• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

Gündəm / Cəmiyyət

23-09-2025, 11:14

Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Biləsuvar Rayon İcra Hakimiyyəti “Baku Buılding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə daha bir müqavilə imzalayıb. Bu dəfə Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə bağlı. 12.09.2025-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında 257.541,35 AZN məbləğində müqavilə bağlanıb...

Xatırladaq ki, “Baku Buılding” MMC Biləsuvar Rayon İcra Hakimiyyəti üçün heç də yad şirkət deyil. Bundan əvvəl də, tərəflər arasında əməkdaşlıq olub. Budəfəki əməkdaşlıq isə müəyyən faktorlarla fərqlənir...

Niyə məhz “Baku Buılding” MMC?!

Biləsuvarlı oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə “Baku Buılding” MMC arasındakı bu əməkdaşlıq hansısa zərurətlərin məhsuludur...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə Biləsuvar Rayon İcra Hakimiyyəti yuxarıda qeyd etdiyimiz iş üzrə tender elan etmədən, bir mənbədən olmaqla “Baku Buılding” MMC ilə müqavilə bağlayıb.

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında qanu"nda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: Biləsuvar rayonunda Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa “Baku Buılding” MMC ilə müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

“Baku Buılding” MMC-nə niyə üstünlük verilib? Və s...

Bu da bir YENİLİK...

Biz Yenixeber.org olaraq, bu və digər suallarımıza cavab almaq istəyi ilə 15.09.2025-cil tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətova online rəsmi sorğu ünvanladıq. Və sörğumuza “cavab” aldıq. “Cavab” sözünü səbəbsiz dırnaqda yazmadıq. Qarşı tərəf suallarımızı cavablandırmağı “unudub” da, redaksiyamızla bağlı bizə sorğu göndərdi(?) 2-3 sualdan ibarət: bir az mənasız, bir az anlaşılmaz, bir az da təhdid qoxulu...

Bu təkcə bizim üçün yox, bəlkə də, mətbuat tarixində bir ilk oldu. İlk dəfə idi ki, belə bir “cavab”ı eşidib, görürdük. Olsun, bu da bir yenilikdir... Hansı səbəblərdən qaynaqlanması məlum olmayan, YENİLİK!

Bəlkə də, hörmətli qarşı tərəf üçün suallarımız gözlənilməz olub. Ki, bu səbəbdən də cavab yazmağa söz tapılmayıb...Bəlkə də, başları daha da ciddi işlərə qarışıb və bu səbəbdən də cavab yazmağa zaman ayırmağı uyğun bilməyiblər...Bəlkə də,...

Nə isə ümid edək ki, qarşıdakı günlərdə sorğumuz cavablandırılacaq və biz də daha detallı və geniş yazı hazırlaya biləcəyik.

***

Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olundu
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

Yeri gəlmişkən qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin tenderləri ilə bağlı idiyədək də, mediada şikayətlər yer alıb: Biləsuvar rayon sakini Sədrəddin Məmmədov 2021, 2022 və 2023-cü illər üzrə Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tenderlərdə "Dövlət satınalmaları haqqında Qanunu"na əməl edilmədiyini iddia edib.
O bildirib ki,Tender komissiyası tenderlərdə iştirak edən müəssisələrin ixtisas uyğunluğunu əvvəlcədən müəyyənləşdirimir. Komissiya bu işə məhəl qoymur:

"Nəticədə keçən 3 ildə rayonun ərazisində görülən işlərdə xüsusən küçələrin asfaltlaşmasında və abadlaşdırma işlərində qalib podratçının maddi-texniki bazası olmadığı halda, yəni asfaltlaşmaya aid asfalt zavodu, asfalt basmaq üçün texnikası, əmək müqaviləsi bağlanılmış təcrübəli işçi qüvvəsi və səriştəsi olmadığı halda özəl müəssisələr əsassız qalib çıxarılmış və onlarla müqavilə bağlanılmışdır. Buna nümunə olaraq 2022-ci ildə ilin sonunda qalib çıxarılan müəssisə 2023-cü ilin yanvar fevral aylarında küçələrə asfalt qoymuş, nəticədə heç üstündən bir həftə keçməmiş qoyulan asfalt dağılıb məhv olmuşdur. Olunan şikayət əsasında görulən işlər mərkəzi orqanlar tərəfindən yoxlanılmış asfaltın yenidən qoyulmasını göstəriş versələr də bu işə məhəl qoyulmamışdır. Axı nə səbəbə Biləsuvar Rayon İcra Hakimiyyəti görüləcək işlər üçün tenderi ilin ortalarında yox, ilin axırında tələm-tələsik keçirir?"

***

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə siyasəti
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

“BAKU BUILDING” MMC haqqında: Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, bu şirkətin sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan sonra Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir.

Və son əvəzi…

Cənab Faiq Qürbətova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulu heç bir məmura dədə-babasından qalmış əmanət deyil ki, könülü istədiyi kimi xərcləsin!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb. Faiq müəllimin indi oturduğu kabinetin qapısı vaxtı ilə döyülmədən açıldığı kimi...(Hərçənd ki, biz heç kimə bunu arzulamırıq. Red.)

(Yenixeber.org)

Oxunub: 1 813
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

23-08-2025, 11:26

Bir ayda Qusar icra hakimiyyətindən 2,5 milyonluq sifariş alan şirkət kimindir?

Gündəm / Araşdırma

30-06-2025, 09:51

Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

26-05-2025, 11:11

Xaçmaz İH-lə “Baku Building”-in qəribə tenderi – ARAŞDIRMA

Gündəm / Cəmiyyət

6-01-2025, 12:22

Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –TƏFƏRRÜAT

Gündəm / Araşdırma

25-12-2024, 19:07

Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – “gündüz çıraqla tapılan” şirkətə etibar etməklə

Gündəm / Cəmiyyət

29-11-2024, 13:00

Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -“gündüz şam işığında” tapılan şirkətlə...

Gündəm / Araşdırma

5-11-2024, 12:50

İmişlidə iki küçəyə 485 min manat xərclənəcək - Sifariş qalmaqallı iş adamının qardaşına verilib

Gündəm / Cəmiyyət

24-10-2024, 13:45

Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR

Gündəm / Araşdırma

14-10-2024, 11:51

Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-MÜƏMMALI TENDERLƏR

Gündəm / Araşdırma

27-09-2024, 12:09

FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir

Gündəm / Araşdırma

8-05-2024, 15:41

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Gündəm / Cəmiyyət

23-03-2024, 11:56

İş başındakı başçı ilə həbsdəki başçı arasında FƏRQ... - NƏDƏNSƏ GÖZƏ DƏYMİR...

Gündəm / Araşdırma

19-02-2024, 18:21

Xaçmazın icra başçısının TENDER OYUNU... - BU DA FAKT!!!

Gündəm / Araşdırma

3-02-2024, 10:00

Alimpaşa Məmmədovun əməlləri Şəmkirin Dəllər qəsəbəsində hələ də davam etdirilir

Gündəm / Araşdırma

9-09-2023, 15:14

Zaur Hüseynov 5 manatlıq şirkəti 53 min AZN-lik tenderdə qalib seçib

Araşdırma
Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
“Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
Hadisə
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:25
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • Dünən, 17:52
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Dünən, 17:23
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Dünən, 16:42
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Dünən, 16:07
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Dünən, 14:38
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Dünən, 14:18
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Dünən, 13:52
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • Dünən, 11:30
    Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır
  • Dünən, 11:00
    Hörmüz boğazında yüzlərlə gəmi yığılıb
  • Dünən, 10:30
    İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
  • Dünən, 10:00
    Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə