• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir

Gündəm / Araşdırma

Bu gün, 10:40

[center][/center]
“Azəriqaz” İstehsalat Birliyində insan resursları siyasəti, yaxın qohumların işə qəbulu, imtahan prosedurlarının şəffaflığı və optimallaşdırma adı altında ixtisaslı mütəxəssislərin işdən kənarlaşdırılması ilə bağlı ciddi suallar ortaya çıxır. Bu məsələlərin mərkəzində isə İnsan Resursları sahəsində rəhbər vəzifədə çalışmış Xəqani Bəşirlinin və baş direktorun müşaviri Cahid Hüseynovun adı çəkilir.
Bu bar’d’ Aktualinfo.net-in elektron poçtuna ünvanlanmış məqalədə deyilir. Daha sonra
Təəssüf ki, “Azəriqaz” İstehsalat Birliyində aparılmış optimallaşdırma və kadr siyasəti ilə bağlı ortaya çıxan məlumatlar bir sıra suallar yaradır. İddialara görə, insan resursları sahəsindəki vəzifə imkanlarından yaxın qohumların işlə təmin olunması, bəzi şəxslərin vəzifələrə irəli çəkilməsi, digər tərəfdən isə peşəkar mütəxəssislərin sistemdən uzaqlaşdırılması üçün istifadə edilib.
Xəqani Bəşirli və qohumlarının “Azəriqaz” sistemindəki vəzifələri
SOCAR sistemində maraqların toqquşmasının qarşısının alınması və yaxın qohumların bir-birinə tabeçilik münasibətində çalışmasının məhdudlaşdırılması istiqamətində daxili qaydalar mövcuddur. Bu qaydaların bütün əməkdaşlara eyni şəkildə tətbiq edilməsi şəffaf idarəetmənin əsas şərtlərindən biridir.
Lakin Xəqani Bəşirlinin “Azəriqaz”da insan resursları sahəsində çalışdığı dövrdə bir sıra yaxın qohumlarının müxtəlif struktur bölmələrdə işə qəbul edilməsi və vəzifələrə təyin olunması ilə bağlı məlumatlar maraqların
toqquşması məsələsini gündəmə gətirir.
Tural Bəşirli – Xəqani Bəşirlinin əmisi nəvəsidir. Məlumatlara görə, ali təhsili və əvvəlki iş təcrübəsi olmadan Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu Xidmət Sahəsində anbardar vəzifəsinə təyin edilib. Bir neçə ay sonra Salyan
Regional Qaz İstismar İdarəsində anbar müdiri vəzifəsinə keçirilib.
Həmin şəxsin işə davamiyyəti ilə bağlı ciddi suallar olduğu, işə faktiki davamiyyəti ilə rəsmiləşdirilmiş iş qrafikinin uyğun gəlmədiyi bildirilir.
Daha sonra Salyan Regional Qaz İstismar İdarəsində anbar uçotunda olan, istismardan çıxarılaraq söküntüdən əldə edilmiş bronza və mis qaz kranlarının satılması ilə bağlı hadisənin baş verdiyi iddia olunur. Həmin hadisədən sonra
Tural Bəşirlinin Xəqani Bəşirlinin müdaxiləsi nəticəsində öz ərizəsi ilə işdən ayrıldığı bildirilir.
Burada əsas suallar bunlardır: Anbarda olan maddi qiymətlilərin uçotu yoxlanılıbmı? Həmin materialların hərəkəti və satışına dair araşdırma aparılıbmı? İşdən ayrılma hansı səbəbdən baş verib? Hadisə ilə bağlı hüquqi qiymət verilibmi?
Firəngiz Ələkbərova– Xəqani Bəşirlinin bacısıdır və Bakı Regional Qaz İstismar İdarəsində çalışdığı bildirilir. Onun işə qəbulunda və sonrakı əmək fəaliyyətində qohumluq əlaqələrinin hər hansı üstünlük yaradıb-yaratmadığı
araşdırılmalıdır.
Mirqüvvət Ələkbərov – Xəqani Bəşirlinin bacısı oğludur. Sumqayıt Regional Qaz İstismar İdarəsində çalışdığı bildirilir. Bu təyinatın da hansı prosedurlarla həyata keçirildiyi ictimaiyyət üçün aydın olmalıdır.
Zülfiyyə Rüstəmova – Xəqani Bəşirlinin həyat yoldaşıdır. Məlumatlara görə, 2021-ci ildə “Azəriqaz” sistemində işə qəbul edilib. Əvvəlcə Salyan Regional Qaz İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsində Kargüzarlıq və İnzibati-
Təsərrüfat Xidmətinin texniki işçisi kimi rəsmiləşdirilib. Daha sonra iş yeri “Azəriqaz”ın mərkəzi strukturuna, oradan isə SOCAR-ın strukturunda fəaliyyət göstərən Neft-Qaz Tikinti Trestinə keçirilib.
Bu təyinatların və sonrakı yerdəyişmələrin hansı əsaslarla həyata keçirildiyi, həmin şəxslərin faktiki işə davamiyyəti və əmək funksiyalarını yerinə yetirib- yetirmədiyi müvafiq sənədlər əsasında yoxlanılmalıdır.
Sadalanan şəxslər Xəqani Bəşirlinin yaxın qohumları ilə bağlı məlum olan nümunələrdir. SOCAR və “Azəriqaz” tərəfindən həmin şəxslərin işə qəbul tarixləri, təyinatları, əmək funksiyaları, tabelik münasibətləri və işə davamiyyətləri üzrə araşdırma aparılması vacibdir.
Burada məsələ yalnız qohumların eyni sistemdə işləməsi deyil. Əsas məsələ insan resursları sahəsində qərarvermə imkanına malik şəxsin öz yaxınlarının işə qəbuluna və vəzifə dəyişikliklərinə təsir göstərib-göstərməməsidir.
Cahid Hüseynovun əmlakları kimlərin adına rəsmiləşdirilib? Yeni məlumatlara görə, Cahid Hüseynov özünə məxsus olduğu bildirilən istixanaları qardaşının, qardaşı oğlunun və digər yaxın qohumlarının adına rəsmiləşdirib.
Bununla yanaşı, İsmayıllı rayonunun İvanovka kəndində, Xəqani Bəşirli ilə qonşuluqda yerləşən evini də öz qardaşı Cavanşir Hüseynovun adına rəsmiləşdirdiyi bildirilir.
Maraqlıdır, aylıq əməkhaqqı ilə çalışan şəxslərin və onların yaxın qohumlarının adına bu qədər əmlak necə formalaşıb? Sözügedən istixanaların və İvanovka kəndindəki evin əldə edilməsinə sərf olunan vəsaitlərin mənbəyi nədir?
Bu əmlakların kimlərin adına rəsmiləşdirilməsi, faktiki olaraq kim tərəfindən idarə olunması və maliyyə mənbələrinin hansı yollarla formalaşması ciddi araşdırma tələb edən məsələlərdir.
Diqqətçəkən digər məqam isə Xəqani Bəşirli ilə Cahid Hüseynovun hər ikisinin əmlak əldə etməsi ilə bağlı iddialardır. Görünən odur ki, hər iki şəxs əmlak əldə etmək yarışına girib. Bəs onların aylıq əməkhaqları ilə bu qədər əmlakın əldə
edilməsi arasında hansı maliyyə əlaqəsi var? Bu suala aidiyyəti qurumların aydınlıq gətirməsi vacibdir.
Növbəti yazımızda “Azəriqaz”ın baş direktorunun müşaviri Cahid Hüseynovun evləri və yaxın qohumları haqqında məlumatları ictimaiyyətin diqqətinə çatdıracağıq.
Qeyd olunur ki, Cahid Hüseynov əvvəlki rəhbərliyin dövründə “Azəriqaz”da qəbul edilən qərarlara təsir imkanlarına malik olub. İddialara görə, hazırda da müəyyən dərəcədə yerlərdəki öz əlaqələri və vasitəçiləri üzərindən proseslərə təsir göstərmək imkanlarını qoruyub saxlayır. Bu iddiaların nə dərəcədə əsaslı olduğu və onun hazırkı idarəetmə
proseslərindəki real rolu araşdırılmalıdır.

Aktualinfo.net
P.S. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyində məsul vəzifəli şəxslərin yaxın qohumlarının işə qəbulu ilə bağlı son günlərdə sosial şəbəkələrdə və mediada yayılan bu məlumatlara sözügedən qurum tərəfindən nə təkzib verilib, nə də hansısa bir açıqlama. Bu dolayısı ilə yayılan məlumatların doğruluğuna bir işarədir.
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovdur. O, sözügedən vəzifəyə 11 mart 2024-cü il tarixində təyin edilib. Onun rəhbərliyi altında “Azəriqaz”ın məsul vəzifəli şəxslərinin bu kimi özbaşına əməllərə yol verməsindən xəbərsiz olması da inandırıcı gəlmir.

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

16-03-2024, 12:00

Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA

Gündəm / Araşdırma

Dünən, 15:53

“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!

Gündəm / Cəmiyyət

24-10-2025, 13:18

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Gündəm / Cəmiyyət

16-11-2026, 09:29

Azəriqazda Xəqani Bəşirli ətrafında CİDDİ İDDİALAR - kadr siyasəti, optimallaşdırma və attestasiya nəticələri sual altında...

Cəmiyyət

12-11-2026, 11:07

Azəriqaz-da TAYFA BİRLİYİ - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

4-02-2026, 09:57

Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar kağız üzərində, reallıq isə başqa | FOTOfakt

Gündəm / Araşdırma

9-06-2023, 17:57

UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

24-12-2024, 09:01

Lerik təhsilində savadlı kadr problemi - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

7-06-2023, 18:38

TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Araşdırma

9-09-2026, 09:42

Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR

Gündəm / Hadisə

26-02-2024, 09:15

Tarix İnstitutunda NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

24-03-2025, 15:15

Sabiha Rzayeva tibbi təhsili olmadan dolğu, full face, botoks,inyeksion prosedurlarını necə həyata keçirir?

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
“Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir
"Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
Hadisə
Dünən, 17:55
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
19-11-2026, 12:33
Nərman Qocatürkün meyiti tapıldı
18-11-2026, 11:07
Qonşusunu öldürərək quyuya atan şəxs: - “Arvadımla münasibətlərindən şübhələnirdim...”
12-11-2026, 12:48
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:10
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 10:40
    “Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir
  • Bu gün, 09:51
    "Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ
  • Bu gün, 09:19
    Regionda təhsilə İKİ FƏRQLİ YANAŞMA - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə