• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia

Gündəm / Cəmiyyət

14-05-2025, 18:11

"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadının ölümünün təfərrüatları məlum olub...

Mərhumun baldızı Dilbər Abdullayeva Oxu.Az-a açıqlamalarında bildirib ki, dünyasını dəyişən Pərvanə Abdullayeva mayın 12-də səhhətində problem olduğu üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Pərvanə USM (Ultrasəs müayinəsi) müayinəsindən keçərkən məlum olub ki, kor bağırsağında iltihab var, cərraha müraciət etmək məsləhət görülüb. P.Abdullayeva xəstəxananın Səbinə adlı ginekoloquna müraciət edib. Səbinə həkim müayinə edəndən sonra Fərid adlı cərrahı çağırıb. Fərid ona təcili əməliyyat təklif edib. Pərvanənin üstündə pul olmadığı üçün əməliyyatdan imtina edib və evinə qayıdıb ki, evdən pul götürüb səhəri gün xəstəxanaya getsin. Axşam saatlarında Fərid həkim Pərvanənin oğluna dalbadal zəng edərək bildirib ki, anasını təcili əməliyyata gətirsin, pulu sonra verərlər. Fərid deyib ki, əgər gəlməsəniz, gecə kor bağırsaq partlayacaq və öləcək. Həkimin məqsədi o olub ki, Pərvanə səhəri gün xəstəxanaya gəlsə, həmin vaxt başqa cərrahın növbəsinə düşəcək və onun əli əməliyyat pulundan çıxacaq.

Həkimin təkidi ilə Pərvanə oğlu ilə birlikdə axşam saatlarında xəstəxanaya gəlib və dərhal əməliyyata götürülüb.

Pərvanənin əməliyyatı iki saatdan çox çəkdi. Mən də qohumlara zəng vurub hamını xəstəxanaya çağırmışam. Axşam saat 8-ə işləmiş Pərvanə əməliyyata götürülüb. 2 saatdan çox vaxt keçəndən sonra əməliyyat başa çatdı. Həkim gəlib mənə məlumat verdi ki, əməliyyat uğurlu keçib, kor bağırsaqdan başqa kista əməliyyatı da icra edib. Həkimə dedim ki, nə qədər xərci varsa, ödəyim. Fərid doktor dedi ki, əməliyyatda mənimlə yanaşı anestezioloq da iştirak edib, sabah gələrsiniz, onun da hörmətini edərsiniz, mənim də.

Razılaşdım, həkim çıxıb getdi. Böyük bacım Pərvanənin yanında qaldı. Gecə Pərvanənin vəziyyəti pisləşib, həkimi axtarıblar, tapa bilməyiblər. Pərvanədə kəskin baş ağrılar, daxili qanaxma başlayıb. Pərvanəni palatadan götürüb başqa yerə köçürüblər. Pərvanə gecə saatlarında daxili qanaxmadan dünyasını dəyişib, amma bizə deməyiblər.

Səhər saat 8-də xəstəxanaya gəldim ki, Pərvanə yoxdur. Anestezioloq Səadətdən Pərvanəni soruşdum, dedi ki, vəziyyəti pisləşdiyi üçün aparata qoşulub. Səadətdən soruşdum ki, xəstə necə aparata qoşulub ki, siz onun yanında deyilsiniz. Mənə dedi ki, guya növbə dəyişilib və o, xəstəni başqa həkimə təhvil verib. Həkimdən xəstəni görməyimi tələb edəndə o qaçdı, yoxa çıxdı. Neçə saat xəstəxanada Fərid və Səadəti axtardım, tapa bilmədim. Palataları bir-bir gəzirəm. Birdən sonuncu palatanın qapısını açdım ki, bəlkə həkim orada olar. Palatada arabanın üstündə üzü örtülmüş meyit gördüm. Yaxınlaşıb meyitin üzünü açanda gördüm ki, Pərvanə ölüb, üzünü bağlayıb, meyiti gizlədiblər. Nə qədər qışqırdımsa, heç kimi tapa bilmədim. Bizim xəstəni bilərəkdən öldürüb gizlədiblər, bizə isə deyirlər ki, guya aparata qoşulub.

Pərvanənin ölümünün səbəbi Fərid və Səadət həkimdir".

Xatırladaq ki, mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Pərvanə Alı qızı "kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı" diaqnozu ilə xəstəxanaya daxil olub və əməliyyatdan sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:44

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadın ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə mayın 13-də günorta saatlarında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı qızı Abdullayeva "kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı" diaqnozu ilə xəstəxanaya daxil olub və o, dərhal əməliyyata götürülüb. Əməliyyatdan normal çıxan qadının sonradan halı qəfil pisləşib və o, xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, P.Abdullayeva ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az

Oxunub: 4 144
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

19-03-2025, 09:58

Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"

Gündəm / Cəmiyyət

17-03-2025, 15:26

"Etalon Hospitalı"nın plastik cərrahı Seymur Məmmədov əməliyyat etmişdi- 34 yaşlı qadın öldü

Gündəm / Cəmiyyət

20-02-2025, 16:50

Həkimin yanlış əməliyyatı pasiyentin səhhətində problemlər yaratdı – VİDEO

Gündəm / Cəmiyyət

23-12-2024, 16:45

Kürdəmirdə daha bir körpə ölümü

Gündəm / Cəmiyyət

19-12-2024, 13:40

“Mərcan” klinikasının həkiminə 5 min manat verib plastik əməliyyatdan etdirib- 23 yaşlı Nərminin ölümü….

Gündəm / Cəmiyyət

11-12-2024, 10:24

Ziyafət Əsgərovun qardaşı qızına İTTİHAM - “Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü”

Gündəm / Cəmiyyət

10-12-2024, 17:48

“Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü” - Ziyafət Əsgərovun qardaşı qızına qarşı ŞOK İTTİHAMLAR /FOTO

Gündəm / Araşdırma

29-10-2024, 08:55

Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

13-05-2024, 10:18

“Yaşı ilə bağlı Vahid Babayevi önə verirlər, əsl günahkar digərləridir” - İTTİHAM VAR...

Gündəm / Hadisə

6-05-2024, 19:10

Qızılcadan ölən 17 yaşlı qızın atasından AÇIQ İTTİHAM – “Qızımı həkimlər öldürdü”

Gündəm / Araşdırma

4-12-2023, 09:34

RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Gündəm / Cəmiyyət

30-10-2023, 12:54

Rüşvət içində boğulan NAXÇIVAN SƏHİYYƏSİ... - DAHA BİR CAN ALDI...

Gündəm / Cəmiyyət

6-07-2023, 08:59

“Baş həkim özünü elə aparır, sanki padşahdır” - NARAZILIQ VAR!

Gündəm / Hadisə

7-06-2023, 12:34

`MedEra` Hospitalda bu dəfə öz işçisi əməliyyat olundu və ÖLDÜ... - YENİLƏNDİ

Gündəm / Cəmiyyət

29-05-2023, 12:43

Gəncə şəhər Abbas Səhəd xəstəxanasının yiyəsi olacaqmı???

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT
Mingəçevirdə azyaşlı övladının müalicəsinə imkanı çatmayan ailə kömək gözləyir - MÜRACİƏT
Gədəbəydə məmur özbaşınalığı... - Zəfər Parkındakı 120 minlik fəvvarə nədən işləmir?
Milyonluq yeyinti, "ailə imperiyası" və DAVA SKANDALI - Fəhlənin "Bomba xəyalları" və büdcəyə yağan "Leysan"...
Hadisə
10-09-2026, 10:38
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
4-09-2026, 10:35
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:34
Goranboyda yol qəzası - Yaralılar var
Son xəbərlər
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 19:19
    Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
  • Dünən, 18:00
    Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
  • Dünən, 17:30
    Gələn il BRICS-ə sədrliyi bu ölkə edəcək
  • Dünən, 17:00
    Keçmiş baş nazir film və serial istehsal edən şirkət qurdu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə