• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -

Gündəm / Cəmiyyət

10-04-2025, 10:29

“DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -


“Azərbaycanda texnoloji inkişafın, yəni müxtəlif sahələrdə texnoloji tərəqqinin qarşısını alan əsas qurumlardan biri gömrük orqanlarıdır. İnsanlar harada sərbəst fəaliyyət göstərib texnoloji innovasiyalardan istifadə etməyə çalışırlarsa, gömrük orqanları gəlib çökür onların canına”.

Bunu Yenicag.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Siyasətçi martın 29-u Azərbaycanda fəaliyyətə başlayan “Starlink” peyk internet şəbəkəsinin avadanlıqlarının Azərbaycana gətirilməsində yaranan əngəllərdən söz açıb.

Xatırladaq ki, bu gün Dövlət Gömrük Komitəsinin “Starlink” avadanlıqlarının gömrükdə saxlamasına dair məlumatlar yayılıb. Qurum daha sonra sözügedən məsələ ilə bağlı bildirib ki, “Starlink” qurğularının ölkəyə gətirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmalıdır. Gömrükdəki problem də məhz bu səbəbdən qaynaqlanır.

T. Abbaslı isə DGK-nın sözügedən əməlini birmənalı qarşılamayıb:

“Gömrük işçisi deyir ki, mən bilmirəm, bu nədir. Qardaş, sənin bilməyinə nə ehtiyac var?! Məsələn, “Starlink”i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində necə qeydiyyatdan keçirsinlər?! Sən müraciət et, qoy keçirsinlər. “Starlink” dünyada, hətta Afrikadakı Cibutidə belə tanınır və bilinir. Amma sən hələ “Starlink”i gömrük siyahına əlavə etməmisənsə, bu sənin ayıbındır, başqalarının deyil”.

“Bir tərəfdən deyirik ki, “Biz Avropanın ortasındayıq”, amma Gömrük Komitəsi ölkəni Kubaya və ya Şimali Koreyaya çevirib. Dünyada neçə ölkə tanıyırsınız ki, orada kamera dronlarının ölkəyə daxil olması qadağan olsun? Niyə, hansı səbəbə görə?! Üstəlik, bu məsələlər də eynidir.

Düşünürəm ki, bu cür şeylərə sadəcə bürokratik problemlər kimi baxmaq düzgün deyil. Burada həm Dövlət Gömrük Komitəsinin köhnəlmiş yanaşma tərzi, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nədənsə çəkinməsi var. Film kamerası və ya dron almaq üçün lazımi orqanlardan icazə tələb olunur, amma bunu izah edə bilmirlər. Bu məsələlər dünyada da Azərbaycan haqqında mənfi rəy yaradır. Dünya bu gün o qədər qloballaşıb ki, istənilən beynəlxalq saytda Azərbaycana “Starlink”in daxil olmasının qadağan olması ilə bağlı məlumat yayılsa, bu, yenə də ölkənin imicinə zərbə vurur”.

Partiya sədri xatırladıb ki, beynəlxalq investorların buna reaksiyası da birmənalı olmayacaq:

“Starlink” sərbəst internetə çıxış imkanıdır. Gömrük niyə bundan qorxur?! Hətta sonuncu dəfə partiya olaraq “Starlink” gətirməyi planlaşdırırdıq. Amma bu problemləri bildiyim üçün dedim ki, tələsməyək, görək, kimsə gətirə biləcək, ya yox. Onsuz da müasir texnologiyalar Azərbaycana regionda ən son gəlir, üstəlik, müxtəlif məhdudiyyətlərlə. Bu düşüncə tərzini dəyişmək lazımdır. Biz kommunist Sovet dövlətində yaşamırıq, Sovetlər dövrü deyil. Gömrüyün hər şeyi nəzarətdə saxlaması, hər şeyi kontrol etmək ayıbdır. Sadəcə olaraq, adamlar utanır”.

“Xatırlayırsınızsa, İlon Mask ilk dəfə sosial şəbəkəsində Gürcüstan və Ermənistanın “Starlink”ə qoşulduğunu elan etdi. Azərbaycan isə “hazırlıq mərhələsində” idi. Mən buna çox üzüldüm. Biz regionun lider ölkəsiyik. Azərbaycan Gürcüstandan və Ermənistandan daha güclü dövlətdir, amma müasir texnologiyalar bizə onlardan sonra gəlir. Şükür ki, iki-üç gün sonra elan edildi ki, Azərbaycana da gəlib. Amma Azərbaycan, əksinə, dağlıq rayonlarda və regionlarda “Starlink”i təşviq etmək üçün addımlar atmalı idi ki, insanların internetə çıxışı rahatlaşsın. Əksinə, buna icazə vermək əvəzinə maneələr yaradılır”, – həmsöhbətimiz əlavə edib.

Müxalifətçi hesab edir ki, burada hansısa oliqarxların və ya monopolistlərin bazarı zəifləməsin deyə belə addımlar atılır:

“Çünki Azərbaycandakı internetin səviyyəsini hamımız bilirik. Zəng edirsən, biri deyir “kabeldən”, kabelçəkən şirkət deyir “provayderdən”, provayder isə “internetdən” deyib məsələni bağlayır. Azərbaycanda internetin sürəti hansı vəziyyətdədir, hamımız bilirik. İndi bu alternativ gəlir – “Starlink”. Bu alternativ Azərbaycandakı strukturlaşmış bəzi monopolist qruplara tabe olmayacaq. Çünki İlon Muskın bunlarla hesablaşmağa ehtiyacı yoxdur və burada vasitəçi də yoxdur. Bir antena, bir peyk və araya heç kim girə bilmir. Ona görə əminəm ki, yaxın zamanda “Starlink”i məhdudlaşdıran qərarlar da qəbul oluna bilər. Bu düşüncə tərzi ilə yanaşsalar, bu da mümkündür. Bəlkə də vaxt uzadırlar ki, parlament belə bir qanun layihəsi qəbul etsin və “Starlink”i məhdudlaşdırsınlar. Mən bunu da gözləyirəm. Azərbaycanın təhlükəsizlik məsələlərinə görə “Starlink”in qadağan olunması da baş verə bilər”.(Yenicag.az)

Oxunub: 3 219
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

6-02-2025, 13:12

Balakən Gömrük İdarəsinə rəis təyin olundu

Gündəm / Cəmiyyət

4-02-2025, 17:42

Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...

Gündəm / Siyasət

24-12-2024, 18:49

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Gündəm / Araşdırma

15-11-2024, 09:38

Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...

Gündəm / Araşdırma

23-10-2024, 13:08

Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər

Gündəm / Cəmiyyət

30-09-2024, 11:22

Şahin Bağırovla yola davam etmək çətindir - statistika bunu deyir

Gündəm / Araşdırma

23-08-2024, 17:39

Gömrük Komitəsi itlər üçün 176 ədəd oyuncaq top alır

Gündəm / Cəmiyyət

18-04-2024, 15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

Gündəm / Cəmiyyət

15-03-2024, 10:19

Dövlət Gömrük Komitəsinin 10 manatlıq FIRLDAĞI... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

22-02-2024, 18:14

İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi - DETALLAR

Gündəm / Araşdırma

19-02-2024, 12:05

Gömrük Komitəsi NK-nın qərarından sui-istifadə edir - Vətəndaşlarımız avtomobillərini ölkəyə gətirə bilmirlər

Gündəm / Cəmiyyət

29-01-2024, 18:39

Prezident rektoru TƏLTİF ETDİ

Gündəm / Dünya

23-12-2023, 22:01

“SpaceX” daha 23 internet peykini orbitə çıxardı

Gündəm / Dünya

23-12-2023, 09:35

"Niyə, Gömrük Komitəsi?" - ETİRAZ

Gündəm / Cəmiyyət

10-08-2023, 17:10

Dövlət Gömrük Komitəsinin Akademiyasında 121 min manatlıq forma "alış-veriş"i - TƏFƏRRÜAT

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Masazırdakı bu tikintinin içracısı kimə güvənir? - İsrail kimdir?
İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Hadisə
Bu gün, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
Dünən, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Dünən, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Dünən, 17:34
Goranboyda yol qəzası - Yaralılar var
Dünən, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
23-08-2026, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
Son xəbərlər
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 17:00
    İsveçrədə atışma olub, xəsarət alanlar var
  • Bu gün, 16:00
    Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
  • Bu gün, 15:00
    ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
  • Bu gün, 14:30
    FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə