• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Karyerasını 27 yaşında başa vuran millimizin sabiq üzvü ilə - Müsahibə

Müsahibə

3-05-2023, 16:05

Karyerasını 27 yaşında başa vuran millimizin sabiq üzvü ilə

Peşəkar futbola Ukraynada başlayan Rəşad Eyyubov vaxtilə bu ölkənin U-17 millisində də çıxış edib. Daha ölkəmizdə “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”,” “Neftçi” və “Zirə”nin formalarını geyinən yarımmüdafiəçi Azərbaycanın əsas millisində 7 oyun keçirib.

27 yaşında gözlənilmədən peşəkar karyerasını bitirən futbolçu hazırda Region Liqasında çıxış edən “Füzuli” komandasında çıxış edir. R.Eyyubov Qol.az-a müsahibəsində karyerasını bitirməsinin səbəblərindən, gələcək planlarından və digər məsələlərdən danışıb.

- Üç il əvvəl peşəkar karyeranı başa vurdun. Hazırda isə “Füzuli”dəsən. Necə oldu ki, yenidən oynamağa qərar verdin?

- Futbola qayıtmaq fikrim yoxdur. Sadəcə “Füzuli”dən zəng edib xahiş etdilər ki, bir neçə oyunluq komandaya kömək edim. Mən də razılaşdım. Özümə də uzun müddətdən sonra futbol oynamaq maraqlı gəldi. Hazırda komanda ilə məşq etmirəm, sadəcə oyuna çıxıram.

- Deməli, karyeranı bərpa etmək istəmirsən.

- Xeyr. Sadəcə bir neçə oyunluq “Füzuli”dəyəm.

- Bəs, necə oldu ki, 27 yaşında karyeranı bitirmək qərarı verdin?

- Əslində futbol üçün ən yaxşı yaş dövrü idi. Amma səhhətimdə problemlər yarandı. Buna görə də peşəkar səviyyədə futbola davam edə bilməzdim. Qərara gəldim ki, karyeramı bitirim.



- İndi durumun necədir?

- İndi şükür ki, səhhətim yaxşıdır. Sadəcə risk etmək istəmirəm. “Sabah”ın U-19 komandasında çalışıram. Mənim üçün maraqlıdır. İndi fikrim tam olaraq məşqçilikdədir.

- Bir az əvvələ qayıdaq. Ukraynada oynadığın zaman Sergey Yuranın dəvəti ilə “Simurq”a gəldin...

- Bəli, mən Odessada “Çernomorets” klubunda çıxış edirdim. Klubla 5 illik müqaviləm var idi. Müxtəlif təkliflərim olsa da, komandada qalmaq istəyirdim. Həmin vaxt “Simurq”dan da təklif gəldi. Onda hələ Sergey Yuran baş məşqçi təyin edilməmişdi. Amma məni bəyəndi və sonra müqavilə bağladıq. Azərbaycandakı karyeram belə başladı.

- Ukraynada qalsan, hansı perspektiv ola bilərdi?

- Bəlkə də, perspektiv yaxşı olardı, amma bunu indi demək çətindir. Deyə bilmərəm ki, Ukrayna millisində oynayacaqdım, ya yox. Amma qərarıma görə heç bir peşmanlığım yoxdur. Çünki Azərbaycanda yaxşı karyeram oldu, milli komandada da oynadım, Avroliqada da çıxış etdim. Ona görə də bura gəlməyimə görə peşman deyiləm.

- Region Liqasında durum necədir?

- Əlbəttə ki, hər şey tam fərqlidir. Təşkilatçılıq baxımından da səviyyə fərqi böyükdür. Son oyunu Siyəzəndə keçirdik. Oynadığımız meydan heç futbol üçün deyildi.



- Millimizdə, yaxşı klublarda oynamısan. Bu baxımdan Region Liqası darıxdırıcı gəlmir?

- Yox, maraqlıdır. Komandada çoxlu veteran futbolçu var. Bazar günü Ağcabədidə oyunumuz olacaq. Deyirlər, orada azarkeş çox olur. Regionlarda oyunlara maraq böyükdür. Bu baxımdan mənə də maraqlıdır. Təbii ki, oyunların tempi tam başqadır, taktika və texnika baxımından fərq çox böyükdür, amma futbolu yenidən hiss etmək üçün mənə maraqlıdır.

- Gələcək planların nədir?

- Hazırda B kateqoriyasını oxuyuram. Planlarım sırf məşqçiliklə bağlıdır. Yenə oxumaq fikrim var. A və Pro kateqoriyasına qədər irəli getmək istəyirəm. Hazırda 19 yaşadək futbolçularla çalışdıram. Bu, elə bir yaş dövrüdür ki, məşqçilikdə nə görürəm, nə bacarıramsa bu potensialı göstərmək olur.

- Milli komandamızın hazırkı çıxışları haqda nə düşünürsən?

- Məncə, son 10-15 ildə millimizin belə yaxşı heyəti olmayıb. Bu, millimizin ən güclü heyətidir. Bu heyətlə hansısa bir nəticə olmalı idi. Amma oyunlarda irəliləyiş görünmür. Mən millimizin baş məşqçisi Canni De Byazidən daha yaxşı işlər gözləyirdim.



- Yəni baş məşqçi işinin görünmədiyini demək istəyirsən?

- Millimiz ardıcıl bir neçə oyunda qalib gəldi. Amma oyunlara baxanda görünür ki, bu matçlar sırf futbolçularımızın hesabına udulub. Yəni o nəticələr ancaq oyunçularımızın səviyyəsinə görə olub. Taktiki baxımdan hər hansı məşqçi işi görünmədi.

- De Byazinin istefaya göndərilməməsi komandamızla bağlı nə vəd edir?

- Mən istərdim ki, daha iddialı və cavan mütəxəssis millimizi çalışdırsın. De Byazinin komandası ardıcıl 5 oyunda qalib gəldi. Yoldaşlıq matçları olsa da, hardasa bir uğurlu seriya idi. Buna görə də AFFA-nın qərarını başa düşürəm. Belə bir vaxtda məşqçini göndərmək çətin olur. Ona görə də hardasa məntiqə uyğun qərar verildi. Amma indi artıq onunla vidalaşmağın vaxtıdır. Məncə, əsas odur ki, məşqçi yaxşı olsun. Onun haralı olmağının fərqi yoxdur.

- Yerli məşqçilərdən kim De Byazini əvəzləyə bilər?

- Çətin sualdır. Ən güclü məşqçimiz Qurban Qurbanovdur. Başqa məşqçinin adını çəkmək çətindir.

- Premyer Liqamızın səviyyəsi necədir?

- Bu il çempionat daha maraqlıdır. “Sabah” Premyer Liqaya rəng qatdı. İndi daha rəqabətli çempionat izləyirik. “Neftçi” də hiss edir ki, artıq əsas rəqib kimi tək “Qarabağ” yox, “Sabah” da var. “Qəbələ” də gücünü göstərir. Görürük ki, sonuncu pillələrdə olan komandaların da yaxşı mübarizəsi gedir. Çempionatın sonuna 4 tur qalsa da, hələ də mübarizə gedir.

- “Sabah” ilk dəfə avrokuboklara vəsiqə qazandı. Murad Musayevin komandasından nə gözləmək olar?

- Əsas odur ki, baş məşqçi Murad Musayevin avrokuboklarda təcrübəsi var. Ona görə də inanıram ki, “Sabah” elə ilk mövsümündə qrup mərhələsinə düşə bilər.

Ramiq Ağaməmmədov

Oxunub: 9 701
Paylaş:
Oxşar xəbərlər

İdman

3-05-2023, 16:03

Ərəblər Messiyə fantastik təklif hazırlayıb

İdman

2-05-2023, 22:21

“Qarabağ” derbini qazandı, “Neftçi” bürünc medalçı oldu - VİDEO

İqtisadiyyat

7-04-2023, 00:27

Özünə “umac ova bilməyən” “İnvest-Az”: CAMAATA DƏRS KEÇİR – Bu da dələduzluğun bir növüdür

Araşdırma

10-04-2023, 11:39

Haqqında yüzlərlə şikayət olan MTK rəhbəri niyə azadlığa buraxılıb? – Zakir Qaralovun himayə etdiyi Rauf Əliyev…

Araşdırma
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bakı və Azərbaycan Yepiskopu Aleksiy (Smirnov) vətəndaşın hüquqlarının bərpası əvəzinə, əksinə olaraq vətəndaşın hüquqlarını əlindən almaq istəyir.
Fərid Əhmədov “Tubzon”u Əhəd Abdiyevə həvalə etdi - Nə dəyişəcək?
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Hadisə
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
Son xəbərlər
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:52
    “Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
  • Bu gün, 18:12
    114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
  • Bu gün, 17:27
    “Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
  • Bu gün, 16:54
    Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
  • Bu gün, 16:21
    Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
  • Bu gün, 15:38
    Bakıxanov qəsəbəsində ağaclar kəsilib? Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
  • Bu gün, 15:17
    “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
  • Bu gün, 13:15
    Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
  • Bu gün, 12:38
    Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb
  • Bu gün, 12:04
    Ölkədən qaçmaq üçün görün hansı üsula əl atdı – DƏHŞƏT
  • Bu gün, 11:27
    Bakı və Azərbaycan Yepiskopu Aleksiy (Smirnov) vətəndaşın hüquqlarının bərpası əvəzinə, əksinə olaraq vətəndaşın hüquqlarını əlindən almaq istəyir.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə