdırma

6-09-2023, 17:41

Nazir Amal Teymurovun yerinə idarə rəisi təyin etdi - ƏMR

Gündəm / Cəmiyyət

29-08-2023, 15:14

Nazir Qaraşovun rəhbəri olduğu idarəni iki hissəyə böldü - Əvvəlki rəisə də vəzifə verdi

Gündəm / Cəmiyyət

15-08-2023, 09:56

FHN 21 gün əvvəl yaranan şirkəti tenderdə qalib etdi - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

5-08-2023, 13:45

Nazir Xalq artistinin qızını işdən çıxardı - ƏMR

Gündəm / Cəmiyyət

4-08-2023, 18:28

Zaur Hüseynov bacısı oğlunu işdən çıxarıb - Yeməkxana işini rəisin qardaşına həvalə edib

Gündəm / Hadisə

1-08-2023, 11:24

İki general vəzifəsindən azad olundu

Gündəm / Cəmiyyət

31-07-2023, 22:02

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Gündəm / Cəmiyyət

18-07-2023, 17:52

Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən AZAD EDİLDİ - Biri nazirin qohumudur...

Gündəm / Cəmiyyət

21-06-2023, 17:35

Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi: YE Kİ YEYƏSƏN... - TƏFTİŞ VAXTIDIR...

Gündəm / Hadisə

30-05-2023, 13:30

Kəmaləddin Heydərov 3 rəisi vəzifəsindən azad etdi – SİYAHI

Araşdırma
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Sabah 23 dərəcə isti olacaq
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Hadisə
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 17:50
    İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
  • Dünən, 17:20
    Novxanıda ağaclar məhv edilərək “İlyasın kafesi” tikilir? -Videofakt
  • Dünən, 16:43
    Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
  • Dünən, 16:21
    “Onlar buna görə ağır bədəl ödəyəcəklər”
  • Dünən, 16:12
    Bu ərazilərə qar yağır
  • Dünən, 14:54
    “Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı
  • Dünən, 14:43
    Rusiyanın İrana göndərdiyi yardım sərhədimizdən keçdi
  • Dünən, 14:34
    2 yaşlı uşaq epilepsiyadan öldü
  • Dünən, 14:25
    Hörmüz tamamilə bağlandı
  • Dünən, 14:16
    Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var
  • Dünən, 13:53
    Prezidentin köməkçisi Ərdoğanın müşaviri ilə görüşdü
  • Dünən, 13:32
    Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə