• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...

Gündəm / Cəmiyyət

Bu gün, 10:36

"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...


Sorğumuzda yer alan suallar “unudulur”...Tərəfdaş kimi "Evrascon" ASC-nin “seçilməsi” əsaslandırılmır(?)
Xüsusi ilə son illər yağan yağışların Bakı, Sumqayıt, ümumiyyətlə Abşeron yarımadasında ciddi problemlər doğurduğu məlum. Səbəb kimi isə başılacası kanalizasiya-drenaj xətlərindəki qüsurlar önə çəkilir. Artıq hökumətin bu istiqamətdə ciddi ölçülər götürdüyü, konkret addımlar atıldığı görünür...
Belə ki, ötən ayın sonlarında məlumat yayıldı ki, Azərbayca Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki qurum - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ Bakı şəhərinin bir sıra rayonları, eləcə də Sumqayıt şəhəri inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işlərinin həyata keçirilməsini AVRO-ASİYA İNŞAAT KORPORASİYASI- "EVRASCON" ASC -yə həvalə edib, tərəflər arasında müqavilə bağlanıb. 22.09.2026-cı il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, bu müqavilənin dəyəri ümumilikdə 5 mln 201 min 558 manatdır.
Olsun, amma...Bu əməkdaşlıq bir sıra detalları ilə cəlbedici görünür...
Əvvəla, xatırladaq ki, nədəndirsə "Evrascon" ASC ADSEA-nın ən sevimli tərəfdaşına çevrilib. Google üzərindən bir axtarış yetər ki, tərəflər arasında “N” sayda əməkdaşlıq faktları ilə rastlaşaq...Sanki ADSEA-nın işlərini görə biləcək digər şirkətlər yoxdur kimi(?)
İkincisi-daha da maraq doğuran fakt bu dəfə tərəflər arasında satınalma prosedurunun dövlət satınalmalarının vahid internet portalında keçirilməməsidir (elektron satınalma deyil). Satınalma bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və bu barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)
Elə bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Və qeyd etdiyimiz kimi, tərəflər arasındakı əməkdalıq faktlarının az qala ədədi silsilə şəkilini almasışübhələri daha da stimullaşdırır. Bu istiqamətdə oxucularımızın “Yenixeberorg.az”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın “özünəməxsus səbəbləri” var...
Bu sözün bəlli mənasında maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!
Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
Elə isə sual olunur:ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ görüləcək işlərlə bağlı "Evrascon" ASC ilə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???
Yoxsa, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in görüləcək işlərlə bağlı seçim edə biləcəyi başqa şirkətlər yoxdur...(?) Baxın, ən aktual və cavablandırılması vacib sual da, məhz budur!
Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞtərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?
"Evrascon" ASC hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...
***
Biz “Yenixeberorg” olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə hər iki tərəfə-həm İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in İdarə Heyətinin sədri cənab Tahir Xəlilova, həm də "Evrascon" ASC-nin sədri cənab Əfəndi İsmiyevə online rəsmi sorğu ünvanladıq...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ İdarə Heyətinin sədr müavini Cavid İsmayılzadənin imzası ilə aldığımız cavabda qeyd edilir ki, “Bakı şəhərinin Xətai, Nizami, Binəqədi və Sabunçu rayonlarının, eləcə də Sumqayıt şəhərinin inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların operativ şəkildə aradan qaldırılması, kanalizasiya sistemlərinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin əhalinin və digər istehlakçıların kanalizasiya xidmətindən normal istifadəsinin təmin olunması məqsədi ilə müvafiq təmir və bərpa işlərinin həyata keçirilməsinə zərurət yaranmışdır.
Bununla əlaqədar olaraq satınalma proseduru həyata keçirilmiş və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin tələblərinə uyğun olaraq satınalma müqviləsi imzalanmışdır.”
Daha sonra isə tərəfdaşın "Evrascon" ASC olduğu bildirilir.
Cavabda sorğumuzda yer alan suallar “unudulur”...Birbaşa müqaviləni doğuran səbəblər göstərilsə də, tərəfdaş kimi "Evrascon" ASC-nin “seçilməsi” əsaslandırılmır(?) Niyə məhz, "Evrascon" ASC”? Niyə müvafiq satınalma müsabiqəsi olmadan?
"Evrascon" ASC-dən isə hələ ki, cavab yoxdur(?)
***
Onu da xatırladaq ki, "Azərkörpü" ASC-nin varisi sayılan AVRO-ASİYA İNŞAAT KORPORASİYASI- "EVRASCON" ASC Baş nazirin sabiq müavini Abid Şərifova balılığı ilə tanınır... Mediada yer alan məlumatlara görə, A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Şərifovların “Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir.
“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.
Bundan əlavə "Yenixeberorg"un araşdırmaları ilə məlum oldu ki, İsmiyevlərə bağlı digər şirkətlər də var və həm də böyük məbləğdə tender qalibləri olurlar. Daha şox da ADSE ilə...
Məsələn, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin dövlət qeydiyyatına alınması barədə məlumat yoxdur. MMC-nin saytında “HYDROTRANS – ENGİNEERİNG” su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi 1989-cu ildə körpü mühəndisi İsmiyev Əfəndi Muradoviç tərəfindən yaradıldığı göstərilir.
Bəs “Regional Su Meliorasiya Xidməti” nin 153.400 manat dəyərində bağladığı müqavilədə göstərilən VÖEN hansı şirkətə məxsusdur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin VÖEN-i (1000104731) kimi göstərilən eyniləşdirmə nömrəsi “MİRAS ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Reyestr məlumatlarında “MİRAS ENGİNEERİNG” MMC-nin 21.02.1995-ci ildə dövlət qeydiyyatına alındığı, 01.09.2004-cü ildə VÖEN-in aldığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 716.1 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, QURBAN XƏLİLOV, ev.8, qanuni təmsilçisi kimi isə Emina Khanum Omariyeva qeyd olunub.
Qeyd edək ki, “MİRAS ENGİNEERİNG” MMC-nin ünvanı həm də Əfəndi İsmiyevin sahibi olduğu Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC ilə eyni ünvanda yerləşir.
Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin ilk qanuni təmsilçisi Şirinov Mənaf İsfəndiyar oğlu olub. Daha sonra Əliyev Natiq Balabəy oğlu MMC-nin qanuni təmsilçisi olub.
MMC-nin hazırki qanuni təmsilçisi Emina Khanum Omariyeva kimdir.
İnternet üzərindən apardığımız araşdırma zamanı məlum oldiu ki, Oмариева Эмина-Ханум Магомедовна Rusiyada, Республика Дагестан, г Махачкала, Батырая ул, д. 11, помещ. 814 ünvanda qeydiyyata alınmış ООО “Гидротранспроект” -in təsisçidir. Bundan əlavə xanım həm də Maxaçkala şəhərində daşınmaz əmlakın icarəsi ilə də məşğul olur.
Həm də, rusprofile.ru portalına yerləşdirilmiş məlumata görə 21.05.2025-ci ildə Moskva şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb.
Və son əvəzi...
Əvvəla, hörmətli İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ İdarə Heyətinin sədrinə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!
Eyni zamanda hər iki tərəf medianın sorğusunu da cavablandırmalıdır. Həm də detalları ilə... Ki, hansısa yanlış informasiya tirajlanmasın
Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.az)
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

1-05-2025, 14:57

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

20-02-2025, 12:06

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Gündəm / Araşdırma

21-02-2025, 11:25

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Araşdırma

8-10-2025, 11:46

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

Gündəm / Cəmiyyət

29-03-2025, 14:20

Dr.cosmetolog Delya üzümdə qüsurlar yaratdı...Get hara istəyirsən şikayət et... 250 nağd, 200 manat isə kartına pul göndərmişəm.....

Gündəm / Siyasət

8-10-2026, 15:23

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Gündəm / Cəmiyyət

12-02-2025, 18:20

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qanunsuz əməlləri -ŞİKAYƏT

Gündəm / Cəmiyyət

19-04-2025, 10:39

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Gündəm / Cəmiyyət

2-12-2024, 15:33

Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı - İTTİHAM VAR...

Gündəm / Araşdırma

8-11-2024, 16:23

“Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

10-12-2024, 11:08

Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur

Gündəm / Dünya

25-04-2025, 09:46

Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO

Gündəm / Cəmiyyət

28-05-2025, 16:56

Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

19-05-2025, 11:12

ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar

Gündəm / Siyasət

17-11-2023, 15:35

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
Hadisə
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
6-10-2026, 17:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:21
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:16
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Son xəbərlər
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 11:43
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:28
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:36
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:29
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə