• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Keçmiş “voenkom” kimlərin əli ilə Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri oldu? - İLGİNC FAKTLAR

Cəmiyyət

6-05-2023, 21:26

Keçmiş “voenkom” kimlərin əli ilə Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri oldu? - İLGİNC FAKTLAR


Məlum olduğu kimi, idarəetmədə zəngin biliyi və təcrübəsi olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil respublikamızın qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması olub. Çünki, layiqli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir və ölkənin rifahı və inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır. Bu baxımdan düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir.

Amma gəlin görək Ekologiya və Təbii Sərvətlər naziri Babayev Muxtar ümummilli lider Heydər Əliyevin kadr siyasətini rəhbəri olduğu qurumda necə həyata keçirir?

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər naziri Babayev Muxtar İsmayıllı-Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə 2021-ci ildə öz müavini cənab Kərimov Vüqarın dostu olan, təqüddə olan polkovnik və “voenkom” Rəsul Quliyevi müdir təyin etmişdir. Hazırda 2400 manat təqüd alan keçmiş hərbi komissar necə olub ki, meşəçilikdən belə elementar anlayışı olmadığı halda, birdən birə bu sahəyə gizir yox, “polkovnik” təyin edilir? Biz keçmiş hərbçi Rəsul Quliyevi hələ 1995-ci ildə Şəki rayon Hərbi Komissarlığında kapitan rütbəsində, 2-ci hissənin rəisi olandan tanıyırıq. Kaş tanımayaydıq. O vaxt onu belə tanıdıq ki, ön cəbhədə xidmət edən və iki qardaş olan qayınlarım Habil və Namiq Məmmədovların hər ikisi atəşkəsdən sonra da cəhə zonasında qalmaqla xidmət edirdilər. Qanunvericiliyə görə belə halda qardaşlardan biri arxa cəbhəyə dislokasiya olunmalı idi. Ona görə də Məmməd Məmmədov bir ata kimi Şəki Hərbi Komissarlığına yaxınlaşıb aidyiyyatı üzrə Rəsul Quliyevə müraciət etmişdir. R.Quliyev 2-ci mərtəbədə yerləşən xidməti otağında valideyni çox mehribanlıqla qarşılamış və özünün də kasıb təbəqədən olmasını dilə gətirərək əsgər atasının etimadını qazanmağa çalışmışdır. Və məslənin “həlli” üçün yuxarılara pul lazım olduğunu bildirmişdir. Kənd müəllimi olan Məmməd müəllim də evdə olan qalan inəyini və bir danasını satıb pulunu Rəsula vermişdir ki, təki iş düzəlsin. Amma aylar keçsə də iş düzəlmir. Məmməd müəllim çox get gəldən sonra pulunun kiçik bir hissəsini Rəsuldan zorla ala bilmişdir. Budur, illər keçir, Rəsul Quliyev zəmanəsinin nəbzini tutaraq karyera yüksəlişlərində Şəki, Oğuz, Masallı və Qazax rayonlarında hərbi komissar vəzifələrində çalışır. Və həmişəki ampulasında xeyli sərvət də toplayır. Sərvəti artdıqca iştahı da həndəsi silsilə üzrə artır. O tezliklə 2016-2017-ci illərdə Qazax rayonundan Gəncənin ən “jirni” yeri hesab edilən Kəpəz rayon Hərbi Komissarı vəzifəsinə təyin olunmaq istəyir. Və özünü Müdafiə Nazirliyində güclü adamı olan bir dələduz qadınla gizli sövdələşir. Necə?
Bunlar ““Hərbi Komissarlıqda işə düzəltmək üçün 180 min manat verdim”başlıqlı yazısında öz təsdiqini tapıb.
https://www.bizimyol.info/az/news/105113.html

“…M.Məmmədova bir neçə şəxsin etibarından istifadə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Zərərçəkmişlərdən biri də əməkdar artist Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verərək, ondan ümumilikdə 32 min manat pul alıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev ifadə verib.
O bildirib ki, 2011-ci ildə M.Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib: “Lakin sonradan o, pulu geri qaytardı. Daha əvvəl Müdafiə Nazirliyində çalışırdım. Pulu Məlahət xanıma verən zaman pensiyada idim. Onunla aramızda borc müqaviləsi bağlandı”.
M.Məmmədova deyib ki, həmin pulu tanışına verib: “Düzdü, belə söhbət olub. Mən, sadəcə, arada vasitəcə olmuşam. Həmin adam da tutuldu. Özüm şəxsən pulu Rəsul müəllimə qaytardım”.
M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O bildirib ki, 2012-ci ildə dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.”
Yazıdan da göründüyü kimi Quliyev Rəsul hətta tamahına güc gələ bilmədiyinə görə dəlduzluqda məhkum edilmiş Məlahət Məmmədovaya Gəncədə Hərbi Komissar təyin edilməsi üçün 180000 manat rüşvət verdiyini Bakı Ağır Cinayətlər Məhkəməsində etiraf edib. Hakim də soruşmur ki, bu qədər pulun mənbəyi səndə hardandır? Verdiyin rüşvətin verilməsini və ya qaytarılmasını təsdiq edən bir sənədi məhkəməyə təqdim edə bilərsənmi? Və s.
RƏSUL QULİYEV BƏS ONU ETSN-də YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİRƏN NAZİR MÜAVİNİ VÜQAR KƏRİMOVA BU TƏYİNAT ÜÇÜN NƏ QƏDƏR RÜŞVƏT VERİB?

Bəli, Rəsul Quliyev bir dəfə vəzifə üçün verdiyi rüşvətə görə ağzının yandığını və məhkəmə çəkişməsinə düşdüyünə görə bu dəfə daha ehtiyatlı hərəkət etmişdir. O, bu dəfə Məlahət kimi bir dələduzla yox, birbaşa nazir müavini Vüqar Kərimova kanal tapmaqla işini görməyə üstünlük vermişdir. Belə ki, bu adam 1995-ci ildən sonar uzun müddət Şəki Hərbi Komissarlığında işlərkən onunla daima gizli əlaqədə olan Şəki rayon İcra Hakimiyyətinin Kiş kəndi üzrə nümayəndəsi və Vüqar Kərimovun həmkəndlisi və uzaq qohumu olan Mürvət Yusifovla birlikdə “qaz vurub qazan doldurub”lar, çörək pulu qazanıblar. Xatırladaq ki, Respublika Hərbi Komissarı olmuş Əliağa Hüseynovun 2008-ci ildə bizə verdiyi rəsmi cavabda bildirmişdir ki, bir çağırış üzrə Şəkinin Kiş kəndindən 47 nəfər hərbi xidmətdən yarasızlığa görə azad edilmişdir. Bəli, əgər bir çağırışda Kiş kəndindən cəmi 65- 70 nəfər çağırışçı olurdusa , onun da yarıdan çoxunu Rəsul Quliyevlə Mürvət Yüsifov hərbidən yüksək pul qarşılığında yayındırıdılar. Burada xüsusi xatırlatmaq yerinə düşərdi ki, hətta MDB məkanında elə bir yaşayış məntəqəsi ( kənd, qəsəbə və ya şəhər) ola bilməzdi ki, çağırışçıların 50%-dən yuxarısı orduya yarasız hesab edilsin. Amma Vüqar Kərimovun doğma və gözəl təbiətə malik Kiş kəndində bu onun qohumu vasitəsilə mümkün olub.
Hansılar ki, bu çağırışçılar 9-cu sinifi bitirən kimi əksəriyyəti Rusyanın Moskva, Jitomir və Tollyatti şəhərlərinə gedib məskunlaşırdılar. Və hazırda da orada yaşamaqdadırlar. Hərbi xidmət vaxtı çatan kimi, Mürvət Yusifov, kəndin sahə müvəkkili olan Qüdrət adlı polisi qoltuğuna vurub üz tutardı Rusiyanın əsas bu 3 şəhərinə. Və əvvəldən danışılan kimi, hərbi çağırış yaşı çatanların hamısını Azərbaycana qayıtmadan onları 3 qat pul məbləğində orduya yarasız olmaları barədə Rəsul Quliyevin imzaladığı hərbi biletlərini təqdim edib pul, pay-püşlə sevinə-sevinə Vətənə qayıdardı. Bəli, bu işin üstünə düşdükdə polis kapitranı Qüdrəti vəzifəsindən azad etsələr də, Kənd icra nümayəndəsi M.Yusifov Şəki şəhər İH-nin Ərazi və İdarəetmə üzrə müdiri işləmiş “krışası” hesab ediləm Firqət adlı birisinin himayəsi altında bu cinayətlər ört-basdır edilmiş, M.Yusifov vəzifəsində qalmışdır. Doğrudur, M.Yusifov bizi 5 nəfər güvəndiyi dəstə ilə fiziki məhv etməyə söz versə də, sonradan onu başa salmışlar ki, “çaşma, özün pis günə düşərsən!”.
Bu da nəticə. Rəsul Quliyev təbii ki, ETSN-də yüksək vəzifəyə düzəlmək üçün yenə də, köhnə dost olan M.Yusifova müraciət edərək əlində nə qədər imkanın olduğunu və Vüqar müəllimin köməkliyilə vəzifəyə təyin olunub təqaüddə olan ömrünün qalan hissəsini də İsmayıllı meşələrində kabab yeməklə keçirməyi arzu etməsini bildirmişdir. Nəticəsi bu gün bütün Azərbaycan ictimaiyyətinə bəllidir. Amma bu dəfə dəqiq deyə bilmərik ki, Rəsul Quliyev 2016-ci ildə daha böyük vəzifəyə təyin olunmaq üçün rüşvət verdiyi və min bir əziyyətdən sonar geri ala bildiyi 180 000 manatın üstünə nə qədər qoyub və ya götürüb ETSN- rəhbərliyinə verib. Amma dəqiq bilirik ki, meşədən sadə bir anlayışı belə olmayan təqaüdçü “voenkom” Rəsul Quliyevin İsmayıllı-Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə müdir təyin olunması üçün yüksək intellekt sahibi olan Babayev Muxtarın, nə marağı olub ki, bu qədər gənc peşəkar kadrlar dura dura bu adamı elə belə birbaşa bu boyda vəzifəyə təyin etsin. Budur, ona görə də son iki ildir ki, İsmayıllı və Şamaxı rayonlarının magistral yol kənarlarındakı meşəlik ərazilərdə kafe və restoranların sayı göbələk kimi artmaqdadır. Necə deyərlər, “Kəndxudanı gör, kəndi çap!”.
Burada söz hərbi çağırışdan, “voenkom” işindən düşmüşkən, onu da araşdırdıq ki, bəs cənab nazir müavini Vüqar Kərimov özü niyə aspiranturanı 1998-ci ildə bitirdikdən sonar hərbi xidmətə getməmişdir? …
Bizi izləyin. Qarşı tərəfin də söz haqqı tanınır.

Aktualinfo.org

Oxunub: 6 520
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-05-2023, 23:03

Naxçıvan Hərbi Prokurorluğu yaradıldı

Gündəm / Siyasət

6-05-2023, 22:56

DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi

Gündəm / Araşdırma

1-05-2023, 11:44

Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi niyə bir-birinə "girib"?-FOTO

Gündəm / Siyasət

6-05-2023, 17:29

Baş nazirdən qida təhlükəsizliyi ilə bağlı QƏRAR

Gündəm / Cəmiyyət

6-05-2023, 17:12

Əlillik dərəcəsi almaq istəyən idmançı nazirlik əməkdaşını döydü - VİDEO

Araşdırma

6-05-2023, 16:17

“Azərlotereya”nın xalqa bəxş etdiyi xroniki azar - Zəfər Rəisoğlunun “Misli” cadusu!

Gündəm / Cəmiyyət

6-05-2023, 14:35

Yeni nazirin Biləsuvarda da işi ÇƏTİN OLACAQ... - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

6-05-2023, 11:10

Gülnaz Dadaşovanın məhv etdiyi Kardiologiya İnstitutu... - Savadlı və mütəxəssis kadrları işdən çıxarır

Siyasət

6-05-2023, 00:47

XİN başçısının müavini Meksikaya səfər edib

Müsahibə

3-05-2023, 18:02

Prezident: İşğal dövründə Şuşanın dağıdılması bir daha göstərir ki, o, heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır

Müsahibə

3-05-2023, 16:05

Karyerasını 27 yaşında başa vuran millimizin sabiq üzvü ilə - Müsahibə

İqtisadiyyat

7-04-2023, 00:27

Özünə “umac ova bilməyən” “İnvest-Az”: CAMAATA DƏRS KEÇİR – Bu da dələduzluğun bir növüdür

Araşdırma

10-04-2023, 11:39

Haqqında yüzlərlə şikayət olan MTK rəhbəri niyə azadlığa buraxılıb? – Zakir Qaralovun himayə etdiyi Rauf Əliyev…

Araşdırma

27-12-2022, 10:25

Kollec direktoru Bərxudar Bərxudarov barədə ŞOK FAKTLAR YAYILDI - “ölü ştatlar”, “qiymət tas”ı, qohum-əqrəba, dost-tanış...

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
Hadisə
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
12-07-2025, 10:11
Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO
3-07-2025, 10:04
Bilgəh çimərliyində boynu sınan gənc öldü
30-06-2025, 18:41
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
Son xəbərlər
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Dün, 18:50
    “AYNA” ya dövlətdən ayrılan vəsait necə sərf olunub? Kondisionerli dayanacaqlar isə…..
  • Dün, 18:26
    İş adamı Xəlil Göyüşov bir ildə 44, 2 milyon manatlıq sifariş alıb
  • Dün, 17:59
    Xətai rayonu Qaçaq Nəbi küçəsində qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
  • Dün, 16:58
    Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? Ramil Əliyevin yeni tələbi….
  • Dün, 16:29
    Dövlət Turizm Agentliyində milyonlar manat nəyə sərf olunub?
  • Dün, 15:59
    Emin Orucov bildirdi ki uşaqların sayını çox yazın ki, problem yaranmasın-Video
  • Dün, 14:36
    Ayaz Qocamanovun iş adamı olan atası İlyaz Qocamanov ölkədən nə qədər valyuta çıxarıb?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə