Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində olan dövlət qurumlarından birinin dövlət büdcəsinə vergi borcunun olduğu ortaya çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi dövlət qarşısında yaranmış maliyyə-vergi öhdəliklərini vaxtında yerinə yetirməyib. Dövlət agentliyinin sözügedən Baş İdarəsinin hazırda dövlət büdcəsinə 30.290,75 AZN (30.2 min manatdan çox) məbləğində vergi borcu mövcuddur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri Vüsal Ağayev, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi isə Təyyar Hüseynlidir.