• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır

Gündəm / Araşdırma

22-01-2026, 10:49

Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır

Tovuz rayon İcra Hakimiyyəti ötən ilin son günündə, 30.12.2025-ci ildə Tovuz rayonunda abadlıq işləri üzrə keçirdiyi satınalmanı yekunlaşdırdığını elan edib. Müsabiqənin qalibi “TALEH-RT” UN SƏNAYESİ BİRGƏ MÜƏSSİSƏSİ seçilib və 56.401,36 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinin tələbinə uyğun olaraq, satınalma yekunlaşdırıldıqdan dərhal sonra gözləmə müddəti başlayır. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) 5 (beş) iş günü ərzində qüvvədə olur.

Yalnız bundan sonra tərəflər arasında satınalma müqaviləsi bağlanılır. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tovuz rayon İcra Hakimiyyəti gözləmə müddəti bitdikdən sonra sözügedən satınalma üzrə müqavilə bağlamayıb. Yəni, bununla bağlı portalda heç bir məlumat yoxdu.

Buradan da ortaya şübhəli məqamlar çıxır. Belə ki, Tovuz rayon İcra Hakimiyyəti 29.11.2025-ci ildə Tovuz rayonunda abadlıq işləri üzrə “TALEH-RT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 579.452,33 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Suallar yaranır. Tovuz rayonunda abadlıq işləri üzrə 579.452,33 manat dəyərində bağlanan müqavilədən sonra 56.401,36 manata zərurət haradan yaranıb? Müqavilə bağlanıbsa aspektdən dərhal sonra satınalmaların portalında niyə dərc edilməyib?

Bunlardan əlavə 29.11.2025-ci ildə Tovuz rayon İcra Hakimiyyəti daha bir neçə satınalma müqaviləsi bağlayıb.

Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işləri üzrə “AZƏRTRANSS” MMC ilə 134.489,93 manat məbləğində müqaviləsi də 29.11.2025-ci ildə bağlanılıb. Adların çəkilən bu şirkətlərin Tovuz rayon İcra Hakimiyyəti ilə daim işbirliyində olması və başçı Məmməd Məmmədova yaxın olması ilə bağlı mediada geniş məlumatlar var.

Yerli xərclər hesabına Tovuz rayonunda yolların əsaslı təmiri üzrə “KONTUR ARXİTEKTURA LAYİHƏ-SƏNAYE” Qapalı Səhmdar Cəmiyyəti ilə 667.468,14 manat məbləğində. Büdcədənkənar vəsait hesabına Tovuz rayonunda yolların əsaslı təmiri üzrə “KONTUR ARXİTEKTURA LAYİHƏ-SƏNAYE” Qapalı Səhmdar Cəmiyyəti ilə 598.665,34 manat dəyərində.

Icra Hakimiyyəti sözügedən şirkətlə 21.886,2 manat dəyərində bir müqavilə də 26.12.2025-ci ildə bağlayıb. Maraqlıdır ki, noyabrda Tovuz rayonunda yolların əsaslı təmirinə bir milyon manatdan çox vəsait ayıran İcra Hakimiyyəti dekabrda da yoların əsaslı təmirinə iyirmi bir min manat vəsaiti nə üçün ayırırb.

Bəs Tovuz rayon İcra Hakimiyyətinin bir gündə ümumi dəyəri 1 266 133 manat olan iki satınalma müqaviləsi bağladığı “KONTUR ARXİTEKTURA LAYİHƏ-SƏNAYE” Qapalı Səhmdar Cəmiyyəti barədə açıq mənbələrdə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KONTUR ARXİTEKTURA LAYİHƏ-SƏNAYE” (VÖEN: 2000259731) Qapalı Səhmdar Cəmiyyətinin 20.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 322 000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞOSSESİ, ev.54, qanuni təmsilçisi kimi isə Sadıqov Rauf Sahib oğlu olduğu qeyd olunub.

Şirkət “KONTUR” ARXİTEKTURA LAYİHƏ-SƏNAYE MÜƏSSİSƏSİ kimi dövlət qeydiyyatına alınıb. 02.12.2020-ci ildə təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin təsisçisi və ilk qanuni təmsilçisi Lavrençuk Lyubov Alekseyevna olub. Daha sonra Sadıqov Elvin Nofəl oğlu, Məmmədov Kamran Elman oğlu ayrı ayrı vaxtlarda şirkətə rəhbərlik ediblər.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində QSC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

QSC barəsində açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Milyonlarla manat dövlət sifarişi alan QSC-nin nə bir sosial şəbəkə hesabı, nə də rəsmi bir internet portalı yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “KONTUR ARXİTEKTURA LAYİHƏ-SƏNAYE” QSC son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat əldə edə bilmədik. Yəni QSC heç bir media qurumunda maliyyə göstəriciləri açıqlamamışdır ki, bu da Nazirlər Kabinetinin Qərarının pozulması deməkdir.

Göründüyü kimi Tovuz rayon İcra Hakimiyyəti 2025-ci ili bir sıra şübhəli satınalmalarla yola verib. Yolların əsaslı təmirinə 1 266 133 manatlıq müqavilə bağladıqdan sonra 21.886,2 manat dəyərində bir müqavilə də ilin bitməsinə 3 gün qalmış bağlanılıb. Tovuz rayonunda abadlıq işləri üzrə 579.452,33 manat dəyərində bağlanan müqavilədən sonra ilin sonunda 56.401,36 manat yenə ayrılıb. Bunlar çox şübhəli məsələlərdir və araşdırılarsa bir çox qaranlıq işlərin üstü açılar.

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, Prezident İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sosial şəbəkələrdə və mediada Tovuz rayon sakinlərinin Məmməd Məmmədovdan narazılıqlar bağlı kifayət qədər geniş məlumatlar yayılıb. (Aktualinfo.net)

Oxunub: 703
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

5-12-2025, 18:23

Uyğunluq göstəricilərinə cavab verməyən “İS.M.M.” MMC 4 milyonluq tenderləri necə udub - İLGİNC FAKTLAR...

Gündəm / Siyasət

28-10-2025, 13:07

İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib

Gündəm / Cəmiyyət

6-10-2025, 12:47

Zaur Mikayılov Tovuzda toxunulmazlıq statusu verdiyi Nəsrəddin Aslanova həm də milyonlar ayırdı

Gündəm / Araşdırma

25-08-2025, 17:38

Rafiq Qarayevə yenidən 200 min manatlıq tender verildi: “RR TRAVEL COMPANY” Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməmişdir

Gündəm / Cəmiyyət

25-08-2025, 15:38

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

21-05-2025, 15:43

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

28-02-2025, 12:14

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

24-02-2025, 15:18

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

8-01-2025, 15:17

“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb?!-İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

12-11-2024, 11:21

Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi

Gündəm / Cəmiyyət

8-07-2024, 15:58

“Azərişıq” dövlət satınalmalarını “Harmony İndustrial Group” MMC ilə rəsmən belə saxtalaşdırır

Gündəm / Araşdırma

7-06-2024, 11:53

Rafil Hüseynov Ağcabədini kimə tapşırıb?

Gündəm / Siyasət

6-06-2023, 22:11

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

Araşdırma
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
AAYDA-nın iki idarə rəisi quda oldu - “Meridian park luxure”də bahalı toy
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Kəmaləddin Heydərov qalmaqallı “Qurtuluş-93” rəhbərinin otelini bağladı - BUNA GÖRƏ...
Qaradağda başdı-başın saxlasındı - Belə tikililərlə kim və hansı sənədlə icazə verir? - FOTOFAKT
TƏBİB bu şirkətlə 1,5 milyonluq müqavilə bağladı
Hadisə
12-04-2026, 14:00
Ötən gün Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
5-04-2026, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:28
    NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
  • Bu gün, 17:19
    Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
  • Bu gün, 16:48
    Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”
  • Bu gün, 16:13
    Azərbaycan "su cinayəti"nin içində - Zaur Mikayılovla Fuad Quliyevin şok əməlləri
  • Bu gün, 15:43
    13 Reabilitasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçir - DETALLAR
  • Bu gün, 14:48
    Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO
  • Bu gün, 13:23
    Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?
  • Bu gün, 12:45
    AAYDA-nın iki idarə rəisi quda oldu - “Meridian park luxure”də bahalı toy
  • Bu gün, 12:10
    Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
  • Bu gün, 11:28
    Kəmaləddin Heydərov qalmaqallı “Qurtuluş-93” rəhbərinin otelini bağladı - BUNA GÖRƏ...
  • Bu gün, 10:48
    İllər sonra ekranlara qayıdır
  • Bu gün, 10:22
    Qaradağda başdı-başın saxlasındı - Belə tikililərlə kim və hansı sənədlə icazə verir? - FOTOFAKT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə