• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xaçmaz İH-lə “Baku Building”-in qəribə tenderi – ARAŞDIRMA

Gündəm / Cəmiyyət

26-05-2025, 11:11

Xaçmaz İH-lə “Baku Building”-in qəribə tenderi – ARAŞDIRMA

Xaçmaz rayon İcra Hakimiyyəti bu günlərdə yenicə keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Dövlət qurumu çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadın əsaslı təmiri işlərinin satınalınmasını reallaşdırıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərin görülməsi üçün “BAKU BUILDING” MMC ilə anlaşıb. Həmin anlaşmanın dəyəri isə 533 min 5 manatdır.
Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, buŞ “BAKU BUILDING” MMC-nin Xaçmaz İcra Hakimiyyəti ilə ilk tender razılaşması olmayıb. Belə ki, ötən ilin sentyabrında da analoji işlərin görülməsi üçün tərəflər arasında müqavilə imzalanıb. Maraqlıdır ki, 26 sentyabr 2024-cü ildə bağlanılmış müqavilənin dəyəri ilə bu ilin mayındakı tenderin məbləği cüzi fərqlənir. Açıq mənbələrdə qeyd edilir ki, keçən ilki tenderə görə Xaçmaz İcra Hakimiyyəti sözügedən şirkətə 533 min 651 manat ödəyib. Bu da cəmi 646 manat fərq deməkdir.
Bu günlərdə Xaçmaz İcra Hakimiyyəti daha bir bahalı tenderə yekun vurub. Belə ki, Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmirini həyata keçirmək üçün “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” MMC ilə anlaşma əldə olunub. Layihənin dəyəri isə 1 milyon 357 min 8 manat təşkil edib.
“Baku Building” MMC –lə bağlı açıq mənbələr üzərindən araşdırma apardıq. Məlum olub ki, şirkətə məxsus VÖEN-: (1300016391) əslində “TURANBANK” Açıq Səhmdar Cəmiyyətinə aiddir. Bundan başqa satınalmalar üzrə bağlanmış müqavilələr də dövlət satınalmalarının vahid internet portalına yerləşdirilməyib.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “BAKU BUILDING” MMC (VÖEN 1005706701) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ Ə/V, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Mirzəyev Əli Məmməd oğlu olub. Göyüşov Mahal İman oğlu da 2019-cu ilin fefral-sentyabr aylarında qanuni təmsilçisi olub.
Lakin elektron mediada yayılan məlumatlarda “BAKU BUILDING” MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır. Belə ki, eyni vaxtda ayrı-ayrı rayonlarda təmir tikinti işləri üzrə satınalmaların qalibi olması, MMC-nin eyni vaxtda həm Bakı şəhərində, həm Şamaxı, həm Ağsu, həm Lənkəran, həm Kürdəmir, həm Neftçala, həm də Cəlilabad rayonlarında dövlət sifarişərini yerinə yetirməyə əmək müqaviləsi ilə çalışan peşəkar işçi qüvvəsinin olması (“Müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” ) meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar) xüsusi tələblərə uyğun olmadığını açıq şəkildə göstərməkdədir.
Qeyd edək ki, “BAKU BUILDING” MMC -nin əsl sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir.
Təbii ki, burada Əli Mirzəyevin köhnə əlaqələri də az rol oynamır. Məsələn, “BAKU BUILDING” MMC ötən ilin iyun ayında təkcə Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 tenderinin qalibi olub və ümumi dəyəri 349 259 manat olan sifarişlər alıb. Əvvəllər də Mirzəyevlərə məxsus şirkətlərin Mədəniyyət Nazirliyinə tabeli qurumların tenderlərini udduqları barədə kifayət qədər məlumatlar var. Çox böyük ehtimalla bütün bunları MMC-nin sahibi Əli Mirzəyev köhnə əlaqələrinin hesabına əldə edir.
Xatırladaq ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğludur. O, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.(tribunainfo.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Oxunub: 2 183
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

1-05-2025, 08:25

 Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

24-04-2025, 09:43

Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO

Gündəm / Cəmiyyət

23-04-2025, 15:33

Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib? -DE-FAKTO

Gündəm / Cəmiyyət

15-04-2025, 18:04

Ağsudan Balakənədək “asfalt əməliyyatı”: Saleh Məmmədova yaxın şirkətin “macəraları” – ARAŞDIRMA

Gündəm / Cəmiyyət

7-04-2025, 14:23

"EVEREST-2022” MMC-nin BDU-nun rektoru ilə nə əlaqəsi var? -DETALLAR

Gündəm / Cəmiyyət

6-03-2025, 12:35

Maşallah... Laçının icra başçısının da oğlunun `ƏLİ ÇÖRƏYƏ ÇATIB`... - narahat olmayaq...

Gündəm / Cəmiyyət

30-11-2024, 15:20

İcra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır

Gündəm / Araşdırma

27-09-2024, 12:09

FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir

Gündəm / Araşdırma

17-09-2024, 18:08

Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?

Gündəm / Araşdırma

19-02-2024, 18:21

Xaçmazın icra başçısının TENDER OYUNU... - BU DA FAKT!!!

Gündəm / Cəmiyyət

10-10-2023, 20:30

Ağstafada yolların təmiri tenderi – BU ŞİRKƏTƏ VERİLDİ

Cəmiyyət

16-09-2023, 11:00

Göyçay icra hakimiyyəti YEMƏYİN YOLUNU TAPIB... - DETALLAR

Gündəm / Siyasət

3-08-2023, 14:11

Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

Gündəm / Siyasət

2-08-2023, 15:49

Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

Cəmiyyət

6-05-2023, 17:18

Qaxın icra başçısı onları tender ortağı seçib - DETALLAR

Araşdırma
Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
“Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
Hadisə
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 10:04
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • Bu gün, 09:24
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • Dünən, 18:25
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • Dünən, 17:52
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Dünən, 17:23
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Dünən, 16:42
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Dünən, 16:07
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Dünən, 14:38
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Dünən, 14:18
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Dünən, 13:52
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • Dünən, 11:30
    Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır
  • Dünən, 11:00
    Hörmüz boğazında yüzlərlə gəmi yığılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə