• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir

Gündəm / Cəmiyyət

4-02-2026, 11:02

Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir

Bakı Slavyan Universitetində (BSU) gərginlik səngimir. Universitet daxilindən redaksiyamıza daxil olmuş məlumata görə Anar Nağıyevin rektor təyin olunduğu gündən bu yana ali təhsil ocağında sağlam akademik mühitdən çox, daxili çəkişmələr, idarəetmə böhranı və narazılıqlar hökm sürür.
Son illər Azərbaycanda bir sıra universitetlər elm, təhsil, araşdırma, H-indeks və beynəlxalq QS reytinqləri üzrə irəliləyiş əldə etdiyi halda, BSU-nun “uğuru” yalnız UI GreenMetric siyahısında qeydə alınıb. O da nə az, nə çox — İnfrastruktur (SI) – 515 xal, Tullantıların idarəolunması (WS) – 1125 xal
Görəsən hansı infrastrukturdan söhbət gedir-Yarımçıq qalmış təmirdən, yoxsa mağaranı xatırladan auditoriyalardan?
BSU-nun qocaman kollektivi bu sualın cavabını yaxşı bilir…
Adının çəkilməsini istəməyən uzunillik BSU əməkdaşı bildirir ki, universitetin institusional akkreditasiyadan keçə bilməməsinin əsas səbəbi rektorun yanlış qərarları və səriştəsiz “komandasıdır”.Onun sözlərinə görə, bu idarəçilik universiteti sözün əsl mənasında bataqlığa sürükləyib.Rektorluq dövründə atılan ən mübahisəli addımlardan biri də sabiq rektor Kamal Abdullanın böyük zəhmətlə yaratdığı BSU nəzdindəki Məktəb–Lisey Kompleksinin universitetin tabeliyindən çıxarılması olub. Nəticədə bu təhsil ocağı Bakı Şəhəri Təhsil İdarəsinin balansına verilib.
Sual yaranır: BSU bu qərardan nə qazandı?
Cavab sadədir: Heç nə. Yalnız itki.
Slavyanşünaslıqdan “yolayrıcı”
Mediatv.az-a verilən məlumata görə, rektorun şəxsi istəyi ilə universitetdə fəaliyyət göstərən bir sıra dil və mədəniyyət mərkəzləri bağlanıb. Bu isə BSU-nun əsas missiyasına zidd olaraq, ali məktəbin tədricən Slavyanşünaslıqdan uzaqlaşdırılması kimi dəyərləndirilir. Universitetin hansı istiqamətə getdiyi isə hələ də müəmmalıdır.
1.8 milyon manatlıq “itən təmir”
Ötən il BSU-nun təmirinə 1,8 milyon manat vəsait ayrılıb. Lakin nəticə göz qabağındadır.Universitet binalarının cəmi iki mərtəbəsi natamam şəkildə təmir olunub.Bəs qalan vəsait hara xərclənib,niyə bu prosesə nəzarət edilmir?
Son günlər mediada yayılan məlumatlar isə vəziyyəti daha da qalmaqallı edir. Bildirilir ki, rektor təhsil və elmi problemləri bir kənara qoyaraq, "şəxsi baxımı" ilə gündəmə gəlir. Universitetin professor-müəllim heyəti faktiki olaraq diplomsuz və səriştəsiz bir “komandanın” ümidinə buraxılıb. Rektor isə təcrübəli kadrları dəstəkləmək əvəzinə, onları "sındırmaq" və dəyərsizləşdirməklə məşğuldur. Məlumata görə, universitetə aid olmayan şəkildə yaradılmış Rektorun Katibliyinə rektorun katibəsi rəhbər təyin olunub və ona limitsiz səlahiyyətlər verilib. Lakin bu səlahiyyətlərin necə və hansı etik çərçivədə icra olunacağı öyrədilməyib.Bir sözlə universitet diplomsuz, üzə durmaqla məşğul olan və bunun müqabilində daha çox maaş alan komandanın ümidinə qalıb.Hər həftə universitet əməkdaşlarına rektorun reklamı ilə bağlı statusların paylaşılması barədə göstərişlər verilməsi isə ümumi narazılığı pik həddə çatdırıb.BSU-nun qocaman və nüfuzlu kollektivi hesab edir ki, universitetin son illərdə bu qədər dəyərdən düşməsi məhz Anar Nağıyev və onun komandasının idarəçilik xəttinin nəticəsidir.
“BSU kollektivi Elm və Təhsil Naziri Emin Əmrullayevə müraciət edərək, ötən il işdən azad edilən yarıtmaz kadrların siyahısına BSU rektorunun da daxil edilməsini, eləcə də rektorun hazırda tutduğu vəzifənin sonuncu təyinat ili olduğunu nəzərə alaraq, yol verdiyi bu kimi halların onun növbəti 5 illik müqaviləsinin uzadılmaması ilə nəticələnməsini tələb edir. Daxil olmuş məlumata görə kollektiv hesab edir ki, rektorun bu kimi hərəkətləri Elm və Təhsil Naziri Emin Əmrullayevin adına yalnız kölgə salır. Çarəsiz vəziyyətə düşən universitet kollektivi göydə ulu Tanrıya, yerdə isə ədalətin bərqərar olunacağına ümid edərək Emin Əmrullayevə pənah gətirir.
Ən maraqlısı isə budur ki, rektor tez-tez iclaslarda özünü nazirin “əsas kadrı” kimi təqdim edir, onun adından tapşırıqlar verdiyi bildirilir.
O zaman sual yaranır,əgər elədirsə niyə BSU akkreditasiyadan keçə bilmədi, niyə məktəb-lisey universitetin əlindən alındı, milyonlar hara xərcləndi?
Daxil olmuş məlumatda qeyd olunur ki, maliyyə işləri üzrə prorektor Elçin Hüseynov isə öz vəzifə funksiyalarını bir kənara qoyaraq, faktiki olaraq “rektorun şəxsi qovluq daşıyanı” rolunda çıxış edir.Suallar çoxdur. Cavab isə yoxdur. Görünən odur ki, rektor bu suallara aydınlıq gətirmək əvəzinə və şəxsi reklamı ilə məşğuldur.
Əgər rektor öz reklamına xərclədiyi yüz minlərlə manatı kollektivin maaşına və təhsilin inkişafına yönəltsəydi, bəlkə də bu gün BSU tamam başqa bir səviyyədə olardı…
Mediatv.az

Oxunub: 1 369
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

2-02-2026, 18:12

Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Gündəm / Cəmiyyət

5-06-2025, 21:37

BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":“koşelyok” prorektor, arxivə gedən universitet və s.

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

16-04-2025, 18:57

“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR

Gündəm / Cəmiyyət

20-02-2025, 09:47

“Təmiz Şəhər” milyonları “zibilə atıb”... - Rəsmi

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Araşdırma

28-11-2024, 10:37

Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI

Gündəm / Siyasət

13-11-2024, 15:53

Azərbaycanın daha bir beynəlxalq uğuru – davam edən COP29 - ŞƏRH

Gündəm / Cəmiyyət

5-03-2024, 14:49

Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya…

Gündəm / Araşdırma

19-09-2023, 09:31

BSU-da hər şey öz axarındadır: YƏNİ ƏVVƏLKİ KİMİ... - İLGİNC İDDİALAR...

Gündəm / Araşdırma

14-09-2023, 10:30

Slavyan Universitetində nələr baş verir? - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

19-07-2023, 12:25

BSU necə oldu bu günlərə gəldi?.. - HƏQİQƏTƏN DƏ...

Gündəm / Araşdırma

9-06-2023, 17:57

UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

7-06-2023, 18:38

TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

Araşdırma

10-05-2023, 16:09

BSU kollektivi Anar Nağıyevdən NİYƏ NARAZIDIR? - Universiteti idman müəllimi idarə edir?

Araşdırma
PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR
“Azəriqaz” işçilərini ixtisar edir - Azər Məmmədovun məqsədi nədir? - Şikayət
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür?
AAYDA -nın sabiq sədri Saleh Məmmədov Almaniyada 24 hektar torpaq sahəsi alıb? İDDİA/FOTO
Hadisə
Dünən, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
Dünən, 17:00
Beyləqandakı silahlı insidentlərlə bağlı istintaq bitdi
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
7-07-2026, 11:43
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:17
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
4-07-2026, 13:38
Sürdüyü maşında öldü
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:00
    ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
  • Bu gün, 18:10
    İran Küveyt və Bəhreyni vurdu
  • Bu gün, 17:46
    PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir
  • Bu gün, 17:14
    Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
  • Bu gün, 16:51
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • Bu gün, 16:00
    Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə