• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR

Gündəm / Cəmiyyət

8-09-2025, 10:32

AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR

Nə Xarici İşlər Nazirliyi, nə RF-dəki səfirliyimiz, nə diaspora, nə yerli hakimiyyət orqanları- Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, nə ombudsman, nə məhkəmələr pozulmuş hüququmuzun müdafiəsinə çaba göstərir. Hamısı AZAL-ın qeyri-prosessual sifarişini, yəni RÜŞVƏTİNİ vətəndaşın, insanın hüququndan üstün tutur

Bu iddialar Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi, dərc edirik: 

23.07.2024-cü ildə J28632 Soçi- Bakı reysinə Soçi aeroportunun, özəlliklə AZAL-ın RF-Soçi nümayəndəliyinin korrupsiyaya uğraması sonucunda reysə buraxılmamağımıza görə dəyən ziyanı daşıyıcı AZAL 14 aydır ödəməkdən imtina edir.

Vətəndaşı olduğumuz, Konstitusiyanın 53-cü maddəsi ilə təminat verdiyi hüquqi müdafiəmizi və himayəmizi  gerçəkləşdirməyə borclu olan  Azərbaycan Respublikasının nə Xarici İşlər Nazirliyi, nə RF-dəki səfirliyi, nə diasporası, nə yerli hakimiyyət orqanları- Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, ombudsman, məhkəmələr pozulmuş hüququmuzun müdafiəsinə çaba göstərir. Hamısı AZAL-ın qeyri-prosessual sifarişini, yəni RÜŞVƏTİNİ vətəndaşın, insanın hüququndan üstün tutur.  XİN-in xaricdə- Rusiyada müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarını  hüquqi müdafiə etməsi , onları himayə etməsi Konstitusiyanın özü kimi sözdən o yana keçmir. Heç sözdə də XİN-in səsi çıxmır. Halbuki biz müalicəyə getdiyimiz Rusiyada “lotuluqla” reysə buraxılmamağımızdan 2000  manat maddi ziyan çəkdiyimizi, mənəvi ziyanın ölçüyəgəlməz olmasından, Azərbaycan vətəndaşı kimi aşağılanmaqdan XİN-ə, RF-dəki səfirliyə 14 aydır şikayət edirik, ən yaxşı halda daşıyıcı AZAL-ın özbaşınalığını müdafiə edən saxta cavabını BİRCƏ DƏFƏ olduğu kimi təkrar edib. Vətəndaşın hüququ belə qorunur?   Bu günlərdə Özbəkistan Respublikasının XİN-inin hətta müraciət etməyən vətəndaşının Rusiyada “qul” adlandırılmasına kəskin reaksiyası, nota verməsi Azərbaycan XİN-ə, RF-dəki səfirliyə, AZAL-ın özünə dərs olacaqmı? Çətin, AZAL sərnişinə vurulan ziyanı ödəməmək üçün 14 aydır elektron qaydada şikayətimiz əsasında araşdırma aparan  Rusiya prokurorluğunu RÜŞVƏTLƏ susdurur. Vətəndaşın hüquqi müdafiəsinə, himayə olunmasına baxın, AZAL vurduğu ziyanı ödəmək yerinə, Rusiya prokurorluğuna, Azərbaycan məhkəmələrinə haqq verir, yerli prokurorluğu, ombudsmanı, XİN-i tam hərəkətsiz duruma salıb. Nəsimi məhkəməsi (h. Ramin Xəlilov) 10 aydır cavabdehin vəkili rolunda çıxış edir, heç bir müraciətimizə, AZAL-da olan sərnişin siyahısının, kamera görüntülərinin məhkəməyə təqdim edilməsi barədə vəsatətlərimizə baxmır, dövlət hesabına vəkillə təminatımızdan qərəzlə imtina edir ki, gəlirlərimiz vurulan ziyanı ödəməyə, vəkilin haqqını qarşılamağa çatar ; işin arbitrajın həllinə verilməsini özü təklif etməli olsa da, bu hüquqa da kobud qadağa qoyub, 6 aydır 6 (??) şikayətimizi apellyasiya instansiyasına göndərmir. Bəs AZAL niyə kamera görüntülərini, sərnişin siyahısını təqdim etmir, RF prokurorluğuna, yerli məhkəməyə rüşvət verib, əsas sübutları “qara qutu” kimi gizlədir? Çünki bu sübutlar əyani şəkildə gecikmədiyimizi, Soçi aeroportunun, AZAL-ın Azərbaycan vətəndaşlarına cinayətkar saxtalığını ortaya qoyur. Reysə “xidmətə” baxın, heç Bakı reysinin uçuş qapısı da lövhədə işıqlandırılmır, uçuşa miniyin başlanması elan edilmir. Bizim 1-ci və 2-ci dərəcəli əlil cütlüklər kimi hüququmuzun pozulmasını isə AZAL RF prokurorluğuna “bu barədə sənəd, məlumat verilməməsi” saxtalığı ilə izah edib. (Halbuki biz Azərbaycan Səhiyyə Nazirliyinin rəyini öncədən, RF-ninki qayıdanda təqdim etmişik) . Əlil cütlüyün birinə 31A, o birinə 38C yerlərinin verilməsini də RF prokurorluğu AZAL-ın Soçi aeroportundakı kassasının özəl “rüşvət xidməti” sayıb. Ən maraqlı rüşvət xidməti sərnişin siyahısı ilə bağlı olub. RF prokurorluğu bizim yerlərin “1944-cü il Çikaqo Konvensiyasına əsasən, ƏVƏZSİZ olaraq (“BEZVOZMEZDNO”) RF-dən DEPORT edilən Azərbaycan vətəndaşına verildiyini” Soçi aeroportundakı AZAL-ın rüşvətxorlarına istinadla bildirib. İndi 14 aydır bu deport edilən vətəndaşın nə kimliyi bildirilir, nə də hansı haqla 1-ci dərəcəli Qarabağ qazisinin qanpulusu hesabına uçmasına qiymət verilir. Axı bu AZAL-la RF prokurorluğunun NAĞILIDIR! Məhkəməyə təqdim etdiyimiz RF prokurorluğunun şikayətimizə cavabını da AZAL RF-dəki nümayəndəliyi vasitəsilə saxtalaşdırıb, prokurorluqdan “əsl” cavab alıb ki, biz uçuşa 19-20 dəqiqə yox, 14-15 dəqiqə qalmış minik qapısında olmuşuq. Sual olunur: RF prokurorluğunun cavabı bizim şikayətimizə verilibsə,
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR

AZAL bu cavabı haradan əldə edib və RF prokurorluğuna cavabı “korrektə” etdirib? Elə bu “korrektə” sübut edir ki, RF prokurorluğu cavabını AZAL-ın rüşvəti ilə yazıb, indi isə AZAL ona rüşvətə uyğun cavab vermədiyinə görə “korrektorluq” etdirib. Lap tutaq ki, 14 dəqiqə qalmış minik qapısında olmuşuq, yəni bir dəqiqə gecikmişik. Axı cavabda yazılır ki, biz minik qapısında olanda artıq  qapı bağlı olub, uçuş başa çatıb və bundan sonra bizim yerlərimiz RF-dən deport olunan Azərbaycan vətəndaşına verilib! Bu anlaşılmazlığı necə “korrektə” etmək olar, biz uçuşa gecikmişik, minik başa çatıb və  yerlərimizdə əvvəlcədən başqaları oturub? (??) Axı həmin bizim yerimizdə oturan deport olunan şəxsin biz gecikən vaxtdan sonra uçağın bortunda ola bilməsi mümkündür! AZAL və RF prokurorluğu isə cinayətkar saxtalıqla bildirir ki, biz 6-46-da minik qapısına çatanda artıq minik başa çatıb, qapı bağlı olub və yerlərimiz də tutulub. (??) Elə bu anlaşılmazlığa görə də RF baş prokurorluğuna bu cavabdan şikayətimizə 8 aydır cavab yoxdur. 

Bizim reysə buraxılmamığımıza görə daşıyıcının məsuliyyəti 12 oktyabr 1929-cu il tarixli Varşava Konvensiyası (1975-ci il Haaqa, 28 may 1999-cu il tarixli Monreal Konvensiyası ilə təkmilləşdirilib) ilə tənzimlənir. “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiyasının 22-ci maddəsinə görə, ləngimə zamanı (biz isə nəinki ləngidilmişik, heç uçuşa buraxılmamışıq) daşıyıcının məsuliyyəti hər sərnişinə münasibətdə 4150 xüsusi borcalma hüququ (yəni 4150 avroya ekvivalent valyuta) ilə məhdudlaşır. 

Onu da vurğulayaq ki, sərnişinlərin ölümü halında bu məbləğ 100.000 avro təşkil edir. Yəni 25.12.2024-cü ildə Rusiyada vurulan uçaqdakı  sərnişinlərin 38-inin hər birinin ailəsinə 200 min manat verilməlidir. Olayın terror olması isə əlavə ödənişlər və kompensasiya tələb edir. AZAL özü beynəlxalq sazişə uyğun bunu ödəməli, sonra RF-dən tələb etməlidir. AZAL isə beynəlxalq qanunu yox, yerli “rüşvət “qanunvericiliyini” əsas tutur. (Yenixeber.org)

Məğrur Bədəlsoy 

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR

Oxunub: 2 035
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

6-09-2025, 10:47

Məşhur xanım jurnalistdən AZAL-a ritorik sual: "AZAL, bu rəzillik deyil, nədir?"

Gündəm / Cəmiyyət

7-06-2025, 11:38

Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı

Gündəm / Siyasət

1-05-2025, 19:00

AZAL Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarını dəyişib

Gündəm / Cəmiyyət

4-02-2025, 20:02

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib

Gündəm / Siyasət

29-12-2024, 16:46

“Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması göstərişini mən vermişəm”

Gündəm / Hadisə

25-12-2024, 11:40

AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB

Gündəm / Cəmiyyət

10-12-2024, 10:26

AZAL, VKRH hüquqi ünvanlarını dəyişiblər?

Gündəm / Cəmiyyət

5-10-2024, 09:32

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə - Soçidə “lotuluqla” uçuşdan məhrum edilən qazidən publik müraciət FOTO

Gündəm / Araşdırma

18-01-2024, 14:03

AZAL-ın yeni rəhbərindən ENDİRİM GÖZLƏYİRDİK... O İSƏ... - aeroportda parklanma və icarə qiymətlərini artırıb

Gündəm / Cəmiyyət

17-11-2023, 22:03

AZAL-ın yeni rəhbərinin deputatlardan xahişi var - "Ümid edək ki..."

Gündəm / Cəmiyyət

13-11-2023, 20:54

AZAL-da yeni təyinat

Araşdırma

1-11-2023, 22:08

AZAL büdcədən 5 milyon manat alacaq

Cəmiyyət

24-10-2023, 22:12

AZAL-ın vitse-prezidenti işdən çıxarıldı

Gündəm / Araşdırma

23-10-2023, 17:05

FİLİN DİŞİSİ GƏLİR: AZAL qiymətləri qaldırır... - BU NƏDİ BELƏ?!

Cəmiyyət

15-05-2023, 14:12

Sərnişinin vəziyyəti pisləşdi - Təyyarə təcili eniş etdi

Araşdırma
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
Hadisə
12-04-2026, 14:00
Ötən gün Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
5-04-2026, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 09:22
    Hacı Rasimin “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -Videofakt
  • Bu gün, 08:50
    Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir?
  • Dünən, 18:44
    Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
  • Dünən, 18:12
    Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
  • Dünən, 17:21
    Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
  • Dünən, 16:24
    Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
  • Dünən, 15:44
    “Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
  • Dünən, 15:10
    Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
  • Dünən, 14:25
    Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
  • Dünən, 13:36
    Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
  • Dünən, 12:58
    Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
  • Dünən, 12:21
    “Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə