• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda

Gündəm / Araşdırma

Bu gün, 17:00

Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Bakı, Gəncə şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə 11.09.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AĞA-EE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 239.087,6 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşlaşdırılır.
Qeyd edək ki, bu son bir ay ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin “AĞA-EE İnşaat” MMC ilə bağladığı ikinci müqavilədir. Tərəflər arasında Şəki şəhəri, Biləsuvar, Saatlı, Sabirabad, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə müqavilə 09.09.2026-ci ildə bağlanılmışdı.
Xatırlatmaq istərdik ki, Aktualinfo 10 gün əvvəl Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə “AĞA-EE İnşaat” MMC arasında bağlanılmış müqavilələrdən və Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə ayrılmış vəsaitlərin müxtəlif yollarla təyinatından kənarlaşdırıldığı barədə ciddi məlumatlar yaymışdı.
Bir daha xatırlatmaq istərdik ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2019-2024-cü illərdə “AĞA-EE İnşaat” MMC ilə ümumi dəyəri 13 923 650 manat dəyərində 3 müqavilə bağlamışdır.
Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar medianın 13.03.2026-cı ildə yaydığı məlumata görə “Ağa-EE İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti külli miqdarda cərimələnib. Buna səbəb şirkətdə aparılan yoxlama zamanı Vasif və Asəf Şabanov qardaşlarının Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilməsi faktı aşkarlanıb.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən “Ağa-EE İnşaat” MMC barəsində 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, işçilər MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov tərəfindən işə götürülsə də, onların bəziləri ilə əmək müqaviləsi bağlanmayıb. Onlara MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət edib. Məhkəmənin hökmü ilə “Ağa-EE İnşaat” MMC-nin rəhbərliyi barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, əslində MMC-nin maliyyə vəziyyətinin yoxlanılması zamanı dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması kimi daha ciddi faktlar ortaya çıxıb. Lakin hansısa qüvvələrin göstərişindən sonra daha yüngül cəza növü seçilib və əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə MMC sadəcə cərimələnib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun milyonlarla manat dəyərində müqavilə bağladığı sözügedən şirkətin maddi texniki bazası, əmək müqaviləsi ilə çalışan mühəndis və işçi heyəti yox dərəcəsindədir.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “AĞA-EE İNŞAAT” (VÖEN:1202140041) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, MƏRDƏKAN ŞTQ, MƏRDƏKAN QƏSƏBƏSİ, ev.50K-dır. Qanuni təmsilçisinin isə Ağalı Natali Qaçay qızı olduğu qeyd edilib.
Bəs məhkəmədə MMC-ni faktiki olaraq idarə edən kimi adı hallanan Vurğun Abbasov kimdir?
Vurğun Abbasov “Ağa-EE İnşaat” MMC-nin qanuni təmsilçisi, yəni direktoru Ağali Natalinin sürücüsüdür. O, sürücü olmaqla yanaşı həmdə Ağali Natalinin digər gizlin işlərini həyata keçirir. Natali Ağalinin gizli maliyyə əməliyyatları aparmaq üçün sürücüsünün adına yaratdığı şirkətin adı “AVC İNŞAAT”dır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVC İNŞAAT” (VÖEN:5702001541) Məhdud Məsuliyyətli Cəmiyyətinin 9 saylı Ərazi Vergilər İdarəsində 12.09.2024-cü ildə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı KÜRDƏMİR RAYONU, PİRLİ kəndi, qanuni təmsilçisinin isə Abbasov Vurğun Alverdi oğlu olduğu göstərilir.
Məlumatlara görə Vurğun Abbasov qohumları olan Kürdəmir rayon Pirli kənd sakinləri Həmidov Əsgar Xasmamməd oğlu (VÖEN 5701000002), Mirzəliyev Ərastun Balakisi oğlu (VÖEN 5702004732), Əbilov Əhrab Əvaz oğlu (VÖEN 5701008502), Kərimov Əlibaba Aganəsib oğlunun (VÖEN 5702004602 – 2226.69 manat vergi borcu var) və Kürdəmir rayon Atakişili kənd sakini İbrahimov Fazəddin Qafur oğlunun (VÖEN 5701267582) adına fiziki şəxs kimi VÖEN-lər açaraq, “Ağa-EE İnşaat” MMC ilə güya xidməti müqavilələr bağlanılıb.
Amma Daxili İşlər Nazirliyinin “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” portalında sözügedən şəxlərin bir dəfə də olsun Cəbrayıl rayonunun Şükürbəyli kəndinə işləmək üçün getmələri barədə məlumat yoxdur. Buna baxmayaraq həmin şəxslərin hesabına müxtəlif vaxtlarda, hissə-hissə 200 min manata yaxın dövlət vəsaiti köçürülüb, Vurğun Abbasov tərəfindən Kürdəmir şəhərində bankomatlardan çıxarılıb. Kənd sakinləri polisə verdiyi izahatda da pulların Vurğun Abbasov tərəfində çıxarıldığını, heç nədən xəbəri olmadıqlarını bildiriblər. Vurğun Abbasov da təbii ki, pulları Ağali Nataliyə çatdırılıb. Həmin pullara Kürdəmir, Sabirabad, Hacıqabul rayonlarında hektarlarla torpaq sahəsi alınıb.
Qeyd edək ki, Ağali Natali tikinti işlərinə dövlət büdcəsindən ayrılan vəsaiti sürücüsü Vurğun Abbasovun adına yaratdığı “AVC İNŞAAT” MMC-nin hesabına köçürərək mal material almaq üşün xaricə pul göndərib. Gələn malları isə təyinatı üzrə istifadə etmək əvəzinə Qarabağda ev tikən başqa şirkətlərə sataraq qazanc əldə edir.
Göründüyü kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumların milyonlarla manat dəyərində müqavilə bağladığı “AĞA-EE İnşaat” MMC-nin qanun pozuntularına yol verməsi barədə ciddi məlumatlar yayılmaqdadır. Amma buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yenə də “AĞA-EE İnşaat” MMC-nin qarşısında yaşıl işıq yandırır.
Əslində isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yayılmış bu məlumatları yerində, hüquq mühafizə orqanları ilə birgə araşdırmalı, sövdələşmə hallarına görə MMC-ni dərhal etibarsız təchizatçılar siyahısına daxil etməli və əlavə tədbirlər görməli idi. Amma göründüyü kimi Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsinin salınmasında yol verdiyi çoxsaylı qanun pozuntularına baxmayaraq Antiinhisar Agentliyi MMC-nin yenidən qalib seçilməsinə rəy vermişdir. Görsənən odur ki, Antiinhisar Agentliyi dövlət satınalmalarında şəffaflığın, azad rəqabətin, qanunların tərəfdarı deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin havadarıdır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə də, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov da sadəcə icraçıdırlar. Görülən formal tender işlərindən müəyyən pay müqabilində.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. O, Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilib.
Xatırladaq ki, “AGA-EE İnşaat” MMC isə 26.10.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Yaranmasından heç bir il keçməmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumların keçirdiyi satınalmaların qalibi olub, milyonlarla manat dəyərində dövlət sifarişi alıb. Formal keçirilmiş tenderlərdə qalib elan olunduqdan sonra digər şirkətlərlə subpodrat müqavilələr bağlayır. Rolu isə Dövlət Komitəsinindən dövlət vəsaitlərini alıb başqa iş görən şirkətlərə verməkdir. Qazancı isə milyonlarla manatdır.
Odur ki, əsgərlərimizin qanı, canı bahasına erməni vandallarının darmadağın etdiyi ərazilərin yenidən qurulması işlərindən manipulyasiya etdiyinə görə bütün aidiyyəti dövlət qurumlarından “AGA-EE İnşaat” MMC-nin fəaliyyətinin köklü şəkildə araşdırılmasını və təxirəsalınmaz tədbirlər görməsini xahiş edirik.

Aktualinfo.net

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Araşdırma

7-06-2024, 11:53

Rafil Hüseynov Ağcabədini kimə tapşırıb?

Gündəm / Araşdırma

18-08-2026, 14:37

Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə

Gündəm / Cəmiyyət

1-11-2024, 16:06

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Araşdırma

5-04-2024, 12:37

"Qaçqınkom"dakı Səbuhi Əhmədovdan kim hesab soruşacaq? - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

8-12-2025, 12:12

Səbuhi Əhmədov Bakı və Biləsuvarda köçkün evlərinin təmirini kimlərin əli ilə aparır

Gündəm / Araşdırma

21-05-2024, 12:19

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ayırdığı milyonlar Gəncədəki evlərin bərpasına necə çatmaya bilər? - DƏLİXANADIR, VALLAH...

Araşdırma

16-12-2025, 09:44

“Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb

Gündəm / Araşdırma

8-07-2024, 18:05

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

21-05-2025, 15:43

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

19-02-2026, 17:56

 Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb: Lap tapmacadır... - ARAŞDIRMA

Gündəm / Araşdırma

5-12-2023, 12:06

“PROQRESS İNŞAAT EN” iki ayda udduğu tenderləri ölkə ərazisində hansı yollarla həyata keçirəcək?

Gündəm / Cəmiyyət

24-09-2025, 12:00

Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?

Gündəm / Araşdırma

27-02-2026, 10:00

Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT

Gündəm / Cəmiyyət

5-12-2023, 13:22

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR... - İLGİNC FAKTLAR

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
"Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
Hadisə
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24-10-2026, 11:48
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
6-10-2026, 17:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 17:30
    ADAU-da KÜTLƏVİ İXTİSAR - ƏMR
  • Bu gün, 17:00
    Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
  • Bu gün, 16:33
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə