• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması

Gündəm / Cəmiyyət

14-07-2025, 16:14

Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 09.07.2025-ci ildə iki açıq tenderin nəticələrini açıqlayıb. Yaşıllıqların salınması işlərinin satın alınması üzrə 04.04.2025-ci ildə başlanılmış açıq tendrə 09.07.2025-ci il yekun vurulub. Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 108402 nömrəli müsabiqə üzrə “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 273.600 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Yaşıllıqların salınması işlərinin satın alınmasına dair 17.04.2025-ci ildə başlanılmış açıq tenderdə YAŞILLAŞDIRMA İDARƏSİ 109503 nömrəli müsabiqə üzrə “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 243.434 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Sumqayıtın Yaşıllaşdırma İdarəsi şəhərin yaşıllaşdırılması işləri üçün bir gün içində ümumi dəyəri 517 034 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, bu Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi ilə “SAFFİRA PLUS” MMC arasında bu il bağlanan üçüncü satınalma müqaviləsidi. Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “SAFFİRA PLUS” MMC ilə 293.820 manat dəyərində bir müqavilə 17.04.2025-ci ildə bağanılıb. Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “SAFFİRA PLUS” MMC ilə 263.966 manat dəyərində bir müqavilə də 06.02.2025-ci ildə bağanılıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan aydın olur ki, Sumqayit şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yasillasdırma İdarəsi “SAFFIRA PLUS” MMC ilə 2023-2024-cü illərdə 8 satınalma müqaviləsi bağlanılıb. Bu müqavilələrdən ikisi 2023-cü ildə, altısı isə 2024-cü ilə aiddir.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” (VÖEN: 6701559471) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı qeyd olunub. Vergi öhdəlikləri üzrə – 2023- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir

Aktualinfo.org xatırladır ki, sözügedən MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması meyyarı (işçilərin tələb olunan sertifikatlar), satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı, nəqliyyat vasitələri və xüsusi texnikalar və digər məlumatları əldə etmək üçün Dövlət Verği Xidmətinin 5 saylı Ərazi vergilər idarəsinə hələ ötən il sorgu ünvanlamışdı. Sözügedən idarənin rəisi, baş vergi xidməti müşavri Elməddin Süleymanovun redaksiyamıza verdiyi cavab məktubunda artıq mediada çoxdan yayılıb. Amma həmin məktubu bir daha xatırlatmaq istərdik.

“”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus məlumatların təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli, 45 nömrəli (AVİS qeydiyyatı: 02.10.2024-cü il tarixli, 2405110019991300 nömrəli) sorğunuza 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunmuşdur. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi qeyd olunmuşdur. Sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. “SAFFİRA PLUS” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Dövlət reyestrində cəmiyyətin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etməməsi, müflis elan olunması, təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə heç bir məlumat aşkar edilməmişdir.

Cəmiyyətin şəxsi hesab vərəqəsinin 11.10.2024-cü il tarixə olan göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə 0,12 manat borcu mövcuddur. “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.”

5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilirlər. Yenə də 5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir. Bu isə o deməkdir ki, “SAFFİRA PLUS” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkar işçi qüvvəsi yoxdur.

Bəs Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin Satınalma Komissiyası tender prosedurunun keçirildiyi zaman MMC-nin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəli işçilərinin olması barədə sənədlərə baxış keçirərkən bunları görməyibmi? Axı təchizatçı tərəfindən təqdim edilən işçi heyətinin ixtisaslarının uyğunluğu şərtlər toplusunun tələbinə uyğun açıqlanmalıdır. Bu olmadıqda, satınalan təşkilatın bunları tələb etmək və yaxud da satınalmadan kənarlaşdırmaq hüququ var.

“EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EKO FERMA AZƏRBAYCAN” (VÖEN: 1203022601) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.02.2022 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, QURBAN XƏLİLOV, ev.8, m.59, qanuni təmsilçisi kimi isə Masimov Rüfət Ramazan oğlu qeyd olunub.

Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi iki satınalmanın qalibi olub. “Ağac və kolların satınalması” üzrə 62.500 manat dəyərində, güllərin və qazonun əkilməsinin satın alınması üzrə isə 104.900 manat dəyərində.

Bundan əlavə “EKO FERMA AZƏRBAYCAN” MMC 17.01.2025-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin yaşıllıqların və əlaqədar məhsulların satınalınması üzrə keçirdiyi tenderin də qalibi olub və 255.000 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi isə Hüseyn Həsənovdur. Onun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlu olduğu bildirilir. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun ixtisasca ingilis dili müəllimi olan qardaşı İlyas Həsənov olub. Onu 2025-ci ilin martından Yaşıllaşdırma İdarəsinin baş mühəndisi olmuş Süleymanov Mübariz Rəfael oğlu əvəz edib.

Burada xüsusilə vurğulanmalı bir məqam da var. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə “SAFFİRA PLUS” MMC işbirliyi barədə son üç il ərzində dəfələrlə yazılıb. Amma nə Sumqayıt şəhər İcra Hakimiyyəti, nə tabeliyindəki qurum, nə də digər əlaqəli təşkilatlar Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlara və “SAFFİRA PLUS” müəmmasına aydınlıq gətirmirlər.

Aktualinfo.org

Oxunub: 1 924
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

5-07-2025, 08:42

İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Gündəm / Cəmiyyət

19-05-2025, 14:46

Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi

Gündəm / Cəmiyyət

17-03-2025, 18:11

Qida Təhlükəsizliyi İnstitutunu “Plastprof” MMC ilə işbirliyi qurmağa nə sövq edir

Gündəm / Cəmiyyət

7-02-2025, 09:57

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT

Gündəm / Araşdırma

21-12-2024, 14:30

Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır

Gündəm / Cəmiyyət

25-11-2024, 15:44

Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” –3 milyonluq gübrə ilə

Gündəm / Cəmiyyət

1-11-2024, 15:17

Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"

Gündəm / Araşdırma

25-10-2024, 08:54

“SAFFİRA PLUS” MMC Sumqayıtı cəmi iki nəfərlə “yaşıllaşdırır” – Onların biri Zakir Fərəcovdu, bəs digəri…

Gündəm / Araşdırma

14-10-2024, 11:51

Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-MÜƏMMALI TENDERLƏR

Gündəm / Özəl

22-08-2024, 16:22

Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"

Gündəm / Araşdırma

22-05-2024, 10:15

Naftalanda da dövlət büdcəsinə BELƏ ŞƏRİK ÇIXIRLAR... - BU DA FAKT!!!

Gündəm / Araşdırma

10-01-2024, 18:22

Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir? - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

4-10-2023, 10:32

Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

Gündəm / Cəmiyyət

29-05-2023, 11:06

Sumqayıtda dövlət büdcəsi saxta MMC-lər vasitəsi ilə açıq-aşkar talanır

Gündəm / Araşdırma / Cəmiyyət

8-05-2023, 15:42

Tender saxtalıqları belə ört-basdır edilir – ŞOK FAKTLAR

Araşdırma
“Milano Hospitalda“ əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
AYNA yol xətlərinə 30 milyon manat xərcləyəcək - Hesablamalar nə deyir?
Xətai rayonunda növbəti şübhəli tikinti - Lütfizadə küçəsində ağaclar məhv edilib- VİDEO
Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır
Hadisə
Dünən, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
Dünən, 11:00
46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
6-03-2026, 10:00
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
6-03-2026, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
Son xəbərlər
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 14:00
    2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq
  • Bu gün, 12:00
    “Müharibəni 6 ay davam etdirə bilərik” - İran
  • Bu gün, 11:30
    “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • Bu gün, 11:13
    “İranın xəritəsi dəyişə bilər”
  • Bu gün, 11:00
    Mehriban Əliyevadan 8 Mart paylaşımı - Foto
  • Bu gün, 10:30
    Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
  • Dünən, 18:00
    İran BƏƏ-dəki ABŞ bazasına hücum etdi
  • Dünən, 17:30
    Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
  • Dünən, 17:00
    “Qarabağ”dan xanım azarkeşlərə jest - Giriş pulsuzdur
  • Dünən, 16:09
    Bu ölkənin İrandakı səfiri Azərbaycana təxliyə olundu
  • Dünən, 15:34
    Komendant işlədiyi binadan yıxılıb öldü
  • Dünən, 15:11
    "PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…” - AXI NİYƏ?
  • Dünən, 14:39
    Tanınmış tibb işçisi ŞOK FAKTLARI AÇIQLADI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə