• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?

Gündəm / Cəmiyyət

15-12-2025, 09:50

Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?

Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?

Son illər paytaxt Bakının gecə həyatında adı tez-tez çəkilən məkanlardan biri olan "The Place Baku" cəmiyyətdə ciddi narahatlıq doğurur. Məkan adi əyləncə ünvanı olmaqdan çıxaraq, qanunvericiliyin tələblərinə zidd fəaliyyət forması ilə gənclərin fiziki və mənəvi aşınmasına xidmət edən qapalı bir sistemə çevrilib. Məsələ təkcə bir obyektin fəaliyyəti ilə bağlı deyil, burada söhbət hüququn, ictimai asayişin və milli-mənəvi dəyərlərin sistemli şəkildə görməzdən gəlinməsindən gedir.
Bakının gecə həyatında təhlükəli şəkildə fəaliyyət göstərən "The Place Baku" qanunsuzluq, nəzarətsizlik və ictimai məsuliyyətsizlik simvoludur. Cəmiyyətin gözləri önündə hüququn diqqətindən kənarda qalan məkan dövlət nəzarət mexanizmlərinin selektiv işləməsi barədə ciddi suallar doğurur.
Kimsə bu "görünməz kassanın" haradan və kimlərin himayəsi ilə fəaliyyət göstərdiyini soruşmur
Məkanda maliyyə dövriyyəsi rəsmi uçotdan kənarda aparılır, ödənişlər kassaya vurulmur, xidmət haqları kartdan-karta köçürmə adı altında gizlədilir. Bu isə artıq sadəcə qayda pozuntusu deyil, vergi sisteminə, iqtisadi şəffaflığa və hüquqi dövlət prinsipinə açıq meydan oxumaqdır. Daha təhlükəlisi isə odur ki, bu mexanizm uzun müddətdir işləyir və kimsə bu "görünməz kassanın" haradan və kimlərin himayəsi ilə fəaliyyət göstərdiyini soruşmur.
Rəsmi ödəniş mexanizmlərinin kənarda saxlanılması təkcə fiskal risk yaratmır, həm də istehlakçı hüquqlarını zəiflədir, hüquqi məsuliyyət zəncirini qırır.
"ThePlaceBaku" pandemiyanı ciddiyə almadı
Pandemiya dövründə ölkə üzrə tətbiq edilən sərt məhdudiyyətlərin, minlərlə sahibkarın fəaliyyətini dayandırdığı, insanların sağlamlıq naminə sosial həyatından imtina etdiyi bir zamanda, "The Place Baku"nun gecəyarısından sonra qapılarını açıq saxlaması, yalnız məsuliyyətsizlik deyil, cəmiyyətə qarşı açıq hörmətsizlik idi. Bu məkan pandemiyanı ciddiyə almadı, görünür, qanun biznes sahibi üçün tövsiyə xarakteri daşıyırdı.
Yalnız tanışlar və "köhnə müştərilər"
Məkanın fəaliyyət modeli xüsusilə gənclər üçün təhlükəli bir mühit yaradır. Gecənin qaranlığında başlayan, səhərə qədər davam edən bu həyat tərzi gəncləri sağlam düşüncədən, təhsildən, ailə dəyərlərindən uzaqlaşdıraraq asılılıq yaradan bir bataqlığa sürükləyir. Burada hər cür "xidmətin" mövcud olduğu iddiaları isə artıq təkcə əxlaqi məsələ deyil, ciddi hüquqi araşdırma tələb edən təhlükəli siqnaldır.
Diqqət çəkən başqa bir məqam isə məkanın qapalı xarakter daşımasıdır. Yad şəxslərin buraxılmaması, yalnız "öz adamları" və uzunmüddətli müştərilər üzərindən biznesin qurulması, qanunsuz fəaliyyətin gizlədilməsi üçün seçilmiş klassik üsullardan biri kimi dəyərləndirilir.
Gecənin yarısı başlayan qanunsuzluq "The Place Baku" nəzarətdən yayınır?

Gecə həyatının bütün çılpaqlığı ilə təqdim olunduğu məkanda, gənclərə zərərli vərdişlərin təşviqi, nəzarətsiz xidmətlərin göstərilməsi adi hala çevrilib. Seçilmiş auditoriya prinsipi - yad şəxslərin buraxılmaması, yalnız tanışlar və "köhnə müştərilər" üzərindən biznesin qurulması qapalı dövriyyə və mümkün qanunsuzluqların gizlədilməsi ehtimalını daha da gücləndirir.
Mənşəyi məlum olmayan qidalar gecə saatlarında təklif olunur
İddialar sırasında ən narahatedici məqamlardan biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mənşəyi məlum olmayan qidalar gecə saatlarında təklif olunur, sanitar norma və standartlara əməl edilib-edilmədiyi isə sual altındadır. Bu cür yanaşma zəhərlənmə riskini artırmaqla yanaşı, istehlakçıların sağlamlığını birbaşa təhlükə altına qoyur.
Qida təhlükəsizliyi məsələsi məkanda tamamilə arxa plana keçib. Mənşəyi məlum olmayan qidaların gecə saatlarında gənclərə təqdim edilməsi, tüstü və ağır dumanın ətrafı bürüyərək yaxınlıqda yaşayan insanların həyat keyfiyyətini aşağı salması, artıq obyektin deyil, bütöv bir yaşayış mühitinin zəhərlənməsi deməkdir.
Cəmiyyət susduqca, bu cür mühitlər daha da cəsarətlənir
Bütün bu iddialar fonunda məsul dövlət qurumlarının mövqeyi cəmiyyət üçün həlledici əhəmiyyət daşıyır. Bakı Şəhər Polisi, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi kimi qurumların məsələyə kompleks yanaşma sərgiləməsi, obyektiv araşdırma aparması və zərurət yarandığı təqdirdə qanun çərçivəsində sərt tədbirlər görməsi vacibdir. Çünki söhbət təkcə bir məkanın fəaliyyətindən deyil, yüzlərlə gəncin taleyinə, onların fiziki və mənəvi gələcəyinə təsir edən sistemli təhlükədən gedir.
Cəmiyyət susduqca, bu cür mühitlər daha da cəsarətlənir. Gecə həyatının işıqları arxasında gizlənən bu iddialar diqqətdən kənarda qalmamalı, gənclərin məhvə sürüklənməsinə yol açan hər bir faktor vaxtında və prinsipial şəkildə aradan qaldırılmalıdır. Şəffaflıq, qanunun aliliyi və ictimai məsuliyyət məhz bu üç dayağın bərpası ilə paytaxtın gecə həyatı təhlükəsiz və sağlam çərçivəyə salına bilər.
The Place Baku ətrafında səslənən iddialar paytaxtın gecə həyatının hansı dəyərlər üzərində qurulduğu, dövlət nəzarətinin nə dərəcədə effektiv işlədiyi və gənclərin hansı mühitə yönləndirildiyi suallarını gündəmə gətirən geniş sosial problemdir. İddiaların araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması həm hüquqi ədalətin, həm də cəmiyyətin vicdan rahatlığının təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.(Heqiqixeber.az)
Qarşı tərəfin mpvqeyini tanıyırıq.

Oxunub: 1 036
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

30-10-2025, 17:45

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Gündəm / Cəmiyyət

24-10-2025, 13:18

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Siyasət / Cəmiyyət

23-10-2025, 12:08

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Gündəm / Cəmiyyət

6-10-2025, 11:22

Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Araşdırma

21-05-2025, 10:38

Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR

Gündəm / Cəmiyyət

20-12-2024, 14:05

Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?

Gündəm / Araşdırma

2-07-2024, 12:41

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

10-06-2024, 10:45

Bakının ÜZQARASI: Xəzər dənizinə bundan artıq pisliyi kimsə etmir... - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

27-12-2023, 14:33

Əmanətçilərə qarşı kobud və laqeyid münasibət - Mərkəzi Bankının sədri Taleh Kazımova MÜRACİƏT(VİDEO))

Gündəm / Siyasət

7-09-2023, 15:00

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC yaradılır

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Cəmiyyət

25-06-2023, 13:00

“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” konfransı keçirilib

Gündəm / Araşdırma

9-06-2023, 17:57

UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Araşdırma
"Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi
Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
"Kəndimiz Mərdəkan"da qiymət oyunu - 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat...
İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?
Hadisə
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 18:29
Yeniyetməni şantaj etdi, intihara sövq etdi… – TUTULDU
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:30
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
Son xəbərlər
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:47
    Abşeron Mərkəzi Xəstəxanasında KT aparatı yoxdur - TƏBİB-in açıqlaması bunu təsdiqləyir
  • Bu gün, 18:02
    "Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi
  • Bu gün, 14:33
    “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
  • Bu gün, 13:23
    Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır
  • Bu gün, 12:35
    Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
  • Bu gün, 11:46
    Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
  • Bu gün, 11:14
    Nərimanov Məhkəməsinin “Bazargünü Qətnaməsi”: Məhkəmə Kürsüsü Niyə Bazar Piştaxtasına Çevrilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə