“Bravo” supermarketlər şəbəkəsinin sahibi olan “Azərbaycan Supermarket” MMC barəsində inzibati protokol tərtib edilib.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol rəsmiləşdirilib.
“Azərbaycan Supermarket” MMC-nin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozduğu müəyyənləşdirilib.
“Bravo” mağazalarında qida məhsulu üzərində göstərilən qiymətdən daha baha qiymətə satılıb.
“Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlı məqam isə ondan ibarətdir ki, bu, “Bravo” supermarketlər şəbəkəsi ilə bağlı cari il ərzində eyni xarakterli üçüncü haldır.
Beləliklə, istehlakçıların hüquqlarının pozulması ilə bağlı “Bravo”nun eyni qayda pozuntusuna görə il ərzində artıq üçüncü dəfə məsuliyyətə cəlb edilməsi diqqət çəkir.
Bizimesr.media