“Rusiya Avropa ilə müharibəyə can atmır”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında danışıb.
O bu mövzudakı bütün iddiaları cəfəngiyyat adlandırıb:
“Onlar orada Avropaya hücum barədə nə danışırlar? Axı hər kəs başa düşür ki, biz Avropa ilə müharibəyə can atmırıq, bu nə cəfəngiyyatdır. Amerikalılar Avropa ilə münasibətləri yoluna qoymağa çağırırlar, amma onlarla münasibətləri biz korlamamışıq”.