• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu

Gündəm / Cəmiyyət

21-11-2025, 13:30

Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi publik hüqauqi şəxsi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 11.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 960.096,65 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bundan əlavə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 29.07.2025-ci ildə başladığı açıq tenderə də yekun vurub. Bu müsabiqənin də qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 600.646 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumatlar satınalmaların portalında 19.11.2025-ci ildə dərc edilib.

Göründüyü kimi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi iyul ayının sonu, sentyabr ayının əvvəllərində başladığı, 40-45-gün ərzində təşkil etdiyi satınalma prosudurunun ikisində də “AZ-TEX-IMPORT” MMC-ni qalib seçib və ümumi dəyəri 1 560 742 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “AZ-TEX-IMPORT” MMC ilə “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin və mühərrik yağının satınalınması üzrə 584.820,94 manat dəyərində bir müqavilə 16.01.2025-ci ildə, “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 204.761,1 manat dəyərində bir müqavilə də 03.12.2024-cü ildə bağlayıb. Bu da son 11 ayda “İveco Daily 35S 15/E4 V/P” markalı avtomobillərin ehtiyyat hissələrinə 2 350 305 manat vəsaitin xərclənməsi deməkdir.

İndi gəlin görək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “AZ-TEX-IMPORT” MMC-dən nə kimi ehtiyyat hissələri alır.

Mərkəz 03.12.2024-cü ildə müqavilə bağladığı 96245 nömrəli müsabiqənin şərtlərinə görə adıgedən markalı təcili yardım avtomaşınları üçün 20 ədəd farsunka, 30 ədəd mühərriyin uzun sep dəsti, 30 ədəd mühərriyin başmaq dəsti, 10 ədəd ön fara, 10 ədəd arxa haca yastığı və digər ehtiyyat hissələri.

Mərkəzin 16.01.2025-ci ildə müqavilə bağladığı 94133 nömrəli müsabiqənin şərtlərinə görə 800 ədəd yağ filtri, 300 ədəd hava filtri, 150 yanacaq,300 ədəd süzgəcli yanacaq filtri, 30 ədəd şüşə silgəci, 10 ədəd ön, 10 ədəd arxa amartizator və digər ehtiyyat hissələri.

Mərkəzin 19.11.2025-ci ildə müqavilə bağladığı 116024 nömrəli müsabiqənin şərtlərinə görə 30 ədəd generator, 30 ədəd farsunka, 50 ədəd mühərriyin uzun, 50 ədəd qısa sep dəsti və digər ehtiyyat hissələri.

Mərkəzin 19.11.2025-ci ildə müqavilə bağladığı 118896 nömrəli müsabiqənin şərtlərinə görə 100 ədəd şüşə silgəci, 30 ədəd yağ radiatoru, 50 ədəd hava yastığının hava filtri, hər birindən 400 ədəd kalotka sensoru arxa və ön, 600 ədəd süzgəcli yanacaq filtri, hər birindən 500 ədəd kondisioner və hava filtri, 300 ədəd yanacaq filtri, 1500 ədəd yağ filtri və digər ehtiyyat hissələri.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin ehtiyyat hissələri aldığı “İveco Daily 35S markalı avtomobillər ölkəyə ötən il gətirilib. Prezident İlham Əliyev 16.03.2024-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev yeni ambulanslar barədə dövlət başçısına məlumat verərək bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir. Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb.

Bu məlumatlardan da göründüyü kimi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomobillərin istismara verilməsinin heç iki ili tamam olmayıb. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” bu avtomobilləri təbii ki, zəmanətlə alıb. Rəsmi distribüter və dilerlər özlərinin zəmanət şərtləri olur. Zəmanət şərti isə müəyyən illəri və yürüşü əhatə edə bilər. Məsələn, 3 il və ya 150.000 km zəmanət. Bunlardan hansı tez bitərsə, həmin zaman da zəmanət qurtarmış hesab olunur. Maraqlıdır, TƏBİB təcili tibbi yardım avtomobillərini neçə illik zəmanətlə və hansı şərtlərlə alıb?

Digər maraqlı nüans alınan ehtiyyat hissələri ilə bağlıdır. Məsələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi son yanvar ayından sonra 800 ədəd yağ filtiri alıb. Son tenderdə isə 1500 ədəd yağ filtri sifariş edib. Bu 10 ayda 2300 ədəd yağ filtiri alınması deməkdir.

Yağ filterlərinin istifadə müddəti avtomobil istehsalçısının tövsiyələrinə əsasən hər 10-15 000 kilometrdə bir dəfə dəyişdirilməlidir. Lakin bu müddət avtomobilin istismar şəraitindən asılı olaraq 6-10 000 kilometrə qədər qısala bilər. Xüsusilə, çətin şəraitdə (yüksək temperatur, dağlıq yollar, sıx şəhər tıxacları) istifadə edildikdə filtr daha tez dəyişdirilməlidir.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansındakı “Iveco Daily 35S15/E4” markalı təcili yardım avtomobillərinin sayı dəqiq məlum olmadığından alınan yağ filterlərinin neçə avtomobil və neçə aydan bir dəyişdirilməsi üçün nəzərdə tutulduğunu da müəyyən etmək mümkün olmadı.

Bütün bunlara baxmayaraq xüsusilə qeyd edilməlidir ki, təcili yardım avtomobillərinin əksəriyyəti yenidir. Mediada 30.08.2023-cü ildə yayılan məlumatlara görə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “AZ-TEX-İmport” MMC ilə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobillərinin” satın alınması üzrə 15 424 092 manat dəyərində müqavilə bağlayıb. Avtomobilin biri dövlət qurumuna 193 min manata başa gəlib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nə tabeli “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi 15.11.2024-cü ildə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması üzrə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.874.715 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında olan təcili yardım avtomobillərinin əksəriyyəti yenidir. Belə olan halda son 10 ayda “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınmasına 2 350 305 manat dövlət vəsaitin xərclənməsi hansı zərurətdən yaranıb?

Qeyd edək ki, “Az-Tex-İmport” MMC Sumqayıt Texnologiyalar Parkının rezident şirkəti tanınır. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Az-Tex-İmport” MMC 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 226 010 manatdır. Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşən “Az-Tex-İmport” MMC-nin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur. Açıq mənbələrdə İlkin İbadullayev haqqında heç bir məlumata rast gəlinmir.

Bütün bu məlumatlardan da göründüyü kimi, “Az-Tex-İmport” MMC “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə təcili yardım avtomobilləri, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə isə həmin avtomobillərin ehtiyat hissələrini satır. Üstündən heç bir il keçmədiyi halda.
Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Caləlovdu. O, mərkəzə 2023-cü ildən rəhbərlik edir.Aktualinfo.net

Oxunub: 444
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

23-10-2025, 13:04

726 min manatlıq vergi borcu olan “AZ-TEX-IMPORT” HOQQA VERİR - 20 gündə 9.171.445,8 AZN və ...

Gündəm / Araşdırma

8-10-2025, 11:46

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

Gündəm / Cəmiyyət

21-05-2025, 15:43

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

24-04-2025, 11:55

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…

Gündəm / Cəmiyyət

28-02-2025, 12:14

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

29-11-2024, 11:20

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”

Gündəm / Cəmiyyət

1-11-2024, 16:06

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

10-10-2024, 09:21

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Gündəm / Cəmiyyət

13-03-2024, 12:56

Penitensiar Xidmətin nəqliyyat təsərrüfatında yol verilən qanun pozuntuları nə kimi şübhələrə yol açır - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

19-02-2024, 18:21

Xaçmazın icra başçısının TENDER OYUNU... - BU DA FAKT!!!

Gündəm / Cəmiyyət

5-12-2023, 13:22

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR... - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

5-12-2023, 12:06

“PROQRESS İNŞAAT EN” iki ayda udduğu tenderləri ölkə ərazisində hansı yollarla həyata keçirəcək?

Gündəm / Cəmiyyət

24-07-2023, 08:32

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Gündəm / Araşdırma

7-07-2023, 13:53

“VNM SERVİS” MMC-ni Meliorasiya və Su Təsərrüfatı ASC-dən kimlər idarə edir?

Gündəm / Cəmiyyət

7-07-2023, 11:39

Zaur müəllimin bu TENDER QULDURLARINDAN xəbəri varmı? - “VNM SERVİS” MMC-ni KİM İDARƏ EDİR?

Araşdırma
Günel Əliyevanın təşkilatı heç bir məsuliyyət daşımır?
Abidələrin siyahısına dəyişiklik edildi
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
 Həmkarlar İttifaqının sanatoriya fırıldağı və zəhmətkeşin cibinə dikilən gözlər
BİZİM TƏQVİM:8 yanvarda baş vermiş tarixi hadisələr
Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib
Hadisə
10-01-2026, 10:18
Tərtərdə ana və oğul dəm qazından zəhərlənib, ölən var
9-01-2026, 11:16
Sumqayıtda zavodda boru partlayıb, bir nəfər xəsarət alıb - YENİLƏNİB
7-01-2026, 16:26
Partlayışda ölən SOCAR-ın işçisi imiş - Rəsmi
7-01-2026, 15:51
Şəkidə məktəb binası YANDI
6-01-2026, 18:14
Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR
6-01-2026, 12:07
5 milyon manatdan çox qaçaqmal tutuldu
Son xəbərlər
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 14:00
    Avstraliyada gecə əyləncəsi zamanı insident olub, yeniyetmə öldürülüb
  • Dünən, 13:00
    Kanada Trampın növbəti “hədəfi” ola biləcəyindən ehtiyat edir
  • Dünən, 12:30
    “Suriya Demokratik Qüvvələri”nə qarşı yeni əməliyyat fevralda keçirilə bilər
  • Dünən, 12:00
    İşıqları söndürdülər, amma...
  • Dünən, 11:42
    İranda etirazlar genişlənir, ölənlərin sayı artır
  • Dünən, 11:04
    Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı
  • Dünən, 10:30
    56 ilin ən şiddətli qarı yağdı
  • Dünən, 10:00
    Bu gün "El Klasiko" var
  • 10-01-2026, 16:16
    Azərbaycan hərbi doktrinada ciddi dəyişikliklərə HAZIRLAŞIR
  • 10-01-2026, 16:10
    Paşinyan II Qareginin bugünkü fərmanlarını RƏDD ETDİ
  • 10-01-2026, 15:23
    "Azərişıq"ASC-nin sədri Vüqar Əhmədovun Xırdalan Enerji Təchizatı və Satışı İdarəsində baş verənlərdən xəbəri varmı ?
  • 10-01-2026, 15:08
    Tanınmış alim Mustafa Qarayev vəfat edib
  • 10-01-2026, 14:44
    İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürüldü
  • 10-01-2026, 14:39
    Tramp ad gününə görə G7 sammitinin tarixini dəyişdirib?
  • 10-01-2026, 13:20
    “BolT”MMC Şəkidə rəqabət prinsiplərini pozub yerli sahbkarları sıradan çıxarır”-İDDİA
  • 10-01-2026, 13:01
    Sabah Bakıda 16, rayonlarda 17 dərəcə isti olacaq - PROQNOZ
  • 10-01-2026, 12:35
    "ZN Trade" MMC "tender kralı"na necə çevrildi?
  • 10-01-2026, 12:28
    Azərbaycan klubları yoxlama görüşündə üz-üzə gələcəklər
  • 10-01-2026, 11:53
    GDRTİ-də Milyonluq Büdcə Talanı İddiası: “Qara Kassa”, Saxta Ştatlar və “Geri Ödəniş” Mexanizmi
  • 10-01-2026, 11:45
    Rusiya gecə Ukraynaya "İsgəndər" raketi və 120 dronla hücum edib
  • 10-01-2026, 11:32
    Günel Əliyevanın təşkilatı heç bir məsuliyyət daşımır?
  • 10-01-2026, 11:27
    Milli Məclisin deputatları gələn həftə məzuniyyətdən qayıdacaqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə