• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Bazarstore” də satılan çirkaba batmış duz……

Gündəm / Cəmiyyət

12-09-2025, 11:56

“Bazarstore” də satılan çirkaba batmış duz……

Xəbər verildiyi kimi, Masazır duz gölünə ətrafdakı yayayış məntəqələrindən çirkab suları axıdılır.

Bununla bağlı mediada ürəkbulandırıcı görüntülər yayımlandı. Əhalinin sağlamlığı üçün böyük təhlükə yaranan məsələ tənqid obyektinə çevriləndən sonra aidiyyəti qurumları hərəkətə gətirdi və beləliklə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Masazır düz gölünə tullantı suları axıdanlara qarşı cərimə tədbirləri görüləcəyini açıqladı.

Rəsmi açıqlamada qeyd olunub ki, Masazır gölünün ətrafında bir çox insan qeyri-qanuni şəkildə məskunlaşıb. Bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil, ona görə də bəzi sakinlər çirkab suları birbaşa gölə axıdır. Problemin qarşısını almaq üçün iki nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Masazır gölündən toplanaraq Novxanı kollektoru vasitəsilə Sumqayıtdakı Tullantı Sutəmizləyici Qurğulara ötürülür. Əlavə bir problem isə Masazır gölündən hündürdə yerləşən başqa bir təbii gölün ətrafındakı qanunsuz məskunlaşmalardır ki, oradan gələn çirkab sular da Masazır gölünə axır.

Masazır gölünü kim çirkləndirir?

Görünən odur ki, bu günə qədər aidiyyəti qurum həmin gölə çirkab suların qanunsuz axıdılmasından ya xəbərsiz olub, ya da məsələyə yetərincə diqqət yetirməyib.

Rəsmi açıqlamaya görə, Masazır gölünə axıdılan çirkab suları məsələsi gündəmə gətiriləndən sonra bu sahədə tədbirlər görülüb. Qeyd olunan digər təbii gölün ətrafında qanunsuz məskunlaşma və oraya çirkab su axıdılması faktı isə indi açıqlanır və ilk dəfədir ortaya çıxır. Belə çıxır ki, ya qurumlar bu problemdən indiyə qədər xəbərsiz olublar, ya da xəbərdar olublar, amma tədbir görülməyib.

Yalnız vətəndaşlar niyə cəzalandırılır?

Sözügedən məsələyə görə qanunsuz çirkab su axıdan vətəndaşlar 600-1000 manat məbləğində cərimələnəcək.

Sual yaranır, bu cür ciddi ekoloji problemə görə təkcə vətəndaşlar məsuliyyət daşıyır?

Halbuki bu, məsələ yalnız vətəndaşların deyil, nəzarət və icra orqanlarının da məsuliyyətini ortaya qoyur. Problem uzun müddətdir mövcuddursa və sadəcə göz yumulubsa, aidiyyəti qurumlar (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Abşeron Rayon icra Hakimiyyəti, yerli bələdiyyə) vəzifə borclarını yerinə yetirməyibsə, məsul şəxslərin də xidməti yoxlamaya cəlb olunması aktualdır.

Maraqlı məqamlardan digəri duz gölünün çirkab suları ilə çirkləndirilməsi məsələsinə Abşeron Rayon icra Hakimiyyətininvə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fərqli açıqlamaları oldu. İcra hakimiyyəti duz gölünə çirkab suların yaxınlıqladakı Zəli gölündən axdığını açıqladı. Yəni nə qanunsuz məskunlaşma, nə də o ərazidə kanalizasiya şəbəkəsinin olmaması məsələsinə toxundu.

Təbii ki, bunun da bəlli səbəbi var…

Abşeron Rayon İcra Hakimiyyəti Masazır duz gölünün yaxınlığında, üstəlik kanalizasiya şəbəkəsi olmayan ərazilərdə vaxtilə niyə torpaq sahələri satıb və ya yaşayış binalarının tikintisinə icazə verib?

Nəticə etibarilə dövlət qurumlarının özləri qeyri-qanuni məskunlaşmaya şərait yaradır və sonradan problemləri yalnız vətəndaşların üzərinə atır.

“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi?

Masazır duz gölü uzun illərdir ki, böyük qida istehsalçısı “Azərsun Holdinq” MMC-yə icarəyə verilib və şirkətin burada duz hasilatı üçün zavodu fəaliyyət göstərir. “Azərsun Holdinq” kimi iri şirkətin fəaliyyətində xüsusilə məhsul keyfiyyəti ön planda olmalıdır. Amma nə baş verib? “Azərsun Holdinq” illərdir bu göldə duz hasil edir, amma gölün içindəki ekoloji fəlakətə “kor” olaraq… Bu gün hər kəsin süfrəsində olan, minlərlə ailənin gündəlik istifadə etdiyi duz məhz bu çirkaba qərq olmuş göldən çıxarılır.

Sual olunur: Kanalizasiya suları ilə çirklənmiş bu gölün duzu hansı sanitar normalara uyğun istehsal olunur? Süfrələrimizə qədər gəlib çatan duzun çirkab sulara qarışmasına “Azərsun Holdinq” necə göz yumub?

Məhz “Azərsun Holdinq”in Masazır duz gölünün çirkab sularla çirklənməsi məsələsinə sükutla yanaşması, ictimai qınaqdan yayınması da başadüşülən deyil. Susmaq məsuliyyəti üzərinə almamaq üçün ən rahat seçim olsa da, “Azərsun”un susması əslində bir cavabdır…

Cərimə çıxış yoludurmu?

Qeyd etmək yerinə düşər ki, vətəndaşların və ya məsul şəxslərin cərimələnməsi formal addımdır. Bu, gölün ekosistemini xilas etməyəcək. Əgər çirkab suların gölə axıdılması davam edəcəksə, göldən alınan duz birbaşa insan sağlamlığı üçün risk mənbəyinə çevriləcək. Bu isə birbaşa cinayət məsuliyyəti yaradır…

Bizim.Media

Oxunub: 2 849
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

11-09-2025, 14:57

 “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA

Gündəm / Araşdırma

11-09-2025, 09:30

Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır

Gündəm / Cəmiyyət

30-08-2025, 10:22

“Ramada” hotelindən Xəzərə birbaşa olaraq çirkab su axıdılır-Video

Gündəm / Cəmiyyət

25-07-2025, 13:20

Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? -Video

Gündəm / Araşdırma

1-07-2025, 08:44

“Bazarstore”də satılan “Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? -Video

Gündəm / Cəmiyyət

23-05-2025, 08:41

ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU

Gündəm / Dünya

7-05-2025, 12:59

Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO

Gündəm / Cəmiyyət

6-05-2025, 10:42

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!

Gündəm / Araşdırma

11-04-2025, 08:19

Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki zəhərli,çirkab maddələrini gölə axıdır- Video

Gündəm / Araşdırma

27-08-2024, 10:01

"Nizami rayon İcra Hakimiyyəti SƏSİMİZİ EŞİTMİR..." - NARAZILIQ VAR...

Gündəm / Hadisə

2-04-2024, 18:49

Məsul qurumların "unutduğu" ərazinin sakinləri... - divarı çatlamış evlərdə yağış suları ilə "yaşayır"

Cəmiyyət

25-12-2023, 19:37

Təbrizdə ekoloji problem: Çirkab suları əkin sahələrinə buraxılır

Gündəm / Cəmiyyət

4-09-2023, 11:21

"Biz o kanalı, ətrafını təmizləməkdən yorulmuşuq" - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Cəmiyyət

28-07-2023, 08:11

Lökbatanda çirkab suları ilə dolan zirzəmiləri niyə təmizləmirlər? - Sakinlər deyir ki...

Gündəm / Cəmiyyət

12-05-2023, 16:42

“Xocəsən” metro stansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verildi

Araşdırma
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
İcra başçısı Şahbaz Xuduoğlunu təhqir etdirib? – “Trol dəstəsi saxlayır…”
Səkinə Sadıxovanın xəstəxanasında gənc qadın vurulan iynədən sonra öldü
Qoşqar Təhməzovun qida təhlüksəziliyi "sıfır"dır - “Çinar” ŞOR insanları belə zəhərləyir -VİDEO
“TamStore” də müştəriləri aldadırlar? Vaxtı keçmiş məhsullar…..
Hadisə
Bu gün, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Bu gün, 12:00
Ağsuda iki evdə yanğın oldu
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
15-03-2026, 12:00
Ağcabədidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:30
    Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
  • Bu gün, 12:00
    Ağsuda iki evdə yanğın oldu
  • Bu gün, 11:00
    SEPAH-dan Trampın son təhdidinə - Cavab
  • Bu gün, 10:30
    XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
  • Dünən, 17:00
    Sabah 19° isti olacaq
  • Dünən, 16:00
    ABŞ İrana 30 ildən sonra bunu icazə verəcək
  • Dünən, 15:00
    Putinə Avropa liderlərindən daha çox etibar edirəm - Tramp
  • Dünən, 14:30
    Rusiya Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib, ölən və yaralananlar var
  • Dünən, 14:00
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Dünən, 13:00
    Rusiya Çerniqovda enerji obyektinə zərbə endirib, bölgə elektriksiz qalıb
  • Dünən, 12:30
    Azərbaycan pambıq parça istehsalını 3 %-ə yaxın artırıb
  • Dünən, 12:00
    Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə