Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin( “Qaçqınkom”) Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti Bakı ş. Nəsimi rayonu K. Səfərəliyeva k.25 ünvanda TTİ-nin yataqxanasında məskunlaşmış məcburi köçkün Kazımov Vidadi Barat oğlunun, Göyçay rayon, Qaraməryəm kəndindəki keçmiş ferma ərazisində görüləcək işlərlə bağlı "Azsur Group" MMC ilə müqavilə bağlayıb. 24.09.2026-cı il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, bu müqavilənin dəyəri 159.143 manatdır.
Tərəflər arasındakl bu əməkdaşlıq xüsusi ilə iki faktorla cəlbedici görünür...
Birincisi, rəsmi saytından da məlum olur ki, "Azsur Group" MMC yol və körpü tikintisi üzrə ixtisaslaşsa da, suvarma və drenaj sistemlərinin qurulmasını da həyata keçirə bilir. Belə bir şirkətin hansısa fermada görüləcək işlərə cəlb edilməsi isə bir o qədər də anlaşılan görünmür...
***
Araşdırmalarımız zamanı məlum olub ki, "Azsur Group” MMC ötən il 54 tenderin qalibi seçilib. Bu tenderlər Oğuz, Hacıqabul, Ağstafa, Qəbələ, Qazax rayon icra hakimiyyətləri də daxil müxtəlif qurumlar tərəfindən keçirilib. Şirkətin qalibi seçildiyi tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 13 681 037,36 manatdır.
Bəs dövlət qurumların iri layihələri etibar etdiyi bu şirkət haqqında nə bilirik?
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azsur Group” MMC 21 FEVRAL 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbəli, ev 21F, mənzil 21F-də yerləşən şirkətin qanuni təmsilçisi İmanlı Rəşad Yasəf oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Rəşad İmanlı barəsində də hər hası məlumata rast gəlinmir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub. Onun haqqında da heç bir məlumat yoxdur.
"Azsur Group” MMC-nin veb-səhifəsi olsa da, işlək deyil. Bu baxımdan şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu, çalışdığı sahədə peşəkarlığının olub-olmaması bəlli deyil. Bəlli olan odur ki, bu sirli şirkət iri məbləğli dövlət layihələrinin icra edir.(“Qaynarinfo”)
***
İkincisi, tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Satınalma bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və bu barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)
Elə bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg.biz”ə ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...
Bu sözün bəlli mənasında maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!
Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
İndi isə sual olunur: “Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin hansısa bir fermada görüləcək işlərlə bağlı "Azsur Group" MMC ilə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???
Yoxsa, “Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin hansısa bir fermada görüləcək işlərlə bağlı seçim edə biləcəyi başqa şirkətlər yoxdur...(?) Baxın, ən aktual və cavablandırılması vacib sual da, məhz budur!
Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, “Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?
Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...
***
Biz “Yenixeberorg” olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə hər iki tərəfə-həm “Qaçqınkom”-un sədri cənab Rövşən Rzayevə, həm də "Azsur Group" MMC-nin direktoru cənab Rəşad İmanlıya online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)
Və son əvəzi...
Əvvəla,“Qaçqınkom”-un hörmətli sədrinə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!
Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...
Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.
Xatırladaq ki,“Qaçqınkom”-un Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin direktoru Rafiq İbrahimovdur.
Yenixeberorg.biz