• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur

Gündəm / Araşdırma

9-12-2025, 17:56

Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur

Bu barədə Sima Babayeva facebook səhifəsində paylaşım edib.

Paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq:

“Mingəçevir şəhəri Puşkin küçəsi 14/1, mənzil 9 ünvanında yaşayan Allahverdiyev Allahverdi Əli oğlu bir işbazın özbaşınalığı və yerli icra hakimiyyətinin bu məsələyə etinasızlığından şikayət edir.

Beləki, onun dediyinə görə Fazil Allahverdiyev adlı şəxs Heydər Əliyev 56 və Puşkin küçəsi 14/1 ünvanlarında binaların qarşısındakı iki məhəlləni ələ keçirərək “Balıq evi” və mehmanxana tikib. Uşaq meydançasını zəbt edərək avtodayanacaq edib.

İndi də şikayətçinin yaşadığı binanın qabağında mehmanxana ucaldır. Obyektin 1-ci mərtəbəsi tam inşa olunub, 2-ci mərtəbəni qaldırmaq üçün isə demir-beton konstruksiyalar artıq gətirilib.

Otel hazır olanda qarşıdakı yaşayış evinin eyvanları, pəncərələri ilə arada 1-2 mertlik məsafə qalacaq. Hətta bu adam sakinlərin həyətdə əyləşib istirahət etdikləri kiçik bağ yerini də tutaraq ağacların suvarılmasına imkan vermir ki, ağaclar qurusun, sonra da onların kəsib tikinti apardığı ərazini genişləndirsin.

Şikayətçi Allahverdi Allahverdiyev deyir ki,
şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov keçirdiyi səyyar görüşlərdə hər guşədə nümunəvi məhəllər yaratdıqlarını bildirir.

Cənab başçının “nümunəvi həyət” anlayışı Fazil Allahverdiyevin apardığı tikinti işləri də aiddirsə, bu çox pis nümunədir. Yeyib-içib dəmlənmiş müştərilərin səsi, balıq iyi, kabab iyi, qatı tüstü, günün bütün saatlarında gəlib-gedən avtomobillərin sədasıi sakinlərin rahatlığını əlindən alıb. Bununla bağlı İcra başçısı İlham İsmayılova müraciət olunub.

O isə cavabında bu məsələnin icra hakimiyyətinə aid olmadığını, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsuliyyət daşıdığını bildirib.

İndi söz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevindir. Buyurub məsələyə aydınlıq gətirsin görək bu inşaat işlərinə həqiqətənmi onun rəhbərlik etdiyi komitə şərait yaradıb?

Biz də öz adımızdan xahiş edirik ki, Anar müəllim H.Əliyev 56 və Puşkin küçəsi 14/1 ünvanlarında aparılmış tikintilərlə bağlı komissiya yaradılmasını, şikayətçilərin və medianın da işitirakı ilə əraziyə baxış keçirilməsini və müvafiq qaydada ölçü götürülməsini təmin etsin.

Qeyd edim ki, Mingəçevir sakinlərindən gələn şikayətlərlə əlaqədar həm icra hakimiyyəti ilə, həm də bələdiyyə ilə əlaqə saxlamaq istədim. Lakin mümkün olmadı. Bələdiyyə sədri Anar İsmayılov mobil nömrəsini koda qoyduğu üçün ona ümumiyyətlə zəng çatmır.

Dedilər ki, ona ancaq “WhatsApp” vasitəsilə zəng çatır. Bu dəfə cavab verib icra hakimiyyətində iclasda olduğunu bildirdi. Vaxt ötdü, amma Anar İsmayılovdan xəbər çıxmadı. Bu dəfə icra hakimiyyətinə zəng vurub bələdiyyə sədri Anar müəllimin dediyi “iclas”ın nə vaxt bitəcəyini, Anar İsmayoluvun hazırda orada olub-olmadığını soruşdum. Əvvəl danışdığım əməkdaş özünü humanitar şöbənin müdiri kimi təqdim edərək bu barədə heç bir məlumat verə bilməyəcəyini bildirdi.

Ardından Hikmət adlı başqa işçi ilə danışdım. O da sükan arxasında olduğunu, mənimlə danışsa, qəza törədə biləcəyini deyib əlaqəni kəsdi. Sonradan bildim ki, “iclasdayam” sözü Anar İsmayılovun sevimli bəhanəsidir.

Hamını bu bəhanə ilə “yola verir”. Yəqin bələdiyyə sədrinin bu şakərini icra başçısı İlham müəllim də bilir. Ona görə iş birlikləri alınır. Daha Mingəçevirdə mənimsəmədikləri künc-bucaq da qalmayıb. Vətəndaşı aldadır, jurnalisti aldadır, görəsən bunlar bu hərəkəti etməklə nə düşünürlər?

İlham İsmayılovun yəqin xəbəri var ki, alıb satmaqda şəriki olan Anar İsmayılov Qarabağ müharibəsi vaxtı Goranboyda hərbi çağırışçıların avtobusundan düşərək aradan çıxıb. Bunun adının nə olduğunu hamı bilir. Deyilənə görə bu biabırçılığı ört-basdır etmək üçün hərbi komissarlığa 10 min manat ötürüb, bir müddət sonra rüşvəti almış hərbi çağırış məmuru məsuliyyətə cəlb olunub.

İcra hakimiyyətinin başçısı indi guya qanunauyğun olaraq müraciəti təyinatı üzrə Arxitektura Komitəsinə yönəldir. Qanuna belə əməl edənsinizsə, çoxdan edərdiniz. İcra hakimiyyəti başçısı dövlət başçısının yerlərdəki təmsilçisi hesab olunur.

Problemi kiməsə yönəltməkdənsə, vətəndaşa kömək edib o problemi həll etmək elə birbaşa sizin vəzifənizdir. Sizi kimiləri Ramiz Mehdiyev vaxtında çox arxayın edib, ona görə özünüzü toxulmaz sayırsınız.

Ziya Məmmədovun xahişi, Zeynal Nağdəliyevin razılığı, Ramiz Mehdiyevin xeyir-duası ilə o kreslonu tutan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun öz fəaliyyəti əsl araşdırma mövzusudur.

Fəhləlikdən başlayıb yüksək məqam sahibi olandan sonra keçmişi unutmaq, fəhləyə, kadıba, şəhid ailəsinə kəm baxmaq yaxşı iş deyil.

İndi İlham və Anar İsmayılovlar troll sürüsünü işə salıb üstümə göndərirlər. Hərə bir söz yazır. Biri də var, Esmira adında. Məlum oldu ki, bu xanım vaxtilə FETÖ-nün maliyyəsi ilə çap olunan “Zaman” qəzetində təmizləyici olub.

Yəni, xadimə. İndi nə gördü, nə eşitdisə, çəkib icra hakimiyyətindəki bəzi adamlara çatdırır. Hətta vaxtilə fetöçuların ayağının altını süpürən bu Esmiranın hərdən icra başçısının otağını süpürdüyünü də görən olub.

Başqa bir canfəşanlıq edən adam özünü yerli televiziya rəhbəri kimi təqdim edən Murad adlı şəxsdir. O da şəhid ailəsinin şikayəti ilə bağlı yazdığım məqalə ilə əlaqədar mənə zəng vurub müzakirə etdi, sonra isə guya onların şəhid statusunun olmaması haqqında rəy yazıb.

Bu barədə Müdafiə Nazirliyinə sorğu vermişəm. Cavabı alan kimi ictimailəşdirəcəm. Buradan Murad müəllimə bildirirəm ki, bunu da elə yerli strukturlar sorğu verərək araşdırmalı idilər. Deməli, bu bir daha sübut edir ki, icra hakimiyyəti məmurları adi araşdırma prosedurunu da bilmirlər. Ya da özlərini əziyyətə salmaq istəmirlər.”(Xalq.online)
Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur
Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur
Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur
Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur
Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur

Oxunub: 851
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

6-09-2025, 11:52

“İnşaat Konstruksiyalar” müharibə veteranından külli miqdarda pul alıb mənzilini vermir – MMC-dən daha bir ŞİKAYƏT

Gündəm / Siyasət

21-06-2025, 15:40

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

20-05-2025, 15:20

“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?

Gündəm / Cəmiyyət

4-04-2025, 10:39

MTK özbaşınalığı davam edir - Nəsimi rayonunda “Maşınqayıran” MTK əmlakımı belə zəbt etdi-ŞİKAYƏT

Gündəm / Cəmiyyət

26-03-2025, 16:32

İcra başçısının atasından QANUNSUZ ƏMƏL: Vətəndaşın evinin qapısını daşla hördü – Foto - Video

Gündəm / Araşdırma

22-01-2025, 14:26

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər

Gündəm / Araşdırma

23-12-2024, 14:34

Dördmərtəbəli evin beşinci mərtəbəsi – Elşad Həsənov "romantikası"nın səbəbi nə? / FOTOFAKT

Gündəm / Cəmiyyət

14-11-2024, 09:58

“Şəxsən mən ölsəm də,evimdən çıxan deyiləm!!!” - Bakıda “Kristal Abşeron” ÖZBAŞINALIĞI...

Gündəm / Araşdırma

2-04-2024, 13:51

“Pilot Residence”in sakinləri yenidən Ədliyyə Nazirliyinə müraciət ediblər - AÇIQ MƏKTUB

Gündəm / Araşdırma

19-03-2024, 14:18

12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... - Nələr var, nələr...

Gündəm / Cəmiyyət

13-03-2024, 18:29

Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –PREZİDENTƏ MÜRACİƏT / FOTOLAR

Gündəm / Cəmiyyət

4-12-2023, 13:25

“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır

Gündəm / Cəmiyyət

21-06-2023, 18:49

Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI

Gündəm / Video

16-06-2023, 09:16

“Qobu Park” sakinlərinin həyatı təhlükədədir? - VIDEO

Araşdırma
MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏZLƏR, CƏNABLAR!
“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
Bərdədə 1,5 milyonluq yol haradadır? – Gözlər 43 saylı idarənin rəisi İlham Əzimovdadır
“Milano Hospitalda“ əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
Hadisə
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
7-03-2026, 11:00
46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
6-03-2026, 10:00
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
6-03-2026, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
Son xəbərlər
  • Dünən, 10:03
    MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏZLƏR, CƏNABLAR!
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:46
    Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib
  • Dünən, 18:22
    “Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 16:51
    Buralarda nə baş verir... ALLAH BİLİR... - İLGİNC İDDİALAR
  • Dünən, 15:14
    Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
  • Dünən, 14:04
    “Arash” estetik mərkəzinin həkimi Sənan Xankişiyevdən şikayət
  • Dünən, 13:18
    Bərdədə 1,5 milyonluq yol haradadır? – Gözlər 43 saylı idarənin rəisi İlham Əzimovdadır
  • Dünən, 11:09
    Nəsimi rayonunda “Başkənd” restoranında özbaşınalıq “depozit” adı ilə müştərilərin cibinə girirlər.
  • 8-03-2026, 17:00
    "Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
  • 8-03-2026, 16:00
    ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub
  • 8-03-2026, 15:00
    Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var
  • 8-03-2026, 14:00
    2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq
  • 8-03-2026, 12:00
    “Müharibəni 6 ay davam etdirə bilərik” - İran
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə