• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 19:00

Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH


Rəsmi İrəvan son dövrlər Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaq istiqamətində atdığı siyasi addımlar fonunda Rusiya ilə münasibətləri qoparma həddinə çatdırıb. Amma son günlər Baş nazir Nikol Paşinyanın Moskva ilə münasibətlərdə tamamilə başqa mənzərə yaradan açıqlamaları sübut edir ki, Ermənistan hələ də Rusiyadan asılı vəziyyətdədir və ölkənin siyasi elitası iki stulda əyləşmək siyasətini davam etdirir.

Bir tərəfdən Aİ-yə üzvlükdən danışan İrəvan eyni zamanda Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə mövcud əlaqələrinin hüquqi baxımdan ziddiyyət təşkil etmədiyini bildirir. Moskva isə dəfələrlə bildirib ki, bu iki quruma eyni anda üzv olmaq qəti mümkün deyil. Bununla belə, erməni hökuməti əsas siyasi kursunun Avropa İttifaqı olduğunu bildirir. Baş nazir Nikol Paşinyan isə İrəvan metrosunun genişləndirilməsi, yeni Atom Elektrik Stansiyasının (AES) tikintisi kimi strateji məsələlərdə Rusiyanın iştirakını açıq şəkildə əsas variant kimi təqdim edir. Bu ziddiyyət isə göstərir ki, İrəvan üçün Moskva ilə siyasi məsafəni artırmaq hələ Rusiyanın Ermənistanın iqtisadi, enerji və infrastruktur sistemindəki rolundan imtina etmək anlamına gəlmir.

Bu ziddiyyətin ən konkret nümunəsi paytaxt İrəvanın metro şəbəkəsinin genişləndirilməsi ilə bağlı Baş nazirin açıqlaması olub. Paşinyan bildirib ki, "Açapnyak" metro stansiyasının tikintisində ən yaxşı tərəfdaş Rusiya ola bilər. Hökumət başçısı əlavə edib ki, Ermənistanda hazırda belə bir mürəkkəb layihəni həyata keçirə biləcək bir şirkət yoxdur. Bu da sübut edir ki, İrəvan Moskvadan təkcə siyasi və iqtisadi əlaqələrlə yox, həm də infrastruktur və mühəndislik cəhətdən də asılıdır. Bu faktı 2021-ci ildə Rusiyanın "Metrogiprotrans" şirkətinin İrəvan metrosunun inkişafının ilk mərhələsinin layihələndirilməsi üzrə tenderin qalibi olması da təsdiqləyir.

Metrodan başqa daha ciddi məsələ isə enerji sektoru ilə bağlıdır. Uzun müddətdir Ermənistanda yeni AES-in tikintisi üçün bir sıra şirkətlərin nəzərdən keçirildiyi barədə açıqlamalar verilsə də, Paşinyan bildirib ki, Rusiya variantı açıq saxlanılır. Bu fikir də təsadüfi görünmür. Bu gün dünyada, xüsusən də Yaxın Şərqdə baş verən proseslər enerji qiymətlərinə də ciddi təsir göstərib. Uzun müddətdir Rusiyadan ucuz qaz nəql edən Ermənistan Moskva ilə bütün körpüləri yandırmaq niyyətinin olmadığına işarə edir. Həm qışın yaxınlaşması, həm də dünyada təbii qaz qiymətlərindəki kəskin artım Paşinyanın nüvə enerjisi kimi onilliklərə hesablanan strateji layihədə Rusiya seçiminə doğru getməsi diqqətdən yayına bilməz. Görünür, mövcud Rusiya nüvə texnologiyası ilə formalaşmış infrastruktur əlaqələri və strateji enerji əməkdaşlığının davam etməsi Paşinyanın gələcək hədəfləri üçün daha məqbuldur. Çünki yeni AES tikintisi adi layihə deyil, ölkənin uzunmüddətli enerji təhlükəsizliyini müəyyən edəcək strateji seçimdir. Üstəlik, 1 sentyabr tarixində Putinlə görüşdən sonra Paşinyan Rusiya ilə münasibətlərin praktiki məzmununun inventarlaşdırılması barədə danışıb. Həmin dövrdə də "Rosatom"un rəhbərinin İrəvana səfəri təsadüfi sayıla bilməz. Yəni, Qərbə inteqrasiyanı əsas istiqamət kimi seçən Ermənistan strateji sahələrdə Moskvanı alternativsiz tərəfdaş statusundan çıxara bilmir.

Rəsmi İrəvanın Aİ-yə inteqrasiya ilə bağlı atdığı addımlar əslində Avropa İqtisadi İttifaqındakı (Aİİ) öhdəlikləri ilə ziddiyyət təşkil edir. Moskva bunu dəfələrlə vurğulayıb və Ermənistanın seçim etmək məcburiyyətində olduğunu bildirib. Aİİ ölkələri Ermənistanın xarici ticarətində xüsusi paya malik olduğu üçün Ermənistan real iqtisadi maraqlarından da əl çəkə bilmir. Bu iqtisadi dilemma isə kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılmasında daha aydın görünür. "Rosselxodnadzor"un qadağaları və Kremlin təzyiq rıçaqından sonra Rusiyadan asılılığı azaltmağa çalışan Ermənistan Avropa bazarlarına çıxışı genişləndirməyə çalısı. Amma burada da ciddi logistika, sertifikatlaşdırma və qiymət rəqabəti kimi ciddi problemlər ortaya çıxır. Buna görə də Ermənistan Aİİ bazarını, daha doğrusu Rusiya bazarını itirməmək üçün Moskvaya yaxınlaşmağa çalışır.

Məhz bu səbəbdən də Paşinyan Bişkek görüşündə Rusiya ilə münasibətlərin inkişafında və dərinləşdirilməsində maraqlı olduğunu bildirmişdi. Ermənistanın Moskvadan və Aİİ-dən iqtisadi asılılığını rəqəmlər də ortaya qoyur. Cari ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.63 milyard dollar olub. Bu, hələ azalma fonunda qeydə alınan rəqəmdir. Aİ ölkələri ilə isə 1.69 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Göründüyü kimi, Rusiya ilə ticarət dövriyyəsi Aİ ölkələri ilə ümumi dövriyyədən təxminən 56 faiz çoxdur. Bu faktorlara görə də Paşinyan hələ də Kremlin ətəyindən yapışmaq, əlaqələri dərinləşdirməkdən dəm vurur. Bunlar isə Ermənistanın xarici siyasətindəki reallıqları üzə çıxarır. İrəvan Qərbə doğru kurs götürsə də, Moskva ilə qurulmuş iqtisadi bağlardan qurtula bilmir.

Ermənistanın Rusiyadan asılılığının daha bir nümunəsi dəmir yolu sisteminin idarəçiliyi ilə bağlıdır. Paşinyan dəfələrlə konsessiya hüququnun Rusiya və Ermənistan üçün məqbul üçüncü ölkəyə verilməsini təklif edib. Hətta iş o həddə çatmışdı ki, Baş nazir Rusiyadan dəmir yollarına görə 2 milyard dolların tələb edilə biləcəyini də bəyan edib. Sentyabrın əvvəlində isə Putinlə görüşdən sonra Baş nazir Moskva ilə bu məsələnin həlli istiqamətində qarşılıqlı anlaşmanın yarandığını bildirib. Qısacası, Ermənistan bu sahədə Rusiyanın rolunu azaltmaq istəsə də, bunu da Moskvanın razılığı və iştirakı ilə həyata keçirmək məcburiyyətindədir. Başqa sözlə, Ermənistanın nəqliyyat sahəsində şaxələndirmə siyasətinin özü belə Rusiyanın iştirakı olmadan həyata keçirilə bilmir.

Yekun olaraq, deyə bilərik ki, son dövrlərdə Aİ-yə inteqrasiyadan gen-bol danışan Nikol Paşinyan Moskvadan asılılığını heç cürə sonlandıra bilmir. Hətta strateji və ciddi məsələlərdə Kremlin ətəyindən yapışmaq, Rusiyanın maraqlarını təmin etmək kimi xəttin izləndiyi də AES, metro və enerji sahələrində özünü açıq şəkildə biruzə verir. Bütün bunlar sübut edir ki, İrəvan üçün əsas məsələ Moskva ilə bağları qoparmaq yox, Aİ illüziyasının ardınca qaçarkən Rusiya ilə mövcud əlaqələri qoruyub saxlamaq əsas prioritetdir. Paşinyan hökuməti Avropadan təhlükəsizlik və siyasi dəstək zəmanəti almağa çalışır, lakin iqtisadi və struktur baxımdan Rusiyadan ciddi şəkildə asılıdır. Moskva isə bu zəifliyi çox yaxşı bilir və İrəvanı Aİİ və ya Aİ arasında seçim etməyə məcbur edərək bu ikiqat oyuna son qoymaq istəyir.(Report)

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

16-11-2024, 14:42

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm / Siyasət

8-10-2024, 16:34

Ermənistanın çobanyastığı siyasəti – Ştirlis kimi davranan Paşinyan - ŞƏRH

Gündəm / Siyasət

4-12-2024, 15:44

Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH

Gündəm / Siyasət

30-11-2024, 16:28

Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ

Gündəm / Siyasət

8-03-2024, 12:36

Paşinyan öz dumanında özünü itirib - FAKT BUDUR!

Gündəm / Siyasət

12-03-2026, 16:16

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir - ŞƏRH

Gündəm / Siyasət

9-08-2025, 09:46

İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN

Gündəm / Siyasət

4-12-2025, 16:14

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Gündəm / Siyasət

6-03-2024, 11:09

Paşinyan uçurumun kənarına çatdı - İNCƏLƏMƏ

Gündəm / Siyasət

15-10-2024, 17:04

İrəvanın saxtalığının sonu yoxmuş - sülhdən, müharibədən danışan Nikol və Armen - ŞƏRH

Gündəm / Siyasət

28-06-2024, 16:40

Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

Gündəm / Dünya

11-05-2024, 10:40

Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Gündəm / Siyasət

11-05-2024, 16:25

Qərbə qarşı İrəvan-Moskva fırıldağı: bu oyundan hər kəs razı görünür - NƏ BAŞ VERİR?

Gündəm / Siyasət

19-04-2024, 16:33

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Gündəm / Siyasət

19-05-2025, 16:14

İrəvana yaranacaq etimad amili - Rusiyanın bazasının mümkün bağlanması - ŞƏRH

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
Hadisə
Bu gün, 12:16
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 10:40
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
10-09-2026, 10:38
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
4-09-2026, 10:35
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
Son xəbərlər
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Bu gün, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Bu gün, 18:01
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Bu gün, 17:31
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə