“Lənkəran Olimpiya İdman Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu kəskin artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin dövlətə vergi borcu 24 min manatdan 2 dəfə artaraq 49 min manata yüksəlib.
Qeyd edək ki, “Lənkəran Olimpiya İdman Kompleksi” MMC-nin nizamnamə kapitalı 17 milyon manatdır. Şirkətin direktoru Mircəlal Cəlalovdur.
Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən kompleks 2018-ci ildə istifadəyə verilib.
Kompleksin ərazisində universal idman salonu, futbol meydançası, üzgüçülük hovuzu, güləş, boks və ağır atletika zalları, həmçinin mehmanxana fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuş infrastruktur mövcuddur.